Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-691/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-691/22 (Açar sözlər: kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməməsi) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2117/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 14 fevral 2 022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 35000 (otuz beş min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək Oğuz rayon X1 12 noyabr 1993-cü il tarixli 17 saylı qərarına əsasən Cavabdeh adına olan 0,06 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(033)-1116/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
4. Həmin qərardaddan İddiaçı tərəfindən şikayət ve rilmiş, Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(033)-1116/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2021-ci il tarixli, 2(107)-2117/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2021ci il tarixli, 2(033)-1116/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət dövlət rüsumu ödənilməməsi əsası ilə qeyri-mümkün hesаb edilmişdir.
6. İddiaçı apellyasiya instansiyasının 15 oktyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir.
7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2117/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti g eri qaytarılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Mahir Əsədli)
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 408.1.7-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməli olduğu halda, kağız daşıyıcı vasitəsi ilə verilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 408.1.1, 408.1.7 və 408.5-ci maddələrinə isitanad edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadı nın ləğv edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi MPM-ə dəyişikliklər edilməsi haqqında 09 iyul 2021-ci il tarixli Qanunun düzgün tətbiq etməmişdir. Çünki həmin Qanunun 2.1-ci maddəsinə görə bu Qanun 01oktyabr 2021-ci ildən tətib edilir, 2.2-ci maddəsinə görə isə bu Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və şikayətlərə şamil edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənəd lərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 408.1.7-ci maddəsinə görə Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə kassasiya şikayəti apellyasiy a instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
14. Apellyasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
15. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli h üquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
17. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şam il edilir.
18. Mülki Prosessual Məcəllənin 01 oktyabr 2021-ci ildən qüvvədə olan 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
19. Normanın tələbindən göründüyü kimi, 01 oktyabr 2021-ci ildən etibarən elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda, hazırki iş üzr ə apellyasiya instansiyası məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçının kassasiya şikayəti 05 noyabr 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada deyil, kağız daşıyıcı vasitəsi ilə verilmişdir.
20. Göründüyü kimi, kassasiya şikayəti elektron qaydada verilmədiyi üçün Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2117/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılarkən prosessual qanunvericiliyin tələblərinə əməl edilmişdir.
21. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-ə dəyişikliklər edilməsi haqqında 09 iyul 2021-ci il tarixli Qanunun düzgün tətbiq edilməməsi barədə kassasiya şikayətinin dəlilini əsassız sayır. Üstəlik, kassator özü də şikayətində həmin Q anun keçid müddəlarına əsasən 01 oktaybr 2021-ci ildən tətbiq edilməsini göstərmişdir. 22.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2117/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.