Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6894/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 5182,35 manat məbləğində dəymiş ziyanın ödənilmə si tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 10065,10 manat borc tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli, 2(103)-12518/2018 saylı qərardadı ilə “xxxx” ASC-nin şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qərardadı ləğv olunmuş, iş baxılmamış saxlanılmış iddia tələbinə mahiyyəti üzrə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 10 dekabr 2018-ci tarixli əlavə qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 5182,35 manat dəymiş zərərin ödənilməsi tələbinə dair iddiasının təmin e dilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi X.Sarıyev, hakimlər V.Həsənov və Ş.Məmmədova, İş № 2(103)5496/2019) iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsinin və 10 dekabr 2018-ci il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, iddia tələbi 5182,35 manat dəymiş zərərin tutulması hissəsində təmin edilərək Cavabdeh 5182,35 (beş min yüz səksən iki manat otuz beş qəpik) manat məbləğində maddi zərərin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh 10,2 (on manat iyirmi qəpik) ödənilmiş dövlət rüsumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətini n xeyrinə tutulması, iddia tələbinin Cavabdeh 10065,10 (on min altmış beş manat 10 qəpik) manat borcun tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “pul və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 5182,35 manat dəymiş ziyan, 10065,10 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 15277,45 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya inst ansiyası məhkəməsi işin hallarını ətraflı araşdırmamış, hüquq normalarının tələblərini düzgün tətbiq etməmiş, kifayət qədər əsas olmadan dəymiş zərərlə bağlı iddia müddətinin 10 il olmasını əsas götürmüş, 5182,35 manat məbləğində olan tələblə bağlı iddiaçı tərəfindən iddia müddətinin ötürülməmiş olması qənaətinə gəlmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin MK-nın 29 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçı “xxxx” ASC-nin pul və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçının nümayəndəsi üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüq uqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış satış qaimələrinə əsasən cavabdeh X4 satış qaimələri əsasında müxtəlif ölçülü kərpic almışdır. Abşeron rayon Məhkəməsinin 1(012)104/2014 saylı, 21 may 2014-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, iş üzrə mülki iddia təmin edilmiş, 37788,39 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, “xxxx” ASC-yə ödənilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-154/2016 saylı, 17.02.2016-cı il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 14.2-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Abşeron rayon Məhkəməsinin 21 may 2014-cü il tarixli hökmünün mülki iddianın təmin edilməsinə dair hissəsi, yəni 37788,39 manat məbləğində pulun Cavabdeh tutularaq, “xxxx” ASC-yə ödənilməsinə dair hissəsi ləğv edilmişdir. İşin araşdırılmış halları ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilədən irəli gələn münasibətlər mövcud olmuş, “xxxx” ASC-nin Cavabdeh qarşı yönəldiyi 10065,10 manat məbləğində tələbi debitor borcu ilə əlaqədardır. Bu tələb isə 2009-2010-cu illərə aid olan müqavilə münasibətlərindən yaranmış, həmin vaxtdan 8 ildən artıq müddət keçmiş, bu müddət ərzində maraqlı tərəf tələb üzrə məcburiyyət tədbirlərini iddia mü ddəti həddində həyata keçirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan və bu müddətin keçməsi nəzərə alınmaqla, cavabdeh tərəfin ərizəsi nəzərə alınmaqla iddia müddəti tətbiq edilməli, 10065,10 manat borc məbləği tələbi ilə bağlı hissədə iddia təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının özünün də etiraf etdiyi kimi 2009-2010-cu illərə bağlı borcun ödənilməsinə görə iddiaçı 8 ildən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə deyil, digər orqanlara müraciəti iddia müddətinin ötürülməməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında tətqiq edilmiş (cina yət işinin materiallarına əsasən) sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh işlədiyi dövrdə X5 normadan artıq 235561 ədəd kərpiç silinmiş və bunun nəticəsində “xxxx” ASCyə 25911 manat 71 qəpik miqdarında ziyan vurulmuşdur. “xxxx” ASC-nin X5 01 sentyabr 2010-cu il tarixdən 03 oktyabr 2011-ci il tarixədək müdir vəzifəsində X14, 01 sentyabr 2010-cu il tarixdən 11 iyul 2011-ci il tarixədək istehsalat rəisi vəzifəsində X8, 01 sentyabr 2010-cu il tarixdən 2012-ci il yanvar ayınadək sex ustası-ocaqçı vəzifəsində X11, 01 sentyabr 2010-cu il tarixdən 05 yanvar 2012-ci il tarixədək keyfiyyət üzrə laborant vəzifəsində X12 işləmişlər. Sadalanan şəxslər Cavabdehla eyni vaxtda, yəni 01 sentyabr 2010-cu il tarixdən 03 mart 2011-ci il tarixədək yuxarıda göstərilən vəzifələrdə işləmişlər. İş üzrə keçirilm iş kompleks məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının 15 fevral 2013-cü il tarixli, 2645 saylı və əlavə kompleks məhkəməmühasibatlıq və məhkəmə- əmtəəşünaslıq ekspertizasının 18 noyabr 2013-cü il tarixli, 19516 nömrəli rəylərdən görünür ki, X5 istehsal prosesində itki normasının 6% qəbul edildiyi halda yol verilən ******* ədəd norma daxilindən artıq silinən kərpic məhsuluna cavabdeh şəxslər kərpic istehsalı üzrə direktor X1 işlədiyi dövrdə ******* ədəd, dəyəri 147659 manat 93 qəpik, sex rəisi Cavabdeh işlədiyi dövrdə 343531 ədəd dəyəri 37788 manat 39 qəpik, sex ustası X2 işlədiyi dövrdə 992413 ədəd dəyəri 109165 manat 43 qəpik, müdir X9 işlədiyi dövrdə 640885 ədəd 70497 manat 33 qəpik, keyfiyyət üzrə laborant X3 işlədiyi dövrdə isə ******* ədəd 147659 manat 93 qəpik təşkil edir. Cinayət işi üzrə məhkəmə iclasında ekspert qismində dindirilmiş X10 göstərmişdir ki, itki normasından artıq silinmiş kərpiclərin sayı və bunun nəticəsində vurulmuş zərərin məbləği vəzifəli şəxsin işlədiyi dövr üzrə hesablanmışdır. Ona görə də vəzifəli şəxslərin eyni vaxtda işlədiyi halda həmin vaxt ərzində normadan artıq silinmiş kərpiclərin sayı və bunun nəticəsində vurulmuş maddi ziyan hər bir vəzifəli şəxsin işlədiyi dövrünə hesablanmışdır. İşdə olan “xxxx” ASC-nin baş direktoru X14 məktubundan görünür ki, X6 keçmiş vəzifəli şəxsləri X10, X11, X12 və X13 işlədikləri müddətdə vəzifə borclarını yerinə yetirən zaman nöqsanlara yol versələr də onlara qarşı “xxxx” ASC-nin maddi tələbi yoxdur. İşdə olan “Cinayət işinə hissəvi xitam verilməsi haqqında” müstəntiqin 03 fevral 2014-cü il tarixl i qərarına əsasən X6 vəzifəli şəxsləri- X1, X9, X3 və X2 ağır nəticələrə səbəb olmaqla səhlənkarlıq etmələri, yəni Azərbaycan Respublikası CM-nin 341.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri müəyyən edilmiş, lakin “xxxx” ASC-nin onlara qarşı maddi tələbi olmadığına görə onların barəsində olan cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi ilə əlaqədar xitam verilmişdir. Beləliklə, cinayət işinin materiallarına əsasən həmçinin müəyyən edilmişdir ki, “xxxx” ASC-nin X5 01 sentyabr 2010-cu il tarixdən 03 mart 2011-cu il tarixədək normadan artıq 25911 manat 71 qəpik dəyərində olan 235561 ədəd kərpiclərin silinməsinə cavabdeh şəxslər məhkum Cavabdehla yanaşı kərpic istehsalı üzrə direktor X8, müdir X14, sex ustas ı X12 və keyfiyyət üzrə laborant X11 olmuşlar. İbtidai istintaq orqanı X10, X11, X12 və X13 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmələri barədə nəticəyə gəlsə də, “xxxx” ASC-nin rəhbərliyinin onlara qarşı maddi tələblərin olmadığı üçün həmin şəxslər barəsində Azərbaycan Respublikası CPM-nin 40.2.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən belə nəticəyə gəlinmişdir ki, “xxxx” ASC-nin rəhbərliyi tərəfindən X7 keçmiş vəzifəli şəxslər X10, X11, X12 və X13a qarşı maddi tələbinin olmaması, həmin şəxslərin və Cavabdeh əməlləri nəticəsində cəmiyyətə vurulmuş zərərin tam həcmdə yalnız Cavabdeh tutulmasına əsas vermir. ‘X6 keçmiş vəzifəli şəxsləri X10, X11, X12 və X1 3 “xxxx” ASC-yə vurulmuş maddi ziyana görə cavabdeh olduqlarını nəzərə alaraq, onlar Cavabdehla birgə maddi məsuliyyət daşımalıdırlar. Birgə vurulmuş zərərdə Cavabdeh təqsirinin dərəcəsini müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikası MM-nin 1114.2-ci maddəsinə uyğun olaraq onun mülki məsuliyyəti X10, X11, X12 və X13la bərabər həcmdə olmalıdır. Ona görə də “xxxx” ASC tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia yalnız onun payına aid olan - zərər təşkil edən 25911,71 manat məbləğinin beşdə bir hissəsində, yəni 5182,35 manat məbləğində təmin edilməlidir. Mülki mühakimə icraatı qaydasında X6 keçmiş vəzifəli şəxsləri X10, X11, X12 və X13a qarşı müvafiq mülki iddia vermək xxxx” ASC-nin hüququdur. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin dəymiş zərərin ödənilməsi tələb i ilə bağlı hissədə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini əsassız hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 372.2, 373.1-373.3, 373.4, 375.1, 375.2, 377, 377.1, 377.2, 377.3, 381.2, 1096.1, 1097.1, 1113-cü maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarının, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etd iyi hallarla gəldiyi nəticə əsaslıdır və hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi dəymiş zərərlə bağlı iddia müddətinin 10 il olduğundan, iddiaçı tərəfindən dəymiş zərərlə bağlı tələb üzrə iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, cinayət işində mülki iddia Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən 17 fevral 2016-cı il tarixdə baxılmamış saxlanılmış, dəymiş zərərlə bağlı mülki iddia 14 dekabr 2017-ci il tarixdə verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə yalnız tərəfin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Cavabdeh iddiaçıya borcunun olmadığı barədə kassasiya şikayətinin dəlillərini əsaslandırmaq üçün iddia tələbini təkzib edən sübutları yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilənlərə əsasən hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara faktlar nöqteyi nəzərdən hüquqi qiymət verərək düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri qanuni, əsaslı, ədal ətli olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kol legiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 29 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6894/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6894/2019
30.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver