Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6866/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xalq Sığorta ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 21.12.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6387/2021 saylı qətnaməsindən cavabdeh Xalq Sığorta ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Xalq Sığorta ASC tərəfindən icbari sığortalanmış “Nissan Sunny” markalı, **-RM*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçının idarə etdiyi “Nissan Tida” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Xalq Sığorta ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərər olan 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.02.2020-ci il tarixdə, saat 08.10 radələrində idarə etdiyi «Nissan Tida» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı istiqamətində, Mərdəkan körpüsündə hərəkətdə olarkən, idarəetməni itirdiyindən avtomobili tam dayanma vəziyyətinə gətirmişdir. Bu zaman həmin istiqamətdə hərəkətdə olan cavabdeh X2 idarə etdiyi «Nissan Sunny» markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini vurmuş, avtomobil yolun kənarındakı maneəyə dəymiş, hadisə nəticəsində özü yüngül xəsarət almış, avtomobilinə isə maddi zərər dəymişdir. Hadisə ilə bağlı Xəzər RPİ-nin İŞ-də araşdırma aparılmış, araşdırma zamanı təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/304 saylı, 15.04.2019-cu il tarixli rəyinə görə X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Qanunun 36-cı maddəsinin 1-ci h issəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müstəntiqin 17.04.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda E.Musayevin barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Xəzər Rayon Məhkəməsinin qərarı ilə E.Musayevin barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Hadisə zamanı hadisə yerində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi olmuş, onlar avtomobilə dəyən zərəri hesablamağa başlamışlar, lakin sığorta şirkəti avtomobilə dəymiş real zərəri gizlətməyə, cüzi zərər qeyd edib cüzi sığorta məbləği ödəməklə kifayətlənməyə çalışmışdır. Belə ki, cavabdeh əvvəlcə avtomobilə 1750 manat, sonra 2000, 2010 manat zərər dəyməsini bildirsə də, onların şikayətlərindən sonra guya ekspertiza keçirib, zərərin məbləğinin 2260 manat olmasına dair əsassız rəy almışlar. Həmin rəylə razı deyildir. Çünki avtomobil «Z Z Motors Servis»də müayinədən keçirilmiş və avtomobilinə 5150 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Sığorta şirkəti qanunsuz hərəkətləri ilə ona mənəvi zərər vurur, real zərər ödənmədiyinə görə avtomobilini təmir etdirə bilmir, stress və əsəb gərginliyi keçirir.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Hadisə nəticəsində “Nissan Sunny” markalı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək zərərin məbləği 2260 mana t müəyyən edilmiş və həmin məbləğdə ödənişin həyata keçirilməsinin mükün olduğu bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək zərərin real məbləğindən iki dəfədən artıq olan 5150 manat tələb etmiş, təklif olunan 2260 manat sığorta ödənişini almaqdan imtina etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.05. 2021-ci il tarixli, 2(004)1143/2021 saylı qətnaməsi ilə (hakim G.T.Axundova) iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 4.955 (dörd min doqquz yüz əlli beş) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddi açıya ödəniş olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2021-ci il tarixli, 9/1269 saylı rəyinə əsasən iddiaçıya məxsus “NissanTida” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 4955 manat müəyyən edilmişdir. Dəymiş zərərin əvəzi olaraq 4955 manat məbləğdə pul "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır.
7. Məhkəmə iddianı mənəvi zərərin ödənilməsinə aid hissədə əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə sübut olunmur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 926.1, 926.2, 926.3 və “ İcbari sığorta haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6387/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları ilə mülki məsuliyyəti cavabdeh təşkilat tərəfindən icbari sığortalanmış “Nissan Sunny” markalı, **RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə iddiaçının idarə etdiyi “Nissan Tida” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi, zərərin 4955 manat təşkil etməsi sübut olunur. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində imtinası qanuni zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissələrində əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Sığortaçı tərəfindən mübahisə predmeti olan avtomobilə dəyən zərər 2260 manat məbləğində qiymətləndirilmiş, lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən iki dəfədən də artıq olan 5160 manat tələb etmişdir. İddiaçının hazırki iddianı qaldırması üçün subyektiv hüququ yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı mə hkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPMnin 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az m iqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə
883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə
922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə
926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 18. “İcbari sığortalar haqqında” Qanun Maddə 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Maddə
19. Sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosi al sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir.
19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Kassasiya kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində də iddiaçıya məxsus avtomobilə dəymiş zərərin daha az olduğunu (2260 manat) göstərmişdir və apellyasiya instansiyası məhkəməsi həmin dəlili araşdıraraq qeyd etmişdir ki, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, əksinə işdə olan digər sübutlarla (qüsur aktı, ekspertiza rəyi) ziyanın məbləğinin daha çox olması müəyyən olunur.
26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normaları düzgün tətbiq olunmuş və cavabdehin kassasiya şikayəti nin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Xalq Sığorta ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(103)6387/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəti