Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6774/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X12, X10, Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X30, Cavabdeh2nə və Cavabdeh3 Hüseyinovaya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar X12, X10 qanuni nümayəndəsi və iddiaçı olan Qanuni nümayəndə, iddiaçıların vəkili Vnun və cavabdeh “Cavabdeh1” X25 nümayəndəsi X3 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-449/2021 nömrəli iş üzrə 26 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı cavabdeh “Cavabdeh1” X33 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar X20, X16 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1” X35, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndan mənəvi zərər qismində (hər birinə 10000 manat olmaqla) 20000 manat, maddi zərər qismində isə hər birinə ayrı-ayrılıqda 12960 manat, ikisinə isə 25920 manat olmaqla cəmi 45920 manatın, digər Cavabdeh2nə qarşı eyni qaydada mənəvi zərər qismində 20000 manat, maddi zərər qismində isə hər birinə ayrılıqda 12960 manatın, cəmi 45920 manatın, digər Cavabdeh3 qarşı mənəvi zərər qismində hər birinə 25000 manat olmaqla 50000 manat, maddi zərər qismində isə hər birinə 12960 manat, ikisinə 25920 manat, cəmi 75920 manat, 3-cü iddiaçının iddia tələbinə uyğun mənəvi zərər qismində hər bir cavabdehdən 20000 manat (cəmi 60000 manat), maddi zərər qismində isə hər bir cavabdehdən ayrılıqda 9720 manat, ümumilikdə 29172 manat, 89172 manatın, iddia tələblərinin ümumi cəmi kimi cavabdehlərdən 256977 manatın və tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Cavabdeh1 əsl cavabdeh “Cavabdeh1” X33 ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qanuni nümayəndə X13 ilə 25 sentyabr 2010-cu il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onların rəsmi nikahlarından 18 iyul 2011-ci il tarixdə Ayan və 28 mart 2018-ci il tarixdə Şəbnur adlı uşaqları anadan olmuşdur. Qanuni nümayəndə həyat yoldaşı X13 28 mart 2018-ci il tarixdə Cavabdeh2nə 38-ci həftə hamiləlik vəziyyətində daxil olmuş, Mərkəzin patoloqiya şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh3 Hüseyinovna tərəfindən üzərində aparılmış keysəriyyə əməliyyatı (“kesar kəsiyi”) nəticəsində onun səhlənkarlığı və peşə yarıtmazlığı ucbatından X13 vəfat etmişdir. Cavabdeh3 Hüseyinovna vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31.03.2018-ci il ta rixədək Cavabdeh2n hamiləliyin pataloqiya şöbəsinin müdiri vəzifəsini icra etməklə xidməti vəzifəsinin icrası ilə əlaqədar əməliyyat etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 ölümünə səbəb olmuşdur. Cavabdeh3 X31 Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərb aycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda həmin hökm qanuni qüvvəyə minmişdir. X36 Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş hadisənin baş verməsi və cavabdehlərin eyni ilə Cavabdeh3 Hüseyinovnanın qeyd edilən həmin hadisəyə aidiyyəti təsdiq edilmişdir. Həmçinin qanuni qüvvəsini almış həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh3 Hüseyinovna Şəki Rayon Məhkəməsinin 26.07.2016-cı İl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşin bu faktiki halından göründüyü kimi, Cavabdeh3 Hüseyinovnanın mütəxəssis cərrah kimi qeyri-peşəkar olması və bu səbəbdən də cərrah kimi peşəsinə laqeyd, məsuliyyətsiz, vəzifəsinə vicdansızcasına yanaşması nəticəsində bu hadisə də daxil olmaqla, son 18 ay müddət ərzində 2 insan həyatına son qoyulmuşdur. Yəni 2 insan onun təqsirindən ölmüşdür. Bu ağır nəticələrə səbəb olan qeyri hüquqi faktın baş verməsində iddiaları üzrə bütün cavabdehlər mülki məsuliyyət daşıyır və onlar mülki məsuliyyətə cəlb olunmalıdırlar. Qeyd edilən bu faktın nəticəsi kimi iddiaçı Qanuni nümayəndə biri körpə olmaqla 2 yetkinlik yaşlarına çatmayan uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərər ə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi kimi, vahid ailədə yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuşlar. Sadaladığı bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən hər 3 cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da hər 3 cavabdeh tərəfindən iddiaçıların qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan, yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Cavabdeh3 Cavabdeh1nda işlədiyi müddətdə, yəni 2016-cı il tarixdə həmin Mərkəzdə 2 insan üzərində apardığı cərrahiyyə əməliyyatı nəticəsində onların vəfat etməsi faktı Cavabdeh1na məlum olmuşdur. Həmin insanların ölümündə Cavabdeh3 cərrah kimi qeyri peşəkar olması, bu səbəbdən də peşə və vəzifə borcuna vicdansızcasına yanaşması, əməliyyat zamanı cərra h kimi peşəsinə laqeyd, cinayətkarcasına etinasızlığı, cərrah akademik təhsilin olmaması, mütəxəssis kimi cərrah işinə yararsız olması bundan əvvəlki məhkəmə hökmü ilə də müəyyən edildiyi halda, Cavabdeh1 bütün bu qeyd edilən hallara əhəmiyyət verməmiş, cərrah kimi müvafiq akademik təhsilin olmamasına əhəmiyyət verməyərək onu cərrah peşəsi ilə bağlı əməliyyatlardan kənarlaşdırmamış, əksinə cərrah qismində Cavabdeh3 insan üzərində cərrahiyyə əməliyyatları aparmasına hüquqi cəhətdən zəmin yaratmışdır. Cavabdeh1 mülki məsuliyyəti onda ifadə olunur ki, ixtiyarında kifayət qədər səlahiyyətlər olduğu halda Cavabdeh3 insan ölümü ilə nəticələnən 2016-cı il tarixdə baş vermiş hadisədən sonra yenidən cərrah qismində işlərə cəlb etmişdir. Cavabdeh1 müvafiq səlahiyyətlərin daşıyıcısı kimi digər Cavabd eh3 qeyri-peşəkarlığını, peşə və vəzifəsinə etinasızlığını və səhlənkarlıqda ifadə olunan digər hərəkət və davranışlarını nəzərə alıb onu hamilə qadınlar üzərində cərrahiyyə əməliyyatı aparma kimi vəzifələrdən zamanında kənarlaşdırsa idi, hazırda iddiaçı Qanuni nümayəndə həyat yoldaşı, digər iddiaçılar olan uşaqlarının isə anası vəfat etməz, onların yanında olardı. Cavabdeh1 Cavabdeh3 mama-ginekoloq və cərrah kimi akademik təhsilə malik olmadığını əvvəlcədən bilmiş və bununla belə qanuni səlahiyyətlərinə istinad edib Cavabdeh3 uşaq doğuşu ilə bu proseslə bağlı müvafiq cərrahiyyə əməliyyatların aparılması işlərinə buraxmamaq əvəzinə, əksinə qulluq mənafeyinə zidd olaraq müvafiq əmr və sərəncamlar verməklə Cavabdeh3 qeyd edilən tibbi tədbirlərin aparılması üçün hüquqi məkan yaratmışdır. Bu d a nəticə etibarı ilə fiziki şəxs olaraq iddiaçıların hüquq və mənafelərinə bərpa edilməz dərəcədə mənəvi və maddi ziyan vurulmasına gətirib çıxarmışdır. Digər Cavabdeh2 də mülki məsuliyyəti tibb müəssisəsi olaraq cavadehin məqsəd və vəzifələri ona tibb yardım göstərilməsi ilə bağlı müraciət etmiş insanların sağlamlığını təmin və bərpa etməsi istiqamətində zəruri, təxirəsalınmaz tədbirlərin həyata keçirməsindən ibarətdir. Qanuni qüvvədə olan hökmdə müəyyən edildiyi kimi X22nın ölümünə bilavasitə səbəb uşaqlığın ön divarında cərrahi tikişlər nahiyyəsində baş verən daxili və xarici qanaxması və bununla əlaqədar inkişaf etmiş damardaxili yayılmış laxtalanma sindromu nəticəsində baş vermiş poliarqan çatışmamazlıq olmuşdur. Yəni X22nın ölümünə səbəb orqanizmdə baş vermiş patologiyaya qaşı ağır, qeyrispesifik stress reaksiyasiyası olmuşdur. Bunun qarşısının alınması üçün təxirə salınmadan təkrar cərrahiyyə əməliyyatı aparılmalı olduğu halda, bu cərrahiyyə əməliyyatının tibbi tədbir kimi aparılması gecikdirilmiş, nəticədə X22nın poliarqan çatışmamazlığından ölüm hadisəsi baş vermişdir. Qeyd edilən poliarqan çatışmamazlıq prosesinə vaxtında müdaxilə edildiyi anda bu fəsad aradan qaldırıla bilinərdi. Lakin Cavabdeh2 tibb müəssisəsi olaraq bu tədbirləri vaxtında təşkil etməmiş, tədbirin keçirilməsinə müvafiq ixtisaslı həkim personalını müalicə prosesinə vaxtında cəlb edə bilməmiş, yəni təxirəsalınmaz tədbir kimi bu prosesi təşkil edə bilməmişdir. Cavabdeh konkret halda X22nın müalicəsi, doğuşla bağlı və üzərində aparılmış "kesar kəsiyi" cərrahiyyə əməliyyatı və əməliyyat sonrakı təxir əsalınmaz tibbi tədbirlərin, cərrahiyyə əməliyyatlarının yaranmış şəraitə uyğun vaxtında aparılmasını təşkil etməmişdir. Beləliklə hər 3 cavabdeh X22nın üzərində aparılmış cərrahiyyə əməliyyatı nəticəsində ölməsində bilavasitə təqsirlidirlər və onlar müştərək qaydada mülki məsuliyyətə cəlb edilməlidirlər. Qeyd etdiklərindən də açıq-aşkar müəyyən olunur ki, X22nın ölümü ilə bağlı cavabdehlərin hər biri tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilməsi sübut olunur. İddiaçı Qanuni nümayəndə və iddiaçı olan uşaqlarının ailə başçısı olan X22nın ölümü nəticəsində onlara dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmkə hüquqları vardır. Qanuni nümayəndə uşaqları X22nın öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, Qanuni nümayəndə özü is ə əmək qabiliyyətli şəxsdir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanunu ilə Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. X22 rəsmən işləyib əmək haqqı almadığına görə cavabdehlər tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə qanunla hər ay üçün müəyyən edilmiş 180 manat yaşayış minimumu ilə hesablamışlar. Hər ay üçün dəyən maddi zərərin məbləği əgər Türkan Məmmədova sağ olsa idi, 2 uşaq və Türkan Məmmədova daxil olmaqla 3 nəfərə düşən 180 manat yaşayış minimumu hazırda Türkan Məmmədovanın dünyasını dəyişməsi nəzərə alınaraq əmək qabiliyyətli olmayan uşaqların hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 man at yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Belə ki, əgər Türkan Məmmədova sağ olsa idi 2 uşaq, ataları Qanuni nümayəndə və Türkan Məmmədova daxil olmaqla 4 nəfərə düşən 180 manat yaşayış minimumu 45 manat təşkil edəcəkdir. Bu səbəbdən də Qanuni nümayəndə ona dəyən maddi ziyan şəklində cavabdehlərdən hər ay 45 manatın ona ödənilməsini tələb edir. Bu hesabla Qanuni nümayəndə uşaqlarının hər birinə hər bir cavabdeh tərəfindən dəyən maddi zərərin məbləği 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği 1 il üçün 540 manat, 18 il üçün isə 9720 manat təşkil edir. Həmçinin Qanuni nümayəndə uşaqlarına dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 və Cavabdeh2 hər birindən hər bir uşağı üçün 10000 manat, Cavabdeh3 Hüseyinovnad an hər bir uşaq üçün 25000 manat, iddiaçı Qanuni nümayəndə özünə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnanın hər birindən ayrı-ayrılıqda 20000 manat tələb edirlər. Həmçinin iddiaçı Qanuni nümayəndə mərhumun dəfn və yas mərasimlərinə 3000 manat xərci çıxmışdır. Beləliklə, hər 3 cavabdehə qarşı iddia tələblərinin məbləğinin cəmi 256977 manat təşkil edir. Hesab edir ki, Qanuni nümayəndə uşaqlarının anası olan həyat yoldaşının ölümü nəticəsində 2 körpə uşağı yetim qalmış, körpə uşağı ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi, körpə olaraq anasız bir zamanda mərhumiyyətlərə məruz qalmışdır. Qanuni nümayəndə özü və uşaqları vahid ailədə yaşamaq kimi mənəvi, əxlaqi, hüquqi və maddiyyatlardan məhrum olmuşlar. Buna görə də hazırki tələbl ə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(075)-1320/2019 saylı, 19 avqust 2019-cu il tarixli qərardadı ilə (hakim Elçin Mehdiyev) Şəki Apellyasiya Məhkəməsinin 12.04.2019-cu il tarixli, 1(107)-78/2019 saylı qərarında verilmiş kasasiya şikaəytinə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək Şəki Rayon Məhkəməsinin icraatında olan X20, X16 və Qanuni nümayəndə cavabdehlər “Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hüseyinovnaya qarşı “cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(075)-1320/2019 saylı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 2(075)-33/2020 saylı, 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim Elçin Mehdiyev) icraatın daya ndırılmasına səbəb olan hallar aradan qaldırıldığı üçün işin icraatının təzələnməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 2(075)-33/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia tələbi qismən təmin edilərək, cavabdeh “Cavabdeh1” X32 iddiaçı X11 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın, iddiaçı X17 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manatın, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh3 vəzifəli şəxs olaraq 29.04.2017-ci il tarixdən 31.03.2018-ci il tarixədək Cavabdeh2 Hamiləliyin patologiyası şöbəsinin müdiri vəzifəsində işləməklə və 04 sentyabr 2017-ci ildən 31.03.2018-ci il tarixədək həmin Mərkəzin direktoru vəzifəsini icra etməklə, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar cərrahiyyə əməliyyatı etmək qarşılığında özü üçün birbaşa yolla şəxsən maddi nemət qismində rüşvət tələb etmiş, səhlənkarlıq edərək işə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvə də olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməmiş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 ölümünə səbəb olmuşdur. Bunun da nəticəsində iddiaçılar X20 və X16 analarından, iddiaçı Qanuni nümayəndə isə həyat yoldaşından məhrum olmaqla ailə başçılarını itirmişlər. Nəticədə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Məhkəmə iddiaçıların tələb irəli sürdüyü Cavabdeh2 ayrıca hüquqi şəxs olmamaqla cavabdeh “Cavabdeh1” X25 tərkib hissəsi olmasını, həmin tələbə cavabdeh “Cavabdeh1” X25 cavab verməli olmasını və cavabdeh “Cavabdeh1” X25 hazırki iş üzrə cavabdeh olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin Cavabdeh2nə qarşı olan hissəsi təmin edilməməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs X9 ölümünə səbəb Cavabdeh3 səhlənkarlıq edərək işinə laqeyd münasibəti nəticəsində xəstənin düzgün diaqnoz qoyularaq müalicəsinin, üzərində cərrahiyyə əməliyyatının aparılmasının, o cümlədən əməliyyatın təhlükəsiz aparılmasının, əməliyyat zamanı və əməliyyatdan sonra zəruri tibbi yardımların tibb sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun göstərilməsinin təşkili ilə bağlı üzərinə düşən vəzifələri lazımı qaydada yerinə yetirməməsi olsa da, X2 ölümü ilə bağlı delikt nəticəsində iddiaçılara dəymiş olan maddi və mənəvi zərər Cavabdeh3 deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbindən də göründüyü kimi Cavabdeh3 Hüseyinovnanın həmin vaxt işlədiyi cavabdeh “Cavabdeh1” X23 alınaraq iddiaçılara verilməli və iddia tələbi Cavabde h3 Hüseynovaya da münasibətdə təmin edilməməlidir. Cavabdeh “Cavabdeh1” X25 də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinin tələbi baxımından ödənilmiş əvəz miqdarında Cavabdeh3 Hüseynovaya qarşı geriyə tələb (reqres) hüququnun olması nəzərə alınmalıdır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddiaçılarla cavabdehlər arasında hər hansı bir müqavilə öhdəlikləri olmadığından iddiaçıların ziyanın əvəzinin ödənilməsi barədə tələblərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində mülki hüquq pozuntuları (deliktlər) üçün nəzərdə tutulmuş hüquq normalarına istinad edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçılar X20 və X16 anaları olan zərərçəkən X9 (ailə başçısının) öldüyü günədək onun hi mayəsində olmuş və öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərdir və onların zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Həmçinin, zərərçəkən X9 (ailə başçısının) ölümündən sonra onun himayəsində olmuş və onun on dörd yaşına çatmamış uşaqları olan iddiaçılar X20 və X11 hazırda da qulluq etməklə məşğul olan və işləməyən valideyn kimi iddiaçı Qanuni nümayəndə da əmək qabiliyyətindən asılı olmayaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Lakin, iddiaçılar X20, X16 və Qanuni nümayəndə iddia tələblərində onlara ödənilməli olan maddi zərərin hər birinə münasibətdə 18 il müddətində hesablanmalı olmasını tələb etsələr də, məhkəmə iddiaçılar X20 və Qanuni nümayəndə münasibətdə həmin müddətlərlə razılaşmır. Çün ki, qanunvericiliyin normalarından da görünür ki, zərərin əvəzi yetkinlik yaşına çatmayanlara-on səkkiz yaşına çatanadək, ölənin himayəsində olmuş uşaqlarına qulluq etməklə məşğul olan valideynlərdən birinə ərə-qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qanuni nümayəndə ilə X2 birgə nikahdan 18 iyul 2011-ci il tarixdə Ayan və 28 mart 2018-ci il tarixdə Şəbnur adlı uşaqları anadan olmuşdur. Həmin uşaqlardan 28 mart 2018-ci il təvəlüdlü X16 anadan olduqdan cəmi üç gün sonra anası vəfat etdiyindən məhkəmə iddiaçı X11 münasibətdə maddi zərərin əvəzinin 18 il müddətində hesablanmasını daha doğru hesab edir. Lakin, X2 31 mart 2018-ci il tarixdə vəfatından sonra 18 iyul 2011-ci il təvəlüdlü X12 18 yaşının tamam olmasına 11 il 3 ay 18 gün qalmasını nəzərə alaraq, məhkəmə iddiaçı X17 münasibətdə maddi zərərin əvəzinin 11 il 3 ay 18 gün müddətində hesablanmasını daha doğru hesab edir. Həmçinin, məhkəmə X2 himayəsində olmuş uşaqları Ayan və Şəbnura qulluq etməklə məşğul olan iddiaçı Qanuni nümayəndə uşaqlarından 28 mart 2018-ci il təvəlüdlü X11 və 18 iyul 2011-ci il təvəllüdlü X17 analarının vəfatından sonra onlar 14 yaşına çatanadək qulluq etməli olmasını nəzərə alaraq, iddiaçı Qanuni nümayəndə münasibətdə maddi zərərin əvəzinin 31 mart 2018-ci il tarixdən sonra 14 il müddətində hesablanmasını daha doğru hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum X13 əmək fəaliyyəti ilə məşğul olmamış və onun qazancı olmamışdır. Buna görə də məhkəmə cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləğini ölkə üzrə q anunla hər ay üçün müəyyən edilmiş yaşayış minimumu ilə hesablamasını ağlabatan hesab edir. Göründüyü kimi iddiaçılar hazırki tələbləri ilə bağlı məhkəməyə 31 may 2019-cu il tarixdə müraciət etmişlər və onlar özləri də iddialarında cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləğini Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə 2019-cu il üçün yaşayış minimumu olan 180 manatdan hesablanmasını tələb etmişlər. Məhkəmə iddiaçıların iddia tələblərinin həmin hissəsini əsaslı hesab edir. Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, u şaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat müəyyən edilmişdir. Mərhum X1 işləməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməsə də, onun sağlığında yaşayış minimumu kimi müəyyən edilmiş məbləği almaq hüququ olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçılar uşaqlara dəyən maddi ziyan kimi analarına çatmalı 180 manatın analarının payına çatmalı 1/3 hissəsi istisna olmaqla yerdə qalan 2/3 hissəsini, iddiaçı Qanuni nümayəndə münasibətdə isə anaları, uşaqları və iddiaçı Qanuni nümayəndə daxil olmaqla 180 manatın ¼ hissəsini tələb etməkdə haqlıdırlar. X2 əmək qabiliyyətli olmayan uşaqları olan iddiaç ılar X20 və X10 hər birinə hər ay üçün dəyən maddi zərərin məbləği hər birinə münasibətdə 180 manat yaşayış minimumunun 1/3 hissəsi olan 60 manat, iddiaçı Qanuni nümayəndə münasibətdə isə əmək qabiliyyətli olduğundan 180 manat yaşayış minimumunun 1/4 hissəsi olan 45 manat təşkil edir. Bu hesabla 28 mart 2018-ci il təvəlüdlü X11 dəyən maddi zərərin məbləği hər ay 60 manat olmaqla 1 il üçün 720 manat, 18 il üçün isə 12960 manat, 18 iyul 2011-ci il təvəlüdlü X17 dəyən maddi zərərin məbləği hər ay 60 manat olmaqla 1 il üçün 720 manat, 11 il 3 ay 18 gün üçün isə 8136 manat, iddiaçı Qanuni nümayəndə dəyən maddi zərərin məbləği hər ay 45 manat olmaqla 1 il üçün 540 manat, 14 il üçün isə 7560 manat təşkil edir. Məhkəmə onu da qeyd etməyi vacib hesab edir ki, iddiaçı Qanuni nümayəndə ərizəsinin məz mununda X2 yas mərasimləri üçün 3000 manat pul xərclədiyini bildirsə də, iddia tələbinin yekununda həmin məbləği cavabdehlərdən tələb etməmişdir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçılar X20, X16 və Qanuni nümayəndə ailə başçıları olan X13 cavabdeh “Cavabdeh1” X27 həkim-cərrah işləmiş Cavabdeh3 Hüseyinovnanın həkim səhvi nəticəsində ölməsi iddiaçılar üçün yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Məhkəmə hesab edir ki, analarının və həyat yoldaşının vəfat etməsi nəticəsində iddiaçıların çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və ailə başçıları olan X9 həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə onlar təsəlli ala bilərlər. Məhkəmə mənəvi ziyanla gəldiyi nəticə “Mənəvi zərərin ödən ilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Göründüyü kimi qeyd edilən bu faktın nəticəsi kimi iddiaçı Qanuni nümayəndə biri körpə olmaqla iki yetkinlik yaşlarına çatmayan uşaqları analarının vəfatı nəticəsində mənəvi sarsıntıya, mənəvi və maddi zərərə məruz qalmaqla, ana südü, ana qayğısı, ana nəvazişi, ana tərbiyyəsi kimi vahid ailədə yaşamaq kimi mənəvi dəyərlərdən, hüquq və maddiyyətlərdən məhrum olmuşlar. İddiaçı Qanuni nümayəndə isə özü iki uşağını anasız böyültmək, onların tərbiyə, təhsil, sağlamlıqlarının qayğısına təkbaşına qalmaq məcburiyyətində qalmışdır. İddiaçılar sadalanan bu maddi, mənəvi, əxlaqi və hüquqi dəyərlərdən cavabdehin təqsiri ucbatından məhrum olmuşlar. Bununla da cavabdeh tərəfindən iddiaçıların qanunla qorunan hüquq və mənafeylərnə mühüm, ağır nəticələrə səbəb olan yəni bərpası mümkün olmayan zərər vurulmuşdur. Qanunvericilyin tələblərinə əsasən iddiaçılar qeyd edilənlərin nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdırlar. Buna görə də iddiaçılara dəymiş mənəvi zərərə görə müəyyən məbləğdə kompensasiya cavabdeh “Cavabdeh1” X32 alınaraq ididaçılara verilməlidir. Məhkəmə cavabdeh “Cavabdeh1” X32 alınaraq iddiaçılara verilməli kompensasiyanın məbləğini müəyyən edərkən işin hallarını, tərəflərin diqqətə layiq mənafelərini nəzərə alaraq, kompensasiya məbləğini hər iddiaçıya münasibətdə ayrı-ayrılıqda 8000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 68.1, 68.4, 71.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.2, 1112, 1114.1, 1121.1.1, 1121.1.3, 1121.3.1, 1122.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü, “İnsan Hüquqlarının və Əsas azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın 41-ci maddələri, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbi qi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh “Cavabdeh1” X33 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İmanverdi Şükürov, Ayaz Mahmudov) 2(107)-449/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Şəki Rayon Məhkəməsinin 2(075)-33/2021 saylı, 30 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəmə si qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin (nümayəndəsinin) apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu ndan cavabdeh (nümayəndəsi) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1” X33 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. Həqiqətən də X13 2018-ci ilin mart ayının 28-də X 21 Mərkəzə 38-ci həftə hamiləlik vəziyyətində daxil olmuş, mərkəzin patalogiya şöbəsinin müdiri vəzifəsində işləyən Cavabdeh3 Hüseyinovna tərəfindən üzərində qeysəriyyə əməliyyatı aparılmış, lakin üşaq anadan sağ-salamat götürülsə də, ana özü əməliyyatdan sonra X21 Mərkəzdə vəfat etmişdir. Baş vermiş qeyd edilən hadisəyə görə əməliyyat həkimi Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 311.1 və 314.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda həmin hökm qanuni qüvvəyə minmişdir. Hesab edir ki, qeyd edilən hadisədə Cavabdeh1 X25 hər hansı cavabdehliyi yoxdur. Belə ki, hadisənin baş verdiyi 2018-ci ildə X21 Mərkəz müstəqil hüquqi şəxs olmaqla Azərbaycan Respublikası Sə hiryyə Nazirliyinin tabeliyində olmuşdur. Bundan 2 il sonra yəni 2020ci ildə səhiyyə xidmətlərinin vahid mərkəzdən idarə olunması məqsədi ilə Respublika üzrə bəzi şəhər və rayonlarda tibbi sığorta sistemi tətbiq edilmiş və X21 Mərkəz Cavabdeh1 X25 strukturuna daxil edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq cavabdeh olan Cavabdeh2 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X28 Ərazi Bölmələrini idarəetmə Birliyi Cavabdeh1 X35lə əvəz etmişdir. Artıq 2018-ci ildən Cavabdeh3 Cavabdeh2ndə həkim-cərrah işləmiş və həmin vaxtı X21 Mərkəz Cavabdeh1 X25 strukturuna daxil edilməmişdir. Göründüyü kimi Cavabdeh3 Hüseyinovna heç vaxt Cavabdeh1 X27 həkim-cərrah işləməmişdir. İstər birinci instansiya, istərsə də apelyasiya instansiyası iddia tələbinin mənəvi zərər hissəsini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,23, 1096.1, 1097.1, 1099.1, 1099.2, 1112, 1121.1.1, 1121.1.3, 1121.3.1, 1121.3.5, 1122.1-ci maddələrinə istinad etsə də, həmin normaları düzgün tövsif edə bilməmişdir. İddiaçı Qanuni nümayəndə mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasə, hər hansı maddi zərərə məruz qalmasını əsaslandıra bilməmiş, işə baxan istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiya məhkəməsi zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmamışdır. Məhkəmə X11 vurulmuş maddi ziyanın əvəzi olaraq 12960 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı X17 vurulmuş maddi ziyanın əvəzi olaraq 8136 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manat, iddiaçı Qanuni nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 7560 manat, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 8000 manatın ödənilməsi qərarına gəlsə də, sadəcə olaraq işin hallarının və tərəflərin diqqətəlayiq mənafeyini nəzərə aldıqlarını qeyd etməklə kifayətlənmiş, işin hansı hallarının nəzərə alınmasını, həmin halların nədən ibarət olmasını, həmçinin tərəflərin diqqətəlayiq mənafelərinin nədən ibarət olmasını açıqlamamışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası məhkəməsi qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini müəyyən edə bilməmişdir. Mövcud qətnamələrdən görünür ki, hər iki məhkəmə instansiyası kompensasiyanın miqdarı nı müəyyən edərkən bunu əsaslandırmamışlar. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında süut etməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir.Buradan da aydın şəkildə görünür ki, məhkəmə kollegiyası işin faktiki hallarını araşdırmamış maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəl illəri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh “Cavabdeh1” X25 vəkili Vəkil, digər cavabdehlər Cavabdeh2 səlahiyyətli nümayəndəsi və Cavabdeh3 Hüseyinovna məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar X12, X10 qanuni nümayəndəsi və iddiaçı olan Qanuni nümayəndə və iddiaçıların vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilm əməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Cavabdeh “Cavabdeh1” X25 nümayəndəsi X8 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habe lə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh “Cavabdeh1” X33 tərəfindən tam mübahisələndi rildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İlkin olaraq kasasiya şikayətinin Cavabdeh1 X25 hər hansı cavabdehliyinin olmaması və mənəvi zərərin tutulması hissəsi üzrə qeyd edilməlidir ki, göstərilən hissələr üzrə kasasiya yoxlaması həyata keçirilərkə n apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 29 aprel 2017-ci il tarixli, 864-K nömrəli əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X5 həkim mama-ginekoloqu Cavabdeh3 əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə 01 may 2017-ci il tarixdən X5 şöbə müdiri (həkim mama-ginekoloq) vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 04 sentyabr 2017-ci il tarixli, 2653-K nömrəli əmrə əsasən Cavabdeh1 Cavabdeh2 X5 şöbə müdiri (həkim mama-ginekoloq) Cavabdeh3 Cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icrası 04 sentyabr 2017-ci il tarixdə n 3 ay sınaq müddətinə həvalə edilməsi və ona əmək haqqı arasında olan fərq ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh1 tərəfindən verilmiş 31 mart 2018-ci il tarixli, 38 nömrəli əmrə əsasən Cavabdeh3 intizam məsuliyyətinə cəlb edilməsi haqqında 31 mart 2018-ci il tarixdə baş vermiş ana ölümü hadisəsini nəzərə alaraq 31 mart 2018-ci il tarixdə X21 Mərkəzdə baş vermiş ana ölümü hadisəsi ilə əlaqədar Məhkəmə Tibbi Ekspertizanın, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Doğuşa Yardım Komissiyasının” rəyləri və bu iş üzrə hüquq mühafizə orqanlarında aparılan istintaq prosesinin yekun nəticələri məlum olanadək Cavabdeh2 Patalogiya Şöbəsinin müdiri (direktor vəzifəsini müvəqqəti icra edən) Cavabdeh3 31 mart 2018-ci il tarixdən işindən uzaqlaşdrılmışdır. Buradan da aydın olur ki, əməliyyat zamanı ananın ölümünə səbəb olmuş və cinayət məsuliyyətinə cəlbə edilmiş Cavabdeh3 məhz Cavabdeh1 müvafiq əmrləri əsasında vəzifələrə keçirilmiş, ananın ölümünə səbəb olmasına görə də Cavabdeh1 müvafiq əmri ilə işdən uşaqlaşdırılmışdır. Hazırki kassatorun cavabdehliyi iş materiallarında olan qeyd edilən sübutlarla öz təsdiqini tapdığından onun qeyd edilən dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ona aid hissə üzrə ləğv edilməsinə əsas ola bilməz. İddia tələbinin mənəvi zərərin tutulması ilə bağlı hissəsi üzrə isə qeyd edilməlidir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş ana ölümü nəticəsində onun ailə üzvlərinin, yəni ərinin və övladlarının mənəvi zərər məruz qalması mübahisəsiz hal olaraq müəyyən edilməli və mütləq nəz ərə alınmalıdır. Bu hissə üzrə kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən başqa bir şey deyildir. Baş vermiş bədbəxt hadisəyə görə hazırki iddiaçıların mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsi onların təbii haqlarıdır. Ona görə də apelyasiya kollegiyası iddiaçıların xeyrinə mənəvi zərərin əvəzinin tutulmalı olması ilə bağlı düzgün nəticəyə gəlmiş və maddi hüquq normalarının tələblərinə riayət etmişdir. Belə olan halda bu hissə üzrə də kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin maddi zərərin tutulması hissəsi üzrə dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, kasasiya kollegiyası bu hissədə kasasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və qeyd edir ki, apelyasiya kollegiyası iddia tələbinin bu hissəsi üzrə qətnamə qəbul edərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, apelyasiya kollegiyası bu hissədə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə əsaslandırmışdır ki, həmin normada ailə başçısının ölümünə görə maddi zərərin tutulmasından bəhs edir. Bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24.04.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda bir abzas olaraq göstərilmişdir ki, “Əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tə nzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.” Buradan da aydın olur ki, Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ailə başçısının ölümünə görə maddi zərərin tutulmasından bəhs edir. Bu halla yanaşı qeyd edilməlidir ki, apelyasiya kollegiyası maddi zərərlə bağlı hissədə iddia tələbini qismən təmin edərkən yalnız iddiaçının maddi zərəri müəyyən etdiyi qaydaya uyğun təmin etsə də, ölən şəxsin ailənin təminatçısı olub-olmadığını araşdırmamış, hansı əsasla iddiaçı tərəfin müəyyən etdiyi qaydaya uyğun maddi zərərin tutulmalı olmasını qəbul etdiyi qətnamədə əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, işdən də məlum olur ki, iddiaçı olan mərhumənin əri fəaliyyət qabiliyyətli şəxsdir. Belə olan halda apelyasiya kollegiyası mərhumənin ölümündən əvvəl ailənin maddi cəhətdən təminatçısı olub-olmadığını, fəaliyyət qabiliyyətli ərin onun təminatı altında yaşayışb-ya şamadığını, ərə münasibətdə hansı əsasla maddi zərərin tutulmalı olub-olmadığını araşdırmamışdır. Bundan əlavə bildirilməlidir ki, baş vermiş bu tip bədbəxt hadisəyə görə maddi zərərin yaranması və maddi zərərin tutulması iddiaçı tərəfin doğal haqqı olsa da, iddiaçı tərəf bu hissə üzrə mütləq məhkəməyə sübutlar təqdim etməlidir ki, apelyasiya kollegiyası maddi zərərlə bağlı sübutların təqdim edilib-edilməməsi ilə bağlı da hər hansı məhkəmə araşdırmasını həyata keçirməmiş, bu hissə üzrə iddia tələbini hansı sübutlara istinadən qismən təmin etdiyini əsaslandırmamışdır. Göründüyü kimi, apelyasiya kollegiyası maddi zərərin tutulması hissəsi üzrə işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, maddi zərərin tutulması hissəsi üzrə işin hallarının və işdə olan sübutların tam, hərtərəfli, düzgün və müqayisəli araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilmə si məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.05.2021-ci il tarixli, 2(107)-449/2021 nömrəli qətnaməsi maddi zərərin tutulması hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “Cavabdeh1” X33 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.05.2021-ci il tarixli, 2(107)-449/2021 nömrəli qətnam əsi maddi zərərin tutulması hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.