Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6710/2019 08.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və İddiaçı Nağdali oğlunun iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)3795/2019 saylı qətnaməsindən Cavabdeh2 MMC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2(006)-5485/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseyno v) İddiaçı Nağdali oğlunun Cavabdeh2 MMC və digərlərinə qarşı “maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 100.000 manat pul tələbinə dair” ilk iddia ərizəsi qismən təmin, Cavabdeh2 MMC İddiaçı Nağdali oğluna qarşı “maddi ziyana görə 7.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilərək, Cavabdeh2 MMC vurulmuş mənəvi zərərə görə 3.000 manat pulun tutulub İddiaçı verilməsi və qalan hissədə ilk iddia ərizəsinin rədd edilməsi qət olunub. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)3795/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəs imi rayon məhkəməsinin 15 noyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh2 MMC qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC 100.000 manat maddi və 100.000 manat mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, 07 oktyabr 2017-ci il tarixdə Cavabdeh2 MMC ilə əmək müqaviləsi bağlayaraq Nəsimi rayonu, Şamil Əzizbəyov, Səməd Vurğun, Mərdanov Qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsində inşa olunan hündür mərtəbəli yaşayış binalarının tikintisinə fəhlə kimi işə qəbul olunub. 19 dekabr 2017-ci il tarixdə əl elektrik mişarı ilə dikt taxta kəsərkən sol əlinin barmaqlarını kəsmişdir. Aldığı xəsarətlə bağlı Cavabdeh2 MMC iş icraçısı Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib və Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə cəzalandırılıb. Həmin hökm Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06 iyul 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılıb. Ona, işə götürən Cavabdeh2 MMC rəhbərliyi tərəfindən ziyan vurulub. Lakin tikinti təşkilatı tərəfindən ona nə maddi, nə də mənəvi heç bir köməklik göstərilməyib. Onun sol əli iş qüvvəsini itirib. Yəni artıq o, tam əmək fəaliyyətli deyil. Buna baxmayaraq, Cavabdeh2 MMC rəhbərliyi üzərinə düşən qanuni vəzifəni həyata keç irməkdən imtina edir. İbtidai istintaqda verdiyi mülki iddia məhkəmə tərəfindən baxılmamış saxlanılıb. O, zərərçəkmiş olaraq müalicəsinə (iynə, dərmana) və qulluğuna təxminən 10.000 manata yaxın pul xərcləyib. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Eyni zamanda, Cavabdeh2 MMC məhkəmədə İddiaçı qarşı qarşılıqlı iddia verərək, sonuncudan 7.000 manat maddi ziyanın və 50.000 manat mənəvi zərərin alınaraq Cavabdeh2 MMC verilməsinə dair qətnamə çıxarılmasını xahiş edib və tələbini onunla əsaslandırıb ki, İddiaçı Cavabdeh2 MMC fəhlə vəzifəsində işləyərkən tutduğu vəzifəyə və onunla bağlanılmış 07 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinə müvafiq olaraq əməyin mühafizəsi qaydalarına və normalarına, daxili nizam-intizam qaydalarına, təhlükəsizlik tex nikasına və işçilərin əməyin mühafizəsi üzrə təlimatlara riayət etməyərək, vəzifə funksiyasına uyğun olmayaraq, özbaşına 19 dekabr 2017-ci il tarixdə elektrik mişarı ilə sol əlinin 3 barmağını kəsmiş və az ağır xəsarət alıb. Hadisə baş verən andan etibarən ilk günlərdə İddiaçı tibb yardım və şəxsi xərclərini qarşılamaq üçün hissə-hissə 3.700 manat pul verilib və yanvar ayından başlayaraq may ayının axırına kimi işə çıxmamasına baxmayaraq, ona hər ay 480 manat və digər yardımlar edilib. Cəmi 7.700 manat pulu etibarından sui-istifadə etməklə, guya xəstəxanaya, həkimlərə xərclər çəkdiyini, tamamilə iş qabiliyyətini itirdiyini bildirməklə Cavabdeh2 MMC-nin rəhbərliyini aldatmaqla almışdır. Sonradan məlum olub ki, İddiaçı dövlət xəstəxanasında müalicə edilməklə heç bir ödəniş etməyib və əmək qa biliyyətini itirməyib. Sadəcə olaraq qısa müddət ərzində müalicəsi zamanı işləməmişdir. Digər dövr ərzində fərdi əmək fəaliyyəti ilə məşğul olub. Ona görə də, İddiaçı verilən 7.700 manatın ən azı 7.000 manat hissəsinin geri qaytarılması zəruridir. Eləcə də İddiaçı hüquq-mühafizə orqanlarına, kütləvi informasiya vasitələrinə, ictimai təşkilatlara Cavabdeh2 MMC rəhbərliyi barəsində çoxsaylı şər və böhtan dolu şikayətlər verməklə Cavabdeh2 MMC işgüzar nüfuzuna ciddi zərbə vurmuşdur. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq norm alarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh2 MMC, vəkili Cəbrayıl Cəbrayılov və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üz rsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ilk iddia ərizəsinin qismən təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi üçün əsasların olmasına, ilk iddia ərizəsini qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 1099.1, 1099.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişd ir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini, o cümlədən işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 07 oktyabr 2017-ci il tarixli əmək müqaviləsinəəsasən İddiaçı Cavabdeh2 ASC tərəfindən 07 oktyabr 2017-ci il tarixdən işə qəbul edilib və həmin vaxtdan o, Cavabdeh2 ASC tərəfindən Bakışəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələ rinin kəsişməsində inşa olunan hündür mərtəbəli yaşayış binalarının tikintisində fəhlə işləyib. 19 dekabr 2017-ci il tarixdə istehsalatda baş vermiş qəza nəticəsində o, xəsarət alıb, ona “sol əlin İİİ barmağının natamam ayrılmış, İİ barmağın bükücü vətərlərinin kəsilməsi, İ barmağın didilmiş yarası” diaqnozu qoyulub. Hadisə istehsalat xarakterli hesab edilərək “İZ” formalı aktla rəsmiləşdirilib və Cavabdeh2 MMC uçota alınıb. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 may 2018-ci il tarixli hökmünə əsasən Cavabdeh2 MMC iş icraçısı Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilib. İlk iddia ərizəsini mənəvi z ərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin, qarşılıqlı iddia ərizəsini rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən qeyd etmişdir ki, İddiaçı istehsalatqəzasınəticəsindəxəsarətalmışvəbununladamənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Lakin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə görə cavabdehliyi işəgötürən daşıdığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, vurulmuş mənəvi zərər Cavabdeh2 MMC tərəfindən ödənilməlidir. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zə rərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia e dən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktiki hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. İşin faktiki halları (qanuni qüvvəyə minmiş məhkəmə hökmü və işdə olan digər sübutlarla) və qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi “xxxx” MMC əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə İddiaçı iş zamanı almış olduğu xəsarətə görə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin bu istiqamətdə mövqeyi əsaslı olmuşdur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi dəymiş mənəvi zə rərin məbləği ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, mənəvizərəriniddiatələbindəgöstərilən məbləğdə təmin edilməsi çoxolmaqlarealqiymətləndirilmir. Mənəvi iztirab və sarsıntıların xarakteri və dərəcəsi, zərərvuran hüquqi şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla,dəymişmənəvizərər 3.000 manatməbləğində birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənedilmişdir. Çünki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərək ətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini rədd etməkdə də haqlı olmuşdur. Əmək Məcəlləsinin 230-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarını n pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır. Cavabdeh2 MMC qarşılıqlı iddia ərizəsinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, həmçinin nəyə görə iddiaçıya xəsarət aldıqdan sonra ödənilmiş müvafiq pul vəsaitlərinin (əmək haqqı və s.) qaytarılmalı olmasını əsaslandıra bilməmişdir. Halbuki, MPMnin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahis əli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində a pellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 MMC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3795/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and
Məhkəmə qərarları › İş №2(102)-6710/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6710/2019
08.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver