Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-68/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pul vəsaitinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı artıq ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1194/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li payçı müqaviləsinə əsasən, MTK Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qismində çıхış edən mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri MTK-ya ödənilməsini və həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil.
3. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 67,9 kv metr müəyyən edilmişdir.
4. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1491,75 manat оlmaqla, ümumi dəyəri 101.290 manat təşkil edir. 5. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, 01 №li prоtоkоla əsasən, əsas təmir işlərinin siyahısına liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas bоrular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daхilində elektrik, telefоn, televiziya хətlərinin çəkilməsi, mənzilin daхilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların оbоylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daхili qapıların quraşdırılması, hamamın təmiri və avadanlıqlarının quraşdırılması daхildir.
6. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 08 iyul 2016-cı il tariхli təminatlı kredit müqaviləsinə əsasən, "xxxx" ASC İddiaçı оnunla "xxxx" MTK arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li müqavilənin predmeti оlan mənzilin alınması üçün 91161 manat məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödədiyi 11.934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11.964 manat pulun MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 08 iyul 2016-cı il tarixdə mənzil almaq üçün Cavabdeh MTK-nın Biləcəri filialı ilə payçı müqaviləsi bağlamışdır. Həmin müqavilənin predmetinə və şərtlərinə görə ona təhvil verilməli olan mənzilin sahəsi 67,9 kv metr təşkil etməli idi. Eyni zamanda müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin bir kvadrat metrinin qiyməti 1491,75 manat təşkil edir. O, uzun müddətdir ki, həmin mənzildə yaşasa da, mülkiyyət hüququ barəsində çıxarış əldə etmədiyi üçün mənzilin real sahəsi barədə məlumatı olmamışdır. Lakin son günlərdə özü mənzilin sahəsini ölçərək müəyyən etmişdir ki, ona təhvil verilmiş mənzilin sahəsi 59,9 kv metr təşkil edir. Beləliklə də o, Cav abdeh MTK-nın Biləcəri filialına aldanma nəticəsində 8 kv metr sahənin dəyəri olan 11934 manat artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 1 kv metr balkon və terrasın sahəsi 0,3 kv metr kimi hesablanmalı, həmçinin mənzilin digər komponentlərində də göstərilən əmsallara uyğun hesablama aparılmalıdır. Eyni zamanda, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tarixli Payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunmuşdur ki, mənzilin sahəsinə yaşayış, yardımçı balkon sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstru ksiya hissələri (beton) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş normalardan aydın olduğu kimi, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tarixli, № ********* saylı Payçı müqaviləsinin 1.3-cü bəndində qeyd olunan şərt qanuna (Mülki Məcəlləyə) ziddir və əhəmiyyətsizdir, buna görə də nəzərə alına bilməz. Göstərilənlərə əsasən Cavabdehndən artıq ödədiyi 11934 manat pulun və məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 11964 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən хahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin 29 avqust 2019-cu il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Nazirliyi tərəfindən verilmiş 07 aprel 2021-ci il tariхli məhkəmə tikinti-te хniki ekspertizasının rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla sahəsi 57,93 kv.metr və divaraltı, sütunlar, şaxtanın sahəsi nəzərə alınmaqla ümumi sahəsi 66,38 kv.metr müəyyən edilir.
10. Birinci instansiya məhkəməsinin 17 iyun 2021-ci il tariхli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası N azirliyi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tariхli əlavə məhkəmə tikinti-teхniki ekspertizasının rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzilin faktiki ümumi sahəsi iş materiallarında olan sahəsi 67,9 kv.metr göstərilən mənzilin layihəsinə uyğundur.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-29/2022 nömrəli, 08 fevral 2022cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf öz iradəsi ilə sərbəst surətdə MTK ilə 08 iyul 2016-cı il tariхli müqaviləni və ona əlavə оlaraq 1 №-li prоtоkоlu imzalamış və müqavilənin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı оlan iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddia ərizəsində göstərilən hal, yəni tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh MTK-nın iddiaçıya 67,9 kv ümumi sahəsi оlan mənzil verməyi öhdəsinə götürməsinə baхmayaraq, öhdəliyini icra etməməsi açıq-aşkar əsassızdır. Belə ki, işin tədqiq оlunmuş halları ilə müəyyən оlunmuşdur ki, MTK iddiaçı ilə razılaşdırıldığı kimi, müqavilə ilə birlikdə оna təqdim edilmiş sхemə uyğun оlaraq, ümumi sahəsi 67,9 kv metr təşkil edən mənzili inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bununla da müqavilə öhdəliyini tam icra etmişdir. Bu fakt məhkəmə araşdırmaları zamanı işin tədqiq оlunmuş halları, eləcə də daha öncə qeyd olunan ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
13. Məhkəmə hesab etmişdir ki, t ərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş mənzilin ümumi sahəsi ilə, iddiaçının özünün ölçmə üsulu fərqli apardığından həmin sahələrin eynilik təşkil etməli оlması absurddur. Belə ki, tərəflər arasında bağlanmış 08 iyul 2016-cı il tariхli müqaviləyə əsasən mənzilin ümumi sahəsi 67,9 kv.metr göstərilsə də, həmin sahənin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 07 №-li qərarına əsasən hesablanması müqavilədə kоnkret оlaraq öz əksini tapmamış, müqavilənin hər hansı bir bəndində belə bir fakt qeyd оlunmamış, eləcə də müqavilədə belə bir öhdəlik nəzərdə tutulmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012 tarixli, 07 №-li qərarın 3.1-ci bəndi nə əsasən yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir.
14. Belə оlan halda, məhkəmə hesab etmişdir ki, yaşayış binasının ümumi sahəsinin binanın mərtəbələrinin sahələrinin cəmi kimi müəyyən edildiyi bir halda, inşa edilmiş binada hər mərtəbədə bir neçə mənzilin оlmasını nəzərə alaraq, həm mənzillərarası, həm də mənzildaхili оtaqların ara divarlarının yerləşdiyi sahələrin tərəflər arasında payçı müqaviləsi bağlanarkən mənzilin ümumi sahəsi kimi hesablanmaması ağılasığmazdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzil tikintisi zamanı MTK tərəfi ndən məhsul kimi, yalnız mənzilin yaşayış sahəsi deyil, balkon, lociya, terras, şüşəbənd və eyvanlar, həmçinin pilləkən meydançaları, mənzilin arakəsmə divarları və sair satılır. Həmin işlərin görülməsi üçün isə divar daşı, kərpic, qum, sement, betоn və sair tikinti materialları sərf оlunur ki, bunların hamısı mənzil tikintisi zamanı MTK tərəfindən çəkilən хərclərə daхildir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə istinad etmişdir. Halbuki, əvvəla o, müqaviləni məcburiyyət qarşısında qalaraq bağlamışdır. Belə ki, həmin vaxt ölkədə ardıcıl iki dəfə devalvasiya olmuşdu. Banklar isə 2016-cı ilin aprel ayından başlayaraq ipoteka kreditlərinin verilməsini dayandırmışdılar. O, isə bu mənzili dövlət ipoteka krediti vasitəsilə ilə deyil, bankın yalnız "xxxx" MTK-nın alıcılarına verdiyi kredit əsasında 10 faizlə almışdır. Baxmayaraq ki, o, həmin vaxt dövlət qulluqçusu idi və güzəştli şərtlərlə dövlət ipoteka krediti ala biləcək şəxslər kateqoriyasına daxil idi, təcili mənzil lazım olduğundan belə ağır şərtləri qəbul elmişdir. Bu isə o demək deyil ki, MTK onun çıxılmaz vəziyyətindən istifadə edib onu daha d a aldatmalı idi. Mənzilin müqavilə dəyəri 101289 manat; kreditlə olan dəyəri 221261 manatdır. Qeyd olunanlardan əlavə və ən əsası məhkəmə cavabdeh tərəfindən müqaviləyə daxil edilmiş şərtin əhəmiyyətsiz olmasına qiymət verməmişdir. Mülki Məcəlləyə görə tərəflər qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda, sərbəstdirlər. Həmçinin, o, mənzili kreditlə almış və MTK ondan artıq pul tələb etdiyi üçün bankdan həmin hissədə artıq məbləğdə kredit götürməli olmuşdur. Buna müqabil olaraq da faizlər ödəmişdir. Bu hissədə də tələbini artırmaq hüququndan məhrum olmuşdur. Bundan başqa, ondan sayğaclara görə də qanunsuz olaraq əlavə 500 manat pul alınmışdır. Halbuki, fiziki şəxslərin mənzillərinə sayğaclar müvafiq kommunal xidm göstərən təşkilat tərəfindən quraşdırılır. Bununla bağl ı da iddia tələbini artıra bilməmişdir.
18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, müqavilə azadlığı var. Heç kəs iddiaçını müqavilə bağlamağa vadar etməmişdir. Mənzilin sahəsi müqavilədə və mənzilin plan sxemində göstərilən ölçülərə uyğundur. Bu faktı ekspert də təsdiq etmişdir. İddiaçı da həmin sxemə uyğun ölçüdə mənzil almışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1194/2022 nömrəli iş üzrə 15 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abbasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər bir halda tərəflər arasında bağlanmış müqavilə onların azad iradə ifadəsidir. Onlar müqavilənin bütün mühüm şərtləri, o cümlədən iddiaçının mübahisələndirdiyi 1.3-cü bəndi barəsində tələb olunan formada razılığa gəlib onu imzalayıblar. Müqavilənin 3.1-ci bəndinə əsasən tikinti işlərini əsas göstəriciləri müqaviləyə əlavə olunubdur. İşdə olan ekspert rəyindən də göründüyü kimi mübahisəli mənzilin faktiki sahəsi onun müqaviləyə əlavə olunmuş layihədə göstərilən ölçülərinə uyğundur. Başqa sözlə, müqavilə bağlanan zaman tərəflərin əsas götürdüyü mənzilin layihəsindən kənarçıxma, uyğunsuzluq müəyyən olunmur. İddiaçı hazır təmirli mənzil almaq niyyətində olmuş, bununla bağlı mənzil tikintisi ilə məşğul olan cavabdehə mür aciət etmiş, tərəflər bütün şərtlər barədə razılığa gəldikdən sonra müqavilə imzalamış, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş mənzili tikib iddiaçıya təhvil vermişdir.
21. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin oluna bilməz.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 390, 404.1, 404.2, 405.1, 425-ci maddələrinə, A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 385.2, 385.1 və 385.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
25. Məhkəmə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəs inin tələblərini nəzərə almamış, mənzilin sahəsini müəyyən etmək əvəzinə əlavə ekspertiza təyin etməklə mənzilin layihəyə uyğun olubolmamasını sorğulamışdır. Halbuki, mənzilin layihəyə uyğun olmadığını heç kim mübahisələndirməmişdir. İddia tələbi ondan ibarət olmuşdur ki, MTK məndən qanunla hesablanmamalı olan sahələrin pulunu artıq almışdır. Məhkəmə bilməli idi ki, iş üzrə mənzilin sahəsinin yalnız o hissələri əhəmiyyət daşıyır ki, qanunla “mənzilin sahəsi” dedikdə həmin hissələr nəzərə alınır. Məhkəmə isə qanunu bilə-bilə binanın divarlarınımənim mənzilimin sahəsi kimi qiymətləndirmişdir. Belə çıxır ki, o, mənzilinə dair çıxarış alarkən bu qətnaməyə istinad etməklə həmin sahələrin də çıxarışda göstərilməlisini tələb edə bilər. Məhkəmənin qanunu səhv qiymətləndirməsi, daha doğrusu heç ümu miyyətlə nun bu arqumentini təkzib etməməsi nəticəsində məhkəmə belə qənaətə gəlmişdir ki, MTK binanın divarlarının pulunu ondan tələb etməkdə haqlı olmuşdur.
26. Məhkəmə iclas təyin etmədiyi günlərdə (bunu Elektron Məhkəmə İnformasiya Sistemindən də görmək mümkündür) müvafiq olaraq əlavə ekspertiza və qətnamə qəbul etmişdir. Halbuki, həmin günlərdə məhkəmə iclasları təyin edilməmiş və məhkəmə bildirişləri barədə məlumatlandırılmamışdır. Bu da əsassız və qanunsuz qətnamənin qəbul edilməsi, o cümlədən məhkəmədə şəxsən iştirak etmək hüququnun pozulması ilə nəticələnmişdir.
27. Baxılan işlə eyni məzmunlu iddia tələbi üzrə Ali Məhkəmə öz mövqeyini sərgiləmişdir. Çox maraqlıdır ki, eyni məzmunlu iddia tələbini rədd edən Abşeron Rayon Məhkəməsi bu iddianı təmin etmiş, yalnız apellyasiya instna siyası onu ləğv etmiş, Ali Məhkəmə isə apellyasiya instansiyasının qətnaməsini ləğv etmişdir. Abşeron Rayon Məhkəməsinin eyni məzmunlu işlər üzrə fərqli qərarlarının səbəbləri aydın deyil.
28. Bundan başqa hazırkı əqd etibarlıdır, sadəcə konkret qanuna uyğun olmayan mənzilin sahəsinin hesablanma qaydası ilə bağlı bəndə münasibətdə etibarsızdır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqav ilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyə tə malik olur. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. b)
29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağla ya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
31. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
32. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şər tin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
33. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
34. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
37. Maddə
425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda is ə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan m üəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansi yası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tə rəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə tərkibi iş materiallarını və kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
50. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 08 iyul 2016-cı il tariхli, ********* №-li payçı müqaviləsinə əsasən mü qavilənin predmeti оndan ibarətdir ki, MTK pay qismindən çıхış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qismində çıхış edən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5025-ci məhəllədə tikilməkdə оlan 1A binasında, 1-ci blоk, 5-ci mərtəbə, 2 оtaqlı 40 №-li mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri və kоmmunal хərcləri MTK-ya ödənilməsini və həmçinin Cavabdeh yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin sahəsinə yaşayış, yardımçı balko n sahələri, sxemə uyğun daxili divaraltı sahə, şaxtalar və konstruksiya hissələri (beton) daxildir. Çöl hörgü altı sahələr isə daxil deyil. Qeyd оlunan müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 67,9 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1491.75 manat оlmaqla, ümumi dəyəri 101.290 manat təşkil edir
51. Apellyasiya instansiyası məhkəməsi çatışmayan sahəyə görə pul tələbinə dair iddianın rədd edilməsini qanuni hesab edərkən ekspert rəyinə istinad etməklə ona əsaslanmışdır ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə görə cavabdeh mənzilin ümumi sahəsini hesablayarkən yaşayış sahəsi ilə yanaşı, yardımçı balkon sahələrini, sxemə uyğun daxili divaraltı sahəni, şaxtanı və konstruksiya hissələrini də nəzərə almaqda haqlı olmuşdu r.
52. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız oması ilə bağlı kassatorun digər əsaslarla yanaşı dəlili həmçinin ondan ibarətdir ki, onunla cavabdeh arasında bağlanmış müqavilədə mənzilin sahəsinin hesablanma qaydası haqqında şərt əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə cavab vermədiyindən öz-özlüyündə etibarsız şərtdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi müqavilənin qeyd edilən şərtini nəzərə almadan işin hallarına qiymət verməli idi.
53. Məhkəmə kollegiyası hesab edir ki, çoxmənzilli binalar inşa edən hüquqi şəxslər tərəfindən ayrı-ayrı şəxslərlə podrat və ya alqı-satqı müqavilələri bağlanılarkən bağlanılan müqavilədə mənzilin sahəsi hesablanarkən yaşayış sahəsi ilə yanaşı divaraltı sahələrin, şaxtaların, balkonların, o cümlədən sütun ların altının hesablanması barədə müqavilə şərtinin bu kriteriyadan olan mübahisələrə baxılarkən işə baxan məhkəmələr tərəfindən nəzərə alınıb-alınmamasının mümkünlüyünə qiymət vermək üçün ilk növbədə mülki qanunvericiliyin ümumi məqsəd və prinsipləri, eyni zamanda müvafiq münasibətləri tənzimləyən normaların məqsədləri, əqd, onun etibarlılıq şərtləri, ikitərəfli əqd kimi müqavilə, müqavilə azadlığı, müqavilənin standart və qeyri- standart şərtləri əlaqəli şəkildə nəzərdən keçirilməlidir.
54. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəal iyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1,5-ci maddələri).
55. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (6.2ci maddə). Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiy yətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (6.3-cü maddə).
56. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində mülki dövriyyənin sabitliyini və azadlığını təmin edən ən başlıca hüquqi vasitədir.
57. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
58. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağ lanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
59. Müqavilə əqdin bir növü kimi iki və ya daha artıq şəxsin mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birbirinə uyğun olan qarşılıqlı iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi).
60. Mülki Məcəllənin 405-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəf lərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
61. Bununla yanaşı, qanunverici müqavilənin mühüm şərtləri ilə yanaşı standart şərtləri ilə bağlı da xüsusi qaydalar müəyyən etmişdir. Müqavilənin standart şərtləri əvvəlcədən düşünülməklə hazırlanmış elə şərtlər toplusudur ki, həmin şərtlərə görə onu qəbul edən tərəf icraya olan mənfəətini təmin etməyə məhkum vəziyyətindədir (zəifdir) və standart şərtləri qarşı tərəflə müzakirə edəcək imkana (nə zaman, nə də bilik və məlumatlılıq baxımından) malik deyil. Hətta, qəbul edən tərəf standart şərtləri qarşı tərəflə müzakirə etmək istəsə belə, qarşısındakı şəxsin belə səlahiyyəti və ya hansısa şərti dəyişdirmək hüququ olmur. Bu xüsusiyyətlər qanunda müqavilənin standart şərtlərinə verilən anlayışda d a əks olunmuşdur.
62. Belə ki, Mülki Məcəllənin 417-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.
63. Qeyd olunan hüquqi mövqelərə əsasən, təklif edənin (hazırkı halda bankın) əvvəldən tərtib etdiyi və hamıya eyni şəkildə təklif etdiyi müqavilə üzrə ona borclunun sərəncamı olmadan onun əmək haqqı hesabından aks eptsiz qaydada silinmə aparmaq hüququ verən şərt standart şərtdir.
64. Çünki, xüsusilə istehlak yönümlü standart şərtli müqavilələrdə fiziki şəxs iqtisadi cəhətdən zəif tərəf kimi çıxış edir və hüquqlarının xüsusi müdafiəsinə ehtiyac duyur. Kredit müqavilələri və onların təminatı kimi bağlanan zaminlik müqavilələri bir qayda olaraq, standart şərtli müqavilələrdən olub, əvvəlcədən bank tərəfindən müəyyən edilmiş şərtlərlə istehlakçıya təklif olunduğundan, fiziki şəxs müqavilənin tərəfi kimi onun məzmununa təsir etmək, şərtlərini müfəssəl şəkildə müəyyənləşdirmək imkanına malik olmur.
65. Standart şərtli müqavilələrə əsaslanan iddialara baxarkən məhkəmələr iki halı müəyyən etməlidirlər: birincisi standart şərtin müqavilənin tərkib hissəsi halına gəlib- gəlmədiyi, müsbət halda standart şərtin etibarlı olub-olmadığı.
66. Mülki Məcəlləyə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun (418ci maddə). Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şər tləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (419-cu maddə).
67. Müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərt qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab verməlidir. Bu isə özündə onu ehtiva edir ki, müqavilənin tərkib hissəsinə çevrilmiş standart şərtlər qanunla müəyyən edilmiş etibarlılıq tələblərinə cavab vermədiyi təqdirdə etibarsızdır.
68. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr y aratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun şəxsiyyətə zidd, mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
69. Bununla yanaşı Mülki Məcəllənin 420.1 və 420.3-cü maddəsində etibarsız sayılan standart şərtlər sadalanmaqla, 420.2-ci maddəsində həmçinin göstərilmişdir ki, müqavilənin standart şərtləri müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün həmin şərtlə r etibarsızdır.
70. Göründüyü kimi müqavilənin standart şərtləri qanunda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə uyğun olduğu halda da, həmin şərtlər etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıla bilər. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.
71. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yeni apellyasiya baxışında tərəflər arasında hazırkı mübahisənin yaranması üçün əsas olan şərtin, yəni müqavilənin 1.3-cü maddəsinin standart şərt olub-olmamasını araşdırmalı, starndart şərt olduğu təqdirdə həmin şərtin yuxarıda göstərilən kriterilərə (standart şərtin müqavilənin tərkib hissəsinə çevrilibçevril mədiyini, çevrildiyi halda əqdlər üçün nəzərdə tutulan etibarlılıq şərtlərinə cavab verib-vermədiyini, cavab verdiyi halda həmin şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərli olub-olmadığını) cavab verib- vermədiyini müəyyən etməklə müvafiq məhkəmə aktı qəbul etməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1194/2022 nömrəli, 15 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.