Məhkəmə qərarları › İş №2(102)-6874/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6874/2019

24.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6874/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2018citarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.Ə.Səmədov; 2(006)-518/19) İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarş ı qorunan əmanət üzrə kompensasiya ödənilməsi tələbi qismən təmin edilərək, kompensasiyanın alınması üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi və cavabdeh Əmanətlərin Sığortalanması Fondundan ləğv prosesində olan “xxxx” ASC-də yerləşdirilmiş əmanət üzrə 9431 (oqqua mindörd yüz otuz bir) manat, həmin əmanət üzrə 03.03.2015-ci il tarixdən 01.02.2016-cı il tarixinə qədər hesablanmış 1080,6 (bir min səksən manat, altmış qəpik) manat faiz məbləği, cəmi 10511,6 (on min beş yüz on bir manat, altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), İddiaçı və E.Y.Şamayev; 2(103)-638 6/19) cavabdeh Əmnətlərin sığortalanması fondunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarına Nəzarət Palatası) qorunan əmanət üzrə kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikasının Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan ləğv edilmiş “xx xx” ASC-də qorunan əmanəti üzrə 9431 manat, həmin əmanət üzrə 03.03.2015-ci il tarixindən etibarən 01.02.2016-cı il tarixinə qədər hesablanmış faizin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 9461 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Bank “xxxx” ASC ilə “Standart əmanət (depozit) hesabı” haqqında (fiziki şəxslər üçün) müqaviləni 33.08.2015-ci il tarixində bağlayaraq, 9431 manat pulunu bankda əmanət qismində yerləşdirmişdir. Həmin müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin 10.1 -ci bəndinə əsasən əmanət qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortalanmışdır. Daha sonra həmin bənddə əmanət üzrə sığorta haqlarının və kompensasiyasının ödənilməsi şərtləri qanunvericilik ə müəyyən oluna n müddətlərdə və məbləğlərdə ödəniləcəyi xüsusən göstərilmişdir. İddiaçı da əmin olaraq, əmanətinin sığortalanıb bank əmanəti müqaviləsini müqavilədə nəzərdə tutulmuş şərtlərlə bağlamağa razılıq verdi. 2016-cı ilin fevral ayının 01-dən Azərbaycan Respublikası Mərkəzi Bankının qərarı ilə “Bank xxxx” ASC-nin lisenziyası ləğv olunmuşdur. İddiaçı bu zaman ağır xəstələyi ilə uzun müddətdir ki, mübarizə aparırdı. Elə bu günlərdə də iddiaçı Rusiya-Federasiyasının Yekaterinburq şəhərinin tibb müəssisələrində uzunmüddətli və davamlı müayinələrdən keçir, eləcə də müalicə alır. Bu səbəbdən bank ləğv olunduqda iddiaçı həmin saxtda dərhal müraciət edə bilməmişdir. Lakin bu ilin aprel ayından başlayaraq, etibarnamə üzrə olan iddiaçının nümayəndəsi X6 vasitəsilə Əmanətlərin Sığortalanması Fonduna müraciə t etməyə başladı. Bununla əlaqədar olaraq iddiaçı cavabdehə kompensasiyanın ödənilməsi ilə əlaqədar müvafiq ərizə ilə müraciət etsə də o, əsassız olaraq iddiaçıya müxtəlif bəhanələrlə imtina etmişdir. Belə ki, iddiaçı 12.04.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək “xxxx” ASC-də olan əmanəti üzrə kompensasiya ödənilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək kompensasiyanın alınması üçün üzrlü səbəbdən buraxılmış müddətin bərpa edilərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan ləğv edilmiş “Bank xxxx” ASC- də iddiaçının qorunan əmanəti üzrə 9431 manat, həmin əmanət üzrə 03.03.2015-ci il tarixdən etibarən 01.02.2016-cı il tarixinə qədər hesablanmış faiz pulu 1117,05 manat, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 10.578,05 ma nat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, maddəsinin, “Əmanətlərin sığortalanması haqqında” AR Qanunun 5, 8.1.20-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 102.2, 20.1, 25.1.4, 26.2, 31.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izah atı Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və 3-cü şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunm ası ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası MM-nin 944.1, 447.2-ci, “Əmanətlərin sığortalanması haqqında “Azərbaycan Respublikası Qanunun 21.2,2.1.3,2.1.2.6, 2.1.11-ci və Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 4.1-ci maddələrinə istinad etməklə onunla əsaslandırmışdır ki, Əmanətlərin sığortalanması X1 23 fevral 2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 24 fevral 2015-ci tarixdən 12 faiz müəyyən edilmişdir. İddiacı və bank arasında əmanət müqaviləsi 03.03.2015-ci il tarixdə bağlanmış və iddiaçı illi k 12,5 faiz dərəcəsi ilə əmanətini banka yerləşdirmişdir. Göründüyü kimi iddiaçının əmanət müqaviləsində nəzərdə tutulmuş əmanət üzrə illik faiz dərəcəsi yuxarıda adı çəkilən Qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddindən çox olmuşdur. Bu səbəbdən, iddiaçının Banka qoyduğu əmanət qorunan əmanətlər kateqoriyasına düşmür. Həmçinin Əmanətlərin Sığortalanması X3 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Paslatası və Mərkəzi Bankla razılaşdırılmaqla 02 mart 2016-cı il tarixdən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi milli valyuta üzrə 15 faiz olmqla 3 il müddətində tam sığortalandığı barədə qərar qəbul edilmişdir. İddiaçı əmanəti banka 03.03.2015-ci il tarixdə yerləşdirdiyindəm həmin qərarla əhatə olunmur, qorunan əmanətlərə aid deyil. Yaranmış vəziyyıtdə iddiaçının qorunan əmanət üzrə kompensasiya ödənilməsi tələbi əsassızdır, onun tələb edilməsinin hüquqi əsasları yoxdur. İddiaçının əmanətin qaytarılması barədə tələbi əsassız olduğndan və təmin edilmədiyindən kompensasiyanın alınması üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə iddiası da öz əhəmiyyətini itirir. Başqa sözlə, həmin müddətin bərpa edilib-edlməməsi rədd edilmiş əmanət tələbi üzrə heş bir məna kəsb etmir və perspektivi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan: “Bank xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 03.03.2015-ci il tarixli standart əmanət(depozit) hesabı haqqında (fiziki şəxslər üçün) əma nət müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğinin (əmanəti) (cəmi 9431 manat ) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydad əmanətçilərə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müavilənin 1.5-ci maddəsinə əsasən müqavilənin müddəti 24 aydır. Bank əmanətşiyə illik 12,5 % ödəməyi öhdəsinə götürmüşdür. Tibbi sənədlərdən görünür ki, İddiaçı 2016-cı tarixdən müxtəlif xəstəlikdən əziyyət çəkir. Ləğv prosesində olan xxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ünvanladığı 1 5.12.2016-cı il tarixli məktubda göstərmişdir ki, ləğv prosesində olan xxxx ASC-nin müştərisi olan İddiaçı 03.03.2015-ci il tarixində 9431 manat məbləğində 24 ay müddətinə 12,5% dərəcəsi ilə banka əmanət yerləğdirmişdir. 04 fevral 2016-cı il tarixinə ləğv prosesində olan xxxx ASC təqdim etdiyi əmanətçilərin reestrində müştərinin əmanəti 13 faiz dərəcəsi ilə olduğu üçün qorunmayan əmanətlər siyahısına daxil olmuşdur. Müştərinin tələbi Banklar haqqında Azərbaycan Respublikasının Qanunun 77.1-ci maddəsinə uyğun olaraq ləğv prosesində olan “xxxx”-nin” kreditorların reestrinə daxil edilmiş, qəbul olunmuşdur və həmin Qanunun 82-ci maddəsi ilə müəyyən olunmuş qaydada ödəniləcəkdir. Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ünvanladığı 28.06.2018-ci i l tarixli məktubunda göstərmişdir ki, “Əmanətlərin sığortalanması haqqında ” Azərbaycan Respublikasının Qanunun 28.3-ci maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrinin kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətşinin ərizəsinə əsasən uzadıla bilər. Sığorta hadisəsi baş vermiş “xxxx” ASC –nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə 12 fevral 2016-cı tarixdə dərc edildiyini nəzərə alaraq, Qanunun tələbləri əsasında əmanətçilərdən kompensasiya alınması üçün müraciət müdd ətinin ötürülməsinin səbəbi qeyd edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığı səbəbindən kompesasiya almaq üçün müeraciət etmə müddətinin uzadılmsı məqsədə müvafiq hesab edilməmişdir. Beləliklə iş materiallarından görünür ki, “Bank xxxx” ASC ilə əmanətçi İddiaçı arasında 03.03.2015-ci il tarixdə standart əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka yerləşdirmiş, sonradan “xxxx” ASC muflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və “xxxx” ASC-nin əmanətçilərinə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildiriş ilk dəfə 12 fevral 2016-cı il tarixdə dərc edilməklə, əmanətçilərdən kompensasiya alınması üçün ərizələrin qəbulu 13 f evral 2017-ci il tarixindən etibarən dayandırılmışdır. İddiaçı üzrlü səbəbdən həmin müddəti ötürməsini göstərərək banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək, habelə buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini və Əmanətlərin Sığortalanması Fondundan əmanət məbləğinin ödənilməsini tələb edir. Birinci instansiya və apellyasiya istansiyasının məhkəmələri hesab etmişlər ki, iddiaçı xəstəliyi ilə əlaqədar vaxtında fonda müraciət etməmiədir. Ona görə iddiaçı üzürlü səbəbdən kompensasiya almaq üçün müraciət etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-nin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək m üqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hisəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. “ Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2.1.2, 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət –sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğ un olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. -2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. -2.1.11-ci maddəsinə əsasən kompensasiya-sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. -8.1.20-ci maddəsinə əsasən X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Əmanətlərin Sığortalanması X1 Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətər üzrə 15%, xarici valyutada qorunan əmanətlər üzrə 3% müəy yən edilmişdir. 02 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 % və milli valyuta üzrə 15% olmaqla, 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. -26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100% həcmində, lakin 30(otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. - 28.3-cü maddəsinə uyğun olaraq, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. - 28.4-cü maddəsinə əsasən əmanəyçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənil məsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Yuxarıda qeyd olunanlaran əlavə iş materiallarınma olan Əmanətlərin Sığortalanması Fonduun İcraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini icra edən Vüar Abdullayevin iddiaçı Məmmədova ünvanladığı 23 may 2018-ci il tarixli məktubdan görünür ki, Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının 16 sentyabr 2016-cı il tarixli Qərarına əsasən həmin tarixə kimi üzv banklar tərəfindən illik 15% həddində milli valyutada qəbul edilmiş Əmanətlər də qorunan əmanətlər hesab edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: -365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və Məcəllənin müdəaları tətbiq olunur. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasən iədə iətirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış sübutlarla yanaşı yoxlanılmalı vı qiymətləndirilməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir iə üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan hüquqlarının və əsas az adlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk nəvbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirməli, şikayət edilən məsələnin realıqları və sair hallar tam, hər tərtəfli və obyektiv araşdırılmalıdır. Apellyasiya qaydasında işə baxan Məhkəmə kolleqiyası tərəfindən iş üzrə düzgün nəticəyə gəlmək üçün işin yuxarıda şərh olunan hallarına, o cümlədən Əmanətlərin Sığortalanması Fondunun qeyd olunan 23 may 2018-ci il tarixli məktubuna və həmin məktubda istinad olunan Əmanətlərin Sığortalanm ası Fondunun Himayəcilik Şurasının 16 sentyabr 2016-cı il tarixli Qərarına Prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə müvafiq qaydada qiymət verilməmiş, nəticədə madi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları pozulduğuna görə qətnamə ləğv ediməli iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan R espublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 10 iyun 2019-cu tarixli il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar