Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6943/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(003)-41/2019, hakim T.X.Əkbərov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Re spublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qərardadı ilə (iş № 2(103)-9255/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) Xəzər Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “qeydiyyatın etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair mülki işə mülki məhkəmə icraatı qaydasında ümumi mə hkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya müvafiq olaraq inzibati orqana müraciət etdikdən sonra müraciəti müsbət həll olunmadığı təqdirdə müvafiq inzibati məhkəmədə iddia tələbi irəli sürmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardaddan cavabdehlərdən Cavabdeh1 verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, işin məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsi 05 noyabr 2016-cı il tarixd ə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alnmış, 25 noyabr 2016-cı il tarixdə notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mülkiyyətçi tərəfindən Cavabdeh3 satılmış, 10 dekabr 2016-cı il tarixdə alıcının adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin bağ sahəsinin Cavabdeh1 adına dövlət reyestrində qeydiyyatını, onunla Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsini və alıcının adına dövlət reyestrində qeydiyyatı mübahisələndirir. Birinci instansiya məhkəməsi işə mahiyyət üzrə baxaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi tərəfindən qətnamə ləğv edilmiş, iş üzrə icraata mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə mübahisə cavabdeh olaraq cəlb edilmiş hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edən inzibati orqanın yalnız ona xas olan, həyata keçirdiyi fəaliyyəti və hərəkəti ilə bağlıdır. Bu halda aşkar olaraq məlum olur ki, mübahisələndirilən hərəkət ictimai idarəetməyə aid olmaqla hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət edilir. İddianın əsasında hər hansı mülki hüquqi münasibət dayanmır, məhz inzibati orqanın hərəkəti mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında da göstərildiyi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxa rışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılır. Aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn m übahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Yuxarıda qeyd edildiyi kimi iddia tələblərini bağ sahəsinə ilkin qeydiyyatın, bağ sahəsinə dair fiziki şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın mübahisələndirilməsi təşkil edir. Göründüyü kimi tələblərdən biri fiziki şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı olduğundan mülki hüquqi xarakterli olduğu mübahisələndirilmir Bu halda bağ sahəsinə fiziki şəxslər arasında bağlanmış alqı-satqının mübahisələndirilməsi tələbinə Azərbaycan Respublikası MPM- nin 25.1-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi məhkəmədə baxılmalıdır. Bununla bərabər apellyasiya məhkəməsinin də istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz ə mlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. DƏDRX-in Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanının hərəkət və hərəkətsizliyindən irəli gələn mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu halda alq-satqı müqaviləsi əsasında alıcının adına dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi tələbinə də ümumi məhkəmədə baxılmalıdır. Bağ sahəsinə verilmiş ilkin qeydiyyatın mübahisələndirilməsi tələbinə gəldikdə isə həmin tələbin mülki-hüquqi və ya inzibati-hüquqi tələb olduğu müəyyən edildiyi halda irəli sürülmüş bütün tələblərə ümumi məhkəmə icraatında və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması müəyyən edilə bil ər. Beləliklə apellyasiya instansiya məhkəməsinin qərardadı məhkəmə aidiyyətinin əsaslarını müəyyən edən prosessual qanunverculiyin tələbi pozulmaqla qəbul edildiyindən qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2019-cu il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildi
Məhkəmə qərarları › İş №2(102)-6943/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6943/2019
21.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver