Məhkəmə qərarları › İş №2(102)-6853/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6853/2019

04.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6853/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cuiltarixli 2(107)1661/2019 nömrəli qətnaməsindən cavabdehlər X5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı rayon Məhkəməsinin (hakim R.Şirinov) 30.01.2019-cu il tari xli 2(037)105/2019 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh İddiaçı “torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun bərpa edilməsi, maddi və mənəvi zərər” tələbi barədə 2(037)105/2019 nömrəli işin İddiaçı cavabdehlər X3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 “pul” tələbi barədə 2(037)-62/2019 nömrəli mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi, mülki işə 2(037)-62/2019 nömrəsinin verilməsi qərara alınmışdır. İsmayıllı rayon Məhkəməsinin (hakim R.Şirinov) 30.01.2019-cu il tarixli 2(037)62/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 “pul” tələbinə dair iddiası qismən təmin edilərək, X1, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 1.75 hektar pay torpaq sahəsinin dəyəri olan 4450 manat məbləğinin alınaraq İddiaçı verilməsi, iddiaçı X2 cavabdeh İddiaçı “torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun bərpa edilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı X5 və ailə üzvlərinə məxsus 1.75 hektar torpaq sahəsindən çıxarılması, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Hüseynov, A.Mahmudov, V.Məlikov) 11.06.2019-cuiltarixli 2(107)-1661/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, İsmayıllı rayon Məhkəməsinin 30.01.2019-cu il tarixli 2(037)-62/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər X5, Cavabde h7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər X3, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 “pul” tələbinə dair iddia ərizəsi ilə 20.11.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 14450 manat real zərərin, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar ödədiyi 31 manat dövlət rüsumunun, cəmi 14451 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 cavabdeh İddiaçı “torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun bərpa edilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi i lə 14.12.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona və ailə üzvlərinə məxsus 1.7 ha pay tpraq sahəsindən çıxarılması, həmin pay torpaq sahəsinə dair mülkiyyət hüqularının bərpa edilməsi, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 9120 manat və mənəvi zərərin əvəzi kimi 10000 olmaqla, cəmi 19300 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər X5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların vəkili X4 birgə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı ilə Çoban Aşırov arasında bağlanmış əqdin hüquqi qüvvəsi yoxdur və İddiaçı “əqdin etibarlı sayılması” tələbinə dair iddiasının əsassız olması barədə Şəki Apellyasiya Məhkəməsinin 18.10.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə ilə mübahisəli torpaq sahəsini İ.Əliyevin alması öz təsdiqini tapmamış, işə baxılarkən cavabdehlərin həmin torpaq sahəsini 10 il müddətinə İddiaçı icarəyə vermələri tam sübut olunmuşdur. Müəyyən edilmişdir ki, İddiaçı son 5 ildə Aşurovların paylı mülkiyyətində olan torpaq sahəsini qanunsuz əkib-becərmiş, gəlir və bəhərlər əldə etmiş, torpağın mülkiyyətçilərinə heç bir məbləğ ödəməmişdir. Apellyasiya kollegiyası qətnamə qəbul edərkən Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsinin müddəalarını nəzərə almamış, qüvvədə olan məhkəmə qətnaməsi əsasında iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməmişdir. Apellyasiya k ollegiyası iş materiallarını obyektiv araşdırmamış, maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cuiltarixli 2(107)-1661/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər X5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onların vəkili X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmas ını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası kollegiyası tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 nömrəli qərarı ilə JN – 421 KOD 40719028 nömrəli 06 fevral 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 1,75 hektardan ibarət torpaq sahəsi X5, Cavabdeh7, Cav abdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı 2003-cü ildə Çoban Aşirov və ailə üzvlərinin birgə mülkiyyətində olan cəmi 1,75 hektar torpaq sahəsini aralarında olan razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə sonunculardan satın almış və bu barədə aralarında özlərinin və şahidlərin imzaları ilə təsdiq olunmuş akt tərtib edilmişdir. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişdir. Bundan sonra Çoban Aşirov 1,75 hektar torpaq sahəsini İddiaçı təhvil vermişdir.1,75 hektar torpaq sahəsi həmin vaxtdan indiyədək İddiaçı faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında İddiaçı adına rəsmiləşdirilməsi üçün Çoban Aşirov və ailə üzvlərinin notariat kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Çoban Aşirov və ailə üzvləri isə hazırki vəziyyətdə torpaq sahəsini satmadıqlarını, 10 il müddətinə icarəyə verdiklərini bildirərək notariat kontoruna getməkdən imtina etdiklərinə görə alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı alqı-satqı müqaviləsinin tanınması üçün məhkəməyə müraciət etmiş və İsmayıllı rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. X6 rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Şəki Apely asiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilərək İsmayıllı rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı cavabdehlər X5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 14.450 manat real zərər, pozulmuş hüququnun bərpası ilə əlaqədar ödədiyi 31 manat dövlət rüsumu - cəmi 14.451 manat pulun alınıb ona verilməsini tələb edir. X7 İsayevin ona və ailə üzvlərinə məxsus 1.75 hektar torpaq sahəsindən çıxarılmasını, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının bərpa edilməsini, İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 9210 manat və mənəvi zərərin əvəzi kimi 10.000 manat cəmi 19.300 manat məbləğinin alınıb ona verilməsini tələb edir və özünün iddia tələbinin təmin e dilməsi, İddiaçı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlmədiklərindən onların İddiaçı iddia tələbinə münasibətlərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. A pellyasiya kollegiyası birinci instansiya məhkəməsinin “Çoban Aşirov və ailə üzvləri əsassız varlanmadan əldə etdikləri vəsaiti İddiaçı qaytarmalı olduğundan məhkəmə İddiaçı ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 1.75 hektar torpaq sahəsinin hazırkı bazar qiymətinə uyğun olaraq 4450 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir” barədə qənaətini əsaslı hesab edərək qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin hazırkı bazar qiyməti məhkəmənin müəyyən etdiyi qiymətdən yüksək olsa da, iddiaçılar məhkəmənin müəyyən etdiyi qiymətlə razılaşmışlar. Məhkəmə kollegiyası İddiaçı iddia tələbinin torpaq sahəsinə çəkdiyi xərclərə görə 10.000 manat məblə ğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı tərəfindən torpaq sahəsinə 10.000 manat məbləğində xərc çəkməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, İddiaçı iddia tələbinin torpaq sahəsinə çəkilən xərclərə görə 10.000 manat məbləğinin Çoban Aşirov və ailə üzvlərindən alınmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi mülkiyyət sənədinə əsasən X5 və ailə üzvlərinin birgə mülkiyyətlərində olduğundan İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququ olmadığından iddia tələbinin İddiaçı X5 və ailə üzvlərinə məxsus 1.75 hektar pay torpaq sahəsindən çıxarılmasına dair hissəsi təmin edilməlidir. Məhkəmə kollegiyası Çoban Aşirovun iddia tələbinin maddi zərərə görə 9210 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Çoban Aşirov tərəfindən 9210 manat məbləğində maddi zərər vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbinin maddi zərərə görə 9210 manat məbləğinin İddiaçı alınmasına dair hissəsinin təmin edilməməsi nəticəsinə gələrəkən birinci insntansiya məhkəməsi haqlı olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında qeyd edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı tör ədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sar sıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmən in mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası Çoban Aşirovun iddia tələbinin mənəvi zərərə görə 10.000 manat məbləğinin alınmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Çoban Aşirov iddia tələbində İddiaçı onu və ailə üzvlərini qanunsuz olaraq mülkiyyətlərindən məhrum etməsi və əsassız olaraq məhkəməyə verməsi nəticəsində yüksək mənəvi iztirablar keçirdiyini, bununla da ona və ailə üzvlərinə 10.000 manat miqdarında mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Çoban Aşirov mənəvi zərərin nədə ifadə olunduğunu və ona və ailə üzvlərinə hansı qaydada mənəvi zərər dəydiyini, bununla bağlı İddiaçı tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu da mötəbər sübutlarla izah edə bilməmişdir. Qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Beləliklə apellyasiya kollegiyası göstərilən araşdırma nəticəsində apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə icraata xitam verilməsi üçün əsas mövcud deyildir. Belə ki, mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində yaranmış olsa da, mübahisənin əsasları fərqli olmuş və məhkəmənin iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxması qanuni olmuşdur. Bu səbəbdən mülki iş üzrə icraata xitam verilməsi barədə kassatorun dəlilləri əsassızdır və şikayətin təmin edilməsi üçün əsas deyildir. Kassasiy a şikayətinin digər dəlili olan apellyasiya kollegiyasının iş üzrə obyektiv araşdırma aparmamasına, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına gəldikdə isə, kassasiya kollegiyası qeyd edir ki, kassa yoxlaması zamanı apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğu kassasiya yoxlaması zamanı müəyyən edilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri ümumilikdə əsassızdır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azər baycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər X5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli 2(107)-1661/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar