Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-677/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı “qanunsuz verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarın ləğv edilməsi, evə mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın dövlət qeydiyyatı sənədlərinin verilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası i lə iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1163/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 fevral 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrin dən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.1556 ha həyətyanı torpaq sahəsində yerləşən 273.20 kv/m sahəsi olan fərdi yaşayış evi YYYnun tam və 0.16 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, X2, X4, Cavabdeh1, X3 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 1 inzibati ərazi dairəsi tərəfindən 24.04.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Qazma kənd inzibati ərazi dairəsinin 04 saylı təsərrüfatbaşına kitabın 176-cı səhifəsində mərhum YYYnun adına 1986-cı ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı yaşayış evi və 0.16 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 iyul 2018-ci il tarix li **********90 nömrəli İddiaçı1 ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, “mərhum əriniz YYY ilə birgə nikah dövründə əldə etdiyiniz ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə dair 24.07.2018-ci il tarixli ərizənizə və həmin ərizənin icraatda olmasına dair arayışın verilməsi barədə 27.07.2018-ci il tarixli ərizənizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində baxılmışdır. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1i ünvanında 0.1559 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2009-il tarixində inşa edilmiş fərdi yaşayış ev i mərhum əriniz YYYnun tam mülkiyyətində, torpaq sahəsi isə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmaqla 15 mart 2018-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX ******* saylı reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində 1986ci il tarixində inşa edilmiş fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması üçün 15 mart 2018-ci il tarixli RX 12555752 düzəliş edilməlidir. Odur ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında «Azərbaycan Respublikasının qanunun 8-ci və 10-cu maddələrinə əsasən, şəxsiyyətinizi təsdiq edən sənəd Daşınmaz Əmlak üzərində hüquqların qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (15 mart 2018-ci il tarixli RX ******* saylı «Daşınmaz Əmlakı n Dövlət Reyestindən çıxarışın əsli) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyiniz təqdirdə ünvan 1i ünvanında1559 ha torpaq sahəsi üzərində yerləşən 1986-cı il tarixində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər”. JN 244 A KOD 40103018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə YYYna, İddiaçı1, Şahid1 YYYqızına, X7, Cavabdeh1, X6 və X8 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 05 oktyabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək ona məxsus olan b ütün əmlakını o cümlədən ünvan 1i ünvanında yerləşən, həyətyanı torpaq sahəsini və pay torpaqlarını oğlu İddiaçı2 vəsiyyət etmişdir. Balakən Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli 2(019)-965/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ünvan 1ində yerləşən YYYnun, İddiaçı1, X2, X4, Cavabdeh1, X3 və X5 ümumi birgə mülkiyyətində olan reyestr nömrəsi **********88-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0.1556 ha həyətyanı torpaq sahəsindən və JN-244A KOD40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar Cavabdeh1, X2, X4, X1, X5 hər birinin 1/7 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 2(019)-915/20 18 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 ünvan 1ində yerləşən YYYna məxsus 2009-cu ildə tikilmiş 2 mərtəbəli 5 otaqlı ümumi sahəsi 273.20 kv/m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində birinci icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı iddiaərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 inzibati ərazi dairəsində Hüseynov YYY oğlunun mülkiyyətində 2 mərtəbəli 5 otaqlı 273,20 kv/metr yaşayış sahəsi olan fərdi yaşayış evinin və 0,1556 hektar torpaq sahəsinin olmasına d air RX seriyalı ******* №li reyestr çıxarışı və fərdi yaşayış evinin Texniki pasportunun əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi, ünvan 1i nzibati dairəsində olan Hüseynov YYY oğlunun və İddiaçı1 ər-arvad kimi ümumi mülkiyyətlərində olan, 1986-cı ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı 270,30 kv/metr yaşayış sahəsi olan fərdi yaşayış evi və 0,1556 ha torpaq sahəsi onların birgə mülkiyyətləri hesab edilməsi və onlara daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestr çıxarışı və Texniki pasportun verilməsi, ünvan 1 inzibati ərazi dairəsində yerləşən valideynlərə məxsus olan həyətyanı torpaq sahəsində atasının miras əmlakına vərəsə olaraq idarə etməyə faktiki başladığını şəksiz nümayiş etdirməklə, Azərbaycan Respublikası MM-nin 1243.2-ci maddəsi ilə mirası qəbul etmiş hesab edilən İddiaç ı2, miras olaraq qəbul edilmiş həyətyanı torpaq sahəsində valideynlərin övladlar arasında aparılan torpaq bölgüsünə və vəsiyyətlərinə müvafiq olaraq öz ailəsi üçün şəxsi vəsaiti hesabına tikilmiş 2 mərtəbəli 5 otaqlı 273,20 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evinin mülkiyyətçisi hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair reyestr çıxarışı və Texnik pasportun verilməsi, ünvan 1ində yerləşən 2 mərtəbəli 5 otaqlı, ümumi sahəsi 237,20 kv/m yaşayış sahəsi olan, atası Hüseynov YYY oğlunun mülkiyyətində qanunsuz olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinə oğlu olaraq Cavabdeh1 köçürülməsinə dair Balakən Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(019)-915/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 valideynləri Hüseynov YYY oğlunun və İd diaçı1 ümumi mülkiyyətlərində olan 1986-cı ildə tikilmiş 1 mərtəbəli, 4 otaqlı 270,30 kv/m yaşayış sahəsi olan fərdi yaşayış evinə köçürülmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Cıxarışın ləğv edilməsi, ünvan 1ində yerləşən mərhum YYYnun adına qeydə alınmış 273,30 kv/m sahəsi olan evə mülkiyyət hüququnun tanınması və cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etib arsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən rayon Məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçı1 əmisi arvadı, İddiaçı2 və Cavabdeh1 isə əmisi uşaqlarıdır. Tərəflər arasında mübahisə edilən ev 2010-cu ildə İddiaçı2 tərəfindən tikilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, İddiaçı1, İddiaçı2 və Cavabdeh1 onun qonşularıdır. O, Rəşid adlı usta ilə 2007-2008-ci illərdə Mehmanın tikdirdiyi evdə 1 ay usta kimi işləmişdir. Ev 4-5 otaqlı olmaqla 2 mərtəbəli tikilmişdir. O, həmin evdə işləyərkən bütün xərclər Mehman tərəfindən ödənilmiş, əmək haqqı olaraq 1200-1300 manat pul almışdır. Balakən Rayon Məhkəməsinin( hakim H.Səlimov) 02 sentyabr 2019-cu il tarixli, 2(019)-714/2019 nömrəli qər ardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddiasına cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsinə aid hissədə xitam verilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar ərizələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kə nd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 26.1-26.3-cü maddələrinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Balakən Rayon Məhkəməsinin (hakim H.Səlimov ) 02 sentyabr 2019-cu il tarixli, 2(019)714/2019 nömrəli qətnaməsi ilə i ddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı evə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçılardan İddiaçı1 oğlu, İddiaçı2 isə qardaşıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə YYYna, İddiaçı1, Şahid1 YYYqızına, X7, Cavabdeh1, X6 və X8 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin həyətdə 1986-cı ildə inşa olunmuş və 2008-ci ildən sonra inşa olunmuş iki fərdi yaşayış evi vardır. 1986-cı ildə inşa olunmuş ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Sonradan tikilmiş ikinci ev Cavabdeh3 82 nömrəli, 27 yanvar 2018-ci il tarixli məktubuna və Balakən rayon İH Qazma kənd İƏD üzrə nümayəndənin 80 nömrəli 15 yanvar 2018-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30 avqust 2010-cu ildə ölmüş YYYnun adına daşınmaz əmlakın dövlət reyestrində15 mart 2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı2 sözügedən evin özü tərəfindən inşa edildiyini göstərərək həmin evə mülkiyyət hüququnun tanınmasını xahiş edir. Məhkəmə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin İddiaçı2 mülkiyyətində olmamasını, torpaq sahəsinin mülkiyyətçiləri Şahid 1 YYYqızı, Cavabdeh1, X9 və X10 ilə onun arasında kəskin ziddiyyət olmasını nəzərə alaraq hesab etmişdir ki, sözügedən evə İddiaçı2 mülkiyyət hüququ tanına bilməz. Bundan sonra İddiaçı1 Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)714/2019 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 2(019)-714/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçılar Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)-714/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək qətnamənin edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin (s ədrlik edən Ələddin Məcidov, məruzəçi Mahir Əsədli, hakim İnşallah Quliyev) 24 oktyabr 2019-cu il tarixli, 2(107)-2966/2019 nömrəli qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(019)714/2019 saylı qərardadı ləğv edilərək mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(107)-1462/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ayaz Mahmudov, hakimlər Ələddin Məcidov, Mahir Əsədli) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli, 2(014)-714/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı dövlət reyestrində qeydiyyatdan keçmiş çıxarış var və həmin çıxarış etibarsızlığı sübuta yetirilməyib, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Apellyasiya məhkəməsi iddiaçı tərəfin verilmiş çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Birinci instansiya məhkəməsində ikinci icraat Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdehlər Cavabdeh1, Balakən RİH Qazma kənd İƏD-nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən rayon Xüsusi Notariat Ofisinə qarşı RX seriyalı 1255752 nömrəli Cıxarışın ləğv edilməsi və cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 61,52 manat iddia çılar İddiaçı1 və İddiaçı2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X14 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Balakən rayon Məhkəməsi qeyd etmişdir ki, iddiaçılar sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı ləğvini tələb etdiyi 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda məhkəmə 30 aprel 2020-ci il tarixli, 5/08 nömrəli sənədlərin texniki ekspertizasının rəyini də iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ekspertiza rəyində təsərrüfatbaşına uçot kitabında sözügedən tikilinin tikildiyi il üzrə müəyyən düzəlişlər olduğu qeyd edilsə də, həmin rəy həmin tikilinin mərhum YYYHüseynov tərəfindən deyil, İddiaçı2 tərəfindən tikilməsini və İddiaçı2 xüsusi mülkiyyətində olmasını müəyyən etmir. Digər tərəfdən həmin ekspertiza rəyi 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 ol an qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq etmir. Həmin çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqmüəyyənedici sənədlər əsasında verilmiş və hüququn qeydiyyatı qanunamüvafiq qaydada həyata keçirilmişdir. Həmin qeydiyyata münasibətdə reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Ona görə də həmin ekspertiza rəyi iddia tələbinin əsaslılığını sübut etmir. Məhkəmə qeyd etmişdir ki, Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayı ş heç bir hüquqi nəticə yaratmadığından və 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qeydə alınması üçün hüquqi əsas hesab edilmədiyindən etibarsız hesab edilə bilməz. Məhkəmə qətnaməsini Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1, 8.0.2, 8.0.3, 8.0.4, 8.0.5, 8.0.6, 8.0.7, 8.0.8, 8.0.9, 8.0.1, 10.1, 0.2.1. 10.2.2, 10.2.4, 10.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Belə ki, Balakən rayon Məhkəməsi tərəfindən 02 sentyabr 2019-cu il tarixli 2(019)714/2019 nömrəli qətnaməsindən və Balakən rayon məhkəməsinin 02 sentyabr 2(019)-714 nömrəli qərardadından apellyasiya şikayətləri verilsə də, Balakən rayon Məhkəməsində saxtakarlığı yol verilərək, qətnamədən verilmiş şikayət apelyasiya məhkəməsinə gö ndərilmiş, lakin qərardaddan verilmiş şikayət isə apelyasiya məhkəməsinə vaxtında göndərilməmiş və qətnamədən verilmiş şikayət baxılıb qurtardıqdan sonra qərardad apellyasiya məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(107)- 2966\2019 saylı qərardadı ilə iddiçılar İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(019)714\2019 saylı qərardadı ləğv edilərək mülki iş məhkəmənin icraatına daxil edilərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadın baxılması zamanı müəyyən edilmişdir ki, Balakən İHB-nin Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış ki, RX seriyalı 11255752 nömrəli çıxarış ın verilməsi üçün əsas olmuş arayışın verilməsi üçün Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016,2017,2018,2019,2020-ci il üçün 4 nömrəli təsərüffatbaşı kitabının 176-cı vərəqəsində olan V. Təsərrüfata məxsus tikililər bəndinin
1. Yaşayış evi, mənzili(altından xətt çəkilməməli), onun tikildiyi il qrafasındakı 2009 rəqmlərindən 200 rəqmlərinin yerində əvvəlcə 196 rəqmləri olub,sonradan üzərinə ağardıcı boya çekərək və əlavə cizgiləri alınaraq indiki rəqəmlər icra edilmişdir; tədqiq olunan 2009 rəqəmlərindən 9 rəqəminin yerində düzəlişlər yerli və intensiv olduğu üçün,həmin rəqəmin yerində əvvəlcə hansı rəqəmin olduğunu müəyyən etmək mümkün olmadı. Məhkəmə işdə olan ekspert rəyinə hüquqi qiymət vermədən 15 yanvar 2018-ci il tarxdə verilmiş 80 nömrəylə qeydə alınmış RX seriya lı ******* çıxarışın verilməsi üçün əsas olmuş Qazma kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyin arayışını ləğv etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə işin həqiqi hallarını araşdırmadan cavabdeh Balakən İcra hakimiyyəti Başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi CCCin Məhkəmədə vermiş olduğu ifadəsini “yəni nümayəndəliyin 2016, 2017, 2018, 2019, 2020-ci il üçün 4 nömrəli təsərrüfatbaşı kitabın 176-cı vərəqəsində həqiqətən 1986-cı ilin əvəzinə 2009-cu il yazdığını etiraf etsə də məhkəmə həmin etirafı iddianın təmin edilməsi üçün əsas hesab etməmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Vəzirxan İsgəndərov) 2(107) -1163/2021 nömrəli iş üzrə 08 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(019)-16/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1ində 0.1556 ha həyətyanı torpaq sahəsində yerləşən 273.20 kv/m sahəsi olan fərdi yaşayış evi YYYnun tam və 0.16 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1, X2, X4, Cavabdeh1, X3 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni sözügedən daşınmaz əmlaklara dair çıxarış mövcuddur və qüvvədədir. Eyni zamanda, İddiaçı2 sözügedən evin özü tərəfindən inşa edildiyini göstərərək, həmin evə mülkiyyət hüququnun tanınmasını xahiş etmiş, lakin həmin tələblə bağlı işə məhkəmədə baxılmış və iddia rədd edilmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Balakən Rayon Məhkəməsinin sözügedən qətnaməsi ilə iddia predmetini təşkil edən evin İddiaçı2 hər hansı hüquqla məxsus olması muüəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar həmçinin RX seriyalı ******* nömrəli Cıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 8 0 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsi barədə iddia tələbi irəli sürmüşlər. İddiaçılar sözügedən fərdi yaşayış evi və torpaq sahəsi ilə bağlı ləğvini tələb etdiyi 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Bu xüsusda apelyasiya məhkəməsi 30 aprel 2020-ci il tarixli, 5/08 nömrəli sənədlərin texniki ekspertizasının rəyini də iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin ekspertiza rəyində təsərrüfatbaşına uçot kitabında sözügedən tikilinin tikildiyi il üzrə müəyyən düzəlişlər olduğu qeyd edilsə də, həmin rəy həmin tikilinin mərhum YYYHüseynov tərəfindən deyil, İddiaçı2 tərəfindən tikilməsini və İddiaçı2 xüsusi mülkiyyətində olmasını müəyyən etmir. Digər tərəfdən həmin ekspertiza rəyi 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanunsuz və əsassız olmasını təsdiq etmir. Həmin çıxarış «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqmüəyyənedici sənədlər ə sasında verilmiş və hüququn qeydiyyatı qanunamüvafiq qaydada həyata keçirilmişdir. Həmin qeydiyyata münasibətdə reyestrin həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Ona görə də həmin ekspertiza rəyi iddia tələbinin əsaslılığını sübut etmir. Məhkəmə onu da qeyd edir ki, Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayış heç bir hüquqi nəticə yaratmadığından və 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qeydə alınması üçün hüquqi əsas hesab edilmədiyindən etibarsız hesab edi lə bilməz. Həmçinin apelyasiya məhkəməsi qeyd etmişdir ki, 15.03.2018-ci il tarixli reyestr nömrəsi **********88-10301 olan qeydiyyat nömrəsi ********** olan 22 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi üçün qanunda nəzərdə tutulmuş yuxarıda sadalanan halların və əsasların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir və iddiaçı da tələb etdiyi çıxarışın ləğv edilməsi və arayışın etibarsız sayılması üçün qanunda göstərilmiş halların və əsasların mövcud olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 140, 141.1, 141.2, 141.3, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 157.4-cü maddələrinə istinadən əsaslandırmışdır. İddiaçı2 kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1163/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd edilmişdir ki, apelyasiya instansiya məhkəməsi işin həqiqi hallarını araşdırmadan cavabdeh Balakən İcra hakimiyyəti Başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi CCCin etirafını iddianın təmin edilməsi üçün əsas kimi qəbul etməmişdir. Məhkəmə işdə ola n ekspert rəyinə hüquqi qiymət vermədən 15 yanvar 2018-ci il tarixdə verilmiş, 80 nömrə ilə qeydiyyata alınmış RX seriyalı ******* çıxarışın verilməsi üçün əsas olmuş Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin arayışını ləğv etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçin in məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 418.4, 418.4.9. İşə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndi: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati a kt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati ak tın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati a kta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.03.2013-cü il tarixli Qərarına əsasən, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə uyğun həll edilməli, iddia tələbi predmetinə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli olduqda məhkəməyə aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşd irilməsi istisna olunur. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi mülki p rosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı iddia predmetində göstərilən tələblərdən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi hissəsinin inzibati məhkəməyə aid olmasına baxmayaraq, iddiaya bu hissədə mahiyyəti üzrə baxmaqla məhkəmə aidiyyətini pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi tələbinin məhkəmə aidiyyətı məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Çünki iddiaçının mübahisələndirdiyi bu çıxarışın ləğv edilməsi tələbinin əsası həmin çı xarışda göstərilən daşınmaz əmlakın mərhum YYYHüseynova məxsus olmaması, bu daşınmaz əmlak barədə qeydin düzgün aparılmadığı təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin Qanunun 8.0.1, 8.0.8-ci maddələrində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri ü zərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər və sair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 saylı qərarı təsdiq edilmiş “2 saylı əlavə ü zrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca n Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Hazırda iddiaçılar mərhum Hüseynov YYY oğluna birgə mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1ində yerləşən həyətyanı torpaq sahəsində 1986-cı ildə yeniləşdirilərək tikilmiş, 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin deyil, valideynlərinin razılığı ilə həyətyanı torpaq sahəsində böyü k oğul İddiaçı2 tərəfindən öz vəsaiti hesabına, ailəsi üçün 2010-cu ilin axırlarında tikib başa çatdırdığı, yaşamağa başladığı 2 mərtəbəli 5 otaqlı, 273,20 kvadrat metr yaşayış sahəsinə mərhumun əmlakı kimi hüquqların dövlət qeydiyyatı haqqında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiada göstərilən əsasla mərhumun adına daşınmaz əmlakın ilkin hüquqi qeydiyyatının düzgün aparılmaması barədə iddia mahiyyəti üzrə hüquqları qeydə alan inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində düzgün qeydiyyatın aparılmaması barədə mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu iddiaya cavab verməli olan orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsidir. Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(107)-2966/2019 nömrəli qərardadında çıxarışın vərəsəlik əsasında verilməsinə istinad edilərək, mübahisənin inzibati məhkəməyə aid olmadığı qeyd olunması fikri ilə isə məhkəmə kollegiyası razılaşmır. Belə ki, mübahisələndirilən qeydiyyat vərəsəlik şəhadətnaməsi əsasında deyil, vərəsənin müraciəti əsasında mərhumun adına aparılmış ilkin hüquqi qeydiyyatla bağlı verildiyindən o hər hansı mülki hüquqi əqdə əsaslanan çıxarış hesab edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənə dlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10.04.2015-ci il tarixli qərarının Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə yeni redaksiyada verilən 17-ci bəndinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qan unla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış o lur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları). Məhkəmə kollegiyası hesab edir ki, iddianın cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın e tibarsız hesab edilməsinə dair hissəsi üzrə isə iş məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir, çünki həmin arayış hər hansı hüquqi nəticə yaratmadığından və aparılmış qeydiyyat həmin arayışa əsaslanmadığından bu arayışın məhkəmə qaydasında etibarsız hesab edilməsinə hər hansı zərurət yoxdur. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qey də alınmış arayışın etibarsız hesab edilməsinə dair tələblərinə dair iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə müvafiq inzibati orqana qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1163/2021 nömrəli iş üzrə 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddianın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, cavabdeh Balakən rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2018-ci il tarixdə verilmiş 80 nömrə ilə qeydə alınmış arayışın etibarsız hesab edilməsinə dair tələblərinə dair iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.