Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-670/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, mənəvi zərər, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)6967/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qardaşdırlar. Tərəflər arasında əvvəllər bir neçə dəfə məhkəmə mübahisələri olmuşdur. Belə ki: Gədəbəy Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mirasdan məcburi pay” tələbinə dair iddiası rədd edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Gədəbəy şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə, habelə üçüncü şəxs İddiaç ı qarşı X4 İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyat İdarəsi tərəfindən İddiaçı adına verilmiş 18 avqust 1997-ci il tarixli 04 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi və mərhum atası xxx oğlundan miras qalmış Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə, habelə üçüncü şəxslər İddiaçı və X3 qarşı iddiası təmin edilmiş, “torpağın mülkiyyətə verilməsinə dair” JN-178A KOD * ******** nömrəli və JN-178B KOD ********* nömrəli şəhadətnamələrin, 18 avqust 1997-ci il tarixli 104 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərardadı ilə İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş və iddia tələbləri mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, İddiaçı, X3 və X1 qarşı iddiası qismən təmin edilərək, xxx oğlu tərəfindən 15 yanvar 1995-ci il tarixdə Gədəbəy rayon Dövlət Notariat Kontorunda tərtib olunmuş vəsiyyətnamənin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş 18 avqust 1997-ci il tarixli 104 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın qismən (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə) etibarsız hesab edilməsi, 17 sentyabr 2015-ci il tarixli, reyestrdə 4Ə-180 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə) etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 111.1 kv.m olan fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş 21 sentyabr 2015ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın qismən (ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə) etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, İddiaçı, X3 və X1 qarşı “vəsiyyətnamənin, bağışlama müqaviləsinin, çıxarışların etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi, miras qalmış əmlakın əvvəlki vəziyyətə qaytarılması və qanun üzrə vərəsələr arasında bərabər payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının 04 noyabr 2015-ci il tarixli arayış ına əsasən müddətsiz birinci dərəcəli əlildir. İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının 16 iyul 2020-ci il tarixli rəyinə əsasən İddiaçı uzun müddət qardaşları Cavabdeh2 və Cavabdeh1 arasında gəzən sözsöhbətlər, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqədar olaraq sinir-psixi gərginlik halını keçirmişdir. Bu hal İddiaçı psixi durumuna neqativ təsir göstərmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla qardaşları Cavabdeh2 və Cavabdeh1 hərəkətləri ilə şərtlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi ziyana görə müştərək qaydada 1000 manat və mənəvi zərərə görə hər birindən 25000 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin mərhum atası xxx oğlu 1995-ci ildə ünvan 1ndə yerləşən fərdi yaşayış evini və 0,25 həyətyanı torpaq sahəsini iddiaçıya vəsiyyət etmişdir. Qardaşları olan cavabdehlər həmin vaxtdan 20 ildən artıq keçməsinə baxmayaraq iddiaçını məhkəməyə vermiş və müxtəlif yollara əl ataraq həmin əmlakı ələ keçirmək istəmişlər. Uzun sürən çoxsaylı məhkəmə proseslərinin yekun nəticəsi olaraq məqsədlərinə nail ola bilməmişlər. Məhkəmə iclasları zamanı həm iclasdan əvvəl həm də iclasdan sonra cavabdehlər onu ağır sözlərlə təhqir e tmiş, hər dəfə onu ölümlə hədələmişlər. Hər məhkəmə prosesinə gedib gəlmək iddiaçıya həm maddi cəhətdən, həm də sağlamlığı baxımından baha başa gəlmişdir. Cavabdehlərin əsassız iddiaları səbəbindən ümumilikdə bütün keçirilmiş məhkəmə proseslərinə gedib-gəlməyə, qidalanmağa və qalmağa 1000 manat məbləğində vəsait xərcləmişdir. İddiaçının yaşadığı fiziki və mənəvi iztirablar onun səhhətini daha da pisləşdirmiş, mənəvi cəhətdən sarsıntılar keçirtməyinə səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)1154/2020 nömrəli qətnaməsi ilə (hakim G.M.Abbasova) iddia tələbi qismən təmin edilərək, vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehlər Cavabdeh1 1000 manat və Cavabdeh2 1000 manat olmaqla, cəmi 2000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına istinad edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində ona maddi zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi qismən əsasl ıdır. Belə ki, iddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunur. Bununla belə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)-1154/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri ver ərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)-1154/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)-6967/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Ş.Vəkil ibarət tərkibdə) İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh2 və İddiaçı apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(001)1154/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152-166, 1096, 1097-ci maddələrinə istinad edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında məhkəmə çəkişmələri ilə əsaslandırmış, məhkəmə proseslərinin iddiaçıya mənəvi zərər vurduğuna istinad edilmiş, hətta bu zaman ekspert rəyi də bunun hansı əsaslarla müəyyən etdiyi araşdırılmamışdır. Məhkəmə hesab etmişdir ki, inzibati-hüquq münasibətlərinə daxil olan hər bir şəxsin həyatında müxtəlif çətinli klər yarana bilər, lakin bu qanunla müəyyən edilmiş hüquqların müdafiəsi hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilməməlidir, əks halda bu hüquqlardan sui-istifadəyə şərait yaradan hallara zəmin yaratmış olar. Bundan əlavə qeyd edilmişdir ki, hər hansı mülki icraat çərçivəsində məhkəmə xərclərinin təmin edilməsi mümkündür. İddiaçı cavabdehlərlə davam edən məhkəmə çəkişmələri zamanı bu xərclərin tutulmasını tələb etməkdə haqlı olmuş və onun qaldırdığı məsələ qismən – maddi zərər hissəsində qeyd edilən prosedur həddində həll edilə bilərdi. Mənəvi sarsıntıya gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2020-ci il tarixli ekspert rəyi ilə İddiaçı uzun müddət qardaşları Cavabdeh2 və Cavabdeh1 arasında ged ən söz-söhbətlər, mübahisələr və məhkəmə çəkişmələri ilə əlaqədar olaraq sinir-psixi gərginlik halını keçirməsi, bu halın İddiaçı psixi durumuna neqativ təsir göstərməsi və bu yaranmış neqativ dəyişikliklərin əhəmiyyətli dərəcədə olmaqla qardaşları Cavabdeh2 və Cavabdeh1 hərəkətləri ilə şərtləndiyi qeyd edilsə də, bunun əsasları ehtimallarla əhatə edilmiş və məhz cavabdehlərin iddiaçıya mənəvi zərər yetirməsi üçün sübutedici əsas kimi, habelə şübhələrdən kənar olmayan sübutun tətbiqi (cavabdehlərin mülki məsuliyyətlərinin müəyyən edə bilən hər bir hala dair əsaslandırılması) üçün çıxış edə bilməz. İddiaçı psixi durumuna neqativ təsir və neqativ dəyişikliklərin əhəmiyyətli dərəcədə olması qardaşları Cavabdeh2 və Cavabdeh1 hərəkətləri ilə olması belə sonuncuların mülki məsuliyyətə cəlb edi lməsi üçün əsas deyil. Belə ki, mülki məsuliyyətinin müəyyən edilməsi üçün onların hərəkətləri qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin bilavasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya zərər dəyməsi sübuta yetirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)-6967/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunanlara istinad edilməklə, onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, həmin şikayətin dəlillərinin əsassız olduğunu göstərmiş və təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlərin məhkəməyə müraciət etmək hüququndan istifadə etmələri delikt kimi qiymətləndirilə bilməz. İddialar aidiyyəti məhkəmələrə verilmiş, süründürməçiliyə yol verilməmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikay ətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqla rın məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakı na vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərə ri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki,...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci madd əsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Mülki Prosessual Məcəlləsinin 115.0.4 və 119.1-ci maddələrinə əsasən işə baxılması ilə əlaqədar məsrəfləri qarşı tərəfdən tələb etmək hüququna malik olmuşdur. Lakin bu tələbin həlli sübutetmə ilə əlaqəli olmu ş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehlərin məhkəməyə müraciət etməklə ona 1000 manat məbləğində maddi ziyan vurulduğunu iddia etsə də, həmin məbləğlə bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Mənəvi ziyanın ödənilməsinə dair tələblə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2 019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası razılaşır ki, cavabdehlərin iddiaçıya qarşı müxtəlif məzmunlu iddialar vermələri nəticəsində, sonuncunun müəyyən mənəvi sarsıntılar və iztirablar keçirməsi mümkündür. Lakin cavabdehlərin bu hərəkətləri qanuna-zidd olmadığından və Konstitusiya ilə təsbit olunmuş hüquqlarının reallaşmasından irəli gəldiyindən, bu əsasla mənəvi ziyanın tutulmasına dair tələb təmin oluna bilməz. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Pl enumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 2(103)-6967/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-670/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-670/2022
14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver