Məhkəmə qərarları › İş №2(102)-6820/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6820/2019

28.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6820/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı və onun vəkili X1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(103)-6553/2019 nömrəli qətnaməsindən İddiaçıkassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cav abdehdən onun xeyrinə vurulmuş 5000 manat maddi və 5000 manat mənəvi zərərin tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə 22.04.2017-ci il tarixdə ona məxsus olan **-VK-*** dövlət qeydiyyat nişanı, “VAZ-21074” markalı minik avtomobili icbari sığorta etdirərək müqavilə bağlamışdır. Bunun müqabilində 75 manat sığorta pulu ödəmişdir. Lakin, üstündə 5-6 ay keçdikdən sonra yolda hərəkət edərkən DYP əməkdaşları onu saxlamış və bildirmişlər ki, maşının sığorta olunmadığı üçün cərimə edilmişdir. Bundan sonra o, dəfələrlə Sığorta şirkəti ilə əlaqə saxlamış və onlar məsələni özləri həll edəcəklərini bildirmiş və onu inandırmışlar. Lakin, 05.02.2018-ci il tarixdə Yol Polis əməkdaşları idarə etdiyi nəqliyyat vasitəsini ondan alaraq cərimə meydançasına apardılar. “xxxx” ASC ilə əlaqə saxlasa da, onun müraciətləri və zəngləri belə əhəmiyyət vermədilər. Məcbur olub onun üçün tətbiq edilmiş 6 cərimə sənədi üzrə 393 manat pul ödəmişdir. (Əlavə olaraq 1 ədəd cərimə sistemə oturmadığı üçün hələ ödəməmişdir). “xxxx” ASC onunla müqaviləni 22.04.2017-ci il tarixdə bağlamasına baxmayaraq noyabr 2017-ci il tarixdə onun icbari sığortası sistemə qeydiyyata almışdır. Hazırda cavabdeh ona dəymiş maddi ziyanı ödəmir. Cavabdehin ucbatından bütün sinir sistemi pozulmuşdur, xəstəlik tapmış, hal- hazırda da müalicə alır. Cavabdeh ona 393 (üç yüz doxsan üç) manat ödədiyi pul və hələ sistemə qeydə alınmamış digər cərimə (məbləğini bilmir), ümumilikdə 5 000 (beş min) manat maddi və 5000 (beş min) manat mənəvi zərər vurmuşdur. Bakı şəhəri N əsimi Rayon Məhkəməsinin (hakim N.T.Tağıyeva) 31 yanvar 2019-cu il tarixli, 2(006)- 797/2019 saylı qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, “xxxx” ASC-dən İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində pulun tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov və X.Ə.Sarıyev) 04 iyul 2019-cu il tarixli, 2(103)-6553/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiyaşikayətitəminedilməmiş, cavabdehin apelyasiyaşikayətitəmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ləğ v edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onu X3 saxladıqdan sonra sığorta müqaviləsinin olmasına baxmayaraq bir neçə dəfə cərimə olunmağı barədə məlumatı olmuşdur və onun maşınını cərimə meydançasına aparmışlar. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İd diaçı və onun vəkili X1 oğlu kassasiya şikayətini müdafiə etmişlər, onun təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.07.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanv ar 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə “xxxx” ACS-nin arasında 22.04.2017-ci il tarixli 1QA2VBQCUBA4E saylı iddiaçıya məxsus olan **-VK-*** dövlət qeydiyyat nişanı, “VAZ-21074” markalı minik avtomobili icbari sığorta etdirərək müqavilə bağlanmışdır. Sığorta müqaviləsinə əsasən sığorta haqqı - 75 manat, “Bonus-malus əmsalı” -0,75 qəpik, yekun sığorta haqqı - 56,25 manat, əmlaka vurulan zərərdən sığortası 5 000 ( beş min) manat, sağlımlığa vurulan zərər sığorta ödənişinin (bir şəxsə üçün) məbləği isə 5000 (beş min) manat və (bir hadisə üzrə) 50 000 (əlli min) manat müəyyən edilmişdir. 05.02.2018-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Daxilli İşlər Nazirliyi - BDYPİ-nə cəmi 393 (üç yüz doxsan) manat məbləğində pul ödənilmişdir. ddiaçı İddiaçı X3 əməkdaşları tərəfindən avtomobili saxlanılaraq ona idarə etdiyi avtomobilinin icbari sığortasının olmaması və cərimə olunacağı barədə xəbərdarlıq edildiyini bildirmiş və bu zaman sığortaçı (hazırda cavabdeh) təşkilata bu barədə şikayətini bildirməməsinin səbəbini izah edə bilməmişdir. X3 əməkdaşları tərəfindən edilən xəbərdarlıqdan sonra isə, o, bir neçə dəfə avtomobilinin icbari sığortasının olmamasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Resp ublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsi əsasında, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına g ətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instanisyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı tam şəkildə rədd edərkən qeyd etmişdir ki, İddiaçı iş materiallarının 5-ci səhifəsində olan (iddiaçı bunu elektron qaydada bağlanmış müqavilə kimi qiymətləndirir) icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsini ona sığorta təşkilatının hansı əməkdaşı tərəfindən v erildiyi barədə heç bir məlumat verməmiş, icbari sığorta müqaviləsi üçün ödədiyini iddia etdiyi 75 manat (halbuki iddiaçının istinad etdiyi sığorta müqaviləsində yekun sığorta haqqının 0,75 Bonus-Malus əmsalı nəzərə alındığında 56,25 manat olması qeyd edilmişdir) sığorta haqqına dair ödəniş qəbzini təqdim etməmiş və X3 əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sığorta müqaviləsi hesab etdiyi sənədin sonunda qeyd edilən qaydada (portal və ya sms xidməti vasitəsilə) elektron sənədin doğruluğunu yoxlamamış və aldadıldığını bildiyi halda bununla bağlı aidiyyəti qurumlara və sığorta təşkilatına müraciət etməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə zərərin yaranmasına aidiyyəti qurumlara və sığorta təşkilatına müraciət etməyən iddiaçının məsuliyyətsizliyi zəmin yaratmışdır. Kassasiya kollegiyas ı ilk növbədə hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü prosessual qanunvericiliyin tələblərinə (MPM 77.1, 106) uyğun olaraq düzgün bölüşdürməmiş, habelə cavabdeh tərəfin hər hansı sübutla təsdiqlənməyən izahatları sübut kimi qəbul etmişdir. Belə ki, iddiaçı tərəfin icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsini təqdim etməsi baxımından sığorta müqaviləsinin bağlanmaması, və yaxud vaxtında bağlanmamasının səbəblərinin məhz iddiaçı tərəfin hərəkət və ya hərəkətsizliyindən ibarət olmasına dair sübutetmə yükünün artıq cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə cavabdehdən buna dair aidiyyəti sübutlarla təsdiq edilən əsaslandırma əldə etmədən iş üzrə yekun nəticəyə gəlməklə prosessual pozuntuya yol vermişdir. Eyni zamanda tərəflər arasında mü qavilənin bağlanıb-bağlanmaması məsələsinə də aşağıdakı maddi hüquq normaları baxımından qiymət verməli olduğu halda etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. 408.7-ci maddəsinə əsasən ə gər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. Kassasiya kollegiyası qeyd edir ki, istinad edilən maddi hüquq normaları baxımından məhkəmə müqavilənin bağlanması anını müəyyən etmək üçün ilk növbədə cavabdehin ayrı-ayrı nümayəndələri tərəfindən iddiaçı daxil olmaqla, əhaliyə təqdim edilən icbari sığorta haqqında təkliflərin ümumi oferta, və yaxud ofertaya dəvətdən ibarət olmasına qiymət verilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı cavabdehin izahlarının qanunauyğunluğuna, habelə sığorta bazarında formalaşmış işgüzar qaydalara uyğun olub-olmamasına mütəx əssis qismində sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq dövlət qurumunun nümyəndəsini cəlb etməklə qiymət verməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept ta m və qeyd-şərtsiz olmalıdır. 409.2-ci maddəsinə əsasən əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər. 409.3-cü maddəsinə əsasən əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instaniyası məhkəməsi mübahisənin qanuni həlli üçün prosessual qanunvericiliyin yol verdiyi imkanlardan tam şəkildə istifadə etməyərək, sadəcə olaraq iddiaya cavabdeh tərəfin izahatlarına istinad etməklə kifayətlənmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə m əhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarix li Qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiyası məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya qeyd edilən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı qeyd etməyi zəruri hesab edir ki, X2 Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin bu qərarı əsaslandırılmış, qanuni və ədaləltli qərar tələblərinə cavab verməyən qərar kimi qiymətləndirilməlidir. Odur ki, iş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı apellyasiya şikayətində əks olunmuş halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.07.2019-cu il tarixli, 2(103)6553/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar