Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6774/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil X1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli 2(107)-1908/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil X1 oğlutərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki i şə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək cavabdeh tərəfindən qanunsuz inşa olunmuş barının cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan X2ünvanında yerləşən fərdi yaşayış evinin arxa barısının qonşuluqda yaşayan cavabdeh daş barı çəkməklə bağlayıb evinin arxa tərəfinə gediş-gəliş tamamilə kəsilmişdir. Bununla yanaşı cavabdeh yaxınlıqdan keçən su bərəsinin də qarşısını kəsib evinin arxasına yönəldərək onun evini uçmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Məsələ ilə dövlət qurumlarına müraciətlər etsə də, ona məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Cavabdehlə aparılan danışıqlar da nəticəsiz qalmışdır. Göyçay Rayon Məhkəməsinin (hakim Zəfər Q uliyev) 18 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən qanunsuz inşa olunmuş barının cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov (sədrlik edən), İ.Quliyev (məruzəçi), M.Əsədli) 11.06.2019-cu il tarixli 2(107)-1908/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil X1 oğlu kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin və nümayəndəsinin iştirakı olmadan işə baxmaqda haqlı olmamışdır. Məhkəmə iclasının təxirə salınması barədə vəsatət qaldırılsa da məhkəmə buna əhəmiyyət verməyərək heç bir araşdırma aparmadan vəsatəti təmin etməmişdir. Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizası, ekspert rəyi natamam, qeyri obyektivdir. Rəydən görünür ki, tərəflərə məxsus hər iki fərdi yaşayış evləri ünvan 1 ünvanda yerləşir. Rəylə, ümumiyyətlə mülki işin materialları ilə müəyyən edilməmişdir ki, İddiaçı fərdi yaşayış evi kimə məxsus torpaq sahəsi üzərində inşa edilmişdir. İddiaçıya məxsus ev ünvan 1 ünvanda, cavabdehə məxsus ev isə ünvan 2a məxsus evlə cavabdehin həyətyanı torpaq sahəsində inşa edilmiş hasarının heç bir əlaqəsi və ara məsafəsi yoxdur. Tikinti-təhlükəsizlik normalarına uyğun olmadığı dedikdə nə başa düşüldüyünü, bu qaydaların nə olduğu rəydən görünmür. Birinci instansiya məhkəməsi mötəbər sübut kimi həmin rəyə əsaslanmışdır ki, həmin rəy də mübahisənin düzgün həlli üçün kifayət deyil. Göründüyü kimi Apellyasiya Məhkəməsi göstərilən nöqsanları aradan qaldırmaq əvəzinə cavabdeh tərəfin üzrlü səbəbdən məhkəmə iclasına gəlmədiyini aydınlaşdırmadan, mülki işin materiallarını öyrənmədən birinci instansiya məhkəməsinin qətnaməsinə formal dəyişiklər edərək mahiyyət etibarı ilə eyni qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş və nəticədə qanuni və əsaslı olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçı X6 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.6, 157.4, 170.3, 172.1, 172.2, 176.1, 180.4, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 66.2, 69.2, 69.4, 69.7.1, 69.7.4, 72.2, 73.3, 73.4-cü maddələrinə, eləcə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ direktoru X7 tərəfindən təsdiq olunmuş 26.10.2018-ci il tarixli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2016-cı il tarixli ekspert rəylərinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, X2ünvanında Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi və su bərəsinin qar şısının kəsilməsi, iddiaçının evinin arxasına yönəldilməsi) tikinti normalarına uyğun deyildir. Cavabdeh tərəfindən X2ünvanında aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi və su bərəsinin qarşısının kəsilməsi, iddiaçının evinin arxasına yönəldilməsi) İddiaçı məxsus evin təhlükəli vəziyyətə düşməsinə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, mübahisə predmeti cavabdehin öz evinin ətrafında çəkdiyi hasarla (barı ilə) bağlı tərəflər arasında yaranan mübahisədir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə dir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 170.3-cü maddəsinə görə heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. - 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. - 172.2-ci maddəs inə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. - 176.1-cı maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya man eçilik yaranmasın. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ direktoru X7 tərəfindən təsdiq olunmuş 26.10.2018-ci il tarixli rəyə əsasən X2ünvanında Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi və su bərəsinin qarşısının kəsilməsi, iddiaçının evinin arxasına yönəldilməsi) tikinti normalarına uyğun deyildir. Cavabdeh tərəfindən X2ünvanında aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi və su bərəsinin qarşısının kəsilməsi, iddiaçının evinin arxasına yönəldilməsi) İddiaçı məxsus evin təhlükəli vəziyyətə düşməsinə səbəb olur. Cavabdeh məxsus həyatyani sahədə yaşıllıqlar (tərəvəz sahəsi) su arxından suvarılarkən göllənməsi İddiaçı məxsus evin bünövrə əsasında (qumda) dəyişiklik yarada bilər və bu h al ev üçün təhlükəlidir. Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus ev arasında ara məsafəsi tikinti-təhlükəsizlik normalarına uyğun deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2016-cı il tarixli ekspert rəyinə əsasən X2ünvanında Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi və su bərəsinin qarşısının kəsilməsi, iddiaçının evinin arxasına yönəldilməsi) tikinti normalarına uyğun deyildir. Cavabdeh məxsus həyatyani sahədə yaşıllıqlar (tərəvəz sahəsi) su arxından suvarılarkən göllənməsi İddiaçı məxsus evin bünövrə əsasında (qumda) dəyişiklik yarada bilər və bu hal ev üçün təhlükəlidir. Cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus ev arasında ara məsafəsi tikintitəhlükəsizlik normaları na uyğun deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müə yyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Həmçinin, kollegi ya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun və həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilsin. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azkommunlayihə” KLİ direktoru X7 tərəfindən təsdiq olunmuş 26.10.2018-ci il tarixli rəyi ilə (mütəxəssis rəyi) Azə rbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2016-cı il tarixli ekspert rəyinə qiymət verərkən bu rəyləri səthi olmaqla tam əsaslandırılmamasına qiymət verməmişdir. Belə ki, mütəxəssis və ekspert işin bu halına qiymət verməmişlər ki, Cavabdeh tərəfindən aparılan tikinti-quraşdırma işləri (barının inşa edilməsi) ilə ona məxsus həyatyani sahədə yaşıllıqlar (tərəvəz sahəsi) su arxından suvarılarkən göllənməsinin İddiaçı məxsus evin bünövrə əsasında (qumda) dəyişiklik yarana bilməsində hansı səbəbli əlaqəsi vardır. İş materiallarında olan birinci instansiya məhkəməsinin 13.03.2019-cu il tarixli yerli baxış protokolundan görünür ki, tərəflər qonşudurlar. Cavabdeh tərəfindən X2ünvanında barı inşa edilmişdir. İddiaçıya məxsus evdə, yəni yaşayış otaqlarında suyun toplanması izləri vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yerli baxış protokolu natamam olmaqla, yerində müayinə zamanı iddia tələbləri ilə bağlı tərəflərin izahatlarının əsası kimi istinad etdiyi halları yoxlamaq məqsədi ilə məhkəmənin hansı halları müəyyən etdiyini əks etdirmir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı tələbində cavabdeh tərəfindən inşa olunmuş barını çəkməklə bağlayıb evinin arxa tərəfinə gediş-gəlişin tamamilə kəsilməsini və yaxınlıqdan keçən su bərəsinin də qarşısını kəsib evinin arxasına yönəldərək onun evini uçmaq təhlükəsi ilə üzüzə qoymasını iddia etdiyi halda, məhkəmə tərəfindən iddiaçının evinin arxasındakı torpaq sahəsinin kimin mülkiyyətində olması, barının cavabdehin öz mülkiyyətində o lan torpaq sahəsində yaxud ondan kənarda inşa edilməsi, barının çəkilməsi ilə iddiaçıya məxsus evdə, yəni yaşayış otaqlarında suyun toplanması arasında hansı səbəbli əlaqənin olması, suyun toplanmasının cavabdehin bildirdiyi başqa səbəblərdən də yaranmasının mümkünlüyü, suyun toplanmaması üçün hansı tədbirin görülməli olması və bunun üçün nə qədər xərc tələb olunması və s. kimi məsələlərin araşdırılması üçün xüsusi bilik tələb olunduğu halda təyin etdiyi ekspertiza qarşısında müvafiq suallar qoyulmamışdır. Kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin cavabdehin inşa olunmuş barının qanunsuzluğu nəticəsinə gəlməsinin hüquqi meyarları aydın deyil və məhkəmənin Tikinti Məcəlləsinin 66.2, 69.2, 69.4, 69.7.1, 69.7.4, 72.2, 73.3, 73.4-cü maddələrinə istinad etməklə barının n ə vaxt inşa edilməsi və inşa edilməyə dair qanunsuzluğun nədən ibarət olmasını, hasar tikilməsi üçün ara məsafəsinin gözlənilməsinin tələb olunub-olunmadığını qanunvericilik normalarının tələbləri baxımından əsaslandırmamış, hasar söküləndən sonra cavabdehin evinin ətrafının hasarsız qalacağını nəzərə almamış, iddia tələbi əsaslı olduğu təqdirdə hasarın sökülməsi yerinə mövcud olan vəziyyətin aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olmasını araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarət dir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübut ları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir süb utun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Normaların məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, mülkiyyətçilərin (tərəflərin) əmlakla rının hüdudlarını müəyyən etmədən iddia tələblərinin cavabdehin mülkiyyət hüquqlarını pozubpozmamasını araşdırmadan, həmçinin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermədən gəldiyi nəticəsi ilə maddi və prossesual hüquq normalarının tələblərini pozmuş, bununla da cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. - 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya in stansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. - 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə də, kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər tərəflərin iştirakı ilə araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul e dilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdehtərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli 2(107)1908/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6774/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6774/2019
23.10.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver