Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-688/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxx Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-688/22 (Açar sözlər: pul tələbi, borc müqaviləsi) Bakı şəhəri, 05 mart 2022-ci il 05.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Haddad Alirezanın Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5855/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi kassasiya şikayətinə 05 mart 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xxx Cavabdeh 16 sentyabr 2017-ci il tarixdə kredit müqaviləsi üzrə 45000 manat, sadə yazılı qəbzlə 5000 manat pul vermişdir.
2. Tərəflər arasında şərikli tekstil fəaliyyəti ilə bağlı da 16 sentyabr 2017-ci ildə müqavilə bağlanmışdır.
3. Mübahisə müqavilə və qəbzlə, eləcə də əlavə verilən və pulun qaytarılmaması ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Haddad Alireza iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 64000 manat məbləğində əsas pul vəsaiti, 27680 manat məbləğində faydalanmağa görə faiz məbləği, mənəvi zərərin əvəzi olaraq 10.000 manatın və 30 manat məbləğində ödənilmiş dövl ət rüsumunun, cəmi 101710 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh tekstil işi ilə məşğul olmaq adı ilə iddiaçıdan cəmi 640000 (altmış dörd min) manat məbləğində pul götürmüşdür. Belə ki, cavabdeh iddiaçıdan bir neçə dəfəyə 45000 manat, 5000 manat və 10000 manat, 3000 manat, 1000 manat alaraq tekstil işinə yatırmaq üçün almışdır.
6. İddiaçı pul məbləğlərini cavabdehə yazılı sənədlər əsasında 2017-ci ilin sentyabr ayında vermişdir. 5000 manat pulun alınması Cavabdeh özünün yazdığı sənədlə təsdiq edilir. Elə həmin günün səhəri ikinci dəfə 16.09.2017-ci il tarixdə cavabdeh iddiaçıdan 45000 manat alıb, 45000 manatın alınması da 16.09.2017-ci il tarixli notariat qaydada təsdiqlənmiş borc müqaviləsi ilə təsdiq olunur.
7. Elə həmin gün, yəni16.09.2017-ci il tarixdə iddiaçı ilə cavabdeh şərikli fəaliyyətlə bağlı müqavilə imzalayıblar. Həmin müqavilədə də cavabdeh etiraf etmişdir ki, həqiqətən iddiaçıdan cəmi 50000 manat pulu tekstil işinə şərikliklə bağlı almışdır.
8. Bundan sonra Cavabdeh Yasamal rayonu ərazisində beşmərtəbə deyilən ərazidə tekstil sexi icarəyə götürmək adı ilə icarə haqqının ödənilməsi adı ilə iddiaçıdan 3000 manat, 1000 manat və sexin yenə avadanlıqlarla təhciz olunması üçün 10000 manat pulu alıb. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
9. İddiaçı 64000 manat pulun cavabdeh tərəfindən etibarından sui-istifadə edilərək ələ keçirilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edib. Araşdırma zamanı Polis İdarəsinin Təhqiqat və İstintaq Şöbəsində cavabdeh yazı lı izahatı ilə iddiaçıdan 64000 manat pul almasını təsdiq edərək, borcun ödənilməsi ilə bağlı möhlət verilməsi barədə yazılı iltizam da vermisdir. Buna baxmayaraq, cavabdeh təhqiqat dövründə də, vədinə əməl etmədi.
10. Cavabdeh 64000 manat pul vəsaitini qanunsuz olaraq qaytarmaqdan boyun qaçırmaqla faydalandığına görə 2017-ci il üçün 9600 manat, 2018-ci il üçün 8320 manat, 2019-cu il üçün 5120 manat, 2020-ci il üçün 4640 manat olmaqla, cəmi 27680 manat da faiz ödəməlidir.
11. Həmçinin mənəvi zərər kimi də cavabdehdən 10000 manat pul tutulmalıdır.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2 və 449-cu maddələrinə istinad etmişdir.
13. Cavabdehin nümayəndəsi (vəkil) iddiaya etiraz edərək göstərib ki, cavabdeh həqiqətən də iddiaçıdan şərikli tek stil işi ilə bağlı 50 min manat alıb. Lakin sonradan işlər alınmadı və cavabdeh pulun qaytara bilmədi.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində əsas pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Haddad Alirezanın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Natavan Tağıyeva)
15. Birinci instansiya məhkəməsi işdə olan kredit müqaviləsi, sadə yazılı qəbzə və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən hesab edib ki, iddiaçı cavabdehə 64000 məbləğində pul vermişdir.
16. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib, Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.2.1, 445.2.2, 448. 1, 448.2, 739 və 740.2-ci maddələrinin tələbinə görə iddia 64000 manat hissədə təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilən hissəsində ləğv və rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış 16 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir. Lakin iş materiallarında tərəflər arasında eyni tarixli başqa bir müqavilə - “Şərik fəaliyyətinə dairmüqavilənin bağlanması faktına, habelə borc öhdəliyi razılaşmasına və hər iki sübutun adıçəkilən kredit müqaviləsi ilə bilavasitə bağlı olmasına hüquqi qiymət verməmişdir. Belə ki, müqavilə məhz iddiaçı və cavabdehin birgə tekstil fəaliyyəti ilə məşğul olmasını, əldə edilmiş gəlirin yarı-yarıya bölünməsi öhdəliyini özündə ehtiva edir; - cavabdeh tekstil fəaliyyəti ilə bağlı çalışsa da, ondan asılı olmayan səbəblərdən müəyyən problemlər yaranmışdır və gəlir əldə etmək mümkün olmamışdır. Bu barədə iddiaçının da məlumatı olmuşdur
19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5855/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-616/2021 saylı 09 mart 2021-ci tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 63.000 (altmış üç min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Haddad Alirezanın xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməmə si qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)
20. Apellyasiya instansiyası ilkin olaraq qeyd edib ki, birinci instansiya məhkəməsi qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, bilavasitə qanunun tələbi olmasına baxmayaraq iddia tələbinin faiz məbləğinin və mənəvi zərərin tələb edilməsi hissəsində, ümumiyyətlə, müzakirə etməmişdir. Başqa sözlə, iddiaçı tərəfindən irəli sürülmüş tələblərə natamam qiymət verilmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
21. Apellyasiya instansiyası qeyd edilən əsasla qətnaməni ləğv edərək, iddia tələbi üzrə göstərib ki, kredit müqaviləsi, qəbz və cinayət işinin rədd edilməsi haqqında qərarla müəyyən edilir ki, Cavabdeh İddiaçıın ona hissə-hissə olmaqla ümumilikdə 63.000 manat pul verdiyini qeyd etmiş və həmin pulun 22.07.2019-cu il tarixdə İddiaçı ödəyəciyinə söz vermişdir.
22. Apellyasiya instansiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən iddiaçı tərəfindən təqdim edilmiş sübutları səhv təfsir edərək, iddia tələbinin 64000 manat məbləğində əsas pul vəsaitin təmin edilməsinə yönələn hərəkət kimi qiymətləndirmiş, cavabdehin sübutlarını isə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, sübut nəyi ifadə edir, ikinci, sübut inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Birinci instansiya məhkəməsi iddianı 64000 manat məbləğində əsas pul vəsaitin tutulması hissəsində təmin edərkən əsas kimi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçının tələb etdiyi pulun iddia tələbində qeyd ol unan miqdarda olmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı Cavabdeh 64.000 manat pul vəsaiti tələb etsə də, iş materialları ilə Cavabdeh İddiaçı 64.000 manat deyil, 63.000 manat pul borcunun olması təsdiq olunur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və həmçinin qərar üzrə toplanılmış iş materiallardan müəyyən edilir ki, Cavabdeh İddiaçıın ona hissə-hissə olmaqla ümumilikdə 63.000 manat pul verdiyini qeyd etmiş və həmin pulun 22.07.2019-cu il tarixdə İddiaçı ödəyəcəyinə söz vermişdir. Bu da ona dəlalət edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbi qismən, yəni cavabdehin etirafı həddində təmin edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi iddiaçı Alireza Haddadın iddiasının 27680 manat məbləğində faydalanmağa görə faiz məbləğinin və mənəvi zərərin əvəzi olaraq 10.000 manatın tutulması hissəsi ilə bağlı qeyd edib ki, birinci instansiya məhkəməsi qətnaməsində iddia tələbinin qeyd olunan hissələrini təmin edib-etməməsini əsaslandırmasa da, hazırki halda iddiaçı Alireza Haddad həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən həmin hissələr üzrə əlavə araşdırılmanın aparılması apellyasiya məhkəməsinin səlahiyyəti xaricindədir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442.1 və 448.1-ci maddələri ilə əsaslandırıb. a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil1 Fəzail oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
26. Kassasiya apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digə r əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olm amasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməyən hissəsi apellyasiya baxışını predmeti olmayıb. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilən hissəsində qətnaməni yoxlayıb, buna görə də qətnamənin tam yoxlanılması dedikdə, apellyaisya baxışını predmeti olan hissə başa düşülür.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin e dilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı iltizama, kredit müqaviləsinə və cavabdehin polisdə verdiyi izahata istinad etmişdir.
33. Apellyasiy a məhkəməsi də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi 10 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara və toplanılmış iş materiallarına əsasən müəyyən edilb ki, İddiaçıı hissəhissə olmaqla Cavabdeh ümumilikdə 63000 manat pul vdermişdir. Cavabdeh həmin pulu 22.07.2019-cu il tarixdə İddiaçı ödəyəcəyinə söz vermişdir.
34. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları (63 min manat hissədə) sübut edə bilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Cavabdeh iddiaçıdan 50000 manat almasını təkzib etmir, eyni zamanda əlavə olaraq 13 manat pul alması barədə polisdə verdiyi izahatına dair etir az da verməmişdir.
36. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir. 37. “Şərikli fəaliyyət müqaviləsi”nin nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilənin özündə (bənd 1.2), müqavilənin bağlanmasından əvvəl kredit müqaviləsində həmin pulun borc olması qeyd edilib, eləcə də “Şərikli fəaliyyət müqaviləsi”nin bağlanmasından sonra polisdə verdiyi izahatında cavabdeh 63 min manatı iddiaçıya qaytarmasını öhdəsinə götürmüş, bildirmişdir ki, tikdiyi paltarları sifarişçilərə verib, lakin pulunu yığa bilmədiyi üçün iddiaçının pulun verə bilməyib. Göründüyü kimi, şərikli fəaliyyət müqaviləsinə istinad ets ə də, cavabdeh həmin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyini də etiraf edir.
38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5855/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.