Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7000/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh6 xxx qızının və Cavabdeh5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2(107)1663/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh6 xxx qızı, Cavabdeh1, X2, Cava bdeh3, Cavabdeh4 və Cavabdeh5 3.800 manat real zərər, 10.000 manat torpaq sahəsinə çəkilən xərclər və 31 manat dövlət rüsumu - cəmi 13.831 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh6 xxx qızı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ona və ailə üzvlərinə məxsus 1.52 hektar pay torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının bərpa edilməsi, İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 8300 manat və mənəvi zərərin əvəzi kimi 10.000 manat cəmi 18.300 manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tаrixli, 2(037)-63/2019 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı cavabdehlər Cavabdeh6 xxx qızına, Cavabdeh1, X1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə iddiası qismən təmin edilmiş, Cavabdeh6 xxx qızı, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 1.52 hektar pay torpaq sahəsinin dəyəri olan 3800 manat məbləğinin alınaraq İddiaçı verilməsi, Cavabdeh6 xxx qızının İddiaçı qarşı torpaq sahəsindən çıxarılma, mülkiyyət hüququnun bərpa edilməsi, maddi və mənəvi zərər tələbi barədə iddiasının qismən təmin edilməsi, İddiaçı Cavabdeh6 xxx qızı və ailə üzvlərinə məxsus 1.52 hektar pay torpaq sahəsindən çıxarılması, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Məlikov - sədrlik edən və məruzəçi, A.Mahmudov, E.Hüseynov) 11 iyun 2019-cu il tarixli 2(107)-1663/2019 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(037)-63/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh6 xxx qızı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 birgə kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılmamış, iş birtərəfli aparılmışdır. Şəki Apellyasiya məhkəməsi isə bu haqsızlığa göz yummuş, apellyasiya şikayətində göstərilən məsələlərin heç birini məhkəmə prosesində ara şdırmamış, səthi, formal və gözdən pərdə asma məhkəmə prosesi ilə İsmayıllı rayon məhkəməsinin qətnaməsi təsdiq olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. İş üzrə digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə gör ə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 nömrəli qərarı ilə JN – 420 KOD 40719028 nömrəli 06 fevral 2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İxxx kəndi ərazisində yerləşən 1,52 hektardan ibarət torpaq sahəsi Cavabdeh6 xxx qızı, Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı 2003-cü ildə Cavabdeh6 və ailə üzvlərinin birgə mülkiyyətində olan cəmi 1,52 hektar torpaq sahəsini aralarında olan razılaşmaya əsasən dəyərini tam ödəmək şərti ilə sonuncularda n satın almış və bu barədə aralarında özlərinin və şahidlərin imzaları ilə təsdiq olunmuş akt tərtib edilmişdir. Həmin vaxt torpaq sahəsinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından onlar alqı-satqı müqaviləsinin sənədlər tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişdir. Bundan sonra Cavabdeh6 1,52 hektar torpaq sahəsini İddiaçı təhvil vermişdir. 1,52 hektar torpaq sahəsi həmin vaxtdan indiyədək İddiaçı faktiki istifadəsindədir. Qeyd olunan torpaq sahəsinin notariat qaydasında İddiaçı adına rəsmiləşdirilməsi üçün Cavabdeh6 və ailə üzvlərinin notariat kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmələri tələb olunur. Cavabdeh6 və ailə üzvləri isə hazırki vəziyyətdə torpaq sahəsini satmadıqlarını, 10 il müddəti nə icarəyə verdiklərini bildirərək notariat kontoruna getməkdən imtina etdiklərinə görə alqı-satqı müqaviləsinin notariat qaydasında qeydə alınması və həmin daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı alqı-satqı müqaviləsinin tanınması üçün məhkəməyə müraciət etmiş və İsmayıllı rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmişdir. Cavabdeh6 İsmayıllı rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilərək İsmayıllı rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı müba hisəli torpaq sahəsini satın almaq niyyəti ilə həmin torpağın tərəflər arasında razılaşdırılmış dəyərinə uyğun olaraq bir milyon dörd yüz yetmiş min AZM məbləğini Cavabdeh6 və ailə üzvlərinə vermişdir. Cavabdeh6 və ailə üzvləri həmin torpaq sahəsinə İddiaçı satmaq adı altında sonuncudan bir milyon dörd yüz yetmiş min AZM məbləği alaraq həmin torpaq sahəsini İddiaçı vermişlər. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmetinə aid olan torpaq sahəsinin hazırkı dəyəri təxminən 3800 manata bərabərdir. Cavabdeh6 və ailə üzvləri mübahisəli torpaq sahəsini İddiaçı satmaq niyyəti ilə verdikdən sonra alqı-satqı müqaviləsi bağlamaqdan yayınmaqla və həmin torpaq sahəsini İddiaçı geri tələb etməklə sonuncunun hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslərdir. Cavabdeh6 və ailə üzvləri əsassız varlanmadan əldə etdikləri vəsaiti İddiaçı qaytarmalı olduğundan məhkəmə İddiaçı ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 1.52 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 3800 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən hissə üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənil ir. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyasi hesab edir ki, İddiaçı bir milyon dörd yüz yetmiş min AZM məbləği müqabilində verilmiş torpaq sahəsi ondan geri tələb edildiyindən, Cavabdeh6 və ailə üzvləri həmin torpağa görə ödənilmiş vəsaiti də geri qaytarmalıdırlar. Əks təqdirdə onlar iddiaçının hesabına əsassız varlanan şəxslər olacaqlar. İşdə olan Azərbaycan Respublikası “Daşınmaz Əmlakın Əlaqələndirilməsi və Qiymətləndirmə Xidməti”-nin rəyindən görünür ki, İxxx şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1 ha dəmiyə (suvarılmayan) torpaq sahəsinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri 2800, 3000 manat suvarılan kənd təsərrüfatlı 1 ha torpaq sahələrinin dəyəri 3000, 3500 manat həddindədir. Məhkəmə k ollegiyası hesab edir ki, İddiaçı ödənilməli olan vəsaitin ümumi miqdarını müəyyən edərkən mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə 1.52 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 3800 manat müəyyən edilməsi də qanuni, əsaslı və ədalətli olmuşdur. Çünki pulun ödənilməsindən keçən müddət ərzində Azərbaycan manatının denomimasiyasi və baş vermiş devalvasiya nəticəsində pulun dəyəri xeyli aşağı düşmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə m əhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh6 iddia tələbində İddiaçı onu və ailə üzvlərini qanunsuz olaraq mülkiyyətlərindən məhrum etməsi və əsassız olaraq məhkəməyə verməsi nəticəsində yüksək mənəvi iztirablar keçirdiyini, bununla da ona və ailə üzvlərinə 10.000 manat miqdarında mənəvi zərər dəydiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, Cavabdeh6 mənəvi zərərin nədə ifadə olunduğunu və ona və ailə üzvlərinə hansı qaydada mənəvi zərər dəydiyini, bununla bağlı İddiaçı tərəfindən törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin konkret olaraq nədən ibarət olduğunu da mötəbər sübutlarla izah edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apellyasiya şi kayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh6 xxx qızı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.06.2019ci il tarixli 2(107)-1663/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7000/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7000/2019
04.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver