Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-683/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3741/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları ünvan 1 ün vanda yerləşən 1 saylı mənzil 23 iyul 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir. 17.03.2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında həmin mənzilə dair bir il müddətinə icarə müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin dekabr ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan mənzilin cavabdeh tərəfindən yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2081,80 manat, cavabdeh tərəfindən aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1516 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun əvəzi olaraq 38,88 manat, cavabdehin ona vurduğu mənəvi zərərin əvəzi olaraq 10.000 mana t, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumilikdə isə 13.666,68 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1300/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva) iddia qismən təmin edilərək mənzilin yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2081,80 manat, aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1516 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borc üçün 38,88 manat, mənəvi zərərə görə 500 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4166,68 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3741/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və V.Ə.İbayev) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnamə qismən, yəni “aparılmış və yararsız hala salınmış əşyaların dəyəri kimi 1516 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiasının həmin hissəsi təmin edilm əmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi qalan hissədə, yəni “iddianın qismən təmin edilməsi, mənzilin yararsız hala salınmış hissələrinin təmir bərpa xərci kimi 2081,80 manat, elektrik enerjisindən istifadəyə görə yaranmış borc üçün 38,88 manat, mənəvi zərərə görə 500 manat, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 4166,68 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə” hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv ed ilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə əri zəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş materiallarından müəyyən olunur ki, iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4166,68 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda Cavabdeh tərəfi ndən verilmiş kassasiya şikayətinə baxıla bilməz və bununla əlaqədar onun tərəfindən verilmiş kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsini rəhbər tutaraq kollegiya, Qərara aldı: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3741/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-683/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-683/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver