Məhkəmə qərarları › İş №2(102)-6786/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6786/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6786/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin vəkili *** və Cavabdeh1 və onun vəkili *** iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)436/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim T.Ə.Qurbanov) 03.10. 2019-cu il tarixli, 2(002)-2 730/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, İddiaçı MMM ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2016-cı il tarixli 386/L-16 saylı daxili lizinq müqaviləsi ləğv edilməsi, Cavabdeh1 30694 (otuz min altı yüz doxsan dörd) manat 48 (qırx səkkiz) qəpik əsas, 6271 (altı min iki yüz yetmiş bir) manat 66 (altmış altı) qəpik hesablanmış mükafat borcu və 254 (iki yüz əlli dörd) manat 53 (əlli üç) qəpik dəbbə pulu olmaqla və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 37250 (otuz yeddi min iki yüz əlli) manat 67 (altmış yeddi) qəpik borc tutularaq "İddiaçı" MMM-nə ödənilməsi, Cavabdeh2 məxsus ***, *** evin, *** mənzil ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitdən 37250 (otuz yeddi min iki yüz əlli) manat 67 (altmış yeddi) qəpik borc İddiaçı ASC-nə ö dənilməsi, satışdan götürülmüş məbləğ “X5” MMM-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğ Cavabdeh2 İddiaçıxxxxİddiaçı MMM-nin tələbindən artıq olarsa, artıq məbləğ Cavabdeh2 qaytarılması qət edilmiş. ilkin iddia tələbi qalan hissədə və Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMM-ə qarşı müqavilələrin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər, X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 15.05.2019-cu il tarixli, 2(103)-436/2019 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin idda üzrə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 oktyabr 2018-c il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilmiş, Cavabdeh1 30694 (otuz min altı yüz doxsan dörd) manat 48 (qırx səkkiz) qəpik əsas, 6271 (altı min iki yüz yetmiş bir) manat 66 (altmış altı) qəpik hesablanmış mükafat borcu və 200 (iki yüz) manat dəbbə pulu olmaqla və 26(iyirmi altı) manat 40(qırx) qəpik məbləğində dövlət rüsumunun, ümumilikdə 37192 (otuz yeddi min yüz doxsan iki) manat 54(əlli dörd) qəpik borcun tutularaq "İddiaçı" MMM-nə ödənilməsi, Cavabdeh2 məxsus ***, *** evin, *** mənzilinin ilkin satış qiyməti 55000(əlli beş min) manat müəyyən olunmaqla, açıq hərracda satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş məbləğin tutularaq "İddiaçı" MMM-nin tələbindən artıq olarsa artıq məbləğin Cavabdeh2 qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yü z qırx beş) manatın 127,6 (yüz iyirmi yeddi manat altmış qəpik) manatı Cavabdeh1, 17,4 (on /eddi manat qırx qəpik) manatı iddiaçı "İddiaçı" MMM-dən alınıb, Az.MEM.VÖEN **********, AZ34CTRE ********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi və iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manatın 220 (iki yüz iyirmi) manatı Cavabdeh1, 30 (otuz) manatı iddiaçı "İddiaçı" MMM-dən alınıb, “xxxx” MMC-nin hesabına “VÖEN: **********, hesabNo**********1406A60: İBANAZ98JBBK000**********1406A60, Bank: “xxxx” ASC-nin MXD filialı VÖEN ********** Kod 506924, Müxbir hesab:AZ27NABZ0135001**********7944, S.W.İ.F.T.Bik JBBK AZ22 saylı hesaba keçir ilməsi qət edilmiş, Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddiaları təmin edilməmişdir. Cavabdeh Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Lizinq ödənişləri üzrə 30694,48 manat əsas, 6271,66 manat hesablanmış mükafat borcu və 8254,53 manat dəbbə pulu olmaqla, ümumilikdə 45220,67 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, 21.11 2016-cı il tarixli 386/L-16 saylı Lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, tələbin 18.11.2016-cı il tarixi: İpoteka müqaviləsi üzrə girov qoyulmuş Cavabdeh2 məxsus olan ***, ***, *** mənzilinə yönəldilərək həmin əmlakın açıq hərracda satılaraq əldə edilən vəsaitdən müəyyən edilmiş borc həcmində məbləğin İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx”xxxx"İddiaçı" MMM ilə Cavabdeh1 arasında 21.11.2016-cı il tarixli 386/L-16 saylı Lizinq Müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinin predmeti isə *** olmuşdur. Belə ki, 18.11.2016-cı il tarixli İpoteka müqaviləsinə əsasən cavabdehlərdən Cavabdeh2 özünə məxsus olan ***evin *** mənzilini Cavabdeh1 "İddiaçı" MMM ilə bağladığı Lizinq Müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. "İddiaçı" MMM-in 21.11.2016-cı alğı-satqı müqaviləsi və 386 saylı "Əmlakın qəbulu və lizinqə verilməsi barədə" Akta əsasən lizinq obyekti olan Türkiyə istehsalı Yataq dəstini, mətbəx mebelini və Samsunq televizorunu X2 alaraq Cavabdeh 1 lizinqə vermişdir. Lizinq müqaviləsinin 2.1 -ci bəndinə əsasən Türkiyə istehsalı olan yuxarıda göstərilən əmlaklar 40000 (qırx min manat) AZN-ə alınmışdır. Müqavilə 24 ay müddətinə bağlanmış və 21.11.2018-ci il tarixində müqavilə üzrə son öhdəliklər yerinə yetirilməli idi. Müqavilə üzrə illik faiz dərəcəsi 30% olaraq razılaşdırılmış və müqaviləyə 2 saylı əlavəyə uyğun olaraq aylıq olaraq ödənilməli idi. Tərəflər arasında bağlanan Müqavilələrə əsasən əmlaklar Cavabdeh1 sahibliyinə və istifadəsinə vermişdir. Bunun əvəzində X3 predmetindən istifadəyə görə lizinq müqaviləsinin ödəniş qrafikinə uyğun olaraq ümumilikidə 53676.31 AZN (əlli üç min altı yüz yetfniş altı manat 31 qəpik), o cümlədən 40000AZN (qirx min manat) əsas, 13676.31 AZN (on üç min altı yetmiş altı manat 31 qəpik) hesablanmış mükafat məbləğini 24 (iyirmi dörd) ay müddətinə İddiaçı MMM ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən qəsdən | boyun qaçırmışlar. Belə ki, bu günə kimi Cavabdeh1 tərəfindən “İddiaçı" MMC-nə lizinq müqaviləsi üzrə götürülmüş öhdəlik üzrə 29609.56 (iyirmi doqquz min altı yüz doqquz manat 56 qəpik) manat əsas, 12884.20 (on iki min səkkiz yüz səksən dörd manat 20 qəpik) manat hesablanmış mükafat borcu, ümumilikdə 42493.76 AZN (qırx iki min dörd yüz doxsan üç manat 76 qəpik) manat ödəməli olduğu halda müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hazırda cavabdehin "İddiaçı" MMC-nə 30694.48 AZN (otuz min altı yüz doxsan dörd manat 48 qəpik) manat əsas, 6271.66 (altı min iki yüz yetmiş bir manat 66 qəpik) manat hesablanmış mükafat borcu və 8254.53 (səkkiz min iki yüz əlli dörd manat 53 qəpik) manat dəbbə pulu borcu vardır. Ümumilikdə 45220.67 (Qırx beş min iki yüz iyirmi manat 67 qəpik) manat. Qeyd edilən Lizinq müqaviləsinin 2.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektinin dəyəri olan 40000 AZN (qırx min) və həmin məbləğə illik 30 % hesablanacaq mükafatı (faiz borcunu) əlavə 2-ə (ödəniş cədvəli) uyğun olaraq lizinq verənə ödəyir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən müqavilədə müəyyən edilmiş müddətdə Lizinq alan lizinq ödənişini tam həyata keçirməzsə və ya ödənilməli məbləği gecikdirərsə Lizinq alan Lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün gec ikdirilmiş məbləğin 1%-i miqdarmda dəbbə pulu (cərimə) ödəyir. Lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən Lizinq alan lizinq müqaviləsi üzrə öz hüquq və vəzifələrini Lizinq verənin yazılı razılığı olmadan üçüncü şəxslərə tam və ya qismən güzəşt edə bilməz. Lizinq müqaviləsinin 12.1.4-cü maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə turulan ödənişi ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüququ vardır. Cavabdehə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yeriə yetirməkdən imtina etmişdirlər. Eyni zamanda lizinq obyekti olan əmlaklar məişət əşyalarıdır və hazırda hansı vəziyyə tdə olduğu müəyyən deyildir. Bu əmlakların tez bir zamanda amortizasiyaya məruz qaldığını nəzərə alarq MMM-ə ilə cavabdehlər arasında İpoteka müqaviləsi imzalanmışdır. Öhdəliklərin icrasının təmini üsulu kimi bağlanmış 18.11.2016-cı il tarixli Lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən mülkiyyətçi Cavabdeh2 özünə məxsus olan əmlakmı 386/L-16 saylı lizinq müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.3-cü bəndinə əsasən girov əmlak 60000 AZN məbləğində qiymətləndirilmişdir. Müqavilənin 7.3cü bəndinə əsasən ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa ipoteka predmetinin ona (ipoteka saxlayana) verilməsini tələb edə bilər. Müqavilənin 9.1 –ci bəndinə görə əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtmda icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda ipoteka predmetinə tutma yönəldilir. Qeyd olunanlara əsasən Cavabdeh1dan Lizinq ödənişləri üzrə 30694.48 AZN (otuz min altı yüz doxsan dörd manat 48 qəpik) manat əsas, 6271.66 (altı min iki yüz yetmiş bir manat 66 qəpik) manat hesablanmış mükafat borcu və 8254.53 (səkkiz min iki yüz əlli dörd manat 53 qəpikı manat dəbbə pulu olmaqla, ümumilikdə 45220.67 (qırx beş min iki yüz iyirmi manat 67 qəpik manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, 21.11.2016-cı il tarixli 386/L- 16 saylı Lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, tələbin 18.11.2016-cı il tarixi: İpoteka müqaviləsi üzrə girov qoyulmuş Cavabdeh2 məxsus olan ***evin *** mənzilinə yönəldi lərək həmin əmlakın açıq hərracda satılaraq əldə edilən vəsaitdən müəyyən edilmiş borc həcmində məbləğin İddiaçı MMM ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 (bundan sonra-cavabdeh) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMM ilə onun arasında bağlanmış 18.11.2016-cı il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə lızinq müqaviləsi 21.11.2016-cı ildə, Cavabdeh2 ilə ipoteka müqaviləsi 18.11.2016-cı ildə bağlanmışdır. Müqavilənin tarixlərinə diqqət etdikdə görünür ki, ipoteka müqaviləsi təminatı olduğu lizinq müqaviləsindən daha öncə bağlanmışdır. Bu isə qanunvericiliyin tələbinə ziddir.Qarşılılı id dia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMM ilə onun arasında bağlanmış 21.11 2016-cı il tarixli lizinq müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, lizinq müqaviləsində məişət əşyalarının verilməsi göstərilsə də, ona heç bir əşya verilməmişdir. Doğrudur, 40000 manat məbləğində pul ona verilsə də, həmin pulun verilməsinə dair müqavilə qanunvericiliyin tələbinə uyğun şəkildə bağlanmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmı şdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, qarşılıqlı iddialarında konkret olaraq qanunun tələbinə əsaslanaraq ilkin iddia üzrə iddiaçı ilə aralarında bağlanmış ipoteka müqaviləsinin qanunsuz və əsassızlığı mübahisələndirilmişdir. "İddiaçı"MMC ilə aramızda bağlanmış lizinq müqaviləsi 21 noyabr 2016-cı il tarixdə olsa da, ipoteka müqaviləsi 18 noyabr 2016-cı il tarixdə bağlanmışdır. Halbuki, İpoteka haqqında Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. Qanunun mənasından göründüyü kimi cavabdehlə iddiaçı təşkilat arasında bağ lanmış ipoteka müqaviləsi lizinq müqaviləsindən əvvəl deyil, sonra, yəni lizinq müqaviləsinin təminatı kimi bağlanmalı idi. Bağlanmış ipoteka müqaviləsi qanunun tələbləri kobud şəkildə pozulmaqla bağlanmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin vəkili Mahmudov Cahangir Fəxrəddin oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 və onun vəkili Hüseynov Əli Ağbaba oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün h esab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə çıxarılmaqla iddia tələbini qismən təmin etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,X1, lizinq verən və alıcı İddiaçı MMM və lizinq alan Cavabdeh1 arasında bağlanmış 21.1 1.2016- cı il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı Türkiyə istehsalı olan 1 ədəd yataq dəsti mebeli, 1 ədəd mətbəx mebeli və 1 ədəd TV Samsunq LED 78 duvm UE78KS9000UXRU modelli televizoru alıcının mülkiyyətinə verir, alıcı isə sonradan lizinq alana maliyyə lizinqinə vermək məqsədi ilə həmin əşyanı lizinq alan ilə birlikdə qəbul edib, müqavilə ilə müəyyənləşdirilmiş qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. İizinq verən İddiaçı MMM və lizinq alan Cavabdeh1 arasında bağlanmış 21.11.2016-cı il tarixli 386/L-16 saylı lizinq müqaviləsinə əsasən lizinq verən ümumi dəyəri 40000 manat olan Türkiyə istehsalı olan 1 ədəd yataq dəsti mebeli, 1 ədəd mətbəx mebeli və 1 ədəd TV Samsunq LED 78 duvm UE78KS9000UXRU modelli televizoru 24 ay müddətinə Əlavə 1-də göstərilmiş qaydada istismara yar alı vəziyyətdə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul edərək, müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1də müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə ödəməyi öhdəsinə götürür. X1, lizinq verən və alıcı İddiaçı MMM və lizinq alan Cavabdeh1 arasında tərtib edilmiş 21.11.2016-cı il tarixli əmlakın qəbulu və lizinqə verilməsi barədə aktdan görünür ki, Türkiyə istehsalı olan 1 ədəd yataq dəsti mebeli, 1 ədəd mətbəx mebeli və 1 ədəd TV Samsunq LED 78 duvm UE78KS9000UXRU modelli televizor lizinq alan Cavabdeh1 təhvil verilmişdir. İpoteka müqaviləsinə əsasən Cavabdeh2 ona özünə məxsus olan ***evin, *** mənzilini Cavabdeh1 İddiaçı MMM ilə bağladığı Lizinq Müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən girov əmlak 60000 AZN məbləğində qiymətləndirilmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən ipoteka qoyanın öz vəzifələrini icra edə bildiyi aşkar olarsa, ipoteka predmetinin ona (ipoteka saxlayana) verilməsini tələb rdə bilər. Müqavilənin 9.1-ci bəndinə görə əsas ıhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda ipoteka predmetinə tutma yönəldilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeqydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ***, ***, *** mənzili "İddiaçı" MMM-nin xeyrinə yüklü edilm işdir. Maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 “xxxx” MMM-nə 30694,48 manat əsas, 6271,66 manat hesablanmış faiz mükafat borcu və 8254,53 manat dəbbə pulu olmaqla, ümumilikdə 45220,67 manat borc hesablanmışdır. 22 iyun 2018-ci il tarixli, 1173 saylı bildirişin surətindən göründüyü kimi Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi təklif olunmuş və tələbin ipoteka predmetinə yönəldildiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin 04 iyul 2018-ci il tarixli məktubundan göründüyü kimi, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. ödəniş tapşırığından göründüyü kimi, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubli kası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 -ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icram gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecik dirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 -ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və.bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddi hüquq normaları yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, cavabdeh *** X3 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tar razılaşdırılmış pul vəsaitini lizinq alana ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsindən irəli gələn münasibətlər çərçivəsində Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi borcun müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 29 mart 2019-cu il tarixli, 2696 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, 21 noyabr 2016-cı il tarixli, 386/L-16 sa ylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 maliyyə arayışında göstərilən tarixə, yəni 14.06.2018-ci il tarixə İddiaçı MMM-ə olan borcuəsas borc üzrə 30694,48 manat, faiz üzrə 6271,66 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar uzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilm iş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməli, ekspert rəyi nəzərə alınmaqla, Cavabdeh1 30694,48 manat əsas, 6271,66 manat faiz borcu tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Lizinq müqaviləsinin 6.4-cü bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş müddətdə lizinq alan lizinq ödənişini tam həyata keçirməzsə və ya ödənilməli məbləği gecikdirərsə lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün gecikdirilmiş məbləğin 1% miqdarında dəbbə pulu (cərimə) ödəyir. İşə apellyasiya aydasında baxan məhkəmə kollegiyası həmçinin he sab etmişdir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin ha llarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İizinq müqaviləsindən irəli gələn 8254,53 manat məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ olmaqla, həmin hissədə iddia qismən təmin edilərək, dəbbə pulu azaldaraq 200 manat müəyyən edilməsi tərəflərin mənafeyi baxımından daha məqsədə uyğundur. Müqavilə müddəti başa çatdığından, hazırda müqavilənin ləğvi üçün əsas yoxdur. Buna görə də, iddia tələbi qeyd olunan hissədə təmin oluna bilməz “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən, oorclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1 -ci maddəsinə əsasən ipoteka saxlayanın ipo teka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Ona görə də ipoteka predmetinə tutmanın yönəldillməsi hissəsində iddia təmin edilməlidir. İpoteka müqaviləsində tərəflərin razılığı ilə ipoteka predmetinin dəyəri 60000 manat müəyyən olunmuşdur. Qiymətləndirmə ilə bağlı “xxxx” MMC-nin 08 aprel 2019-cu il tarixli, 09/ƏM saylı rəyinə əsasən ***, ***, *** mənzilinin 2019-cu ilin fevral ayına bazar qiyməti 55000 manat təşkil edir. Qiymətləndirmə ilə bağlı rəy kifayət qədər əsaslandırılmış, əmlakların mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, müqayisəli metod yolu və əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Qiymətləndirmə rəyi əsasında tam ədalətli olmaqla, mənzilin ilkin satış qiymətini 60000 manat müəyyən edilməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbləri ilə bağlı hissədə qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilə bilməz. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin r azılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MülkiMəcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331 ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 3 29.1, 334.1, 334.2-ci maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən lizinq və ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, lizinq və ipoteka müqavilələrinin bağlanmasında tərəflər iştirak etmiş, onlar müqavilə azaldığı şəraitində (AR MM- nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (ipoteka ilə bağlı hissədə daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Həmçinin 2016-cı ildə bağlanan müqavilələr üzrə bir i llik kəsici müddəti (Mülki Məcəllənin 354-cü maddəsi) keçirməklə, cavabdehlər 28.08.2018-ci ildə məhkəməyə etibarsızlıqla bağlı iddia tələbləri ilə müraciət etmişlər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora münasibətdə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora münasibətdə ləğvi üçün qanuni əsas deyildir. İpoteka müqaviləsinin tarixinin əsas öhdəliyi xarakterizə edən kredit müqaviləsindən daha əvvələ təsüdüf etməsi ilə bağlı dəlilə münasibətdə kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin rədd edilməsi baxımından qiymətin verilməsinin əhəmiyyətsizliyi ilə bağlı qənaəti ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)-436/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar