Məhkəmə qərarları › İş №2(102)-678/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-678/2024

16.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-678/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 16.02.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4737/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m. olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair X2 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair X2 ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı mü qavilələrin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8,, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarış və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı ş əhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddiaçı X8 birləşdirilmiş iş üzrə cavabdehlər X1, X4, X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2103/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh və Gülbaha r Hakverdiyevanın kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə aramızda olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, 94880 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh ödənilmişdir və həmin pul birgə nikah dövründə əldə edilmişdir. Məhz bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə 80.661 manat məbləğində pulun 1/2 hissəsində İddiaçı payı müəyyən edilmiş və yuxarı instansiya məhkəmələrində qətnamənin həmin hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. Hazırda qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/20 21 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, həmçinin aşağıdakı hal müəyyən edilir: - Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94.886 manat məbləğində pulu ailə ehtiyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğindən xəbərdar olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı ş əhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ pay hüququ tanınmış 80.661 manat məbləğində pulun yarısını təşkil edən 40330 (qırx min üç yüz otuz) məbləğində pulun və 211 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m. olan 46 saylı mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair X2 ilə "xxxx" MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələrin, Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 8 41-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair X2 ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi, X8 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimano v rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi, ilkin iddia tələbinin qalan his sədə, həmçinin birləşdirilmiş iş üzrə iddiaçı X8 cavabdehlər X1, X4, X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2103/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh və Gülbahar Hakverdiyevanın kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - “Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841- 842, 5 saylı evin 51 və 52 saylı mənzillərdə ½ hissədə İddiaçı, ½ hissəsində Cavabdeh payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdehlərlə arasında olan mübahisəli mənzillərə dair mübahisə bitmişdir. Lakin birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, 1/2 hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, 94.880 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh ödənilmişdir və həmin pul birgə nikah dövründə əldə edilmişdir. Məhz bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 sayl ı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə 80.661 manat məbləğində pulun 1/2 hissəsində İddiaçı payı müəyyən edilmiş və yuxarı instansiya məhkəmələrində qətnamənin həmin hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, həmçinin aşağıdakı hal müəyyən edilir: - Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94.886 manat məbləğində pulu ailə ehtiyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğindən xəbərdar olmadığını bildirmişdir. (səhifə 14, abzas 5). Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, 94880 manat məbləğində pulu Cavabdeh əldə etmişdir və həmin pulun yarısında İddiaçı payı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2(011)1981/2023 saylı qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı 40330 (qırx min üç yüz otuz manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 211 manat dövlət rüsum unun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80661 manat məbləğində pulun yarısı - 40330 (qırx min üç yüz otuz) məbləğində pulun cavabdehdən tələb etməsi üçün kifayət qədər əsas mövcuddur, belə ki, mübahisə predmeti olan pulun böyük hissəsinin cavabdehə ödənilməsi və ödənilməmiş hissədə də tələb hüququnun cavabdehə məxsus olması iş materiallarına əlavə olumuş sənədlərdən də aşkar şəkildə görünür.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.3, 135.1, 152, 157.1, 157.2, 213.2, 213.5, 220.1, 220.2, Ailə Məcəlləsinin 29.1, 32, 33.1, 36.1, 36.3, 37.1, MPM-nin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, 40330 manat pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulmasının əsassız olması, qanuni qüvvədə olan məhkəmə qərarları ilə icra sənədi üzrə ona ödənilməli olan 142320 manat pul vəsaitinin 61659 manat hissəsinin birgə nikah dövründə əldə olunmaması, qalan 80661 manat məbləğinə pul üzərində isə iddiaçının ½ hissədə payının müəyyən olunması, beləliklə, 142320 manat pul vəsaitinin 101990 manat hissəsinin ona aid olması, həmin pul vəsaitindən 94886 manat hissəsinin 14 dekabr 2018-ci il taixdə ona ödənilməsi, həmin tarixdən sonra isə iddiaçı ilə 3 il birlikdə ər-arvad kimi yaşaması, pulu ailə ehtiyaclarına xərcləməsi, icra sənədi üzrə hazırki vaxtda 47434 manat borcun qalması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4737/2023 nömrəli iş üzrə 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (R.Eyvazov (sədrliyi və məruzəsi ilə), hakimlər F.Babayev və G.Axundova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sə nədinə əsasən borclu "xxxx" MMC tərəfindən ödənilməli olan 142320 manat pul vəsaiti Cavabdeh aid pul hissədə (101990 manat) tam icra olunduqdan sonra İddiaçı payına (40330 manat) keçən hissə üzrə də Cavabdeh xeyrinə tam və ya qismən icra olunarsa (cavabdeh iddiaçının hesabına əsassız varlanarsa) həmin pul vəsaitləri Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması, hazırki qətnamənin icrası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi ilə birlikdə bir icraatda birləşdirilməklə həyata keçirilməsi, məhkəmə xərcinin (ödənilmiş dövlət rüsumu) iddiaçının özünə aid edilməsi qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

13. Məhkəmə aktına əsasən - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan 142320 manat pulun 80661 manat hissəsi üzərində 1/2 hissədə tərəflərin payları müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə məhz üçüncü şəxs (borclu) tərəfindən cavabdehə ödənilməli olan 142320 manat pulun bir hissəsini (80661 manat) tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olaraq müəyyən etmiş və həmin pul vəsaitində bərabər pay müəyyən etmişdir. Yuxarıda göstərilən məhkəmə aktları ilə həmçinin müəyyən olunmuşdur ki, icra sənədi üzrə cavabdehə ödənilməli olan 142320 manat pul vəsaitinin 61659 manat hissəsi birgə nikah dövründə əldə olunmamaqla, cavabdehin şəxsi vəsaitidir. Beləliklə, qanuni qüvvədə olan məhkəmə qərarlarından açıq-aşkar müəyyən edilir ki, ic ra sənədi üzrə ödənilməli olan 142320 manat pul vəsaitinin - 101990 manat hissəsi cavabdehə, 40330 manat hissəsi isə iddiaçıya aiddir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə qərarlarında həmin pul vəsaitinin (80661 manat pulun iddiaçının payına düşən 1/2 hissəsi) iddiaçıya ödənilməsində bilavasitə cavabdehin öhdəliyinin (vəzifəsinin) olması halı müəyyən edilmmiş, qətnamənin nəticə hissəsində qət olunmamışdır. Belə olan halda, hazırki vəziyyətdə üçüncü şəxsin sərəncamında olan, iddiaçının payına düşən hələ ödənilməmiş müvafiq pul vəsaiti ilə bağlı cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti də mövcud deyildir. Birinci instansiya məhkəməsinin “icra zamanı cavabdehə 94886 manat pulun qaytarılması”na istinadı da vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, üçüncü şəx s tərəfindən ödənilməli olan 142320 manat pul vəsaitinin 101990 manat hissəsi cavabdehə məxsusdur ki, ondan da cəmi 94886 manat pul cavabdehə qaytarılmış, iddiaçının da payına düşən hissə daxil olmaqla hazırki vaxtadək 47434 manat pul borclu "xxxx" MMC tərəfindən icra olunmamışdır. Göründüyü kimi, cavabdehin ona ödənilmiş özünə aid pul vəsaitindən iddiaçıya hər hansı pul ödəmək öhdəliyi və ya vəzifəsi mövcud deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının müvafiq pul vəsaiti üzərində payının müəyyən edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi 26 fevral 2021-ci il tarixdə qəbul edilmiş, həmin vaxtı isə cavabdehə digər məhkəmə qərarının icrası zamanı 94886 manat pulun qaytarılması halı istər tərəflərə, istərsə də məhkəməyə məlum olmuşdur (pul vəsaiiti xx.xx.2018-c i il tarixdə ödənilmişdir). Lakin, məhkəmə iddiaçının payının məhz cavabdehə qaytarılmış 94886 manat pul hissəsi üzərində deyil, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142320 manatın 80661 manat hissəsində ½ payda müəyyən etmişdir. Yəni, məhkəmə iddiaçının payının məhz cavabdehə ödənilmiş 94886 manat pul vəsaiti hesabına ödənilməli olmasını, bu sahədə cavabdehin öhdəlik daşımasını və s. halları müəyyən etməmiş, belə bir nəticəyə gəlməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, həmin vaxtı qətnamənin izah olunması barədə iddiaçının ərizəsi də təmin olunmamışdır. Məhkəmə kollegiyası qəbul edir ki, əgər məhkəmə qərarı tam olaraq cavabdehin xeyrinə icra olunarsa, o zaman cavab deh iddiaçının payına düşən hissəni də qəbul etməklə sonuncunun hesabına varlanmış olur və həmin andan müvafq pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyini daşıyır. Hazırki vəziyyətdə isə cavabdehə iddiaçının payına düşən hissə üzrə ödəniş həyata keçirilməmiş, beləliklə də cavabdeh iddiaçının hesabına varlanmamışdır (qalıq qalan hissədə iddiaçı ilə yanaşı, cavabdehə də aid pul vəsaiti mövcuddur). Belə olan halda iddiaçı borclu "xxxx" MMC-dən özünün payına düşən hissəni tələb etməkdə də haqlıdır. Çünki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə əvvəl çıxarılmış və icraya yönəldilmiş digər məhkəmə aktı üzrə (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi) cavabdehə ödənilməli olan pul vəsaitinin bir hissəsi üzərində iddiaçının payı müəyyən olunduğunda n, iddiaçı əvvəlki məhkəmə aktının icra mərhələsinə qoşulmaqla qətnamənin icra üsulunun və qaydasının dəyişdirlməsi istiqamətində müvafiq müraciətlər etmək hüququna malikdir. Yaxud, yuxarıda da qeyd edildiyi kimi, icra sənədi cavabdehə aid pul hissədə tam icra olunduqdan sonra, iddiaçının payına keçən hissə üzrə də cavabdehin xeyrinə tam və ya qismən icra olunarsa (cavabdeh iddiaçının hesabına əsassız varlanarsa) o zamanı iddiaçının cavabdehdən müvafiq pul vəsaitlərini tələb etmək hüququ yaranmış olur. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının cavabdehdən müvafiq pulu tələb etməkdə subyektiv hüquqları mövcud deyildir.

14. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 1091.1, 1092, MPM-nin 14.2, 77.1, 81, 106.1-ci maddələrinə istinadl a əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin qənaəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94.880 manat, əldən çıxmış faydaya görə 47.440 manat) 80.661 manatı məbləğinə pulda 1/2 hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh paylarının müəyyən edilməsi hissəsi yuxarı instansiya məhkəmələri tə rəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Deməli, qüvvədə olan məhkəmə qərarları ilə bir daha təsdiq olunur ki, 94880 manat məbləğində pul vəsaiti "xxxx" MMC tərəfindən Cavabdeh ödənilmişdir və həmin pul birgə nikah dövründə əldə edilmişdir. Məhz bu səbəbdən Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə 80.661 manat məbləğində pulun 1/2 hissəsində İddiaçı payı müəyyən edilmiş və yuxarı instansiya məhkəmələrində qətnamənin həmin hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa, hazırda qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8080/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatı zamanı icra sənədi əsasında ona ödənilmiş 94886 manat məbləğində pulu ailə eht iyaclarına sərf etdiyini bildirsə də, buna dair hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, o, həmin pul məbləğindən şəxsi borclarını ödəmək üçün istifadə etdiyini bildirsə də, buna dair də hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, İddiaçı da qeyd olunan pul məbləğində xəbərdar olmadığını bildirmişdir (səhifə 14, abzas 5). Göründüyü kimi, qüvvədə olan məhkəmə aktı ilə müəyyən edilmişdir ki, 94880 manat məbləğində pulu Cavabdeh əldə etmişdir və həmin pulun yarısında onun payı müəyyən edilmişdir. Bu artıq preyudisial əhəmiyyətli bir faktdır. Göründüyü kimi qüvvədə olan məhkəmə aktları ilə artıq birmənalı müəyyən edilmişdir ki, mübahisəli mənzillər onunla Cavabdeh birgə nikahda olduğu dövrdə əldə edilmişdir. Sadəcə, Cavabdeh həmin mənzilləri qanunsuz olaraq iddiaçını n razılığı olmadan anası Gülbahar Hakverdiyevanın adına keçirtmiş, Gülbahar isə Rəfael Abdullayevə satmışdır. Göründüyü kimi apelyasiya instansiya məhkəməsinin qətnaməsində maddi hüquq normaları pozulmaqla qanunlar düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınma qla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını v ə ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

24. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmə tlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə 425.2. Öhdəlikləri icra edə rkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.

30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

32. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

33. Maddə 1091.1 əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 109 2 varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, iddia tələbi təmin olunmalıdır.

43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X3 "xxxx" MMC tərəfindən ödənilməli olan 142320 manat pulun 80661 manat hissəsi üzərində 1/2 hissədə tərəflərin payları müəyyən edilmişdir.

44. Məhkəmə məhz üçüncü şəxs (borclu) tərəfindən cavabdehə ödənilməli olan 142320 manat pulun bir hissəsini (80661 manat) tərəflərin birgə nikah dövründə əldə olunmuş əmlak olaraq müəyyən etmiş və həmin pul vəsaitində bərabər pay müəyyən etmişdir. İcra sənədi üzrə cavabdehə ödənilməli olan 142.320 manat pul vəsaitinin 61.659 manat hissəsi birgə nikah dövründə əldə olunmamaqla, cavabdehin şəxsi vəsaitidir.

45. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ½ hissədə pay hüququ tanınmış 80.661 manat məbləğində pulun yarısı - 40330 (qırx min üç yüz otuz) məbəğində pulun cavabdehdən tələb etməsi üçün kifayət qədər əsas mövcuddur. Mübahisə predmeti olan pulun böyük hissəsinin cavabdehə ödənilməsi və ödənilməmiş hissədə də tələb hüququnun cavabdehə məxsus olması iş materiallarına əlavə olumuş sənədlərdən də aşkar şəkildə görünür. Bu əsasla cavabdehin id diaçı qarşısında məsuliyyət daşıması nəticəsinə gəlmişdir.

46. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edərəkən qeyd etmişdir ki, icra sənədi üzrə ödənilməli olan 142320 manat pul vəsaitinin - 101990 manat hissəsi cavabdehə, 40330 manat hissəsi isə iddiaçıya aiddir. Məhkəmə qərarlarında həmin pul vəsaitinin (80661 manat pulun iddiaçının payına düşən 1/2 hissəsi) iddiaçıya ödənilməsində bilavasitə cavabdehin öhdəliyinin (vəzifəsinin) olması halı müəyyən edilməmiş, qətnamənin nəticə hissəsində qət olunmamışdır. Belə olan halda, hazırki vəziyyətdə üçüncü şəxsin sərəncamında olan, iddiaçının payına düşən hələ ödənilməmiş müvafiq pul vəsaiti ilə bağlı cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyəti də mövcud deyildir. Bi rinci instansiya məhkəməsinin “icra zamanı cavabdehə 94.886 manat pulun qaytarılması”na istinadı da vəziyyəti dəyişdirmir. Çünki, yuxarıda da qeyd edildiyi kimi, üçüncü şəxs tərəfindən ödənilməli olan 142320 manat pul vəsaitinin 101990 manat hissəsi cavabdehə məxsusdur ki, ondan da cəmi 94886 manat pul cavabdehə qaytarılmış, iddiaçının da payına düşən hissə daxil olmaqla hazırki vaxtadək 47434 manat pul borclu "xxxx" MMC tərəfindən icra olunmamışdır. Göründüyü kimi, cavabdehin ona ödənilmiş özünə aid pul vəsaitindən iddiaçıya hər hansı pul ödəmək öhdəliyi və ya vəzifəsi mövcud deyildir. İddiaçı borclu "xxxx" MMC-dən özünün payına düşən hissəni tələb etməkdə də haqlıdır. Çünki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə əvvəl çıxarılmış və icraya yönəldilmiş digər məhkəmə aktı üzrə (Bakı Ape llyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi) cavabdehə ödənilməli olan pul vəsaitinin bir hissəsi üzərində iddiaçının payı müəyyən olunduğundan, iddiaçı əvvəlki məhkəmə aktının icra mərhələsinə qoşulmaqla qətnamənin icra üsulunun və qaydasının dəyişdirlməsi istiqamətində müvafiq müraciətlər etmək hüququna malikdir. Yaxud, yuxarıda da qeyd edildiyi kimi, icra sənədi cavabdehə aid pul hissədə tam icra olunduqdan sonra, iddiaçının payına keçən hissə üzrə də cavabdehin xeyrinə tam və ya qismən icra olunarsa (cavabdeh iddiaçının hesabına əsassız varlanarsa) o zamanı iddiaçının cavabdehdən müvafiq pul vəsaitlərini tələb etmək hüququ yaranmış olur. Göründüyü kimi, hazırki vəziyyətdə iddiaçının cavabdehdən müvafiq pulu tələb etməkdə subyektiv hüquqları mövcud deyildir.

47. Mülki Məcəllənin 425.1-ci maddəsində müqavilə tərəflərindən vicdanlı davranış tələb edilərək qeyd olunur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Qeyd edilməlidir ki, qanuni qüvvədə olan qətnamə ilə 142.320 manat məbləğində pulun məhz cavabdehin xeyrinə tutulması qət edilmişdir. İddiaçı həmin iş üzrə qəbul olunmuş qanuni qüvvədə olan qətnaməyə əsasən tələbəkar hesab edilmir. İddiaçının ayrca olaraq həmin qətnamənin icrasını da tələb etmək imk anı yoxdur. O, həmin iş üzrə qət olunmuş hissə üzrə tələkar olmadığına görə qətnamənin icra qaydasının və üsulunun dəyişdirilməsi və tələb etmək hüququna malik deyildir.

49. İşdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. (MPM 231.1)

50. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmi ş qaydada baxır. (İcra haqqında qanunun m 15)

51. İddiaçı daha əvvəl qanuni qüvvədə olan məhkəmə qətnaməsinə izah verilməsi ilə bağlı müraciət etmiş və iddiaçının göstərdiyi qaydada, yəni ona ödənilməli olan məbləğin onun xeyrinə tutulması mümkünsüz olmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, belə izahın verilməsi məhkəmə aktı ilə müəyyən edilənlərdən kənara çıxılmasına və onun məzmununun dəyişməsinə səbəb olar.

52. Digər tərəfdən birinci instansiya məhkəməsi haqlı olaraq belə qətnaətə gəlmişdir ki, qanuni qüvvədə olan qətnamə üzrə tələb etmək hüququ cavabdehə aiddir, başlanmış icra icraatı üzrə tələbkar olan şəxsdir. İddiaçının heç bir halda ona çatası məbləği həmin qərar əsasında tələb etmək imkanı yoxdur.

53. Apellyasiya instasiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlandığı vəziyyətdə isə faktiki olaraq tələb etmək hüququna malik olan şəxsin üçüncü şəxsdən qətnamə ilə yaranmış öhdəliyinin icrasının tələb etməkdə maraqlı olması ağabatan deyil. Daha aydın deyilsə hüquqdan sui-istifadəyə zəmin yaranır. Belə vəziyyətdə isə iddiaçı faktiki olaraq haqqı olanlardan və uzun müddət isə ona çatmalı olan məbləği əldə etməkdən məhrum olacaqdır.

54. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

55. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui- istifadə əsaslarından biridir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə vurğulamışdır ki, MM-in 560.3.4-cü maddəsi digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlar)

57. Digər tərəfdən məhkəmələr müəyyən edirlər ki, qanuni qüvvədə olan qətnamə ilə cavabdehin xeyrinə tutulmuş məbləğin bir hissəsinin cavabdehə ödənildiyi məlumdur. Belə olan halda ödənilmiş pul məbləğinin tamamının cavabdehə aid olan pul məbləği olmasına dair apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəsi də ağlabatan mövqe hesab edilə bilməz.

58. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, qanuni qüvvədə olan məhkəmə aktı ilə cavabdehin xeyrinə tutulmalı olan məbləğin tam olaraq ödənilməməsi, iddiaçının subyektiv hüquqdan məhrum etmir, bununla bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi i şin araşdırılmış hallarına uyğun olmamışdır. Yaranmış vəziyyət isə iddiaçının bu nəticədən yaranan Mülki Məcəllənin 385, 443.1, 560 və 21-ci maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə etməklə hazırki iddianı irəli sürməsini məhdudlaşdırmır.

59. Məhkəmələr tərəfindən müəyyən olunmuş hallar isə iddianın hər hansı qeyd-şərt (qayda) müəyyən etməklə deyil, tam təmin olunmasını şərtləndirir. Buna görə də iddia tələbi təmin olunmalıdır.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddia təmin edilsi n. Cavabdeh 40330 (qırx min üç yüz otuz manat) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 211 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar