Məhkəmə qərarları › İş №2(102)-6830/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6830/2021

13.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6830/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: əmlakların çıxarılması, yaşayış sahəsindən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə ilk, Cavabdeh evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası barədə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1740/2021 nö mrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) oğlu Tural Nərimanzadə ilə Cavabdeh (bundan sonra – cavabdeh) 05 yanvar 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların nikahından 1 uşaq - 24 fevral 2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-2056/2019 nömrəli iş üzrə 29.08.2019-cu il tarixli qətnaməsi ilə, X2 ilə hazırkı iş üzrə cavabdeh arasında Masallı rayon Qeydiyyat şöbəsində bağlanmış 05 yanvar 2015-ci il tarixli 04 saylı nikah qeydinin pozulması, 24 fevral 2015-ci il təvəllüdlü X3 anasının yanında yaşaması, 24 fevral 20 15-ci il təvəllüdlü XXXnın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay X1 aylıq qazancının dörddə bir hissəsi məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Masallı rayonu, Boradigah qəsəbəsində olan 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 221 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə 03.07.2020-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh gəlin köçərkən gətirdiyi və hazırda ona məxsus olan Masallı rayonu, Boradigah qəsəbəsi, Təbriz küçəsi, ev 97-də yerləşən evindən (bundan sonra – mübahisəli ev) cavabdehə məxsus əmla kların cavabdeh tərəfindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh oğlu ilə ailə qurduqdan sonra onun evinə gəlin köçərkən el adətinə uyğun olaraq özü ilə müxtəlif cehiz əşyaları gətirərək ona məxsus fərdi yaşayış evinə yerləşdirmiş və lazım olduqca həmin cehizlərdən istifadə etmişdir. Cavabdehlə oğlu bir müddət ailə kimi ona məxsus evdə yaşamışlar. Lakin sonradan aralarında olan münasibətlər pozulduğu üçün ayrılmaq qərarına gəlmişlər. Cavabdeh məhkəməyə nikahın pozulması barədə iddia ərizəsi ilə 18 iyul 2019-cu il tarixdə müraciət etməmişdən 5 ay əvvəl, yəni 14 fevral 2019-cu il tarixdə ona məxsus evi tərk etmişdir. Ümumilikdə isə cavabdehin ona məxsus evi tərk etməsindən 2 ilə yaxın müddət ötmüşdür. Cavabdeh ötən m üddət ərzində pul tələbi, qızılzinət əşyaları və sair tələblərlə bağlı məhkəməyə müraciət etmiş, həmin tələblərlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir. Lakin cavabdeh onun evində yerləşən özünə məxsus olan cehiz əşyalarını aparmaq barədə düşünməmişdir. Cavabdehin cehiz əşyaları onun evində qaldığı üçün öz evində rahat hərəkət edə bilmir və hər hansı əşyanın sınmasından ehtiyat edir. Cavabdeh bu hərəkəti ilə onun mülkiyyət hüququnu kobud şəkildə pozur. Cavabdeh, öz növbəsində, qarşılıqlı iddia ərizəsi verərək, 2015-ci il təvəllüdlü oğlu XXX ilə birlikdə cavabdehə məxsus mübahisəli evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində onun 15 fevral 2019-cu il ta rixdə mübahisəli evi tərk edib getməsini, bu günə qədər evdə olan cehiz əmlaklarını aparmamasını və nəticədə mülkiyyət hüquqlarının pozulmasını qeyd etmişdir. Əslində isə iddiaçı ilə oğlu 13 fevral 2019-cu il tarixdə onu döyərək xəsarət yetirmişlər. Buna görə də iddiaçı Masallı Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Mübahisəli evdə əmlaklarını qoyub getməmişdir, iddiaçı tərəfindən qovulmuşdur. Onun hazırda evi və ya qalacaq yeri yoxdur. Azyaşlı oğlu XXX isə bronxial astma xəstəsidir. Ona görə də, cehiz əmlaklarının olduğu yerdə yaşamağa ehtiyacı vardır. Həmçinin, heç yerdə işləmir və oğlu XXXnı aldığı aliment pulu ilə çətinliklə saxlayır. Kirayə ev tutmağa da maddi imkanı yoxdur. 2014-cü ildən 2019-cu ilə qədər 5 il ərzində iddiaçıya məxsus mübahisəli evdə yaşamış və təsərrüfatı b irgə idarə etmişdir. Ona görə də, mübahisəli evdən istifadə hüququ tanınmalı və həmin evə köçürülməlidir. Ev 2 mərtəbəli, 4 otaqlı, 1 zal, 2 mətbəx olmaqla hər cür şəraiti vardır. Onun və oğlunun evin bir otağında qalması iddiaçının heç bir hüququnu pozmur. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)251/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) ilk iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyalarının cavabdeh tərəfindən çıxarılması qət edilmiş, mübahisəli evə köçürülmə barədə qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Məhkəmə ilk iddiaya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan s onra – Mülki Məcəllə) 152.1, 157.4-cü maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iradəsinə zidd olaraq cavabdehin əşyalarının ona məxsus evdə qalması iddiaçının öz əmlakı üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, tərəflər arasında münasibətlər 2014-cü ildə yarandığından mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Məhkəmə Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinadən belə nəticəyə gəlmişdir ki, cavabdehin keçmiş qayınatasının xüsusi mülkiyyətində olan mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır, ona görə də onun mübahisəli evə köçürülməsi istisna olunur. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 217.2-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli, X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli, Mülki Məcəllənin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əs aslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qətnamə ilə cavabdehə məxsus cehiz əşyalarının iddiaçıya məxsus evdən çıxarılması qət olunmuş və qətnamədə əşyaların siyahısı göstərilmişdir, lakin məhkəmə bütün cehiz əşyalarını deyil, ancaq iddiaçının göstərdiyi cehiz əşyalarının çıxarılmasını təmin etmişdir, cavabdehə məxsus cehiz əşyalarının təxminən yarısı qətnamədə yazılmamışdır, bununla məhkəmə tərəfindən cavabdehin əmlak hüquqları pozulmuşdur, ona görə də qətnamə ləğv edilməlidir. Bundan başqa, məhkəmə iclas protokolunda cavabdeh in verdiyi izahat düzgün yazılmadığı üçün protokola qeydlər verilmişdir, qeydlər qəbul edilsə də, protokola düzəliş edilməmişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, işə baxan hakim barəsində xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1740/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Zeynalov (sədrlik edən və məruzəçi), S.Mayılov və M.Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni on unla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi barədə dəlillər əsassızdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı əmlakların evdən çıxarılması barədə iddia qaldırmışdır, ona görə də məhkəmə iddiaçının çıxarılmasını tələb etdiyi cavabdehə məxsus cehiz əşyalarının çıxarılmasını təmin etmişdir, cavabdehin isə hazırkı iş üzrə cehiz əşyaları tələbi olmamışdır, onun tələbi mübahisəli yaşayış evinə köçürülməsindən ibarət olmuşdur. Ona görə də, məhkəmə tərəfindən əmlak h üquqlarının pozulması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(050)251/2021 nömrəli qərardadı ilə cavabdehin nümayəndəsi X5 birinci instansiya məhkəməsinin protokoluna dair verdiyi qeydlər təmin edilməmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və azyaşlı oğlu ilə birlikdə mübahisəli evə istifadə hüququ tanınmaqla köçürülməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi madd i və prosessual hüquq normalarını pozmuşdur. Şikayətin dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə eynidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdeh isə teleqram göndərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dö vlət tərəfindən tanınan və qorunan hüququdur (Maddə 152.1) Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Mənzil Məcəlləsi Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1). Əgər yaşayış sahəsini n mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən qarşılıqlı iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutar aq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1740/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar