Məhkəmə qərarları › İş №2(102)-6991/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6991/2019

13.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6991/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı4, iddiaçıların vəkili X12 oğlu, cavabdehin vəkili FSnun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 noyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(016)-48/2019 sa ylı qətnaməsi ilə (hakim Tahir İsmayılov) iddiaçılar İddiaçı2, İddiaçı3, X1, İddiaçı4, İddiaçı6 və İddiaçı5 Cavabdeh QSC-yə qarşı Cavabdeh QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolunun ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən, məruzəçi), A.Mahmudov və V.Məlikov, 2(107)-1637/2019 saylı mülki iş) hazırki iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar Ə, Rİ, İddiaçı3, X4, İddiaçı4, İddiaçı6 və İddiaçı5 Cavabdeh QSC-nə qarşı Cavabdeh QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolunun ləğv edilməsinə və xüsusi qərardad çıxarılmasına dai r iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı2 və İddiaçı4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı4, iddiaçıların vəkili X12 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclas ında cavabdehin vəkili FS kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər iddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunan maddi hüquq normalarına istinad etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə tə minat verilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6- cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictima iyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinəəsasən bütün fiziki və hüquqişəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz. Həmin Məcəllənin 100.2 -ci maddəsinə əsasən qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddi keçməməlidir, əks halda o, bir il ərzində açıq səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onların sayı azaldılıb müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 107-2.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Həmin Məcəllənin 107-3.5-ci maddəsinə görə səhmdarların ümumi yığıncağında səsvermə “bir səsli səhm bir səsdir” prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 107-5.1-ci maddəsinə görə səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqd a, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 107-5.2-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edə bilməz. Həmin Məcəllənin 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Həmin Məcəllənin 107-5.4-cü maddəsinə görə səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Cavabdeh QSC-nin 19 avqust 2014-cü il tarixdə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, Cavabdeh QSC-nin nizamnamə kapitalının miqdarı 59825 manat, hər birinin nominal dəyəri 0.5 manat olmaqla 119650 ədəd ad i adlı sənədsiz səhmlərdən ibarətdir. Cavabdeh QSC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağının Cəmiyyətin 2015, 2016-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı, xüsusi əhəmiyyətli əqdin bağlanması məsələsinin müzakirəsi və cəmiyyətin direktoruna müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlərlə bağlı 13 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçirilən protokolunun surətindən görünür ki, cəmiyyətin 2015, 2016-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair direktorun hesabatı qənaətbəxş hesab olunmuş, ikinci məsələ üzrə cəmiyyətin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 302 kv metr qeyri-yaşayış sahəsi, müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması şərti ilə əqdin bağlanmasına icazə verilməsi barədə əqd təsdiq edilmiş, satışdan daxil olan pul vəsaitindən cəmiyyətin borcları və yaranan vergi öhdəlikləri ödənildikdən, sonqa qalan məbləğ səhmdarlar arasında onların malik olduqları səhmlərin sayına müvafiq olaraq bölünməsi, cəmiyyətin direktoruna müvafiq səlahiyyətlərin verilməsi məsələsi üzrə Cəmiyyətin direktoru B.V.Rüstəmova Cəmiyyətin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 302 kv metr qeyri-yaşayış sahəsinin müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması ilə əlaqədar bağlanan alqı-satqı müqaviləsini Cəmiyyətin səhmdarları adından imzalamaq, satışdan daxil olan vəsaiti müvafiq bank hesabından qəbul etmək, Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürmək və bu tapşırığın icrası ilə əlaqədar müvafiq hərəkətləri etmək, sənədləri imzalam aq səlahiyyətlərinin verilməsi, 4-cü məsələ ilə bağlı səhmdar S.M.Şeydayevə səhmdarlar X5 məxsus olan 21586 ədəd səhmi, X9 məxsus olan 2176 ədəd səhmi və NQya məxsus olan 21586 ədəd səhmi qarşılıqlı razılaşdırılmış qiymətə almağa razılıq verilməsi qərara alınmışdır. Daşınmaz əmlakın (qeyri-yaşayış binası) dəyərləndirilməsi barədə hesabatla müəyyən edilmişdir ki, Cavabdeh QSC ilə “Roveks konmark” Konsaltinq arasında bağlanmış 14 fevral 2017ci il tarixli müqaviləyə əsasən konsaltinq şirkəti Cavabdeh QSC-nə məxsus olan ünvan 1 ünvanda yerləşən 302 kv metr qeyri-yaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirərək qeyri-yaşayış sahəsinin bazar dəyərinin 200.000 manat olması barədə rəy tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 22 fevral 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidəmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.07.2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 302 kv metr qeyri-yaşayış sahəsini alıcı X2 195.000 (bir yüz doxsan beş min) manata satmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh QSC Ədliyyə Nazirliyi Hüquqi X8 üzrə Bakı Bölgə şöbəsində 11.02.1999-cu il tarixdə, 44 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh ATSC-in təşkilatihüquqi formasının dəyişməsi yolu ilə yaradılmış və onun hüquqi varisidir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılan hüquqi şəxs olan kommersiya təşkilatıdır. Cəmi yyətin nizamnamə kapitalının miqdarı 59825 manat, hər birinin nominal dəyəri 0.5 manat olmaqla 119650 ədəd adi adlı sənədsiz səhmlərdən ibarətdir. Cəmiyyətin 41 səhmdarı olmuş, iddiaçıların səhmləri aşağıdakı kimi olmuşdur: İddiaçı4 216 səhm, İddiaçı2 və İddiaçı3 hər biri 144 səhm, X3 144 səhm, İddiaçı6 50 səhm, İddiaçı5 50 səhmə sahib olmuşlar. Cavabdeh QSC-nin 19 avqust 2014-cü il tarixdə qeydiyyata alınmış nizamnaməsinin 4- cü maddəsi səhmdarların ümumi yığıncağından bəhs edir. Nizamnamənin 4.1-ci maddəsinə əsasən cəmiyyətin Ali İdarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Yığıncağın mustəsna səlahiyyətləri aşağıdakılardır: cəmiyyətin nizamnaməsi və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; Cəmiyyətin İdarə Heyətini (icra orqanını) yaratmaq və onun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; Cəmiyyətin Müşahidə Şurasının və təştiş komissiyasının üzvlərini (müfəttişi) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; Cəmiyyətin illik hesabatlarını, mühasibat balansını, mənfəət və zərər hesablarını təsdiq etmək, mənfəətləri və zərəri boluşdurmək; Mənfəətin böluşdurülməsi və zərərin ödənilməsi qaydalarını müəyyən etmək; Xüsusi əhəmiyyətli əqdin bağlanması barədə qərar qəbul etmək. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizdən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərar qəbul etmək. Məhkəməyə təqdim olunmuş Cavabdeh QSC-nin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında məlumatdan məlum olmuşdur ki, 13. 02.2017-ci ildə, saat 10-da Cəmiyyətin 2015-2016-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı, xüsusi əhəmiyyətli əqdin bağlanması məsələsinin müzakirəsi və cəmiyyətin direktoruna müvafiq səlahiyyətlərin verilməsi və digər məsələlərlə bağlı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağında müzakirə edilməsi barədə elan verilmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının 13 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçirilən yığıncaq protokolu ilə müəyyən olunmuşdur ki, yığıncağın keçirilməsi üçün nəzərdə tutulan yetərsay olduğundan yığıncaq səlahiyyətli hesab edilmiş, gündəliyə daxil edilmiş məsələlərin müzakirə edilməsi zamanı səhmdarlardan İddiaçı2 və İddiaçı4 gündəlikdə olan xüsusi əhəmiyyətli əqdin müzakirəsi məsələsinin gün dəlikdən çıxarılmasını təklif etmiş, təklif səsə qoyulsa da qəbul edilməmiş və gündəliyin olduğu kimi müzakirə edilməsi qərara alınmışdır. Cəmiyyətin 2015, 2016-cı illər üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair direktorun hesabatı qənaətbəxş hesab olunmuş, ikinci məsələ üzrə təklif səsə qoyulmaqla lehinə 95048(98.04 %) səs sayı ilə (əleyhinə 1637(1.69%) s/s, bitərəf 259(0.27 %) s/s) cəmiyyətin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 302 kv metr qeyri-yaşayış sahəsi, müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması şərti ilə əqdin bağlanmasına icazə verilməsi barədə əqd təsdiq edilmiş, satışdan daxil olan pul vəsaitindən cəmiyyətin borcları və yaranan vergi öhdəlikləri ödənildikdən, sonra qalan məbləğ səhmdarlar arasında onların malik olduqları sə hmlərin sayına müvafiq olaraq bölünməsi qərara alınmışdır. Bundan başqa cəmiyyətin direktoruna müvafiq səlahiyyətlərin verilməsi məsələsi üzrə Cəmiyyətin direktoru B.V.Rüstəmova Cəmiyyətin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 302 kv.m qeyri-yaşayış sahəsinin müstəqil qiymətləndirici tərəfindən təsdiq olunmuş qiymətə uyğun satılması ilə əlaqədar bağlanan alqı-satqı müqaviləsini Cəmiyyətin səhmdarları adından imzalamaq, satışdan daxil olan vəsaiti müvafiq bank hesabından qəbul etmək, Cəmiyyətin bankda olan hesablaşma hesabına köçürmək və bu tapşırığın icrası ilə əlaqədar müvafiq hərəkətləri etmək, sənədləri imzalamaq səlahiyyətlərinin verilməsi, 4-cü məsələ ilə bağlı səhmdar S.M.Şeydayevə səhmdarlar X5 məxsus olan 21586 ədəd səhmi, X9 məxsus olan 2176 ədəd səhmi və X6 məxsus olan 2158 6 ədəd səhmi qarşılıqlı razılaşdırılmış qiymətə almağa razılıq verilməsi qərara alınmışdır. 22 fevral 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən aydın olmuşdur ki, X10 Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidəmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.07.2014-cü il tarixli, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 302 kv.m qeyriyaşayış sahəsini alıcı X2 195.000 (bir yüz doxsan beş min) manata satmışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh QSC-nin növbədənkənar ümumi yığıncağının 13 fevral 2017-ci il tarixdə keçirilməsi barədə səhmdarlara məlumat verilmiş, iddiaçılar 13 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçirilən həmin yığıcaqda iştirak etmiş, yığıncaqda hansı məsələlərin müzakirə olunduğundan məlumatları olmuş, müzakirə olunan məsələlərə fikirlərini bildirmişlər. QSC-nin ümumu yığıncağının protokolundan görünür ki, protokolun tərtibi ilə qoyulan tələblər əsasən öz əksini tapmışdır.Yığıncağın keçirildiyi yerin dəqiq ünvanının protokolda göstərilməməsi həmin iclasın ümumiyyətlə keçirilməməsi qənaətinə gəlinməsinə əsas vermir. Ümumi yığıncaq və həmin yığıncağa dair protokol o zaman mübahisələndirilə bilər ki, ümumiyyətlə yığıncaq keçirilməmiş olsun, yığıncağın keçirilməsi üçün yetərsay olmasın, yığıncaqda müzakirə olunmayan (gündəlikdə olmayan) məsələlər barədə qərar qəbul edilsin, yığıncağın protokolu lazımi qaydada imzalanmamış olsun, yığıncağın və ya iclasın səlahiyyətinə aid olmayan məsələlər müzakirə edilsin. Yığınca ğın ümumiyyətlə keçirilməməsi halı, bu həmin yığıncağın ümumi protokolunun etibarsızlığına səbəb ola bilən haldır. Lakin bu yığıncaq keçirilmişdir. Belə ki, iş üzrə təqdim olunmuş və səhmdarlar tərəfindən imzalanmış siyahıdan görünür ki, Cavabdeh QSC-nin səhmdarları –iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3, RH, İddiaçı4, İddiaçı6 və İddiaçı5 13 fevral 2017-ci il tarixdə həmin yığıncaqda iştirak etmişər. Yığıncaqda onlar xüsusi əhəmiyyətli əqdin müzakirəsini də mübahisələndirmişlər. Bu öz əksini protokolda tapmışdır. Əslində yığıncaq da olmuş, göstərilən məsələlər, o cümlədən xüsusi əhəmiyyətli əqdin bağlanması məsələsi də müzakirə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyası Cavabdeh QSC-nin növbədənkənar ümumi yığıncağının 13 fevral 2017-ci il tarixdə keçirilmiş yığıncaqda protokolda qeyd edilən bəzi məsələlərin müzakirə edilməməsi barədə iddiaçıların bəyanı ilə əlaqədar bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılara bu barədə sübutları və şahidləri təqdim etmək təklif olunaraq məhkəmə iclası təxirə salınsa da, iddaçılar bunu etməmiş və etməmələrini səbəbinin ağlabatan izahını verməmişlər. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, əgər Cavabdeh QSC-nin növbədənkənar ümumi yığıncağı 13 fevral 2017-ci il tarixdə keçirilməmiş və yığıncağın protokolunda göstərilən məsələlər müzakirə olunmamış olsaydı belə, iddiaçılar hazırkı iddia tələbi ilə QSC-nin səhmd arlarının növbədənkənar ümumi yığıncağının protokolunun ləğvi edilməsini deyil, həmin protokolun etibarsızlığını mübahisəlndirilə bilərdi. Təsadüfi deyildir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələblərinə qarşı QSC-nin yığıncağının protokolunun etibarlığını müdafiə etmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassas iya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı4 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar