Məhkəmə qərarları › İş №2(102)-683/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-683/2025

18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-683/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əbdülkərim oğlunun Cavabdeh İmamverdi oğluna qarşı mülki iş üzrə QƏRARİ (Açar söz: Fiziki şəxslərin törətdiyi inzibati və cinayət hüquq pozuntusundan irəli gələn mülki mübahisələr, real zərər və sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Əbdülkərim oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1401/2024 nömrəli, 22 oktyabr 2024cü il tarixli q ətnaməsindən İddiaçı Əbdülkərim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 18 may 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən o, İddiaçı Əbdülkərim oğluna 15.500 manat borcunun qaldığını, həmin məbləği 4 ay ərzində - sentyabr ayının 20-ə qədər ödəyəcəyini, əgər həmin məbləği ödəməsə, cinayət işinin icraatının yenilənməsinə etirazının olmadığını bildirmişdir.

2. İddiaçı Əbdülkərim oğlu xx.xx.2017-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Cavabdeh heç bir tələbi və iddiası yoxdur və Cavabdeh tərəfindən ziyan ona tam ödənilmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli hökmü ilə Cavabdeh İmamverdi oğlu Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 23 yanvar 2017-ci il tarixdən 17 mart 2017ci il tarixədək tutulduğu və həbsdə olduğu 1 ay 22 gün müddət, 17 mart 2017-ci il tarixdən 30 avqust 2017-ci il tarixədək ev dustaqlığında olduğu 5 ay 3 gün müddət, ümumilikdə 7 ay 5 gün müddəti nəzərə alınaraq və onun hazırkı hökmlə təyin edilmiş cəzasına hesablanmaqla qəti olaraq 6 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasina məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək, ona 2 il sınaq müddəti təyin edilmişdir.

4. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 900/2020 nömrəli xx.xx.20 20-ci il tarixli qərarı ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək 30 avqust 2017-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Əbdülkərim oğlu (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 24.000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini işin faktiki hallarına uyğun əsaslandıraraq əlavə olaraq onu qeyd etmişdir ki, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına n əzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi barədə hökm çıxarılmışdır. O, məhkəmə gedişində 21 iyun 2017-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmiş və ərizədə qeyd etmişdir ki, cavabdeh ona dəymiş zərəri ödəmiş və heç bir şikayət və tələbi yoxdur. Buna baxmayaraq cavabdehin qohumları yenə də onu aldadaraq dələduzluq əməllərinə əl ataraq ondan 4 ay möhlət istəmişlər və o, bunlara inanaraq ərizəyə imza atmış, amma ona dəymiş zərər bu günədək ödənil məmişdir. Hökmdən sonra cavabdeh telefon zənglərinə belə cavab verməmişdir. Sonuncu məhkəmə prosesi xx.xx.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi tərəfindən keçirilmiş və 1(103)-900/2020 nömrəli qərar verilərək onun apelyasiya şikayəti qismən təmin edilmişdir. Qeyd olunan qərardan da görünür ki, cavabdeh ondan 24.000 manat pul alıb geri qaytarmamışdır. Odur ki, Cavabdeh 24.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, iddiaçı ondan 24.000 manat məbləğində pul tələb edir. İddiaçı sübutetmənin əsası kimi Bakı Apelyasiya Məhkəməsinin 1(103)-900/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına istinad edərək bildirmişdir ki, ona dəymiş zərərin tərəfindən ödənilməsinə dair no tarial qaydada təsdiq edilmiş ərizəni o, xx.xx.2017-ci il tarixdə məhkəməyə təqdim etmiş, həmin vaxt guya onun qohumları onu aldadaraq, etibarından sui istifadə etməklə, ondan 4 ay möhlət istəmişlər və o, həmin ərizəni yazaraq məhkəməyə təqdim etmişdir. İddiaçının öz ərizəsində göstərdiyi bu dəlillər işin faktiki hallarına uyğun gəlməmiş. Belə ki, iddiaçının hüquq mühafizə orqanlarına yazdığı ilk ərizədə ondan ümumilikdə 24.000 manat pul aldığı və həmin məbləğdən 3.500 manatını geri qaytardığını göstərmişdir. Yəni, hələ 2017-ci ildə iddiaçı şikayətə başladığı vaxt ona qarşı 20.500 manat məbləğində tələblə çıxış etmişdir. 2017-ci ildə barəsində cinayət işi başlandıqdan sonra onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o, həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair məhkəməyə müraciət etdiyi zaman iddiaçıya 5000 manat ödəniş həyata keçirmişdir. Məhz tərəfindən ziyanın ödənilməsinə dair hərəkətlər edildiyinə görə məhkəmə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçmişdir. Həmin vaxt iddiaçı məhkəməyə ziyandan 5.000 manat ödənilməsi barədə ərizə də vermişdir. Sonradan cinayət işi çərçivəsində tərəfindən iddiaçıya 5.500 manat pul da ödənilmiş və iddiaçı məhkəməyə ziyanın tam ödənilməsinə, ona qarşı heç bir iddia və ya tələbinin olmamasına dair notarial qaydada təsdiqlənmiş ərizə də təqdim etmişdir. Həmin vaxt iddiaçı birbaşa məhkəmə zalında ziyanın tam ödənilməsinə dair əlavə bir ərizə də yazaraq məhkəməyə təqdim etmişdir. Daha sonra iddiaçı məhkəmə qərarından apelyasiya şikayəti verərək aldadıldığını və 24.000 manat ziyanın ona ödən ilmədiyini bildirmişdir. Hazırda iddiaçı 24.000 manat ziyan tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi olmuşdur ki, həmin ərizədə iddiaçı ziyanın tam ödənilməsi və hər hansı iddia, tələbinin olmamasını bildirmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli ərizəni 2017-ci ilin sonlarından etibarsız hesab etsə də, onu mübahisələndirməmiş və həmin vaxtdan artıq 6 il vaxt keçmişdir. Pulun alındığı və iddiaçının aldadıldığını bilməsi vaxtı isə 2012-ci ilə təsadüf edir ki, həmin vaxtdan artıq 10 il keçmişdir. İddiaçının şikayəti üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi əsası ilə xitam verilmişdir. Bu qədər vaxt ötürüldükdən sonra iddiaçının mülki qaydada tələb irəli sürərək on dan 24.000 manat ziyan tələb etməsi öz-özlüyündə əsassızdır. İddiaçı ilkin şikayətində onun tərəfindən ona qarşı dələduzluq etdiyini bildirmişdir. Apelyasiya məhkəməsinin qərarında onun iddiaçı qarşısında 24.000 manat məbləğində ödənilməmiş məbləğin qalması müəyyən edilmir. Mülki Prosessual Məcəllənin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyati hissəsində məcburidir (MPM 82.4-cü maddə). Qanunvericiliyin bu normasına əsaslanaraq, iddiaçının istinad etdiyi cinayət işi materialları üzrə hadisənin baş verməsinin sübuta yetirildiyini bildirmək mümkündür. Həmin cinayət işi üzrə mülki iddia olmadığından məhkəmə yeku n qərarında borcun olub olmaması və borcun məbləği barədə konkret nəticəyə gəlməmişdir. Hesab edir ki, hazırki vəziyyətdə iş üzrə həqiqətin müəyyən edilməsinin təmin edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsinin arxivindən 1(101)-926/2017 saylı iş üzrə İddiaçı Əbdülkərim oğlunun ilkin şikayət ərizəsinin, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarının, ittiham aktının surətlərinin əldə edilməsi zərurəti vardır. Qeyd edilən sənədlərdən görünür ki, iddiaçı ilkin şikayətində ondan ümumilikdə 24.000 manat aldığını və həmin məbləğdən 3.500 manat hissəsini qaytardığını, qalan 20.500 manat pulun qaytarılmadığını bildirmişdir. Bundan başqa, ittiham aktında və onun barəsində seçilmiş həbs qətimkan tədbiri nin ev dustaqlığı ilə əvəz edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarında onun İddiaçı əlavə olaraq 5.000 manat ödəməsi və məhz ziyanın bir hissəsinin ödənilməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi zərurətinin olması öz təsdiqini tapır. Əgər onun iddiaçı qarşısında ödənilməmiş borcu qalsaydı, onda o cinayət işi çərçivəsində ona qarşı mülki iddia tələbi irəli sürərdi. Bir halda ki, o, mülki iddia irəli sürməyib, deməli iddiaçıya onun borcu ödənilmişdir. İddiaçı kifayət qədər savadlı bir şəxsdir və zamanında ona qarşı mülki iddia qaldırmamasına dair dəlil də onun ziyanının tam ödənilməsini təsdiq edir. Eyni zamanda qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsində onun bu hüququ məhkəmə tərəfindən ona izah edilmişdir. O, bu hüququndan tam m əlumatlı olmuşdur. İddiaçının notarial qaydada təsdiq etdiyi ziyanın tam ödənilməsinə dair ərizə mövcuddur. Hesab edir ki, bu ərizə bir əqddir. Mülki qanunvericiliyin tələbinə görə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. İddiaçının mövqeyinə görə, həmin əqd aldatma nəticəsində bağlanılmış əqddir. Nə qədər ki, həmin ərizə məhkəmə qaydasında etibarsız hesab edilməyib, deməli qüvvədədir. İddiaçı bu iddiadan əvvəl məhkəmədə həmin ərizənin etibarsızlığını mübahisələndirməli idi və ərizənin etibarsız sayılmasına dair qüvvəyə minmiş məhkəmə qərarı əsasında pul tələbi irəli sürə bilərdi. İddia tələbinin əsassısızlığına dair tərəfindən qeyd edilən dəlillər mötəbər sübutlarla öz təsdiqini tapır. Həmin sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Əks halda belə çıxır ki, istənilən bir şəxs borcu və yaxud da ziyanı aldıqdan bir müddət sonra yazdığı ərizəni etibarsız hesab edə bilər və yenidən pul tələbi irəli sürə bilər. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

8. Biləsuvar Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 3 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 15.500 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 120 manatın alınaraq İddiaçı Əbdülkərim oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya 15.500 manat ödəyəcəyi barədə notarial qaydada təsdiq edilmiş 18 may 2017-ci il ta rixli ərizə verməsindən sonra onun qalan məbləği ödəməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında Cavabdeh daha sonra iddiaçıya 5.500 manat ödədiyini göstərsə də, nə həmin məbləğin, nə də digər qalan məbləğin ödənilməsinə dair heç bir sübut təqdim edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apelyasiya şikayəti verərək, Biləsuvar rayon məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. A pelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Bu normaların tələbi özündə onu ehtiva edir ki, cinayət icraatı çərçivəsində məhkəmənin hökmü mülki iş üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Deməli, mülki iş üzrə məhkəmə ziyanın tam ödənib-ödənilməməsi hissəsində məhkəmənin cinayət icraatı çərçivəsində q əbul etdiyi qərarında göstərilənləri digər sübutlarla bərabər qiymətləndirməli və hansı sübutu mötəbər dəlil olaraq qəbul etdiyini izah verməklə əsaslandırmalı idi. Təəsssüf olsun ki, birinci instansiya məhkəməsinin qətnaməsində belə izahlı əsaslandırma mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərdə göstərilmişdir ki, Cavabdeh Xəzər rayon Polis İdarəsinin müstəntiqi K. Rəhimova yazdığı xx.xx.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində İddiaçı Əbdülkərim oğluna 15.500 manat borcunun qaldığı bildirilir. Eyni zamanda, N. Almasovun Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 2 ərizəsini məhkəməyə təqdim etmişdir. Həmin ərizələrdən biri notarial təsdiq olunmuş, dig əri isə əl ilə yazılmış ərizə idi. Hər iki ərizədə N. Almasov ona dəymiş maddi ziyanın tam ödənildiyini və Cavabdeh qarşı hər hansı iddia və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsində qeyd edilib ki, guya cavabdeh tərəf xx.xx.2017-ci il tarixli 15.500 manat borcun qalmasına dair ərizədən sonra borcun ödənilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmin ərizələri niyə mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə öz qərarında cavabdeh tərəfin dəlili olaraq yalnız N. Almasovun Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanladığı ərizələrə istinad etdiyini göstərmişdir. Sual yaranır ki, əgər N. Almasova həmin 15.000 manat ödənilməsəydi, notarial qaydada təsdiq edilmiş və əl ilə yazılmış eyni məzmunlu ərizəni məhkəməyə təqdim edərdimi? Hesab edirik ki, N. Almasovun Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ziyanın tam ödənilməsinə dair ərizələrin məhkəmənin diqqətindən kənarda qalması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir.

13. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apelyasiya instansiyası məhkəməsi) 2(106)-227/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 03 oktyabr 2023-cü il tarixli, 2(022)-921/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 1096.1, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Cavabdeh (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1887/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının iş üzrə 01 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Kassasiya insiyansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan ir əli gələ bilər.

18. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında istinad edilən ifadə “zərərçəkmiş şəxsə vurulmuş zərərin ödənilməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi” şəklində deyil, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəaların hökmün nəticəvi hissəsindən xaric edilməsi” şəklindədir.

19. Digər tərəfdən həmin qərarda o da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istin taq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Digər tərəfdən İddiaçı Əbdülkərim oğlunun xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Cavabdeh qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Gələcəkdə buna dair heç bir şikayəti və tələbi olmayacaqdır. Həmçinin, iş materiallarında İddiaçı Əbdülkərim oğlu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminə ünvanlanmış əlyazma ərizənin surəti vardır. Həmin ərizədə ona dəymiş maddi ziyanın tam ödənildiyi, təqsirləndirilən şəxs X3 qarşı şikayəti və tələbi olmadığı, gələcəkdə də olmayacağı bildirilmişdir.

20. Məhkəmə kollegiyası h esab etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində təqsirləndirilən şəxsin dəymiş ziyanı tam olaraq ödədiyi, ona qarşı heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir.

21. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarında göstərilən hazırkı işlə əlaqəli olan hallara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməməklə bərabər İddiaçı Əbdülkərim oğlunun ərizələrinə də qeyd edilən prosessual hüquq normasının tələblərinə uyğun hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü mad dəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının pozulması həmin məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edildiyi nəticəsinə gəlməyə imkan vermir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1401/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Mahir Əsədli və Cahid İmanov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 03 oktyabr 2023-cü il tari xli, 2(022)-921/2023 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. İddiaçı X2 Cavabdeh İmamverdi oğluna qarşı pul tələbinə dair iddiası rədd edilərək apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 81 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh İmamverdi oğluna ödənilməsi qət edilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin izahatı və işdə olan sübutların müqayisəli təhlili əsasında kifayət qədər araşdırma aparılmamış və işdə olan sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir.

25. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçının 21 iyun 2017-ci il tarixli sadə yazılı və notarial qaydada təsdiq edilmiş ərizələrinə görə o, cavabdehdən heç bir tələbi və iddiası olmadığını və sonuncu tərəfindən ziyanın ona tam şəkildə ödənilməsini göstərmişdir.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cinayət mühakimə icraatı çərçivəsində hazırkı iş üzrə cavabdehin dəymiş ziyanı ona tam olaraq ödədiyi, heç bir şikayəti və tələbinin olmaması ilə bağlı ərizəsi də mülki qaydada ziyan tələbinə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin müəyyən edilməsi baxımından hüquqi qiymət verilməli məsələdir. Nəzərə alınmalıdır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Kollegiya iddiaçının mübahisələndirdiyi 15.500 manat pulun ona qaytarılmam asına dair hissədə hesab etmişdir ki, həmin məbləğin əslində geri qaytarılmaması və bu barədə ərizənin cavabdeh və onun qohumları tərəfindən edilmiş xahiş əsasında yazılmasına dair dəlillər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır.

28. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla, qanuni və əsaslı olmamışdır.

29. Məhkəmə kollegiyası daha sonra tərəflər arasında münasibətlərin hüquqi təbiətinə qiymət verərək hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən ona mübahisəli pul vəsaitinin qaytarılmasının təsdiqinə dair ərizələri həmin vaxta qədər mövcud olmuş tələblərin qarşılıqlı güzəştlər əsasında həll olunması kimi dəyərləndirilməlidir.

30. Mə hkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, X1 apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 81 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh İmamverdi oğluna verilməlidir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkili Vəkil2 ) kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1401/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası tərəfindən araşdırma düzgün aparaılmamış, işin faktiki hallarına və sübutlara düzgün qiymət verilməmiş və qanunvericliyin tələblərinə riayət edilməmişdir. Cavabdehin iddiaçıya 24.000 manat borcunun olması faktı həm Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, həm də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə təsdiq olunduğu halda, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələblərini pozaraq daha öncə məhkəmə tərəfindən araşdırılıb hüquqi qiymət verilmiş halları yenidən yanlış şəkildə qiymətləndirmişdir.

34. Kassasiya şikayətində AR Mülki Məcəllənin 21 və 1096-ci və AR Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4-cü maddələrinə istinad edi lmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmumışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

36. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kr editorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi z ərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edi lərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası mübahisələndirilən qətnaməni kassasiya şikayətinin dəlilləri əsasında təhlil edərək bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması halları da müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

55. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, cinayət mühakimə icraatında qəbul edilmiş məhkəmə aktları ilə cavabdehin ondan aldığı pulu qaytarmaması təsdiq olunsa da, apelyasiya instansiyası məhkə məsi bu halı prosessual qanunvericiliyin tələblərini pozaraq düzgün qiymətləndirməmişdir.

57. Bununla bağlı Məhkəmə Kollegiyası bir daha xatırladır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, cinayət mühakimə icraatı çərçivəsində qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmənin hökmü mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

58. Qanunvericiliyin bu tələbindən çıxış edən apelyasiya instansiyası məhkəməsi düzgün olaraq mübahisənin həlli ilə bağlı bütövlükdə tərəflərin dəlillərini, o cümlədən onların təqdim etdikləri və yazılı sübut hesab olunan pulun qaytarılmasına dair ərizələri araşdıraraq onlara hüquqi qiymət vermişdir.

59. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi fa ktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

61. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1401/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar