Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6720/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-598/2019, hakim P.A.Hüseynov) İddiaçı cavabdeh “X3 B.V” şirkətinin Azərbaycan Resp ublikasındakı filialına qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək haqqı, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-7893/2019 R.Ə.Qurbanov, E.Q.Nəbiyev, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddanın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 05 oktyabr 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizıə təqdim edərək “X3 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialının 28 deka br 2011-ci il tarixli xidmət müqaviləsinə 17.11.2017-ci il tarixində xitam verilməsi ilə bağlı etdiyi bütün hərəkətlərin qanunsuz hesab edilməsi, son 15 ay müddətində onun qeyri qanuni işə buraxılmaması ilə bağlı əmək haqqının ona ödənilməsi, işlədiyi 6 il müddətində istifadə etmədiyi məzuniyyət və ilin sonunda verilən 13-cü əmək haqqının hesablanaraq ona ödənilməsi, ona dəyən maddi və mənəvi ziyan olan 30.525 manatın ödənilməsi, onun işinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında imzalanmış xidmət müqaviləsi mülki-hüquqi müqavilə deyil və ə mək müqaviləsi hesab edilməlidir. Həmçinin cavabdeh təşkilatın nümayəndələri saxtakarlıq edərək, onun adını elektron sahibkar kimi qələmə verərək etibarnamə tərtib etməklə “X2” MMC-nin əməkdaşlarına vermişdir. Həmin etibarnamə ilə onun adı elektron sahibkar kimi qeydə alınmışdır. Bununla bağlı onun Əmək Məcəlləsinin 6-cı maddəsində göstərilən şəxslər siyahısına daxil olduğu qeyd edilmişdir. Ona görə də onunla bağlanmış xidmət müqaviləsi də Əmək Məcəlləsinin 3-cü maddəsinə cavab vermir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə he sab edir ki, kassasiya şikayəti təmin edilmədən,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, sifarişçi “X3 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə icraçı İddiaçı arasında 28 dekabr 2011-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sifarişçi sifariş verməyi, icraçı isə hazırkı müqavilə ilə nə zərdə tutulmuş həcmdə və şərtlərlə sifarişçinin sifarişlərini yerinə yetirməyi və sifarişçi göstərilmiş xidmətləri qəbul edib hazırkı müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. “X3 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə icraçı İddiaçı arasında eyni şərtlərlə 27 mart 2013-cü il tarixdə yenidən xidmət müqaviləsi bağlanmış, həmin müqavilənin 30.04.2013-cü il tarixinə qədər qüvvədə olması müəyyən edilmişdir. Tərəflər arasında 27.03.2013-cü il tarixli xidmət müqaviləsinə 09.09.2015-ci il tarixdə 8 saylı əlavə bağlanmış, həmin əlavəyə əsasən tərəflər aralarında xidmət müqaviləsinin qüvvədə olma müddətinin 31.12.2015-ci il tarixinə qədər uzadılması, qüvvədə olma müddətinin başa çatmasına 7 gün qalmış tərəflərdən heç birinin hazırkı müqaviləni lə ğv etmək niyyəti barədə qarşı tərəfə yazılı surətdə rəsmi xəbərdarlıq etməzsə, müqavilənin qüvvəsinin eyni müddətə uzadılmış hesab edilməsi, hazırkı xidmət müqaviləsinin mülki-hüquqi xarakter daşıması, müqavilə üzrə münasibətlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənməsi və tərəflər arasında əmək münasibətləri yaratmaması barədə razılığa gəlmişlər X3 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı 17.11.2017-ci il tarixdə xidmət müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubu ünvanlanaraq layihə üzrə işlərin azalması ilə əlaqədar müqavilənin 10.5-ci maddəsinə əsasən müqaviləyə 30.11.2017-ci il tarixində xitam veriləcəyi barədə xəbərdarlıq edilmiş, tərəflər arasında bağlanmış müqaviləyə 30.11.2017-ci il tarixində xitam verilmişdir. 05 ok tyabr 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir “X3 B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialının 28 dekabr 2011-ci il tarixli xidmət müqaviləsinə 17.11.2017-ci il tarixində xitam verilməsi ilə bağlı etdiyi bütün hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı tələbə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş xidmət müqaviləsinə xitam verilməsi ilə bağlı bütün hərəkətlərin qanunsuz hesab edilməsi barədə iddia Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş məqsədləri daşımır və mülki qanunvericilikdə belə bir iddianın irəli sürülməsi ümumiyyətlə müəyyən olunmayıb. Belə ki, iddia icraatı qaydasında hansı növ tələblərin irəli sürülməsinin mümkünlüyünü Mülki və Mülki Prosessual Məcəllənin ayrı-ayrı maddələrindən aydın şəkildə müəyyən etmək olur. Məsələn əmlakın alınması, pul vəsaitlərinin tutulması, müqavilənin ləğv və ya etibarsız hesab edilməsi, dəyişdirilməsi, əmlakın bölünməsi, naturada ayrılması, cavabdehi müəyyən hərəkətləri etməyə məcbur etmə, alimentin alınması, zərərin əvəzinin ödənilməsi və s. Göründüyü kimi mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. “Xidmət müqaviləsinə xitam verilməsi ilə bağlı bütün hərəkətlərin qanunsuz hesab edilməsi” barədə tələb isə qeyri-müəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir. Digər tərəfdən, cavabdeh təşkilat 17.11.2017-ci il tarixdə iddiaçının istinad etdiyi kim i 28 dekabr 2011-ci il tarixli xidmət müqaviləsinə deyil, tərəflər arasında bağlanmış 27.03.2013-cü il tarixli xidmət müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlayaraq müqaviləyə 30.11.2017-ci il tarixdə xitam vermişdir. Həmçinin, cavabdeh tərəfindən həmin xidmət müqaviləsinə xitam verilməsi də əsassız olmamışdır. Çünki həmin müqavilənin 10.5-ci maddəsinə əsasən tərəflərdən hər biri qarşı tərəfi 2 gün əvvəlcədən yazılı xəbərdarlıq verməklə müqaviləyə istənilən vaxt xitam verə bilər. Hazırkı işdə də cavabdeh 17.11.2017-ci il tarixdə iddiaçıya xəbərdarlıq məktubu ünvanlamışdır. İddia tələblərinin ikinci hissəsi isə əmək və məzuniyyət haqqının ödənilməsi və işə bərpa olunma ilə bağlıdır. Apellyasiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi, bunun üçün ilk növbədə tərəflə r arasında işçi və işəgötürən münasibətləri mövcud olmalıdır ki, daha sonra həmin tələblərin əsaslı olub-olmaması məsələsinə baxılsın. Lakin hazırkı işdə tərəflər arasında bu münasibətlər mövcud deyildir. Çünki iş materiallarından da görünür ki, tərəflər arasında əmək müqaviləsi deyil, xidmət müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndində də təsbit olunmuşdur ki, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Tərəflərin izahatlarından və iş materiallarından görünür ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı xidmət müqaviləsi olmuş, müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya göstərdiyi xidmətlərə görə xidmət haqqı ödənilmişdir. Ap ellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xidmət müqaviləsi əsasında xidmət göstərdiyindən və Əmək Məcəlləsinin tətbiqi dairəsi ilə əhatə olunmadığından, o, sözügedən müqaviləyə münasibətdə Əmək Məcəlləsinin müddəalarına istinad edə bilməz. İddia tələblərinin üçüncü hissəsi isə maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasınln Mülki Məcəlləsinin 21.2, 1096, 1097-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilmə si öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ümumiyyətlə zərərin mövcud olmasını əsaslandırmamış və ona maddi və mənəvi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz hərəkətlərinin təsdiqi barədə sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 6.2-ci maddəsinin tələblərinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2 və 14.2.1-ci maddələrində isə təsbit olunmuşdur ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi qanunvericiliyə zidd deyil və tərəflər xidmət müqaviləsi üzrə görülməli işin predmetini və şərtlərini özləri müəyyən etmişlər. Həmçinin müqavilə üzrə tərəflər işçi və işəgötürən deyil, sifarişçi və icraçı adlandırılmışdır. İddiaçı da həmin müqaviləni imzalamış və bir neçə il müddətində müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmişdir. Bu hal isə onun tərəfindən həmin müqavilənin şərtlərini tam qəbul etməsi mənasına gəlir. Beləlik lə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(102)-6720/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6720/2019
07.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver