Məhkəmə qərarları › İş №2(102)-6812/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6812/2019

28.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6812/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(006)6500/2018 saylı qətnaməsi ilə İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 09 aprel 2015-ci il tarixli ********* saylı uşaq əmanəti müqaviləsi üzrə 17697,13 ABŞ dolları məbləğində kompensasiya vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim N.Tağıyeva). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova, İş № 2(103)-6556/2019) cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 2(006)6500/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək İddiaçı ilə “xxxx” ASC arasında bağlan mış 09 aprel 2015-ci il tarixli ********* saylı uşaq əmanəti müqaviləsi üzrə 17647,15 (on yeddi min altı yüz qırx yeddi ABŞ dolları on beş sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində kompensasiya vəsaiti cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı vəsaitlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə onun adına bağlanmış 09 aprel 2015-ci il tarixli ********* saylı uşaq əmanəti müqaviləsi üzrə 17697.13 ABŞ dolları məbləğində kompensasiya vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları q əbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, əmanətin “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir lakin əmanətçi tərəfindən Banka belə bir müraciət daxil olmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmanətlərin Sığortalan ması Fondunun vəkili A.Məmmədov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Z.Abasov kassasiya şikayətinin dəlilləri ilə razılaşmadıqlarını bildirərək Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin h üquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 8.1.20, 25.1.4, 26.1, 27.1-ci, “Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 5.1-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arsaında əmanət müqaviləsi 09 aprel 2015-ci il tarixdə, yəni 24 fevral 2015-ci il tarixdən sonra imzalanmış, əmanət üçün illik 8,5 faiz dərəcəsi müəyyən edilmişdir. Həm istinad edilən qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müvafiq qərarına əsasən iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, o na görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı ilə “xxxx” ASC arasında 09 aprel 2015-ci il tarixli ********* saylı uşaq əmanəti müqaviləsi bağlanmış və həmin müqavilə əsasında, Nümayəndə tərəfindən xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı adına banka 32 ay müddətinə illik 8.5 % olmaqla ümumilikdə 10.000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuş və həmin v əsaitlər əmanət hesabında saxlanılması üçün bank tərəfindən qəbul edilmişdir. 02 mart 2016-cı il tairixindən sonra yəni, 29 iyun 2017-ci il tarixində depozit müqaviləsinə 5000 ABŞ dolları məbləğində əlavə mədaxil etmişdir. Lakin qoyulmuş vəsaitlərin və onlara hesablanmış faizlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi barədə məlumat əldə etdikdən sonra, 2018-ci ilin fevral ayında banka qoyduğu əmanətlərin geri alınması məqsədi ilə müraciət etmiş, ona imtina cavabı verilmişdir. İş materialarında olan “xxxx” ASC LPO Yasamal Filialı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabında tarix aralığı 22 dekabr 2017-09 fevral 2018 olmaqla qalığı 17647,15 ABŞ dollar təşkil edir. İddiaçı əmanət müqaviləsi üzrə 17697,13 ABŞ dolları məbləğində kompensasiya vəsaiti ni cavabdehdən tutulmalı olmasını iddia etmiş, cavabdeh isə iddiaya olan etirazın əsası kimi 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmnaətlərin illik faiz dərəcəsinin yuxarı həddinin xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması və kompensasiya olmasına, bununla bağlı iddiaçıya müvafiq imtinanın da qanunvericiliyin tələblərinə əsasən uyğun verilməsinə istinad etmişdir. Belə ki, iddiaçının 29 iyul 2017-ciil tarixində yerləşdirdiyi 5000 ABŞ dolları məbləğində vəsaitin faiz dərəcəsi 3%-lik yuxarı həddi keçdiyi üçün qorunmayan əmanətdir. Həmçinin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə müvafiq qaydada uzadılmış və faiz dərəcəsi 6 % həddində müəyyən edilmişdir. Cavabdehin iddiaya etirazının əsasları həm apellyasiya, həm də kassasiya şikayətinin də məzmunlarını təşkil etmişdir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 1ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. - 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. - 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; - 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əma nətlər qorunan əmanətlərə aid edilmir - 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. - 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. - 8.1.20-ci maddəsinə görə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. - 25.1.4-cü maddəsinə əsasən əmanətçiləin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. - 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. - 27.1-ci ma ddəsinə əsasə milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin tam sığortalanması” haqqında Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 5.1-ci maddəsinə əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 944-cü maddəsində göstərilmişdir ki, Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə t utulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. Mülki Məcəllənin qeyd olunan normasından da görünür ki, tərəflər müqavilədə nəzərdə tutulan şərtlərlə hərəkət etməlidirlər və buna müvafiq olaraq Bank əmanəti sadalanan şərtlərlə geri qaytarmalıdır. İş materiallarında olan “Əmanətlərin Sığortalanması Fondu”nun Himayəçilik Şurasının 23 fevral 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci il tarixdən 12 faiz müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan “Əmanətlərin Sığortalanması Fondu”nun Himayəçilik Şurası Maliyyə Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 02 mart 2016-cı il tarixdən etibarən fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həm qanunvericiliyin qeyd olunan tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müvafiq qərarına əsasən iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olmasına və qalıq məbləğ 17647,15 ABŞ dollar təşkil etdiyindən iddia qismən təmin edilərək həmin məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmasına dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək həmçinin hesab edir ki, iddiaçının mübahisəli əmanət üzrə tələbinin ləğv prosesində qeydə alınması onun hazırkı iddianı qaldırmasını və həmin tələbə baxılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Çünki baxılan iş üzrə iddiaçı ƏSF Bankın ləğvedicisi qismində deyil, müstəqil cavabdeh kimi işə cəlb etmiş və hesab etmişdir ki, Fond kompensasiya ödəməkdən imtina etməklə onun hüquqlarını pozur. Həmçinin gələcəkdə hazırkı qətnamə qanuni qüvvəyə minərsə, bu məhkəmə aktı iddiaçının ləğv prosesində qeydə alınmış kreditor tələbinin si linməsi üçün əsas olacaqdır. Bu əsasdan da məhkəmə kollegiyası iddiaçının pul tələbinin kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli olmasına dair kassasiya şikayətinin dəlilini əsassız sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılar kən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarıl ır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar