Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6740/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5795/2022 nömrəli iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İş m ateriallarını araşdıraraq hesab edirəm ki, həmin kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Çünki, kassasiya şikayəti Vəkil2 tərəfindən imzalansa da, şikayəti vəkil imzalamamış və vəkilin orderi ona əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 407.3 və 407.4-cü maddələrinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1 və 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya qaytarılmalıdır. Həmin Məcəllənin 408.2-ci mad dəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyiin kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5795/2022 nömrəli iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6740/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6740/2022
19.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver