Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-700/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Rəmzi qızına qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətlərin hesablanması qaydası, apellyasiya şikayətinin müddətə görə qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiаçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1447/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 39000 manat və dövlət rüsumu olaraq ödənilmiş 207 manat olmaqla, ümumilikdə 39.207 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(037)-825/2023 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən dəymiş ziyana görə 37.968,30 manat və 203.90 manat dövlət rüsumu olmaqla, cəmi 38.172,20 manat məbləğdə pulun alınıb iddiaçıya verilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan hissəsinin iddiaçının özünə aid edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
3. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1447/2023 nömrəli, 8 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Elçin Mehdiyev (sədrlik edən), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətini 19 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada almış, qətnamədən 20 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Görü ndüyü kimi, cavabdeh qətnamənin surətini 19 oktyabr 2023-cü il tarixdə aldığına görə, apellyasiya şikayətinin verilmə müddəti həmin tarixdən, yəni 19 oktyabr 2023-cü il tarixdən hesablanmalı idi. Belə olduqda müəyyən edilir ki, apellyasiya şikayətinin verilməsi müddəti 1 gün ötürülmüşdür. Eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.
6. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin buraxılıb buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəli lləri
7. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilərək, apellyasiya şikayətinə baxılması üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Birinci instansiya məhkəməsinin qətnamədən apellyasiya şikayəti verməsi üçün sonuncu gün 19 noyabr 2023-cü il tarix olmuşdur. 19 noyabr 2023-cü il bazar günü - qeyri-iş günü olmuşdur. Buna görə də cavabdeh həmin qətnamədən apelyasiya şikayətini qeyri-iş günündən sonrakı gün, yəni xx.xx.2023-cü il tarixdə vermişdir. Kassator hesab etmişdir ki, belə olan halda onun prosessual hərəkətləri etmək hüququ keçməmişdi r. Buna görə də müddətin bərpasından söhbət gedə bilməz.
9. Kassator qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi konkret olaraq tətbiq edilməli olan (MPM-nin 129.2-ci, 129.3-cü və 129.4-cü maddələrini) prosessual hüquq normasını tətbiq etməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elek tron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
12. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
13. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
14. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
15. Maddə 129.
2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
16. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutul muş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
19. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
20. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş ha llarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
21. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
22. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
23. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;...
24. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
25. Maddə 364.1. Biri nci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
26. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
27. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin mümkün sayılmaması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuş, apelyasiya şikayətinin qeyri-mümkün sayılması barədə səhv nəticəyə gəlmişdir.
34. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət et mək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
35. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 360-cı maddəsində apelyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apelyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
36. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələ rində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
37. MPM-nin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.
38. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisələndirilən qətnamə cavabdehə xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.
39. Bu halda birinci instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin apelyasiya şikayəti vermə müddətinin axımı MPM-nin 128.3-cü maddəsinə əsasən sonrakı gündən başlanmış və bir ay davam etmiş, MPM-nin 129.1-ci maddəsinə əsasən sonrakı ayın müvafiq günündə xx.xx.2023-cü ildə qurtarmışdır. 40. xx.xx.2023-cü il tarixi qeyri-iş günü olub. Buna görə də MPM-nin 129.2-ci maddəsinə əsasən cavabdehin qətnamədən apelyasiya şikayəti vermə müddətinin qurtarma tarixi xx.xx.2023cü il olub. MPM-nin 129.3-cü maddəsinə əsasən cavabdeh həmin tarixdə saat 24-ə qədər apelyasiya şikayətini vermək hüququna malik olub. Bu halda cavabdeh qətnamədən apelyasiya şikayətini qanunlu müəyyən edilmiş müddətdə verilmiş hesab edilir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olma sını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlardan çıxış etməklə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməsi və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilməlidir.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1447/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir