Məhkəmə qərarları › İş №2(102)-70/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-70/2020

13.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-70/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1369/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabde h “xxxx” MMC-nə qarşı iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, ümumilikdə 912.090 manatın, mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində vəsaitin, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutularaq ona ö dənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-380/2018 saylı, xx xxxx 2018-cı il tarixli qətnaməsi ilə, vurulmuş maddi ziyana görə 288.000 (iki yüz səksən səkkiz min) manat məbləğində pul cavabdeh “xxxx” MMC alınaraq İddiaçı verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməsi, 15 manatı isə cavabdeh “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) xx xxxxxx 2019-cu il tarixli 2(103)-1369/2019 saylı qətnaməsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəh əri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, xx xxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmalı olan maddi ziyanın məbləği 229.000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi, qətnamə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, xx xxxx 2018cı il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 150 manat qiymətləndirmə xərci alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilməsi və cavabdeh "xxxx" MMC- dən alınmalı olan maddi ziyanın məbləğinin 229.000 (iki yüz iyirmi doqquz min) manat müəyyən edilməsi hissəsində ləğv edilərək "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılan hissədə qüvvədə saxlanılmaqla, cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evdən edilməyi maddi ziyanın məbləğinin 288.000 (iki yüz səksən səkkiz min) manat müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən məhrum edilməyi nəticəsində vurulmuş maddi zərə rə görə - torpağın dəyəri olaraq 490.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində vəsaitin və hüquqi xidmət üçün ödəməli olduğu 2.500 (iki min beş yüz) manat məbləğində vəsaitin "xxxx" MMC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci bəndinə əsasən, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılıb. Qərarın qeyd edilən bəndindən göründüyü kimi, fiziki şəxslərin istifadəsində olan torpaqların onların dəyəri ödənilməklə əldə edilməsi Nazirlər Kabineti tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılıb. Lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılarkən iddiaçıya məxsus evin altındakı torpaq sahəsindən başqa, istifadəsində olan 140 kv.m. həyətyanı torpaq sah əsinin dəyəri ödənilmədən alınması təmin edilməyib və bildirilib ki, guya bu həyətyanı torpaq sahəsindən istifadəyə dair iddiaçıda mötəbər sübut yoxdur. Halbuki, iddiaçı mülkiyyətində olan evə dair 1989-cu ildə dövlət orqanı tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir ki, bu pasportda da aydın açıq şəkildə göstərilib ki, onun mülkiyyətinin yerləşdiyi ünvanda cəmi tikintinin sahəsi 192,0 kv.m., cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) 332,7 kv.m., 332,7 kv.m-dən də tikintinin altında olan 192,0 kv.m. çıxdıqda, demək qalan həyətyanı sahə 140,7 kv.m.-dir və bu həyətyanı sahə yalnız onun faktiki istifadəsində olub. Mülkiyyətində olan evin digər hissəsinin payçısı olan Abbas Rzayev həyətyanı torpaq sahəsindən istifadə etmədiyi üçün o, pasporta uyğun olaraq 96 kv.m. (192/2=96) tikilini öz razılığı ilə cavabdehə satıb. Lakin məhkəmələr təqdim edilmiş rəsmi sənəd olan pasportu nə üçün mötəbər sübut hesab etdiklərini əsaslandırmadan, 140,7 kv.m. həyətyanı torpaq sahəsinin istifadəsində olduğuna dair mötəbər sübut təqdim etmədiyini yazıblar və beləliklə də, istifadəsində olan həyətyanı torpaq sahəsinin əvəzi ödənilmədən iddiaçıdan alınmasına görə ona vurulmuş maddi zərərin ödənilməsini təmin etməyən Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci bəndini tətbiq etməli olduğu halda, tətbiq etməyib ki, bu da həmin hissədə qətnamənin ləğvi üçün əsasdır. Torpaqların dövlət ehtiyacları üçün a lınması haqqında Qanunun 7-ci maddəsində istifadələrində olan torpaq sahələri onlardan alınan şəxslər alınmanı təsirinə məruz qalan şəxslər içərisində göstərilib və Qanun bu şəxslərə də kompensasiyanın verilməsini nəzərdə tutub. İddiaçıya isə uzun illərdir ki, qanuni istifadəsində olan 140.7 kv.m. həyətyanı torpaq sahəsinin alınmasına görə heç bir əvəz ödənilməyib və dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq tələbi təmin edilməmişdir. Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsində də göstərilib ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verili r. Qanuni istifadəsində olan həyətyanı torpaq sahəsini özəlləşdirərək mülkiyyətinə keçirmək üçün bütün qanuni əsasları olub. Belə bir gözləntini Avropa Məhkəməsi bir sıra qərarlarında o cümlədən, Akimova Azərbaycana qarşı, Axverdiyev Azərbaycana qarşı işlərdə mülkiyyət hesab edib. İddiaçının mülkiyyət hesab edilən hüquqa uyğun bu gözlənti həmin həyətyanı sahənin ondan alınması zamanı da mövcud olub. Formal olaraq, həmin sahə üzərində mülkiyyət hüququnu rəmiləşdirməməyi onun mülkiyyət hüququnu istisna etmir. Odur ki, həyətyanı torpaq sahəsinin əvəz ödənilmədən iddiaçıdan alınması və məhkəmənin bu tələbimi heç bir əsaslandırma gətirmədən təmin etməməsi, mülkiyyət hüququna müdaxilə təşkil edib və belə bir müdaxilə üçün heç bir qanuni əsas mövcud olmayıb. İstifadəsində olmuş 140.7 kv.m. torpaq sahəsinin isə əvəzi ödənilmədən ondan alınması nəticəsində iddiaçıya vurulmuş maddi zərər 490.000 (dörd yüz doxsan min) manat olub. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş "xxxx" MMC-nin 15 günün içərisində 4 dəfə dəyişdirilmiş rəyini mötəbər sübut hesab edərək, evin dəyərinin müəyyən edilməsində yalnız "xxxx" MMC xx xxxxxx 2019-cu il tarixdə 4-cü dəfə dəyişdirilmiş rəyinə istinad edərək, evin ümumilikdə dəyərinin 458.000 manat olduğunu və bu evin yalnız ½ hissəsi ona məxsus olduğundan, müvafiq olaraq, evin dəyərinin 229.000 manat olduğunu müəyyən edib. Halbuki, iş üzrə aparılmış iki -"xxxx" MMC və "xxxx" MMC rəylərində evin dəyərinin 576.000 (beş yüz yetmiş altı min) olduğu müəyyən edilib. Evin də ½ hissəsi ona məxsus olduğundan, demək evin dəyəri ən azı 288.000 (576.000/2= 288.000) manat təşkil edib. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim etdiyi rəyin 15 gün içərisində 4 dəfə dəyişdirilməsi göstərir ki, "xxxx" MMC əmlakımın qiymətləndirilməsində ciddi çətinlik çəkib və sonda yalnız mülkiyyətimdə olan evin orta bazar dəyərini məhkəməyə təqdim edib. Halbuki, məhkəmənin xx xxxxx 2019-cu il tarixli, 2(103)1369/2019 saylı qərardadında "xxxx" MMC-nə evin, yerləşdiyi torpaq sahəsi ilə yanaşı həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiymətinin müəyyən edilməsi tapşırılmışdı. "xxxx" MMC bu tapşırığı Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı xx xxxx 2019cu il tarixli məktubunda müəyyən etsə də, sonradan xx xxxxxx 2019-cu il tarixli məktubu ilə heç bir əsaslandırma gətirmədən, yalnız Seriya MA, №0014424 saylı Çıxarışda qeyd edilmiş əm lakın bazar dəyərinə dair qiymətləndiriməsini məhkəməyə təqdim edib. Məhkəmədə dəfələrlə məhkəmənin öz qərardadının düzgün icra edilmədiyini vurğulansa da, məhkəmə buna heç bir əhəmiyyət vermədi. Bu hal əsaslı şübhəyə yol açır ki, məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC qiymətləndirməsini hər dəfə məhkəmənin təkidi ilə dəyişib. İddiaçı evdə yaşadığı halda, həmin gün evdə olmadığından istifadə edilərək, qanunsuz olaraq uçurulub. Evin qanunsuz uçurulduğunu məhkəmə özü də qətnaməsində təsdiq edib. Qətnamədə qeyd edilir ki, "Cavabdehin iddiaçıya fərdi yaşayış evinin sökülməsi ilə bağlı vurduğu maddi ziyan danılmaz faktdır." İddiaçı orada yaşaya-yaşaya qanunsuz olaraq uçurulubsa, demək ona məxsus əşyalarla birlikdə uçurulub. Məhkəmə evdə əşyaların olduğuna dair hər hansı sübutu məhkəməyə tə qdim etdiyi qeyd edərkən hüquqi qiymətləndirmə aparmayıb ki, ev uçurularaq, əşyalarla birlikdə məhv edildiyindən, həmin əşyalara dair sənədləri, şəkilləri məhkəməyə təqdim etmək imkanı olmayıb. Evdə yaşayış olduğundan, aydındır ki, həmin evdə yaşayış üçün zəruri olan və həmin evdə yaşayanlara məxsus əşyalar da həmin evdə olub. Evi uçurdanlar isə iddiaçıya məxsus əşyaları başqa yerə daşıyaraq sonradan təhvil verdiklərinə dair məhkəməyə hər hansı sənəd təqdim etməyiblər. Məhkəmə isə bunlara hüquqi qiymət vermədən, əşyalara dair sübut təqdim etmədiyimi və bu sübutların nədən ibarət olduğunu yazmayıb. Ev 1890-cı ildə iddiaçının ata-babaları tərəfindən tikilib və sonrakı illərdə müəyyən təmir işləri görülüb. Yəni bu evin onun üçün tarixi və mənəvi dəyəri olub. Bu evdə yaşanmışlarla bağlı, yaşam ışlarla bağlı çox xatirələri mövcuddur. Evin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu, həmin xatirələrini daim hazırda mövcud olmuş kimi canlanmasına səbəb olurdu. Evin uçurdulması və bu zaman evin içərisində olan əşyaların məhv olması ilə onun xatirələrimi də əlindən alıblar ki, bütün bunlar ona və ailəsinə ciddi sarsıntı yaşadıb. Bu sarsıntı o qədər böyük olub ki, yaşlı atası xəstələnib və xəstəxanaya düşüb. Bunu təsdiq edən X1 verilmiş epikriz də məhkəməyə təqdim edilib. Məhkəmə hüquqi xidmətlə bağlı xərcin cavabdehdən tutulmasına dair tələbi o əsasla təmin etməyib ki, qeyd edilən xərclərlə bağlı sübutlar məhkəməyə təqdim edilməyib. Məhkəmənin qeyd edilən arqumenti həqiqəti əks etdirmir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Mən də qeyd edilən normanın tələbinə uyğun olaraq hüquqi xidmətlə bağlı xərclərimi təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etmişəm. Belə ki, hüquqi xidmətlə bağlı çəkdiyi xərci sübut etmək üçün "xxxx" MMC ilə bağlamış olduğu hüquqi xidmət müqaviləsinin əslini məhkəməyə təqdim etmişəm ki, bu da MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutdur. İddiaçının mülkiyyət hüququna yaradılan maneənin aradan qaldırılmasına dair məhkəmədə iddia ərizəsinə baxıldığı müddətdə sökülüb. Evi məhv etməklə yanaşı yuxarıda sözügedən şirkət onun qanuni istifadəsində olan torpaq sahəsini də zəbt edib. Evini, mülkiyyətini heç bir hüquqi əsas olmadan məhv edənl ər, məhkəməyə iddia ərizələri verdiyi halda və bu iddia ərizələrinə baxıldığı halda və dövlət orqanları və "xxxx" MMC-nin bu iddia ərizələrindən, məhkəmə proseslərindən və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadından məlumatlı olduğu halda evi uçurdanlar və torpaq sahəsini özbaşına zəbt edənlər mülki məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də daşımalıdırlar. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegi yası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materiallarından görünür ki, ünvan 4 ünvanının ½ hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətinin yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli, xx xxxxxx 2016-cı il qeydiyyat tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. “xxxx” MMC-nin xx xxxx 2018-ci il tarixli, QXM/120M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 5 ünvanda yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576.000 manat, ünvan 5 ünvanda yerləşən 140,7 kv.m açıq torpaq sahəsinin bazar dəyəri 351.750 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, qiymətləndirmə işinin həyata keçirilməsi üçün daşınmaz əmlakların bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka mühəndis-qiymətləndirici tərəfindən baxış keçirilməlidir. Qərardadda qeyd olunan əmlak söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır. “xxxx” MMC-nin 15 may MB12/545 saylı rəyində qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 96.0 kv.m. ümumi sahədən ibarət olan 7 saylı fərdi yaşayış evinin 166.35 kv.m. torpaq sahəsinə tam mülkiyyət hüququ olduğu halda xx xxx 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 483 000 (dörd yüz səksən üç min) manat təşkil edir. “xxxx” MMC-nin 18 iyul MB12/675 saylı 15 may MB12/545 saylı ekspert rəyinə əlavədə qeyd edilmişdir ki, ünvan 6, ev 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə olan orta bazar dəyəri 458 000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. Yuxarıda göstərilən qiymət “xxxx” MMC qiymətləndirmə şirkətinin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb. “xxxx” MMC-nin 31 iyul MB12/709 saylı xx xxx 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul tarixli Arayışa əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar dəyəri 916 000 (doqquz yüz on altı min) manat təşkil edir; “xxxx” MMC 01 avqust MB12/711 saylı məktubunda göstərmişdir ki, xx xxx 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019-cu tarixli Arayışlara əlavə olaraq bildirir: 1) xx xxx 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019 tarixli Arayışlarda aşkar edilmiş texniki səhvlər nəzərə alınmaqla etibarsız he sab edilsin. 2) ünvan 4 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evin (Azərbaycan Respublikası, X3 Komitəsi Yanında Daşınma/ Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyəri 458 000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. 3) Yuxanda göstərilən qiymət Azərbaycan Respublikası, X3 Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışa əsaslanıb. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisə predmeti olan və hazırda sökülmüş fərdi yaşayış evi ilə bağlı “ xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli yekun rəyi(məlumatı) mötəbər hesab edilir. Çünki, bu rəy mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilmişdir. Əks halda, yəni həyətyanı tikili və qurğuları da nəzərə alınmaqla cəmi 133 kv.metr olan fərdi yaşayış evinin 458 000 (dörd yüz əlli səkkiz min) manat dəyərində olması inandırıcı və ağlabatan deyildir. Ona görə də, iddiaçı mübahisəli, hazırda sökülmüş fərdi yaşayış evinin ikidə bir hissəsinin mülkiyyətçisi olduğundan, həmin məbləğin yarısı, yəni 229000(iki yüz iyirmi doqquz min) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçı həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490000(dörd yüz doxsan min) manat maddi ziyan tələb etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmur. Yəni, iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844ha. torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə vəziyyətdə, yəni həyətyanı torpaq sahəsi hesab edib iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinə görə tələb edilən maddi zərər təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin əsası kimi hər hansı maddi hüquq normalarına istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin maddi ziyanın məbləği hissəsində dəyişdirilməsi və İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi nəticələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məh kəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli yekun rəyini(məlumatını) mötəbər rəy hesab edərkən mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilməli olmasına istinad edərkən iş üzrə sonuncu ekspert rəyinə 3 dəfə dəqiqləşmə verilməsi və hər dəfə də yol verilmiş müəyyən səhvlərin nəzərə alınmalı olması baxımından bu rəyin mötəbər və tutarlı sübut növü kimi qiymətləndirilməsinə kifayət qədər əsas olmamasına düzgün hüquqi qiymət verməmişd ir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Həmçinin də, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xx xxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmamasına istinad edərək iddiaçının həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490000 (dörd yüz doxsan min) manat maddi ziyan tələbini əsaslı saymamışdır. Buna səbəb kimi, apellyasiya məhkəməsi iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844ha. torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hans ı bir hüquqla onun adına qeydiyyatdan keçməməsini göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin texniki pasportunun göstəricilərini nəzərə almamışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportundan görünür ki, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi tikintinin sahəsi 192,0 kv.m., cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) 332,7 kv.m torpaq sahəsi istifadəsində olmuşdur. Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsində də göstərilib ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icr a hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüq uqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Göründüyü kimi, mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki pasport həmin torpaq sahəsi üzərində hüquqların əldə edilməsinə əsas verdiyindən, həmin torpaq sahəsi daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi hesab olunur. "Bakı şəhərinin Suraxanı, Nəsimi, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarının 1-ci hissəsinin 1.2.-ci bəndinə əsasən, adları çəkilən İcra Hakimiyyəti orqanları "mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşı laşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfındən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericilivə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını" təmin etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarının 1.2-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödən ilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılmış və bu qərarın 1.2-ci hissəsinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin qərarı dövlət ehtiyacı ilə bağlı deyildir, bu qərar ictimai, yəni sosial ehtiyacdan irəli gəlir və sosial maraqların təmin edilməsi, yəni əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün qəbul edilmişdir. Başqa sözlə sözügedən qərar, fıziki şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsinin tikinti şirkəti tərəfindən əldə edilmə si zamanı dəyərinin ödənilməsini və ya torpaq sahəsinin əvəzləşdirilməsini müəyyən edir. Həmçinin qərar vətəndaşlara ədalətli kompensasiya (müvafiq mənzillər və torpağın dəyərinin (ödənilməsi, yaxud əvəzləşdirilməsi) ödənilməsini nəzərdə tutur və bunu tikinti şirkətlərinin üzərinə bir vəzifə olaraq qoyur, bu işə nəzarəti də icra hakimiyyəti orqanlarına həvalə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılma sına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mğlkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X2 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həyətyanı torpaq sahəsi hesab edərək iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinin onun qanuni sahibliyində və istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından «qanuni gözləntiy ə» malik hüquq olmasına apellyasiya instansiyası məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Belə ki, «Axverdiyev Azərbaycana qarşı» işində Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur. Bu baxımdan kollegiya belə nəticəyə gəlinir ki, iddiaçının mülkiyyətində olan torpaq sahə sindəki tikililər sökülməmişdən əvvəl müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və onun «mülkiyyəti» hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır və dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsınə təminat verir". - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 29-cu maddəsində həmçinin göstərilmişdir ki, istər dövlət ehtiyacları, istərsə də ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göründüyü kimi, Konstitusiya mülkiyyətin özgəninkiləşdirilməsi üçün mülkiyyətin dəyərinin ödənilməsi, mülkiyyətin ödəniləcək dəyərinin ədalətli olması, bu dəyərin öncədən ödənilməsi şərtlərini müəyyən etmişdir. Kollegiya qeyd ed ir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkə n gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiq inə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ünvan 4 ünvanının paylı mülkiyyət olmasına, həmin evin ½ hissəsinin paylı mülkiyyət hüququ üzrə İddiaçı adına olmaqla, digər paylı mülkiyyətdə olan şəxsin həyətyanı torpaq sahəsinə görə kompensasiya alıb-almamasına, torpaq sahəsinin kimin istifadəsində olmasına, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil İş üzrə tərəfindən verilmiş kassasiya şikayəti qismə n təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)1369/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar