Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6723/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili X1, Cavabdeh vəkili X3 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)1641/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Rəşad Məmmədov) 2(002)4223/2017 say lı 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “maqistral su xəttlərinin üzərində və qanunla müəyyən edilmiş mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 15 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “xxxx” ASC-yə məxsus 150 mm magistral su kəmərinin üz ərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonalarının boşaldılması, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “xxxx” ASC-yə məxsus 150 mm magistral su kəmərinin böyük hissəsinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi, kəmərlərin mühafizə zonalarının boşaldılmasının təmin edilməsi və ödənilmiş dövlət rüsumunun c avabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməyərək çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Mübahisəli torpaq sahəsi uzun müddətdir ki onun istifadəsindədir. Lakin məhkəmə bu halı nəzərə almayaraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Ev tikən zaman iddiaçı təşkilatın xəbəri olmuş, həmçinin onunla su çəkilməsi ilə bağlı müqavilə də bağlanmışdır. Su xəttinin olması barədə ona heç bir məlumat verilməyib. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: İddiaçı “xxxx” ASC-nin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh Bakı şəhəri, s1 də fərdi yaşayış evi inşa etdirərək ailə üzvləri ilə orada yaşayır. Fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı “xxxx” ASC cavabdehin faktiki isti fadəsində olan fərdi yaşayış evinin ASC-nin balansında olan 150 mm diametrlik su xəttinin mühafizə zonasında yerləşdiyini iddia edərək həmin tikililərin sökülməsini və mühafizə zonasının boşaldılmasını tələb edir. İddiaçı təşkilat hesab edir ki, su xətti cavabdehin istifadəsində olan həyətin hasarına bitişik olduğuna görə, su xəttində baş verə biləcək qəza hadisələrinin qarşısının alınmasına (təmir işlərinin aprılması və s.) maneəçilik törədə bilər. İddia tələbini təmin edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri,s1 ndə yerləşən qadağan olunmuş ərazidə, yəni, “xxxx” ASC-yə məxsus ən aşağı göstəricisi 10 kub.m/san-dək su buraxma qabiliyyəti olan su və təzyiqli kanalizasiya borularının mühafizə zonasında yaşayış sahəsi inşa edərkə n, bunu iddiaçı ilə razılaşdırmamış və qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Cavabdeh qanunverciliyin tələblərini pozmaqla iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən qadağan olunmuş ərazidə yaşayış sahəsi inşa etdiyindən, həmin yaşayış sahəsi əvəzi ödənilmədən sökülərək ən aşağı göstəricisi 10 kub.m/san-dək su buraxma qabiliyyəti olan su və təzyiqli kanalizasiya borularının mühafizə sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəm əsi mülki kollegiyasının 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsinin qənaətinə görə, cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində fərdi yaşayış evi inşa etdirərək orada yaşaması, həmin tikilinin “xxxx” ASC-nin balanzında olan 150 mm diametrlik su xəttinin mühafizə zonasına düşməsi işin mübahisə edilməyən hallarıdır. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin istifadəsində olan evin özbaşına tikili olması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbinin faktiki əsasını fərdi yaşayış evinin özbaşına tikili olması səbəbindən sökülməsi təşkil etmir. Bu faktiki əsasla hazırki iddiaçı ASC məhkəməyə müracit etməkdə subyektiv hüquqa malik d eyildir. Apellyasiya instansiyası məhkəməsi özbaşına tikili ilə bağlı hüquq normalarını hazırki işə tədbiq etməkdə maddi hüquq normalarını tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İddia tələbinin faktiki əsasını fərdi yaşayış evinin iddiaçıya məxsus su xəttinin mühafizə zonasında yerləşməsi təşkil edir. Lakin iş materiallarından cavabdeh tərəfindən fərdi yaşyış evi inşa edilərkən hər hansı bir dövlət qurumu, o cümlədən iddiaçı təşkilat tərəfindən cavabehə tikinti işlərinin aparılmasının qadağan e dilməsi, ona tikilinin su xəttinin mühafizə zonasında yerləşməsi ilə bağlı xəbərdarlıq edilməsi və məlumat verilməsi, cavabdehin bu halı bildiyi halda buna baxmayaraq fərdi yaşayış evini inşa etməsi halları müəyyən edilmir. Əksinə cavabdehin qeyd etdiyinə görə, həmin evi 1998-ci ildən satın almış və orada əlavə otaqlar tikdirmiş və həmin müddətdən indiyə qədər o evdə maneəsiz yaşamış, həmçinin iddiaçı təşkilat ilə su satışı barədə müqavilə də bağlamışdır. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunveric iliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Mülki Prosessual Məcəllənin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Cavabdehin fərdi yaşayış evinin yerləşdiyi ərazinin su xəttinin mühahizə zonası hesab edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı 2003-cü ildə qəbul edilmişdir. Fərdi yaşayış evi isə cavabdeh bildirməsinə görə 1998-ci ildə artıq mövcud olmuş, sonradan isə əlavə tikililər edilmişdir. Belə olan halda hüquq münasibətinin yarandığı, yəni fərdi yaşayış evinin inşa edildiyi dövrdə qüvvədə olan hüquq nor malarına istinad edilməlidir. Mülki Məcəllənin qeyd edilən normasına əsasən isə, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş normativ hüquqi akt vətəndaşın vəziyyətinin pisləşməsi üçün əsas ola bilməz. İşə baxan məhkəmə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni su xəttinin nə vaxt çəkilməsinin və fərdi yaşayış evinin hansı tarixdə inşa edilməsini, su xəttinin yoxsa, fərdi yaşayış evinin daha əvvəl mövcud olmasını müəyyən etməmişdir. Bundan başqa işə baxan məhkəmələr mübahisənin məhkəmədən kənar həll edilməsinin mümkünlüyü məsələsini (su xəttinin yerinin dəyişdirilməsi və s.) müzakirə etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kol legiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən l əğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apelly asiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1641/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6723/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6723/2019
28.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver