Məhkəmə qərarları › İş №2(102)-675/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-675/2021

11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-675/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Rəşid qızına, Şəki Regional “Asan Xidmət” X14 və Azərbaycan Respublikası X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Rəşid qızının iştirakı ilə, Şəki Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1141/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Rəşid qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) X4 mülkiyyətində olmuşdur. O, xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. xxxxxxoğlunun vəfatından sonra onun vərəsələri kimi arvadı X9, oğulları X10, X2, qızları X1, X3 və Cavabdeh1 qalmışlar. Həmin vərəsələrdən X9 xx.xx.1997-ci il tarixdə, oğulları X10 xx.xx.2018-ci il tarixdə, X2 xx.xx.2008-ci il tarixdə, qızları X1 xx.xx.2013-cü il tarixdə və X3 xx.xx.2009-cu il tarixdə vəfat etmişlər. Vəfat etmiş XXX oğ lunun vərəsəsi X5 oğlu İddiaçı hazırkı iş üzrə iddiaçı, mərhumun qızı Cavabdeh1 Rəşid qızı isə iş üzrə cavabdehdir. XXX oğlunun vəfatından sonra mübahisəli ev Şəki Regional “Asan Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1225 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə əsasında Cavabdeh1 Rəşid qızının adına sənədləşdirilmiş, bununla bağlı X16 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən sonuncunun adına **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 xxxx qızı (bundan sonra – cavabdeh), Şəki Regional “Asan Xidmət” X14 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi və mübahisəli evlə bağlı (yeni qaydalarla xxxxxx) cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası mübahisəli evdə böyüyüb boya başa çatmış, ailə qurduqdan sonra da bir müddət həmin evdə yaşamış və 1967-ci ildə bina evi verildiyinə görə həmin evdən çıxmışdır. Atası çıxdıqdan sonra həmin evdə babası, babasının ikinci arvadı, əmisi xxxx, bibiləri xxxx və xxxx qalmışlar. Bibisi xxx 1975-ci i ldə ailə qurub başqa bir ünvana köçmüşdür. Əmisi xxxxxxsə öldüyü günə kimi həmin evdə yaşamışdır. Cavabdeh isə ərə getdiyi günədək mübahisəli evdə yaşamış və əri vəfat etdikdən sonra yenidən həmin evə qayıtmışdır. Babası öldüyü gündən onun atası babasından qalmış miras əmlaka faktiki sahiblik etməyə başlamışdır. Atası sözügedən evin həyətyanı torpaq sahəsində şirniyyat satışı üçün tikili inşa etdirmişdir. Evin elektrik sayğacı da atasının adınadır. 2015-ci il tarixdə atası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsindən babasının adına olan fərdi yaşayış evinə aid torpaq qeydinin və texniki pasportun təsdiq olunmuş surətlərini götürərərək babasının adına mübahisəli evə dair xx.xx.2016-cı il tarixli çıxarış almışdır. Sonradan atası uzun müddət xəstə olduğu üçün sənədl əşmə işlərini davam etdirə bilməmişdir. Evin həyətyanı sahəsində tikilmiş şirniyyat satışı üçün mağazanı atası ilə birlikdə işlətmişlər. Hazırda da o, həmin mağazada şirniyyat satışı ilə məşğul olur, sahibkarlıq fəaliyyətini həyata keçirir. xx.xx.2019-cu il tarixdə DƏDRX-nin Şəki Ərazi İdarəsinin nümayəndəsi həmin ünvana gələrək, hazırkı iş üzrə cavabdeh olan bibisinin həmin evlə bağlı vərəsəlik hüququna dair şəhadətnamə aldığını və çıxarış almaq üçün idarəyə müraciət etdiyini, bununla bağlı da müayinə-ölçü işlərinin aparılmasının lazım olduğunu bildirmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Şəki Regional "Asan Xidmət" Mərkəzində fəaliyyət göstərən Notariat ofisi tərəfindən onların xəbərləri olmadan, eyni zamanda da digər vərəsələr də məlumatlandırılmadan babasından miras qalmış evlə ba ğlı cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin şəhadətamə əsasında mübahisəli evə dair öz adına çıxarış almışdır. Bununla da cavabdehlər tərəfindən onun hüquqları pozulmuşdur. Cavabdeh rəsmi qeydiyyatda olmağına baxmayaraq həmin evdə yaşamır. O, evi qanunsuz olaraq adına keçirib satmaq istəyir. Halbuki, babasının bütün vərəsələri onun vəfatından sonra vəfat etmişlər. O cümlədən, onun atası da sağlığında daim öz atasının qayğıları ilə maraqlanmış və mərhum atasının vərəsəsi kimi onun dəfnində və sonrakı yas mərasimlərində bir övlad kimi yaxından iştirak etmiş, yas mərasimi xərclərinin xeyli hissəsini özləri çəkmiş və yas mərasiminin yola verilməsində böyük rolu olmuşdur. Atası həmin evdə və həyətində yaxşılaşdırma işləri aparmışdır. Beləlik lə də, atası birinci dərəcə vərəsə kimi öz atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. İddiaçı özü də atasından qalmış miras əmlakı faktiki olaraq qəbul etsə də, miras əmlakdan ona çatası payla bağlı mülkiyyət hüquqları pozulmuşdur. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki Regional “Asan Xidmət” X14 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən X4 vərəsələri kimi X11 və X13 vardır. Cavabdeh1 Rəşid qızı tərəfindən Şəki Regional “Asan Xidmət” X14 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli ərizədə o, mübahisəli ünvanda qeydiyyatda olan atası X4 xx xxxxxx 1991-ci il tarixdə vəfat etdiyini və atasının ondan başqa vərəsəsinin olmadığını bildirmişdir. Şəki Rayon Məhkəməsi nin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)249/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia tələbi təmin edilərək, cavabdehin adına Şəki Regional “Asan Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 2V-1225 nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətamə əsasında mübahisəli evlə bağlı cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********22-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli çıxarış ləğv edilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki Regional “Asan Xidmət” X14 yazdığı xx xxxxxx 20 19-cu il tarixli ərizəsində cavabdeh mübahisəli ünvanda atası X4 ondan başqa vərəsəsinin olmadığını bildirərək, digər vərəsələrin olduğunu gizlətmişdir. Məhkəmə qeyd etmişdir ki, notariat orqanından gizlədilmiş vərəsələrin olması onu deməyə əsas verir ki, mirasın qəbul edilməsi üçün qanunvericliklə müəyyən edilmiş altı aylıq müddət ötdükdən sonra gizlədilmiş həmin vərəsələrin razılığı olmadan mirasın qəbulu məsələsi notariat orqanı tərəfindən həll edilə bilməzdi və bu halda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü saydığı halda uzada bilərdi. Bütün bu hallar mərhum X4 vəfat etdiyi günə sağ qalan vərəsələrinin və onun vəfatından sonra vəfat etmiş övladlarının vərəsələrinin hamısının gözlənilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələ nmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki Regional “Asan Xidmət” X14 ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubda X4 vərəsələri kimi X11 və X7 olduğu göstərilsə də, notarius tərəfindən hər hansı bir araşdırma aparılmadan cavabdehin yazdığı xx xxxxxx 2019-cu il tarixli ərizə və xx xxxxxxxx 2019-cu il tarixli məktub əsas götürülərək tək mirasçı kimi yalnız cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, cavabdehin yazdığı ərizə ilə Notariat ofisinə ünvanlanmış məktubda göstərilənlər bir-birinə zidd olmaqla, həmin ərizə və məktub vərəsələrin dairəsi ilə bağlı məlumatları xarakterizə edən sənəd olmamışdır. Notarius isə yanlışlığa yol verərək həmin sənədlərin bu kimi vacibliyini diqqətə almamışdır. B eləliklə, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu ilə bağlı müəyyənləşdirilmiş şərtləri pozulmuşdur. Buna görə də, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, mübahisəli evlə bağlı reyestrdən çıxarış cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş olsa da, həmin reyestrdən çıxarışın verilməsinə əsas olmuş şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən, iddia tələbinin reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı hissəsi də əsaslı hesab edilməli və reyestrdən çıxarış da ləğv edilməlidir. Məhkəmə öz mövqeyini xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş (1964-cü il redaksiyası) Mülki Məcəlləsinin 44, 55, 527, 532, 55 2-ci maddələrinə, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) vərəsəlik hüququ ilə bağlı 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248-ci maddələrinə, əqdlərlə bağlı 324.1, 324.2, 324.4, 329.2, 337-ci maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1141/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məh kəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vərəsəlik işi açılarkən digər vərəsənin, yəni iddiaçının iradə ifadəsi nəzərə alınmamış (mirası qəbul və ya imtina etməsi barədə), bununla da iddiaçının açılmış vərəsəlik işindən xəbərsiz olmaqla, vərəsə kimi hüquqları pozulmuşdur. Mirası rəsmi qaydada sənədləşdirən vərəsə də (cavabdeh) notariat kontoruna mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə təqdim edərkən həmin əriz ədə qeyd olunan vərəsədən başqa digər vərəsələrin olmamasını qeyd etməklə, hazırkı iş üzrə iddiaçının öz iradə ifadəsinin müəyyən edilməməsinə və vərəsəlik hüququ haqqında şəhadətnamədən kənarda qalmasına səbəb olmuşdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələriinə, xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş (1964-cü il redaksiyası) Mülki Məcəllənin 101.2, 527.1, 528, 532, 552, 555, 556-cı maddələrinə, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1133.2, 1159.1.1, 1243, 1300, 1318, 1322-ci maddələrinə, MPM-nin 217.2, 217.4-cü maddələrinə, habelə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 55, 57, 58, 59-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassator şikayətində qeyd etmişdir ki, atası vəfat etdikdən sonra qardaşı Əli (iddiaçının atası) evə tez-tez gəlmiş və onlara baş çəkmiş, anasının vəfatından sonra qardaşı həmin evin həyətində mağaza inşa etdirmişdir. Mağaza həyətin aşağı hissəsində yerləşir, hazırda mağazanı iddiaçı işlədir, ev isə atasından cavabdehə miras qalmışdır. Ona görə də, evi öz adına rəsmiləşdirmişdir. Şəhadətnamənin etibarsız hesab olunmasına əsas yoxdur. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmələr işin hallarını obyektiv araşdırmadan birtərəfli qətnamə qəbul etmişlər. Kassasiya şikayətinin əsası kimi xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş (1964-cü il redaksiyası) Mülki Məcəllənin 527, 532, 552, 561, 562-ci maddələrinə, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133, 1134.1, 1145, 1146, 1160, 1243.1, 1243.2-ci maddələrinə, MPM-nin 217-ci maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən edən iddiaçı və cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiklərinə görə, MPM-nin 67-ci maddəsinə əsasən onları izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü s əbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə (1964-cü il redaksiyası) Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qüvvədə olan Mülki Məcəllə Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mira sın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat Haqqında” Qanun Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notari us bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Maddə

57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə

58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (maddə 217.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmadığını qeyd edərək, bəzi maddi hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını ümumiyyətlə göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 xxxxx qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1141/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar