Məhkəmə qərarları › İş №2(102)-6995/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6995/2019

04.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6995/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili XN iştirakı ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 avqust 20N9-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 06 may N992-ci il tarixdən 09 iyun N992-c i il tarixədək hərbi xidmət keçməsi və hərbi xidmətdən ehtiyata (tərxis olunma) buraxılma faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 20N9-cu il tarixli qətnaməsi ilə (hakim: T.H.Həsənov; 2(033)-534/20N9) İddiaçı 09 iyun N992-ci il tarixdə hərbi xidmətdən ehtiyata (tərxis olunma) buraxılma faktının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 03 iyun 20N9-cu il tarixli qərardadı ilə (hakim: T.H.Həsənov; 2(033)-534/20N9) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi v\ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon Şöbəsinə qarşı iddia tələbinin 06 may N992-ci il tarixdən 09 iyun N992-ci il tarixədək hərbi xidmət keçməsi fa ktının müəyyən edilməsi tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayət verərək, 03 iyun 20N9-cu il tarixli qətnamənin və qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 08 avqust 20N9-cu il tarixli, 2(N07)-25N5/20N9 saylı qərardadı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 20N9-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti onunl a əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadıAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X2 şikayəti qəbul etməyək, şikayətin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,iddiaçı və digər cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 4N5.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respubl ikası MPM-nin 4N6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno, cümlədən iş materiallarında olanAzərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 02 noyabr 20N8-ci il tarixli ******* nömrəli məktubundan görünür ki, Mərkəzi Arxivin 25.09.20N8-ci il tarixli ********** nömrəli arayışına əsasən İddiaçı iyun N992-ci il tarixdə hərbi xidməti təsdiqlənmədiyindən və hərbi xidmətdən qanuni əsaslarla tə rxis olunması barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 25 sentyabr 20N8-ci il tarixli N4N nömrəli arxiv arayışından görünür ki, Zaqatala RHK-dan çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissənin komandirinin N8 may N992-ci il tarixli N9 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N saylı hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitablarında və komandirin iyun N992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Rövşən Rəsulzadə məhkəməyə etiraz ərizəsi göndərərək hazırki tələb üzrə hüquq haqqı nda mübahisə olduğundan İddiaçı ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26N.0 və 26N.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə ə laqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.N-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, N36 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 4-N.N.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, onun yerli idarə, şöbə və ya bölmələri inzibati orqan sayıldığından sözügedən icraat ilk öncə inzibati icraat şəkilində aparılmalı idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.N-ci maddəsinə görə inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsid ir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə görə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilməsi ilə bağlı iddialar məcburetmə haqqında iddia hesab edilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşdə olan sənədləri tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilk növbədə inzibati orqana müraciət etməli, imtina edildiyi təqdirdə isə ümumi qaydada inzibati məhkəməyə müraci ət etməlidir. Ona görə də, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 20N9-cu il tarixli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 03 iyun 20N9-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 4N6-4N9- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 08 avqust 20N9-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar