Məhkəmə qərarları › İş №2(102)-6783/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6783/2019

28.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6783/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(006)716/2019 saylı qətnaməsi ilə (hakim Rəşid Səmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qeydiyyat aktından çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli, 2(103)5804/2019 saylı qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli, 2(006)- 716/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 (onun nümayəndəsi Nümayəndə) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməs inin 08.12.2015-ci il tarixli 2(102)-5338/15 saylı Qərarının qəbul edilməsinin "əsası" kimi çıxış etmiş və saxtakarlıqla təqdim olunmuş 12.08.2015-ci il tarixli, "Qeydiyyat aktından çıxarış" adlı sənədin (X4 barəsində verilmiş) etibarsız hesab edilməsi, iddia ərizəsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, işə baxan hakim ümumiyyətlə işi araşdırmamış, işdə olan sənədlərə tam və dolğun hüquqi qiymət verməmişdir. Hətta, işdə olan sənədlərin sadalanması ilə bağlı qətnaməyə nəzərə yetirdikdə saxtalaş dırılmış sənədlərin adları çəkilmir, Rusiya Federasiyası tərəfindən saxtalıqla əlaqədar verilmiş cavab məktublarına toxunulmur və ümumiyyətlə işə ötəri və üzdən yanaşılmışdır. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsinin tam ləğv olunması və iddia tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlmə mişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 X1, İddiaçı, Bakı şəhəri 13 saylı Dövlət notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n Bakı şəhər Ərazi İdarəsinə qarşı qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlaka mülkiyyət hüququnun tanınması tələblərinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01,05.2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 22.06.2015-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmış, Cavabdeh3 kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.12.2015-ci il tarixli qərarı ilə təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin 22 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul çıxarılmış, Cavabdeh3 iddia tələbləri qismən təmin olunaraq 05 dekabr 2011ci il tarixdə vəfat etmiş X2 Cavabdeh3 xalası olması faktının müəyyən edilməsi, X7 və İddiaçı arasında ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin alqı-satqısına dair bağlanmış və ünvan 2 notariat kontorunda təsdiq edilmiş AN-İ № ******* nömrəli 02 sentyabr 2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” nin etibarsız hesab edilməsi, ünvan 2 notariat kontorunda təsdiq edilmiş AN-İ № ******* nömrəli 02 sentyabr 2011-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.11.2011-ci il tarixli, MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, mərhum X3 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin miras əmlak kimi Cavabdeh3 tərə findən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka onun mülkiyyət hüququnun tanınması, iddianın qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. İddiaçı Ali Məhkəmənin 08 dekabr 2015-ci il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizələri iki dəfə - Azərbaycan Respublikası Ali Məhkəməsi yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 29 iyul 2016-cı il tarixli və 22.11.2017-ci il tarixli qərardadları ilə rədd olunmuşdur. İddiaçı məhz Ali Məhkəmənin 08 dekabr 2015-ci il tarixli qərarının qəbul edilməsinin əsasını təşkil edən sənədlərdən birinin etibarsız hesab olunmasını istəməkdədir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Ali Məhkəmənin 0 8.12.2015-ci il tarixli qərarı ilə iddiaçının etibarsız hesab olunmasını istədiyi “Qeydiyyat aktından çıxarış” adlı sənədə (X4 barəsində verilmiş) qiymət verilmiş, iddiaçının həmin sənədin saxtalığına əsaslanmaqla işə yeni açılmış hal üzrə baxılması barədə xahişləri isə Ali Məhkəmənin yeni açılmış hallar üzrə məhkəmə tərkibinin qərardadları ilə təmin olunmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, sözügedən sənədin etibarlı olub-olmadığı məsələsinə hazırki icraat çərçivəsində qiymət vermək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş m əhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003- cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prins ip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki hallar ın təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hüquq normalarını düzgün tətbiq etmiş, qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “qeydiyyat aktından çıxarış” adlı sənədin etibarlı olubolmadığı məsələsinə hazırki icraat çərçivəsində qiymət vermək mümkün deyildir. Çünki, həmin sənədə Ali Məhkəmənin 08.12.2015-ci il tarixli qərarı ilə qiymət verilmiş, iddiaçının işə yeni açılmış hal üzrə baxılması barədə xahişləri təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız o lması barədə kassasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarət olmuşdur, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş və həmin nəticəyə hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsaslı saymır. Kollegiya hesab edi r ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar