Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6744/2020 04.12.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Cavabdehlər və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 iyun 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, kassasiya şikayətində apelyasiya in stansiyası məhkəməsinin 02.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. İş materiallarında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7084/2020 nömrəli iş üzrə 02.10.2020-ci il tarixli qətnaməsinin olması müəyyən edilmir. İş materillarında olan qətnamə 29.09.2020-ci il tarixlidir. Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. Bundan başqa kassasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdə ödənişin təyinatı, növü, rüsumun ödənilidiyi məhkəmənin adı müəyyən edilmir. Əlavə edilmiş ********** №-li qəbzin X1 (https://emehkeme.gov.az/Public/SerachPaymentDetails) mötəbərliliyi yoxlanılmış, ödəniş təyin atı, növü, rüsumun ödənilidiyi məhkəmənin adı barədə məlumatlar Portalda əks olunmamışdır. MPM-nin 108.3-cü maddəsinə görə, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayətinin qaytarılması üçün əsasdır. Yuxarıda göstərilən nöqsanlar aşkar şəkildə göründüyü halda apellyasiya instansiya məhkəməsi əsassız olaraq iddiaçının kassasiya şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab etmiş və kassasiya şikayətini baxılmasından ötrü mülki işlə birlikdə Ali Məhkəməyə göndərmişdir Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə görə kassasiya şi kayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 407.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və onların vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qay tarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-6744/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-6744/2020
04.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver