Məhkəmə qərarları › İş №2(102)-6794/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6794/2019

04.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6794/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” dudhəṀ Məsuliyyətli Cəmiyyətinin vəkili X1 iştirakı ilə, Cavabdeh “xxxx” CMṀ tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6335/2019 nömrəli iş üzrə 07 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin (hakim Sərd ar Mehrəliyev) 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq İddiaçı məxsus olan, x11 mənzilinə aid qeyri-qanuni artırılmış, qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq “xxxx” CMṀ-yə ödənilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Zaur Əliyev - sədrlik edən və məruzəçi, Vahid Sadıqov, Rafael Eyvazov) 07 iyun 2019-cu il tarixli qətnaməsi ilə İdd iaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin qismən təmin edilməsi, “xxxx” MMCdən vurulmuş maddi ziyana görə 1903 manat, mənəvi ziyana görə 200 manat olmaqla, cəmi 2103 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissələrdə və “xxxx” MMC-nin İddiaçı qarşı “qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı “xxxx” MMC-dən dəymiş maddi ziyana görə 4950 manat, mənəvi ziyana görə 2000 manat, cəmi 6950 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarı lmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 9 saylı mənzil 1997-ci ildən xüsusi mülkiyyətindədir. Hazırda qeyd edilən küçədə olan evlər plana əsasən söküntüyə düşmüşdür. Lakin “xxxx” MMC tərəfındən abadlıq işələri adı altında mənzillərin eyvanları sökülərək yenisi tikilir. Yeni tikilən eyvanların bəziləri yarımçıq qalmış, bəziləri bir nəfərdən artıq yük götürmür. Hansı standarta uyğun tikilməsi, kimə təhvil verməsi, kimdən təhvil alması bəlli deyil. Bir neçə mənzilin eyvanı isə artıq süni özüllərdən çat vermişdir. Qonşu mənzillərin eyvanlarına baxış keçirilərsə bu fakt təsdiqini tapmış olar. Cavabdeh “xxxx” MMC ona məxsus mənzilin 12 kvadratlıq eyvanını sökərək yerində bəlli olmayan standartlara uyğun 3 kvadratlıq eyvan tikmək istəyir. Halbuki qeyd edilən ey van texniki pasporta əsasən özünün mülkiyyətindədir, eyvan statusundan çıxmış, bütöv mənzilin bir hissəsidir, mətbəx və sanitar qovşağ təyinatı var. Buna etiraz etdiyi üçün mülkiyyətində olan mənzilin eyvan hissəsi beş aydır ki, sökülmüş, yararsız hala salınmış, lambrinlə izolyasiya edilmiş hissələri çıxarılmış, eyvanın görünüşü qərəzli olaraq bərbad vəziyyətə salınmışdır. Cavabdehə və mənzildən 50 metr məsafədə yerləşən 48 saylı MKİS-ə dəfələrlə müraciətlər olunsa da, başqa eyvanların söküntüsü və öz standatlarına uyğun abadlaşdırılması davam edir. Eyvanın izolyasiyasının sökülməsi nəticəsində mənzilin isidilməsinə enerji xərcləri artmış, mənzildə soyuq hava dövranı artmış, mətbəxdən sərbəst istifadə məhdudlaşmışdır. Mənzilin eyvan hissəsinin abadlıq adı ilə aylardır sökülərək yararsız ha la salınması nəticəsində mənzilin bir hissəsi olan 12 kvadrat metr yaşayış sahəsinə ümumilikdə 4500 manat ziyan dəymişdir. Bundan başqa mənzilin istiliyinin itməsi nəticəsində elektrik enerjisinin istifadəsi artmış, aylıq 80-150 manat arasında elketrik enerjisinə artıq sərfıyyat olmuşdur ki, ümumilikdə beş ay ərzində 450 manat enerji haqqı ödəmək məcburiyyətində qalmışdır. Dövlət büdcəsindən maliyyələşən cavabdehin dövlətin mühafızə olunan ev siyahısında olan xüsusi mülkiyyətə, vətəndaşa bu qədər maddi ziyan vurması, edilən müraciətlərə laqeyd yanaşması, “get nə edirsən bacarırsan et, get ver məhkəməyə” kimi ifadələri ilə vətəndaşı narazı salması bu dövlətin vətəndaşı olaraq iztirab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. “xxxx” MMC, İddiaçı məxsus olan, x11 aid qeyri-qanuni artırılmış və qəzalı olan balkonun sökülməsi və layihə üzrə yenidən qurulması, İddiaçı və onun ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin mərkəzində MMC tərəfindən aparılan təmir-bərpa işləri yaşayış binalarının fasad hissəsinin təmir olunmasını, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsini nəzərdə tutur. Eyvanların qəzalı olub-olmamasının müəyyən edilməsi məqsədi ilə mövcud eyvanların alt hissəsi dayaqlara qədər açılır. Dayaqların korroziyaya uğrayıbuğramaması müəyyən olunur və həmin eyvanlara FHN mütəxəssisləri baxış keçirərək müvafıq rəy verir. Eyni qaydada ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan 9 saylı mənzilin eyvanının alt hissəsindəki lambir sökülmüşdür. FHN mütəxəssisləri eyvana baxış keçirərək, onun qəzalı olduğunu müəyyən etmişlər. Müvafıq rəyə əsasən qeyd olunan eyvan sökülərək ilkin layihə vəziyyətinə gətirilməlidir. Mövcüd eyvan binanın əlavə yüklənməsinə səbəbdir. Hal-hazırda qeyd olunan eyvan təhlükə mənbəyidir. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış sorğu nəticəsində cavabdehə məxsus olan açıq eyvanın qeyri-qanuni artırıldığı və tikilərəq bağlandığı məlum olmuşdur. Eyvanın artırılması və bağlanması ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində heç-bir məlumat yoxdur və qeyd olunan artırma qanunvericiliklə nəzərdə tutulan qaydada rəsmiləşdirilməmişdir. ünvan 3 ünvan: Qoqol küçəsi 25) (inv.2948) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci i l tarixli 132 saylı qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi qadağandır. Cavabdeh İddiaçı ona məxsus olan qeyri-qanuni artırılmış, təhlükə mənbəyi olan qəzalı eyvanının sökülərək dövlət standartlarına uyğun şəkildə yenidən qurulmasına mane olur, təmir işlərinin tamamlanmasını ləngidir və bununla kifayətlənməyərək müəssisəyə böhtan ataraq, gəlir əldə etmək istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh “xxxx” CMṀ kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş məktublardan da müəyyən edildiyi kimi mübahisəli tikilinin sökülməsi “xxxx” MMC-yə həvalə edilmişdir. MMC-nin qarşılıqlı iddia qaldırmağa subyektiv hüququ olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarını ətraflı araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə verilən sorğuya cavab mətubunda da, həmin tikilinin qəzalı olması və tikilinin sökülməsinin “xxxx” MMC-yə həvalə edilməsi göstərilmişdir. Lakin məhkəmə bu halları nəzərə almamışdır. Tərəflərin izahatları: Cavabdeh “xxxx” dudhəṀ Məsul iyyətli Cəmiyyətinin vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,mübahisə predmeti, x11 binada yerləşən və İddiaçıməxsus olan 9 saylı mənzilin eyvanıdır. Hörülərək bağlı vəziyyətə gətirilmiş eyvanda mətbəx və sanitar qovşaq yerləşir. “xxxx” MMC, dövlət orqanlarından aldığı məlumatlara istinad edərək eyvanın müvafiq hissələrinin korroziyaya uğradığını, onun hörülərək tikilməsinin əlavə yüklənməyə səbəb olduğunu, binanın dayanıqlığı üçün təhlükə yaratdığını, onun estetik görkəmini pozduğunu və eyvanın yerləşdiyi fasadı ilkin layihə vəziyyətinə gətirmək lazım olduğunu bildirir. MMC, bu məqsədlə hətta eyvanın alt hissəsini qismən sökmüşdür. İddiaçı buna etiraz etdiyi üçün tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı, ona dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırdıqdan sonra, “xxxx” MMC, eyvanın sökülməsi, layihə üzrə yenidən qurulması, habelə tikinti prosesinə yaradıla biləcək maneələrin aradan qaldırılması barədə tələb irəli sürmüşdür. İlk iddia tələbini qismən təmin edən, qarşılıqlı iddia tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC, mübahisəli eyvanın yerləşdiyi x1 binada müvafiq söküntü və tikinti işlərini aparmaq, habelə zəruri olduqda mənzil mülkiyyətçisinə qarşı məhkəmədə iddia qaldırmaq səlahiyyətini təsdiqləyən mötəbər sübutları təqdim etməmişdir. “xxxx” MMC-nin subyektiv hüquqla bağlı istinad etdiyi dəlil, sözügedən eyvanın faktiki vəziyyəti barədə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən, Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən, habelə mübahisə predmetinə aidiyyəti olmayan, MMC-nin Bakı şəhərinin başqa küçələrində yerləşən binalarında təmir işləri aparmasına dair digər dövlət orqanlarından alınmış cavab məktublarıdır. Apellyasiya instansiyası məhkəməsi həmin məktubları “xxxx” MMC-nin x1 mənzilin eyvanında müvafiq söküntü və tikinti işlərini aparmaq, habelə mənzilin mülkiyyətçisi olan İddiaçı qarşı məhkəmədə iddia qaldırmaq səlahiyyətini təsdiqləyən mötəbər s übut kimi qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi ilə bağlı gəldyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC, səlahiyyəti olmadan mübahisəli eyvanda söküntü işləri apardığı üçün İddiaçı, mülki hüquq pozuntusu (delikt) normaları çərçivəsində ona dəymiş ziyanın əvəzinin ödənilməsini həmin MMC-dən tələb etməkdə haqlıdır. x1 mülkiyyət hüququ ilə İddiaçı məxsus olması, “xxxx” MMC tərəfindən mənzilin eyvanının döşəməsinin alt hissəsinə vurulmuş təbəqənin qanunsuz şəkildə və bilərəkdən sökülməsi, bunun nəticəsində İddiaçı maddi zərərə düşməsi, lambirin və su novlarının sökülməsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün 1903 manat məbləğində vəsaitin tələb olunması, tərəflərin izahatları ilə yanaşı, mülkiyyətə dair MH seriyalı, 092944 nömrəli qey diyyat vəsiqəsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.09.2018-ci il tarixli, 21388 saylı rəyi, habelə “xxxx” MMC-nin 16 may 2019-cu il tarixli mütəxəssis rəyi ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbinin mənəvi zərərin tutulması ilə bağlı hissədə qeyd etmişdir ki, “xxxx” MMC-nin səlahiyyəti olmadığı halda qanunsuz şəkildə İddiaçı mülkiyyətində olan mənzilin eyvanının alt hissəsini sökməsi, sonuncunun bu hərəkətlərin dayandırılması və düşdüyü məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara, o cümlədən məhkəməyə müraciət etmək məcburiyyətində qalması, vurulmuş zərərin uzun müddət ərzində aradan qaldırılmaması faktları özü-özlüyündə İddiaçı psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üç ün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. İddiaçı mənzilinin eyvanının qismən sökülməsi nəticəsində yaşadığı çətinliklər nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, “xxxx” MMC-dən İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 200 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı maddi və mənəvi ziyan tələbinə dair ilk iddiasının təmin olunması, cavabdeh “xxxx” MMC-nin özbaşına yenidən qurulmuş balkonun sökülərək layihə üzrə əvvəlki vəziyyətə gətirilməsi və İddiaçı və ailə üzvləri tərəfindən tikinti prosesinə yaradıla biləcək maneələrin qarşısının alınması barədə qarşılıqlı iddiasının təmin olunub olunmamasından asılıdır. Ona görə də ilk növbədə qarşılıqlı iddianın rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən “xxxx” MMC-nin hazırki iddianı qaldırmaqda sübyektiv hüququnun olmamasına istinad etmişdir. Laki n məhkəmə bu qənaətə gələrkən iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, cavabdeh MMC-nin irəli sürdüyü dəlilləri tam araşdırmamış, iş üzrə həqiqətin müəyyən edilməsi üçün bütün zəruri prosessual hərəkətləri icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüv vəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Apellyasiya instansiyası məhkəməsində təqdiq edilmiş sübutlarla, o cümlədən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının "xxxx" CMṀ-yə ünvanlanmış 13.07.2018-ci il tarixli, 3-9/628 saylı məktubu, Bakı şəhəri Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun “ünvan 6 ünvanında (keçmiş Mərdanov Qardaşları küçəsi 13) yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 20.04.2018-ci il ratixli rəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X5, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin "xxxx" CMṀ-yə ünvanlanmış 12.07.2018-ci il tarixli, 60-01/ZN saylı məktubu və 12.09.2018-ci il tarixli, 21388 saylı ekspert rə yi ilə müəyyən edilmişdir ki, iddiaçı Südabə Tamazanovanın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 9 saylı mənzilinə aid balkonda yenidənqurma işləri aparılmış, balkonun ölçüləri 7,2x2,2 metrə artıılmış, balkonun konturu üzrə sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Həmin işlərin aparılmasına hər hansı dövlət orqanının razılığı olmamışdır, həmin işlə özbaşına görülmüşdür. Balkonun metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafızə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Balkonun konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlannda çat və digər deformasiy alar müşahidə olunmadı. Balkonun hörülərək otaqlann tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Balkonda yenidənqurma işlərinin aparılmasını iddiaçı tərəf də mübahisələndirmir. Yuxarıda göstərildiyi kimi apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən “xxxx” MMC-nin hazırki iddianı qaldırmaqda sübyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmənin qənaətinə görə ididaçı İddiaçı mülkiyyətində olan mənzildə özbaşına olaraq yenidən planlarşdırma işlərini aparmışdı r. Lakin həmin işlərin həyata keçirilməsini rəsmiləşdirmək, yaxüd bundan imtina edilməklə əvvəlki vəziyyətinə bərpa olunmasını tələb etmək, bu tələb vaxtında yerinə yetirilmədikdə isə müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququ qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.2, 24.1, 25.1.3-25.1.627.1-27.3-cü maddələrinə və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli, 272 nömrəli Fərmamının 1.4-cü bəndinə görə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. “xxxx” MMC kommersiya hüquqi şəxs olmaqla bu məsələnin həllində hər hansı səlaiyyəti yoxdur, aidiyyatı dövlət orqanları tərəfindən ona belə bir səlahiyyətin verilməsini də məhkəmədə sübuta yetirə bilməmişdir. İşdən görünür ki, “xxxx” MMC qarşılqlı iddia tələbinin əsası kimi müxtəlif qurumlardan ünvanlanmış məktubları məhkəməyə təqdim etmiş, Bakı şəhərinin mərkəzində aparılan abadlıq, təmir-bərpa, yaşayış binalarının fasad hissəsinin təmiri, qəzalı damların və eyvanların sökülərək yenisi ilə əvəzlənməsi işlərinin MMC-yə tapşırıldığını göstərmişdir. İddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi-13 (yeni ünvan: Qoqol-25) (inv. 2948), ünvanda yerləşən bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. İddiaçının apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə “xxxx” MMC-nin mübahisəli tikilinin sökülərək ye nidən bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını müəyyən etmək üçün təkcə MMC tərəfindən bu barədə məhkəməyə sübutlar təqdim oluna bilməməsi faktı ilə kifaytələnmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X4, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinin həmin məsələnin həllində bilavasitə maraqlı olması, qəbul ediləcək məhkəmə aktının birbaşa onların maraqlarına toxunacağını nəzərə almamış, bu dövlət orqanlarının cavabdeh tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Halbuki göstərilən dövlət qurumlarının işə cəlb olunması "xxxx" CMṀ -yə mübahisəli ünvanda yerləşən balkonun əv vəlki vəziyyətinə bərpası üçün səlahiyyət verilib-verilməməsi məsələsinin həlli, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə görə abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 25-ci maddəsinə görə isə dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsu si mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası ilkin iddia tələbi və məhkəmə xərcləri ilə bağı qeyd edir ki, həmin hallar qarşılıqlı iddia tələbinin həllindən asılı olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia ilə bağlı tələb üzrə qəbud edəcək qərara uyğun olaraq bu məsələlərə hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə yenidən baxan zaman iş materiallarına əlavə edilmiş Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətindən cavabdeh MMC-nin vəkilinin sorğusuna verilmiş məktuba da hüquqi qiymət verməlidir. Belə ki, həmin məktubda Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 13-d ə söküntü, təmir-tikinti və yenidənqurma işlərinin "xxxx" MMC-yə həvalə edilməsi qeyd olunmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh “xxxx” dudhəṀ Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6335/2019 nömrəli iş üzrə 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar