Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6886/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlaklara dair çıxarışların ləğv edilməsi” barədə ilkin, Cavabdeh2 İddiaçı1 MMC-nə qarşı “mənzilin dəyərinin ödənilməsi” bərədə qarşılıqlı iddia tələblərinə dair mülki iş QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair çıxarışların ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 və onun vəkili Vəkil2 işti rakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Özəlləşdirilmiş ərazilərdə binanın, fərdi evin layihələşdirilməsi və tikintisinə icazə verilməsi haqqında” 466 nömrəli, 18.09.2003-cü il tarixli Sərəncamı ilə "xxxx" Holdinq kompaniyasının müraciəti və Nərimanov Rayon İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0,08 ha torpaq sahəsi (0,08 ha torpaq sahəsi özəlləşdirilib, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin 000048 saylı şəhadətnaməsi ilə) yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icazə əsasında "xxxx" Holdinq kompaniyasının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının "xxxx" Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında” 13 nömrəli, 14.01.2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisi üçün "xxxx" Holdinq Kompaniyasına icazə verilmiş və bu ərazinin döngə nöqtələrini özündə əks etdirən 03/189 nömrəli ayrıc aktı tərtib edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərima nov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillər Cavabdeh2, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 2 saylı, 7 saylı və Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin 4 saylı mənzili isə Cavabdeh3 mülkiyyətindədir. 16.04.2019-cu il tarixdə İddiaçı1 MMC Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski 33 ünvanında Cavabdeh2 məxsus evlərin onun özü tərəfindən sökülməsi və ərazinin boşaldılması, sökülən evlərin yerləşdiyi torpaq sahəsinin 2004-cü ildə İddiaçı1 MMC-yə icarəyə verildiyi barədə məlumat verilmiş və bu əmlaklara dair ona verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Həmin müraciətə 1 saylı Bakı ərazi idarəsi tərəfindən bu günədək münasibət bildirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1 MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 4 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 9 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 13 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 4 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 1 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 8 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 32, 5 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 6 saylı mənzilə dair MA seriyalı, ******* nömrəli, Bakı şəhəri, Xan Şuşinski küçəsi, ev 33, 2 saylı mənzilə dair RX seriyalı, ******* nömrəli mülkiyyətə dair çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi on unla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə hazırda mübahisə predmetini təşkil edən mənzillərin yerləşdiyi ərazidə İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün icazə verilmişdir. Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tələb olunan sənədlər əldə edilmişdir. Eyni zamanda, tikinti üçün ayrılmış ərazidə yerləşən birmərtəbəli köhnə tikililərin, o cümlədən mübahisə predmetini təşkil edən mənzillərin razılaşdırılmış dəyəri İddiaçı1 MMC-yə aid olan "xxxx" MTK tərəfindən onların mülkiyyətçilərinə tam şəkildə ödənilmiş və bundan sonra mübahisə predmetini təşkil edən mənzillər formal olaraq Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə keçirilmişdir. Bu şəxslər həmin mənzillər üçün hər hansı məbləğdə pul ödəməmişdilər. "xxxx" MTK-nın təs isçisi və 10.04.2013-cü il tarixdən 03.02.2016-cı il tarixədək sədri olan Cavabdeh2 həmin mənzillərin sökülməsi məqsədi ilə əldə edilməsindən məlumatlı olmuş və bu əmlaklar məhz onun sədr olan dövrdə, nəinki razılığı və iştirakı ilə, həmçinin bilavasitə rəhbərliyi ilə sökülmüşdür. Bu hal onun imzası ilə İddiaçı1 MMC-nin adından Bakı şəhər İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktublarla da öz təsdiqini tapır. Mənzillər söküldükdən sonra onların yerində hündürmərtəbəli və çoxmənzilli yeni yaşayış binası inşa edilmişdir. Bu mənzillər mövcud olmadığından onlara dair dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin müraciət bu günədək ca vabsız qalmış və Xidmət tərəfindən qeydiyyat ləğv edilməmişdir. Halbuki, Cavabdeh2 və Cavabdeh3 əmlakları tam məhv olmuş və bunun nəticəsində onların qeydiyyatı hər cür hüquqi mənasını itirmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı1 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə İddiaçı1 MMC-dən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerləşən 33 saylı evin, 4 saylı, 5 saylı, 6 saylı, 9 saylı mənzillər, habelə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin, 1 saylı, 5 saylı, 8 saylı, 9 saylı, 13 saylı və 2 otaqlı, ümumi sahəsi 57,7 kv.m. olan mənzillərin dəyəri olaraq 1.764.000 manat pulun, mənəvi zərərə görə 200.000 manat pulun və ödənilmiş 30 ma nat dövlət rüsumunun alınaraq Cavabdeh2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" MMC-nin sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etmiş, İddiaçı1 MMC-nin təsisçisi Tağı İbrahimovla əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vəd verilmiş, lakin qarşı tərəf vədlərə əməl etməmiş, nəticədə ona maddi zərər vurulmuşdur. Cavabdeh3 qarşılıqlı iddia üzrə ərizəsinin geri qaytarılmasını xahiş etmiş (i.v. 2 cild 294) və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 qarşılıqlı iddia tələb i baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməyərək, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 4 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 9 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 13 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 4 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 1 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı evin, 8 saylı, Bakı şəhəri, Sabit Rəhman küçəsi, 32 saylı, 5 saylı, Bakı şəhəri, Xan Şuşinski küçəsi, 33 saylı, 6 saylı mənzillərə dair Cavabdeh2 və Bakı şəhə ri, Xan Şuşinski küçəsi, 33 saylı evin, 2 saylı mənzilinə dair Cavabdeh3 mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş müvafiq olaraq MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli, MA seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli çıxarışların ləğv edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, qeyd edilən mənzillərdən 12 ədədi 23-29 fevral 2012-ci il tarixlərdə, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 32 saylı evin yaşayış sahəsi 26,56 kv.m. olan 13 saylı mən zil isə 19.03.2014-cü il tarixdə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Qeyd olunan mənzillər, həm də həmin ərazidə olan digər mənzillər (tikililər) 2013-2014-cü il tarixlərdə Cavabdeh2 və Cavabdeh3 iştirakı və razılığı ilə sökülmüşdür. Cavabdeh2 "xxxx" MTKnın təsisçisi və 10.04.2013-cü il tarixdən 03.02.2016-cı il tarixədək, yəni söküntü aparılan zaman kooperativin sədri olmuşdur. Cavabdeh3 isə onun qardaşıdır. Cavabdeh2 həmin vaxt imzaladığı və Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış 12 və 15 mart 2015-ci il tarixli məktublarda inşa ediləcək yeni bina üçün ayrılan ərazidə bir yaşayış evi istisna olmaq şərti ilə, başqa evlərin boşaldımasının, sakinlərin köçürülməsinin və evlərin sökülməsinin təmin edilməsi, habelə müvəqqəti saxlanılmış bir yaşayış evinin təhlükəsiz istismarı üzrə lazımi təhlükəsizlik tədbirlərinin görülməsi barədə məlumat verilmiş və yaşayış binasının tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın hazırlanması üçün tapşırığın verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tikinti işlərinin başlanılması üçün əsas olan 15.04.2015-ci il tarixli, 088 nömrəli Xüsusi Nişanda obyektin təyinatı qismində 18 mərtəbəli 2 girişli yaşayış binası (1 və 2-ci mərtəbələr qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq və texniki sahə) göstərilmişdir. Aparılmış tikinti işləri nəticəsində həmin, o cümlədən Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillərin yerləşdiyi ərazidə hündürmərtəbəli, çoxmənzilli yeni tikili inşa edilmişdir. Məhkəmə tərəfindən təyin edilmi ş əmlakların qiymətləndirilməsi ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində tərtib edilmiş hesabatlara əsasən Cavabdeh2 mübahisələndirdiyi mənzillərin bazar dəyəri 1.568.750 manat, likvid dəyəri isə 1.380.500 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yaşayış binasının tikintisi üçün İddiaçı1 MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində yerləşən tikililərdən 12 ədədi 2012-ci ildə, 1 ədədi 2014-cü ildə Cavabdeh2, 2 ədədi 2014-cü ildə və 1 ədədi 2015-ci ildə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Buna əsas onlarla həmin əmlakın keçmiş mülkiyyətçiləri arasında bağlanmış alğı-satqı müqavilələri olmuşdur. Bu əmlaklar hazırda real olaraq, naturada mövcud deyillər, onlar 2013-2015-ci illər ərzində sökülərək, məhv edilmişlər və onları n yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edilmişdir. Ötən dövr ərzində onların bir hissəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh2 mülkiyyətində olmuş 9 mənzilə və Cavabdeh3 mülkiyyətində olmuş 1 mənzilə dair hələ də dövlət reyestrində qeydiyyat mövcuddur. X5” MMC-də bu əmlakların məhv edilməsini, yerində ona aid olan "xxxx" MTK tərəfindən yaşayış binasının inşa edilməsini əsas gətirib, həmin qeydiyyatın onun maraqlarına toxunduğunu, qeydiyyatın ləğvi ilə bağlı qeydiyyatı aparmış quruma müraciət etməsinə baxmayaraq, həmin qurum tərəfindən müraciəti üzrə bügünədək hər hansı tədbirin görülmədiyini bildirir və bu səbəbdən həmin əmlaklara dair çıxarışın ləğv edilməsi məsələsini qaldırmaqla hüquqi nəticə etibarı ilə ap arılmış qeydiyyatın ləğv edilməsini tələb edir. Cavabdeh2 nəticə etibarı ilə ona qarşı qaldırılmış iddianın rədd edilməsini tələb etmir, eyni zamanda bu əmlakların onun idarəsinə zidd olaraq sökülməklə məhv edilməsini də bildirmir. Sadəcə olaraq bu əmlakların əvəzi olaraq ona inşa ediləcək binada mənzillərin və ya nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyini, lakin nəticədə hər hansı mənzilin verilmədiyini və kompensasiyanın ödənilmədiyini bildirir və mülkiyyət hüququna əsaslanaraq kompensasiyanın ödənilməsini tələb edir. Cavabdeh2 İddiaçı1 MMC ilə onun arasında mülkiyyətində olmuş əmlakların sökülməsi müqabilində mənzillərin verilməsi və ya kompensasiyanın ödənilməsi barədə razılığın (vədləşmənin) olmasını bildirsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdi m etmir. Hər bir halda, belə bir razılıq reallıqda mövcud olduğu halda, onun təminatı və gələcəkdə yarana biləcək hər hansı anlaşılmazlığın və ya mübahisənin (məsələn, hazırki mübahisə) qarşısını almaq üçün tərəflər bu razılaşmanı hüquqi baxımdan hər hansı bir formada rəsmiləşdirmiş olardılar. Digər tərəfdən Cavabdeh2 razılaşmanın nəticəsi olaraq, ona neçə mənzil və ya hansı məbləğdə kompensasiyanın ödəniləcəyi barədə də hər hansı fikir söyləmir. Kompensasiya məbləğinin müəyyən edilməsi üçün söküntü dövründə bu əmlakların qiymətləndirilməsini təsdiq edən hər hansı sənəd də mövcud deyil. Cavabdeh2 yalnız hazırda, yəni mübahisə çərçivəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün tədbirlər görür və nəticədə kompensasiya qismində əmlakların hazırki bazar qiymətini tələb edir. Bununla belə, Cavabdeh2 qeyd etdiyi, lakin mövcudluğunu sübut edə bilmədiyi “razılaşma” üzrə ona vəd edilən kompensasiyanın məbləği sirr olaraq qalır. Həmin vaxt kompensasiyanın ödənilməsi üçün İddiaçı1 MMC-nin ("xxxx" MTK-nın) nağd vəsaitinin olmaması da istisna deyildi. Lakin ən azı təminat və etibar, habelə razılığa əməl edilməsi baxımından, yeni inşa ediləcək binanın çox yox, yalnız 1 mənzili ilə bağlı ipoteka müqaviləsi bağlanıla bilərdi. Lakin belə bir hal da aşkar edilməmişdir. Cavabdeh2 iddia ərizəsində özü də etiraf edir ki, sonradan onunla təsisçi arasında narazılıqlar yaranmış və bunun nəticəsi olaraq kompaniyanın sədri vəzifəsindən kənarlaşdırılmışdır. Lakin həm bu hadisədən əvvəl, həm də bu hadisədən sonra onun İddiaçı1 MMC-yə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı rəsmi müraci əti olmamışdır. Yalnız ona qarşı hazırki iddia qaldırıldıqdan sonra Cavabdeh2 kompensasiya məbləğinin ödənilməsi tələbini irəli sürmüş və ilk olaraq, mülkiyyətində olmuş 5 mənzil üçün kompensasiya məbləğini tələb etmişdir. Halbuki, iddia ərizəsinə mülkiyyətində 13 mənzilin olduğunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrinin arayışını əlavə etmişdir. Lakin qarşılıqlı iddia ərizəsində digər əmlaklara görə hər hansı məbləğdə kompensasiya almasını qeyd etməmişdir. Digər tərəfdən ilk tələbində göstərdiyi və kompensasiyasını tələb etdiyi Xan Şuşinski küçəsində yerləşən 32 saylı ev üzrə hər hansı mənzil onun mülkiyyətində olmamışdır. Mülkiyyətində ümumilikdə 13 mənzilin olmasına baxmayaraq, hazırda 12 mənzil üzrə kompensasiya məbləğini tələb edir. Lakin 13-cü mənzil barədə hər hansı fikir bi ldirmir. Həmin mənzillərin bir hissəsinin dövlət reyestrində olan qeydinin ləğv edilməsinə baxmayaraq, bu məsələyə də hər hansı münasibət bildirmir. Bu da öz növbəsində qeyd edilən mənzillərin sökülməsi müqabilində hər hansı məbləğdə kompensasiyanın ödənilməsi ilə bağlı Cavabdeh2 ilə İddiaçı1 MMC arasında hər hansı bir razılaşmanın olmaması qənaətinə gəlmək üçün əsas yaradır. Ümumiyyətlə qeyd edilənlər Cavabdeh2 mülkiyyətində olan əmlaklar, o cümlədən onları hazırki statusu barədə tam məlumatlı olmasını sual altına alır. Məhkəmə, bu əmlakların Cavabdeh2 mülkiyyətinə keçməsi vaxtı, qaydası, onların kəmiyyəti və bununla bağlı digər hallara münasibətdə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı1 MMC-yə bağlılığı olan (təsisçisidir, 2013-2016-cı illərdə isə "xxxx" MTK-nı sədri olmu şdur) və bu cəmiyyətin tikinti apardığı ərazilər barədə tam məlumatlı olan 26 yaşlı Cavabdeh2 məhz İddiaçı1 MMC üçün ayrılmış ərazidə, məhz tikintinin başlanması və bunun üçün orada olan tikililərin sökülməsi ərəfəsində, yəni 2012-ci ilin fevral ayında 7 gün ərzində alqı-satqı yolu ilə əsasən 1910cu ilə aid olmaqla qəzalı vəziyyətdə olan 1, 2 və 3 deyil, 12 ədəd, bundan sonra isə 19.03.2014-cü ildə həmin ərazidən əlavə olaraq 1 ədəd, qardaşı Cavabdeh3 isə 3 mənzil alır. Sonradan, yəni 2013-2014-cü illərdə bu mənzillərin hamısı onun iştirakı ilə sökülür və "xxxx" MTK-nın sədri olaraq o, bu barədə (ərazinin sökülməsi, boşaldılması, orada qalan sakinlər və sair) rəsmi məktublarda Bakı şəhər İcra Hakimiyyəti Başçısına məlumat verir. Onun həmin mənzillərin hər hansı birində nəinki 1 gün belə ya şaması, həmçinin, ümumiyyətlə yaşamaq niyyətində olması müəyyən edilmir. Belə olan halda, məhkəmə, hətta, ən azı daxili inamının formalaşması baxımından da həmin vaxt 26 yaşı olan Cavabdeh2 bu əmlakların alınması üçün vəsaitinin mənbəyi, hər hansı başqa yerdə ən azı bunun yarısı sayda mülkiyyətinin olması, bu sayda köhnə tikilinin alınmasına olan zərurət barədə hər hansı sualın verilməsinə ehtiyac görmür və belə qənaətə gəlir ki, bu əmlaklar İddiaçı1 MMC ("xxxx" MTK) tərəfindən və onun vəsaiti hesabına, sökmək və yerində yaşayış binası inşa etmək niyyəti ilə alınmış və işgüzar münasibətlər baxımından ona bağlı olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Əsas məqsəd və niyyət mülkiyyətçilərlə hər hansı problem yaşamamaq, bu əmlakları vahid əldən idarə etmək və zamanında orada olan əmlakların hə r hansı maneə olmadan və mümkün qədər qısa müddət ərzində sökülməsini təmin etmək və yaşayış binasının tikintisinə başlamaq olmuşdur. Bu hal Cavabdeh2 İddiaçı1 MMC-nin prezidenti və "xxxx" MTK-nın sədri olaraq 2014-cü ilin yanvar və fevral aylarında mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi ərazidə yaşayan digər sakinlərə (Dilarə Məmmədova, Validə Cəfərova və İslam Abdullayev) ünvanladığı məktubların məzmunu ilə də sübuta yetirilir. Belə ki, həmin məktublarda bu şəxslərə ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsinin və sakinlərin köçürülməsinin “X2 vəsaiti hesabına həyata keçirildiyi bildirilir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış digər məktubda isə sakinlərdən birinin təklif olunan məbləğlə razılaşmadığı barədə məlumat verilir və həmin məktubda da bu məsələlərin “X2 vəsaiti hesabına həyata keçirildiyi qeyd edilir. Bu baxımdan köçürülmə prosesi təbii ki, mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini özündə ehtiva edir. Belə olan halda, bu proses başlayandan və qeyd edilən məktublar göndəriləndən sonra həmin ərazidə olan daha bir mənzilin 19.03.2014-cü il tarixdə, yəni artıq onun kooperativin sədri olan zaman Cavabdeh2 tərəfindən, 3 mənzilin isə onun qardaşı Cavabdeh3 tərəfindən onların vəsaiti hesabına alınması qeyri-mümkündür. Həmin vaxt real olaraq belə bir alqı-satqıların bağlanması həm İddiaçı1 MMC-nin ("xxxx" MTK-nın), həm də mülkiyyətçilərin özlərinin maraqlarına uyğun olan bir hal deyil. Digər tərəfdən həmin ərəfədə, yəni köçürmə prosesləri gedən zaman mülkiyyətçilərlə razılıq əldə edilməsi mümkün olan bir şəraitdə bu əmlakların real olaraq, yəni öz vəsaitləri hesabına İddiaçı1 MMC "xxxx" MTK-nın tərəfindən deyil, məhz bu iki qardaş tərəfindən alınmasına şəraitin yaradılmasının da izahı yoxdur. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz İddiaçı1 MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binasının tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işguzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Bu da öz növbəs ində onun İddiaçı1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının əsaslı olmaması qənaətinə gəlmək üçün əsas yaradır və rədd edilməsini şərtləndirir. Məhkəmə “X5 MMC-nin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmamış, həmin əmlaklar Cavabdeh3 mülkiyyətində olan zaman onun iradəsinə uyğun olaraq sökülmüşdür. Bu səbəbdən Cavabdeh3 iddiasına 6 illik iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə, Cavabdeh2 mülkiyyətində olmuş mənzillərlə bağlı öz qənaətini eyni zamanda, İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış sahədə yerləşməklə Cavabdeh3 mülkiyyətində olmuş əmlaklara da aid edir və həmin əmlaklara münasibətdə də eyni hüquqi mövqeydən çıxış edir. Məhkəmə, İddiaçı1 MMC-nin əməlləri barədə xüsusi qərardad çıxarıb, bu barədə aidiyyəti üzrə prokurora xəbər verilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı iddia ərizəsi üzrə xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən bu məsələyə qətnamənin nəticə hissəsində münasib ət bildirilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırki iş üzrə İddiaçı1 MMC-nin hərəkətlərində nəinki cinayətin əlamətləri, həmçinin cavabdehin iddiaçıya qarşı hər hansı mülki hüquq pozuntusuna yol verməsi halı aşkar edilməmişdir. Məhkəmə, İddiaçı1 MMC-nin iddiası ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar məhv olduğundan İddiaçı1 MMC qanunvericiliyin tələblərinə uyğun olaraq, onlarla münasibətdə aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ilk növbədə bu əmlakların dövlət reyestrini tərtib edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti cavabsız qalmış və nəticə etibarı ilə bu əmlakla rın məhv olması bu qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən İddiaçı1 MMC Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklara dair verilmiş çıxarışların ləğvini məhkəmə qaydasında mübahisələndirir və bununla da hüquqi nəticə etibarı ilə həmin əmlaklara dair dövlət reyestrində aparılmış qeydin ləğvini tələb edir. Bu səbəbdən məhkəmə bu tələbə məhz bu qaydada yanaşır və hüquqi qiymət verir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 150.1, 150.2, 152.1, 203.1, 373.2, Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 18.1, 18.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2021 saylı, 08 may 2021-c i il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətlərini qarşılıqlı iddia tələbinə oxşar məzmunla əsaslandıraraq, şikayətlərində qeyd etmişlər ki, iş materiallarına mübahisəli evlərin bazar qiymətini dair qiymətləndirmə rəyləri əlavə edilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq qarşılıqlı iddia tələbini təmin etməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsaslanmış və əsassız qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 2(103)-6912/2021 nömrəli 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellya siya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)121/2021 saylı, 08 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin yuxarıda sadalanan hallarına əsasən ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə isə iddiaçılar işin yuxarıda sadalanan hallarına əsasən onlara maddi ziyan dəydiyini sübut edə bilməmişlər. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz İddiaçı1 MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binası nın tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işgüzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yaşayış binasının tikintisi üçün İddiaçı1 MMC-yə ayrılmış torpaq sahəsinin ərazisində yerləşən tikililərdən 12 ədədi 2012-ci ildə, 1 ədədi 2014-cü ildə Cavabdeh2, 2 ədədi 2014-cü ildə və 1 ədədi 2015-ci ildə Cavabdeh3 mülkiyyətinə keçmişdir. Buna əsas onlarla həmin əmlakın keçmiş mülkiyyətçiləri arasında bağlanmış alğı-satqı müqavilələri olmuşdur. Bu əmlaklar hazırda real olaraq, naturada mövcud deyillər, onlar 2 013-2015-ci illər ərzində sökülərək, məhv edilmişlər və onların yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası inşa edilmişdir. Ötən dövr ərzində onların bir hissəsinə dair dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh2 mülkiyyətində olmuş 9 mənzilə və Cavabdeh3 mülkiyyətində olmuş 1 mənzilə dair hələ də dövlət reyestrində qeydiyyat mövcuddur. X5” MMC-də bu əmlakların məhv edilməsini, yerində ona aid olan "xxxx" MTK tərəfindən yaşayış binasının inşa edilməsini əsas gətirib, həmin qeydiyyatın onun maraqlarına toxunduğunu, qeydiyyatın ləğvi ilə bağlı qeydiyyatı aparmış quruma müraciət etməsinə baxmayaraq, həmin qurum tərəfindən müraciəti üzrə bugünədək hər hansı tədbirin görülmədiyini bildirir və bu səbəbdən həmin əmlaklara dair çıxarışın l əğv edilməsi məsələsini qaldırmaqla hüquqi nəticə etibarı ilə aparılmış qeydiyyatın ləğv edilməsini tələb edir. Cavabdeh2 nəticə etibarı ilə ona qarşı qaldırılmış iddianın rədd edilməsini tələb etmir, eyni zamanda bu əmlakların onun idarəsinə zidd olaraq sökülməklə məhv edilməsini də bildirmir. Sadəcə olaraq bu əmlakların əvəzi olaraq ona inşa ediləcək binada mənzillərin və ya nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyini, lakin nəticədə hər hansı mənzilin verilmədiyini və kompensasiyanın ödənilmədiyini bildirir və mülkiyyət hüququna əsaslanaraq kompensasiyanın ödənilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən mövqeləri təkrarlamaqla hesab etmişdir ki, İddiaçı1 MMC-yə yaşayış binasının tikintisi üçün ayrılmış ərazidə yerləşməklə Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş mənzillər onun deyil, məhz İddiaçı1 MMC-nin (Nehrəm MTK-nın) vəsaiti hesabına, sökülmə və yerində yaşayış binasının tikilməsi niyyəti ilə alınmış, sadəcə olaraq işgüzar bağlılığı olan Cavabdeh2 və onun qardaşı Cavabdeh3 adına rəsmiləşdirilmiş və bu əmlaklar sonradan hər hansı məbləğdə və formada kompensasiyanin ödənilməsi barədə razılıq olmadan, Cavabdeh2 və Cavabdeh3 razılığı, şəxsi rəhbərliyi və iştirakı ilə sökülmüşdür. Bu da öz növbəsində onun İddiaçı1 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının əsaslı olmaması qənaətinə gəlmək üçün əsas yaradır və rədd edilməsini şərtləndirir. İddiaçı1 MMC-nin iddiası ilə bağlı qeyd edilmişdir ki, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklar məhv old uğundan İddiaçı1 MMC qanunvericiliyin tələblərinə uyğun olaraq, onlarla münasibətdə aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı ilk növbədə bu əmlakların dövlət reyestrini tərtib edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti cavabsız qalmış və nəticə etibarı ilə bu əmlakların məhv olması bu qurum tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən İddiaçı1 MMC Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlaklara dair verilmiş çıxarışların ləğvini məhkəmə qaydasında mübahisələndirir və bununla da hüquqi nəticə etibarı ilə həmin əmlaklara dair dövlət reyestrində aparılmış qeydin ləğvini tələb edir. Apellyasiya instansiyası məhkəməsi Cavab deh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlakların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən İddiaçı1 MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, hesab etmişdir ki, iddiaçının tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində ilkin iddia üzrə cavabdehlərin mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsassız hesab etmişdir. Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrə li iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh3 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzillərin dəyərini İddiaçı1 ona ödəməmiş və mənzillərə görə hər hansı məbləğdə pul vəsaitinin ödənilməsi barədə sübut təqdim etməmişdir. Həmin mə nzillərin heç birisinin çıxarışları ləğv edilməmişdir. İş materiallarında heç bir sübut olmadığı halda məhkəmə yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, mənzillər iddiaçı tərəfindən alınmışdır. Bununla da məhkəmə tərəfindən onun qanunla qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdehin mülkiyyətində olan mənzillərin əvəzi ödənilmədən, bu barədə qarşı tərəflə hər hansı bir yazılı razılıq olmadığı halda çıxarışların ləğv edilməsi beynəlxalq və yerli qanunvericiliklə möhkəm qorunan mülkiyyət hüquqlarının kobud pozuntusundan ayrı bir şey deyil. Bu hazırki mülki işin mübahisəsiz hallarıdır ki, bununla bağlı iddiaçı tərəf hər hansı etirazını bildirməmiş, əksini sübut edəcək hər hansı mötəbər bir sübut təqdim etməmişdir. Ümumiyyətlə, işin faktiki və hü quqi hallarını qarşılıqlı qiymətləndirərkən belə bir nəticəyə gəlmək olar ki, apellyasiya instansiyası maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qətnamə yalnız heç bir sübuta söykənməyən iddia ərizəsinin formal mülahizələrinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.2-152.5-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh2 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, heç vaxt İddiaçı1 rəhbəri olmamış, həmin mənzillərin dəyərini İddiaçı1 ödəməmiş, İddiaçı1 mənzillərə görə hər hansı məbləğdə pul vəsaitinin ödənilməsini sübut edə bilməz. Çünki, heç vaxt pul ödəməmiş, ödəsəydi ödəniş tapşırığı və yaxud da kassa məxaric qəbzi mövcud olardı. Bununla bağlı iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mənzillər alınanda 26 yaşı olması, onun o qədər pul vəsaitinin ola bilməməsi absurddur, İddiaçı1 rəhbərliyi verdiyi sözə əməl etmədiyinə görə, o, 2019-cu ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Sərəncamın ləğv edilməsi ilə bağlı müraciət etmiş, yenidən danışıqlar getdiyinə görə, iddianı geri götürmüşdür. Mülkiyyətində olan mənzillərin heç birisinin çıxarışları ləğv edilməmişdir. İş materiallarında heç bir sübut olmadığı halda məhkəmə yalnız iddiaçının formal mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, mənzillər iddiaçı tərəfindən alınmışdır. Bununla da məhkəmə tərəfindən onun qanunla qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Mülkiyyətində olan mənzillərin ümumi dəyəri 1.764.000 (bir milyon yeddi yüz altmış dörd min) manat təşkil edir. İddiaçı1 heç bir kompensasiya (mənzilin dəyərini) ödəmədən mübahisəli mənzilləri sökmüşdür. İddiaçı1 rəhbərləri həmin mənzillərin dəyərinin ödənilməsi barədə əvvəllər vəd versələr də hal-hazıra kimi heç bir ödəniş edilməmişdir. İddiaçı1 ilə aralarında olan razılığa əsasən, mənzillərin sökülməsinə razı olması barədə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək razılıq verəndən sonra mənzillər sökülmüş və ona heç bir məbləğ ödənilməmişdir. İşdə iştirak edən digər şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddia ərizəsinin rədd, Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat ver mədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 (4-cü hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıüçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlid ir. Maddə 150.2. İ stənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir. İş üzrə verilmiş kassasiya şikayətləri əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmasına yol verilmişir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin k öməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı qeyd edilən mənzillərin(evlərin) yerləşdiyi torpaq sahəsinin tikinti üçün ona ayrıldığını, həmin mənzillərin sökülməsi məqsədi ilə "xxxx" MTK tərəfindən və onun vəsait hesabına alındığını və formal olaraq, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verildiyini, onların özlərinin də razılığı və bilavasitə iştirakı ilə söküldüyünü, Cavabdeh2 "xxxx" MT K-nın təsisçisi və söküntü aparılan vaxt sədri olduğunu, söküntü barədə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısına ünvanlanmış məktubların da İddiaçı1 MMC-nin səlahiyyətli şəxsi kimi onun tərəfindən imzalandığını bildirir və qeyd edilən mənzillərə dair dövlət reyestrində olan qeydin və bu qeyd əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb edir. Cavabdeh2 iddiada göstərilənlərlə razılaşmır, “Nehrəm“MTK-nın sədri vəzifəsində işləyən zaman şəxsən vətəndaşlara pul ödəyərək, fərdi evləri vətəndaşlardan əldə etdiyini, İddiaçı1 MMC-nin təsisçisi ilə əldə edilmiş razılığa əsasən ona həmin evlərin yerində inşa ediləcək binadan mənzillərin və yaxud nağd pul şəklində kompensasiyanın ödənilməsi barədə vədin verildiyinə görə onların söküldüyünü, lakin bu günədək qarşı tərəfin vədlərə əməl etmədiy ini, nəticədə ona maddi zərərin vurulduğunu göstərək, həmin mənzillərin dəyərini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülkihüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Mübahisə predmetini təşkil edən daşınmaz əmlaklar cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Belə olan halda, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə dir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmələr cavabdehlərin adına olan daşınmaz əmlakların İddiaçı1 MMC ("xxxx" MTK) tərəfindən və onun vəsaiti hesabına, sökmək və yerində yaşayış binası inşa etmək niyyəti ilə alınması və işgüzar münasibətlər baxımından ona bağlı olan Cavabdeh2 adına rəsmiləşdirilməsi qənaətinə gələrkən Cavabdeh2 İddiaçı1 MMC-yə bağlılığı olan şəxs olmasına, onun təsisçisi, 2013-2016-cı illərdə isə "xxxx" MTK-nı sədri olmasına, onun tərəfindən İddiaçı1 MMC-nin prezidenti və "xxxx" MTK-nın sədri kimi 2014-cü ilin yanvar və fevral ayla rında mülkiyyətçisi olduğu mənzillərin yerləşdiyi ərazidə yaşayan digər sakinlərə (Dilarə Məmmədova, Validə Cəfərova və İslam Abdullayev) ünvanladığı məktublarda bu şəxslərə ərazidə yerləşən fərdi yaşayış və qeyriyaşayış tikililərinin sökülməsinin və sakinlərin köçürülməsinin “X2 vəsaiti hesabına həyata keçirildiyini bildirməsinə, həmin vaxt 26 yaşı olan Cavabdeh2 bu əmlakların alınması üçün vəsaitinin olmamasına və s. bu kimi hallar istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı1 MMC və "xxxx" MTK-nın ayrı-ayrı hüquqi şəxslərdir. Cavabdeh2 işdə olan reyestr məlumatlarına əsasən 2004-cü ildə təsis edilmiş "xxxx" MTK-nın təsisçilərindən biri və 2013-2016-cı illərdə isə "xxxx" MTK-nı sədri olmuşdur. Bu iki hüquqi şəxs arasında hansı hüquqi bağlılığın olması, Cavabdeh 2 İddiaçı1 MMC prezidenti və ya direktoru olması barədə işdə hər hansı sübutlar mövcud deyildir. İddiaçı1 MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsində yaşayan sakinlərin köçürülməsi işlərinin Cavabdeh2 tərəfindən görülməsi iddiaçı tərəfindən də mübahisələndirilmir. Lakin bu işlərin Cavabdeh2 öz hesabına deyil, məhz MMC-nin vəsaiti hesabına görülməsi, həmin mənzillərin alınmasına görə cavabdehə hər hansı pul məbləğinin ödənilməsi barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının və məhkəmələrin istinad etdikləri məktubların məzmunu isə məhkəmlər tərəfindən düzgün təfsir olunmamışdır. Həmin məktublarda Bakı şəhəri İcra Hakimiyyətinin 18.09.2003-cü il tarixli sərəncamının 5.1-ci bəndinə istinad edilərək, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sakinlərin köçürülməsinin İddiaçı1MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğu qeyd edilmiş, həmin işlərin MMC-in vəsaiti hesabına həyata keçirildiyi göstərilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, bu hissədə məhkəmələr təqdim edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 80, 81 və 88-ci maddələri baxımından düzgün qiymət verməmiş, iş üzrə mövqelərini daha çox daxili inam və ehtimallarla əsaslandırmaqla, Mülki Məcəllənin 140-cı maddəsi ilə müəyyən edilmiş qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını nəzərə almamışdırlar. Eyni zamanda, bir tərəfdən əmlakların iddiaçının vəsaiti hesabına əldə edildiyi və cavabdehlərin adına aparılmış qeydin formal olduğu qənaətinə gələn məh kəmə, digər tərəfdən ilkin iddia üzrə cavabdehlərin əmlakının sökülərək onun yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində, onların mülkiyyət hüququna müdaxilə olunduğunu, lain bu müdaxilənin qanunla nəzərdə tutulmuş şərtlərə cavab verdiyini göstərmiş, bununla da ziddiyyətli mövqe nümayiş etdirmişdir. Bundan başqa, məhkəmələr Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olmuş əmlakların öz iradələrinə uyğun olaraq və razılıqları əsasında sökülməsi yolu ilə məhv olunmasını, əmlakların məhv olunmasının mübahisəsiz hal olduğunu, mövcud vəziyyətdə onun qeydiyyatının hər cür hüquqi mənasının itdiyini, bu halın həmin əmlakların vaxtı ilə yerləşdiyi yerdə yeni tikili inşa edən İddiaçı1 MMC-nin maraqlarına toxunduğunu nəzərə alaraq, MM-nin 150-ci maddəsinə əsasən həmin əmlaklarl a dair qeydiyyatı ləğv edilməsi nəticəsinə gəlmişdir. Halbuki cavabdehlərin mülkiyyətçi olaraq həmin qeydiyyata hüquqi marağının itməməsi aşkardır, çünki cavabdehlərə onlara məxsus əmlakların sökülməsinə görə onlara həmin əmlakların yerində buna inşa edən MMC tərəfindən hər hansı kompensasiya ödənilmədiyini bildirirlər. Bu isə onu deməyə əsas verir ki, həmin qeydiyyatın hüquqi mənası itməmişdir. Çünki bu qeydiyyat həmin əmlaka görə kompensasiya məsələsinin həllində hüquqi əhəmiyyətə malikdir və qeydiyyat yalnız bu məsələ həll edildikdən sonra ləğv edilməlidir. Məhkəmələr cavabdehlərin həmin əmlakların dəyərinə görə kompensasiya tələbini cavabdehlərin iddiaçı ilə hər hansı kompensasiya barədə razılaşmasının olması barədə sübutlar təqdim etməməsi, 2016-cı ildən iddiaçı ilə aralarına narazılı q yaransa da, ilk iddia verilənədək kompensasiya tələb etməməsi və bu halların həqiqətən də həmin əmakların cavabdehlərə aid olmaması reallığı ilə izah edildiyi əsası ilə rədd etmişdirlər. Lakin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə məxsus daşınmaz əmlakların sökülməsi və onların yerləşdiyi torpaq sahəsində yeni binanın inşa edilməsi, cavabdehlərə sökülən əmlaklara görə hər hansı kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halıdır. İddiaçı həmin əmlakların onun özünün vəsaiti hesabına əldə edildiyini iddia etdiyinə görə qarşılıqlı iddianı qəbul etmir. Belə olan halda, qarşılıqlı iddia üzrə kompensasiya tələbinin həlli ilkin iddia üzrə mübahisəli hallardan, yəni mübahisəli daşınmaz əmlakların kimin vəsaiti hesabına əldə edilməsi faktının yuxarıda qeyd edilən göstərişlər əsasında düzgün müəyyən edilməsindən asılıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının və qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, qeyd edilən maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki,MPM-in14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddianın hansı mötəbər sübutlar əsasında təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini öz qətnaməsində tam əsaslandırmamı ş, bununla da maddi və prossesual hüquq normalarının tələblərini pozaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6912/2021 nömrəli iş üzrə 04 avqus t 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.