Məhkəmə qərarları › İş №2(102)-6785/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6785/2019

30.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6785/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1, vəkili X1 və digər Cavabdeh2 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2019-cu il tarixli 2(103)3730/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim G.Əsədova) 07.01.2019-cu il tarixli 2(005)-487 /2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 7300 manat məbləğində pul vəsaitinin İddiaçıun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.Hüseyn) 18.03.2019-cu il tarixli 2(103)-3730/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin ediləməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07.01.2019-cu il tarixli 2(005)-487/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddia çı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 30.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Mersedes Benz C 180” markalı, **-TG-*** nömrə nişanlı avtomobil üçün ödədiyi 7300 manat pulun və ona vurulmuş 3000 manat mənəvi zərərin, cəmi 10300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı Cavabdeh1 və vəkili Muradov Ədalət Qəzənfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya k ollegiyası birinci instansiya məhkəməsində olduğu kimi iddianın digər cavabdehə münasibətdə rədd edilməsini əsaslandırmamış, onun iştirakını təmin etməmişdir. X8 iştirakı ilə bir çox iş üçün əhəmiyyətli olan hallara aydınlıq gətirilməli idi. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2019cu il tarixli 2(103)-3730/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh1 və vəkili Muradov Ədalət Qəzənfər oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun o laraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı 28 may 2017-ci il tarixdə Cavabdeh1 **-LB-*** nömrə nişanlı "Mercedes Benz C180 minik” markalı avtomobilini almışdır. Həmin avtomobillə bağlı cavabdehə 7.300 (yeddi min üç yüz) manat ödəməklə əldə etmişdir. Həmin məbləğ Cavabdeh1 tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. 11 sentyabr 2017-ci ildə avtomobli alqı-satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018 -ci il tarixli 2(005)-683/2018 nömrəli qətnaməsi ilə “Mersedes Benz180” markalı **-LB-*** (köhnə: **-TG-***) dövlət nömrə nişanlı və “Mersedes Benz 280” markalı **-XT-*** (köhnə: **-VF-***) dövlət qeydiyyat nömrəli avtomobillərin alqısatqısı barəsində bağlanmış 09 may 2017-ci il tarixli, 12 may 2017-ci il tarixli, 11 sentyabr 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçılar Cavabdeh2 və X2 məxsus “Mersedes Benz180” markalı **-LB-*** (köhnə: **-TG-***) dövlət nömrə nişanlı və “Mersedes Benz 280” markalı **-XT-*** (köhnə: **-VF-***) dövlət qeydiyyat nömrəli avtomobillərin cavabdehlər İddiaçı və X6iundan alınaraq iddiaçılar X5 və X2 geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli 2(103)-6610 /2018 nömrəli qətnaməsi ilə müvafiq qətnamədən cavabdehlər X3 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, qeyd edilən qətnamə mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məxsus 7.300 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh1 saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əsassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Bununla belə iddiaçının tələbi nəzərə alınmaqla Cavabdeh2 əldə etdiyi 7.300 manat məbləği iddiaçıya qaytarmalıdır. Tutulacaq məbləğ yalnız Cavabdeh1 aid edilməli, digər cavabdeh olan Cavabdeh2 mübahisəli avtomobilin mülkiyyətçisi olmasına baxmayaraq, nə alqı-satqı zamanı, nə də ödən ilmiş pul vəsaitinin qəbul edilməsi zamanı, nə də etibarnamə verilən zamanı iştirak etməmiş, bütün bu əməliyyatlarda yalnız Cavabdeh1 iştirak etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hə min Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, digər cavabdehə gəldikdə isə apellyasiya kollegiyası həmin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl etmiş, həmçinin iddianın digər cavabdehdə münasibətdə təmin edilməməsinin əsasın ı düzgün formada müəyyən etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 18.03.2019-cu il tarixli 2(103)-3730/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar