Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6865/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli 2(103)3981/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.M.Həsənov, iş № 2(003)-1985/2018) İddiaçı Cavabdeh qarşı həyətyanı torpaq sahəsinə giriş-çıxış qapılar ının ayrılması tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan N saylı bağ sahəsinin giriş-çıxış qapısından İddiaçı məxsus N qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan 911 “a” saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsinin eni 3 metr olmaqla (ümumilikdə 71,545 kv.metr) ayrılaraq həmin hissədən iddiaçının öz torpaq sahəsinə gedib-gəlməşini təmin etmək məqsədi ilə istifadə etməsinə icazə verilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Həmin qətnamə ilə Cavabdeh İddiaçı və X1rşı mülkiyyət hüququ ilə ona məxsus olan həyətyanı torpaq sahəsindən avtonəqliyyat vasitəsi ilə giriş-çıxışa qadağa qoyulması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) ilkin iddia tələbi üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N qəsəbəsində yerləşən 991 saylı bağ sahəsi Cavabdeh, həmin ünvanda yerləşən 911 “a” saylı bağ sahəsi isə İddiaçı mülkiyyətində olmaqla mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus torpaq sahəsinin anası ilə nikahda olan cavabdehin atasına məxsus olmasını və həmin torpaq sahəsinin 0,07 ha hissəsinin onun tərəfindən anası Yuliya Antuşeviçə bağışlanmasını və sonradan anası tərəfindən də ona bağışlanmasını, ona məxsus torpaq sahəsinin üç tərəfdən qo nşu torpaq sahələri ilə həmsərhəd olmaqla onlardan yalnız atası tərəfindən ona bağışlanmış Cavabdeh məxsus torpaq sahəsindən küçəyə giriş-çıxış yolunun mümkün olmasını əsas göstərməklə cavabdehə məxsus torpaq sahəsindən eni 3 metr olmaqla küçəyə giriş-çıxış yolu üçün kompensasiya ödənilməklə ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək onlara məxsus torpaq sahələrinin biri-biri ilə hasarla ayrılmasını, lakin Antuşeviç və onun ailə üzvlərinin onun mülkiyyətində olan torpaq sahəsindən həm piyada həm də avtonəqliyyat yolu kimi istifadə etməklə onun mülkiyyət hüququnu pozmalarını əsas göstərməklə iddiaçıya ona məxsus torpaq sahəsindən küçəyə giriş-çıxış yolu kimi istifadənin qadağan olunmasına dair qət namə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək Antuşeviçlərin ona məxsus torpaq sahəsindən istifadə etməklə ictimai yola çıxışlarının onun mülkiyyət hüququnu pozmasını, lakin məhkəmənin bunu nəzərə almadan iddianı təmin etməsini, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq rədd edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, hazırkı iş üzrə iddiaçının anası X4 və cavabdehin atası N oğlu əvvəllər nikahda olmuş və 911 saylı bağ sahəsindən birgə istifadə etmişlər. 2008-ci ildə Rəhim Əzizbəyov həmin torpaq sahəsinin 0,07 hektar ölçüdə hissəsini Nə bağışlamışdır. Bundan sonra N o na məxsus olan 911 saylı bağ sahəsini oğlu Cavabdeh, N isə ona məxsus olan 911 “a” saylı bağ sahəsini oğlu İddiaçı bağışlamışlar. Həmin torpaq sahələri arasında hasar çəkilsə də, Nlər Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə ictimai yola çıxırlar. Müəyyən olunmuşdur ki, İddiaçı məxsus torpaq sahəsi hər tərəfdən qonşu torpaq sahələri ilə əhatə olunmaqla onun ictimai yola çıxışı yalnız Cavabdeh məxsus torpaq sahəsindən istifadə etməklə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təch izatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülki Məcəllənin özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnu müəyyən edən 255-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə y etirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. (255.1) Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. (255.2) Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. (255.4) Qanunun göstərilən normaları iddiaçının cavabdehə məxsus torpaq sahəsindən ictimai yola çıxmaq üçün istifadə etməsinə imkan verdiyindən və bu, cavabdehi həmin torpaq sahəsinə olan mülkiyyət hüququndan məhrum etməməklə mülkiyyət hüququnun poz ulması sayılmadığından, kollegiya kassasiya şikayətinin bu barədə olan dəlilləri ilə razılaşmır və hesab edir ki, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6865/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6865/2019
06.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver