Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7003/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə. Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.S.Şirinov; 2(037)-223/2019) İddiaçı Cavabdeh 1000 (bir min) manat pul və 1.06 hektar pay torpa q sahəsinin, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 (üç min) manat məbləğinin alınıb ona verilməsi tələbinə dаir iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli 2(107)1917/2019 nömrəli (Ə.T.Məcidov sədrlik (edən, hakimlər) M.A.Əsədli və İ.F.Quliyev) qətnaməsi ilə İddiaçı təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı 1000 (bir min) manat pulun və 1.06 hektar pay torpaq sahəsinin, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 (üç min) manat məbləğinin alınıb ona verilməsi, Cavabdeh 1000 (bir min) manat pul və 1.06 hektar pay torpaq sahəsinin, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 (ü ç min) manat alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pul və 1.06 hektar pay torpaq sahəsinin, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 (üç min) manat məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə E6 ailə həyatı qurmuş və sonuncu ilə nikahlarını 2010-cu ildə rəsmiləşdirmişlər. O, 2006-cı ildə E6 ailə həyatı qurduqdan sonra sonuncuya və X12ya atası S6 miras qalan İsmayıllı rayon, ********* kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2008-ci ildə qaynanası vəfat etmişdir. Əri anasının vəfatından sonra on un dəfn xərclərini çəkmiş və sonuncudan miras qalan əmlakı qəbul edərək idarə etmişdir. Əri 2014-cü ildə vəfat etmişdir. Ərinin vəfatına qədər ərindən başqa heç kim qaynatası və qaynanasından miras qalmış əmlakla maraqlanmamış, mirası istər rəsmi və istərsə də faktiki qəbul etməmişlər. Ərinin vəfatından sonra miras qalan evdə tək qalaraq əsəb sarsıntısı keçirdiyindən və ona müəyyən təzyiqlər olduğundan qorxaraq müvəqqəti atasının evinə gəlmişdir. Cavabdeh onu ərindən miras qalan evə buraxmayaraq mirası qeyri-qanuni mənimsəmişdir. Cavabdeh ona və İsmayıllı rayon notariat kontoruna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 1999-cu ildə vəfat etmiş atası S6, 2008-ci ildə vəfat etmiş X12dan və 2014-cü ildə vəfat etmiş X10dan miras qalmış İsmayıllı rayon ******* kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 1.07 hektar torpaq sahəsi, ümumi birgə mülkiyyətdə olan 0.26 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evinin miras əmlakı kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması və həmin miras əmlakı üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Cavabdehin iddia tələbinə İsmayıllı rayon Məhkəməsində 08 iyun 2017-ci il tarixdə baxılarkən cavabdeh və vəkili onu hüquq məsləhətxanasına dəvət etmiş və orada miras əmlakdan ona heç bir payın çatmadığını izah etmişlər. O, maddi imkansızlığından hüquqi yardımdan istifadə edə bilmədiyindən və hüquqları barədə məlumatlı olmadığından cavabdeh və vəkilinin izahatı ilə razılaşmışdır. Cavabdeh miras əmlak əvəzinə ona 3000 manat məbləğində pul və 1.06 he ktar torpaq sahəsini verməyi öhdəsinə götürmüşdür. Cavabdeh 05 may 2017-ci il tarixdə yazdığı ərizəsində ilkin olaraq ona 2000 manat pul verdiyini, qalan 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini isə yeddi aydan sonra ona verəcəyini qeyd etmişdir. O, cavabdehlə razılaşsa da, sonuncu verdiyi sözə əməl etməmiş, 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini indiyənədək ona qaytarmamışdır. O, cavabdehdən 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini tələb etmiş və sonuncu 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini ona verməkdən imtina etmişdir. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, hazırda cavabdehdən 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 manat məbləğini tələb edir və iddia tə ləbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf etmədiyini bildirmişdir və məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 2006-cı ildə iddiaçı X10la ailə həyatı quraraq valideyinlərinə məxsus İsmayıllı rayon,******* kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. X12 2008-ci ildə, X10 isə 2014-cü ildə vəfat etmişdir. X10 vəfat etdikdən sonra iddiaçı atası evinə getmiş və başqa şəxslə ailə həyatı qurmuşdur. O, iddiaçı və İsmayıllı rayon notariat kontoruna qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək 07.05.1999-cu il tarixdə vəfat etmiş X2, 01.08.2008-ci il tarixdə vəfat etmiş X6 və 30.06.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış, İsmayıllı rayon ******* kəndində yerləşən, ********* KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə ümumi birgə mülkiyyət hüququ ilə X5 və X3 adına qeydə alınmış 0.26 hektar həyətyanı torpaq sahəsi və ****** KOD ****** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə ümumi birgə mülkiyyət hüququ ilə X2, X5 və X3 adına qeydə alınmış 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın daşınmaz əmlakın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması və həmin daşınmaz əmlaklar üzərində onun qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması qərara alınmışdır. İddiaçı 05 may 2017-ci il tarixdə İsmayıllı rayon Məhkəməsinə yazdığı ərizəsində və 05 may 2017-ci il tarixdə İsmayıllı rayon notariat kontoru tərəfindən təsdiq edilmiş ərizədə həyat yoldaşı E6 qalan miras əmlakı nə qanun üzrə, nə də faktiki qəbul etmədiyini, miras əmlaka dair heç bir hüququnun olmadığını və miras əmlaka dair halallıq üçün ondan 2000 manat pul aldığını qeyd etmişdir. O, iddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, və işin yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 fevra 2016-cı il tarixli Qərarına” əhəmiyyət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalаrınа baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından o, cümlədən İsmayıllı rayon Məhkəməsinin 2(037)-904-17 saylı mülki işində olan İddiaçı tərəfindən yazılmış və 05 may 2017-ci il tarixdə İsmayıllı rayon notariat kontoru tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı qardaşı Q6 və vəkil İslam İsmayılovun yanında qaynı Cavabdeh valideyinlərindən və X10dan miras qalan əmlaklara dair halallıq məqsədi ilə 2000 manat pulu almışdır. İsmayıllı rayon Məhkəməsinin 2(037)-904-17 saylı mülki işində olan Cavabdeh tərəfindən yazılmış ərizə nin surətindən görünür ki, Cavabdeh 05 may 2017-ci il tarixdə İddiaçı 2000 manat məbləğində pul verdiyini, qalan 1000 manat pulu və torpaq sahəsini yeddi aydan sonra verəcəyini bildirmişdir. 08 iyun 2017-ci il tarixli İsmayıllı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, E6 X4 rayon notariat kontoru və İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İsmayıllı rayon, ******* kənd sakinləri olmuş 07.05.1999-cu il tarixdə vəfat etmiş X2, 01.08.2008-ci il tarixdə vəfat etmiş X6 və 30.06.2014-cü il tarixdə vəfat etmiş X1 miras qalmış, İsmayıllı rayon ******* kəndində yerləşən, ****** KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadə tnamə üzrə ümumi birgə mülkiyyət hüququ ilə X5 və X3 adına qeydə alınmış 0.26 hektar həyətyanı torpaq sahəsi və ****** KOD ****** nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı üzrə ümumi birgə mülkiyyət hüququ ilə X2, X5 və X3 adına qeydə alınmış 1.07 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras daşınmaz əmlakın qanun üzrə vərəsə kimi Cavabdeh tərəfindən qəbul edilməsinin müəyyən olunması və həmin daşınmaz əmlaklar üzərində Cavabdeh nun qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz t ələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə Elçin Kazımovla ailə həyatı qurmuş və sonuncu ilə nikahlarını 2010-cu ildə rəsmiləşdirmişlər. O, 2006-cı ildə E6 ailə həyatı qurduqdan sonra sonuncuya və X12ya atası Sıracalı Kazımovdan miras qalan İsmayıllı rayon, ******* kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 2008-ci ildə qaynanası vəfat etmişdir. Əri anasının vəfatından sonra onun dəfn xərclərini çəkmiş və sonuncudan miras qalan əmlakı faktiki qəbul edərək idarə etmişdir. X13 2014-cü ildə vəfat etmişdir. Ərinin vəfatına qədər ərindən başqa heç kim qaynatası və qaynanasından mira s qalmış əmlakla maraqlanmamış, mirası istər rəsmi, istərsə də faktiki qəbul etməmişlər. Ərinin vəfatından sonra miras qalan evdə tək qalaraq əsəb sarsıntısı keçirdiyindən və ona müəyyən təzyiqlər olduğundan qorxaraq ərinin yeddi mərasimini verdikdən sonra müvəqqəti atasının evinə gəlmişdir. Cavabdeh onu ərindən miras qalan evə buraxmayaraq mirası qeyri-qanuni mənimsəmişdir. Cavabdeh ona və İsmayıllı rayon notariat kontoruna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 1999cu ildə vəfat etmiş atası S6, 2008-ci ildə vəfat etmiş X12dan və 2014-cü ildə vəfat etmiş X10dan miras qalmış İsmayıllı rayon ******* kəndində yerləşən, ümumi birgə mülkiyyətdə olan 1.07 hektar torpaq sahəsi, ümumi birgə mülkiyyətdə olan 0.26 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki otaql ı fərdi yaşayış evinin miras əmlakı kimi onun tərəfindən qəbul edilməsinin müəyyən olunması və həmin miras əmlakı üzərində vərəsəlik əsasında mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Cavabdehin iddia tələbinə İsmayıllı rayon Məhkəməsində 08 iyun 2017-ci il tarixdə baxılarkən cavabdeh onu hüquq məsləhətxanasına dəvət etmiş və orada miras əmlakdan ona heç bir payın çatmadığını izah etmişlər. O, maddi imkansızlığından və savadsiz olmağından cavabdehin izahatı ilə razılaşmışdır. Cavabdeh miras əmlak əvəzinə ona 3000 manat məbləğində pul və 1.06 hektar torpaq sahəsini verməyi öhdəsinə götürmüşdür. Cavabdeh 05 may 2017-ci il tarixdə yazdığı ərizəsində ilkin olaraq ona 2000 manat pul verdiyini, qalan 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini isə yeddi aydan sonra ona verəcəyini qeyd e tmişdir.İddiacı İddiaçı ərindən miras qalmış miras əmlakı qaynı Faiq Kazımovdan ala bilməyəcəyini görüb sonuncunun təklifi ilə razılaşmışdır. O, cavabdehlə razılaşsa da, sonuncu verdiyi sözə əməl etməmiş, 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini indiyənədək ona qaytarmamışdır. O, cavabdehdən 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini tələb etmiş və sonuncu 1000 manat pulu və 1.06 hektar torpaq sahəsini ona verməkdən imtina etmişdir. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Beləliklə iş materiallarından ğörünür ki,iddiaçının X13 öz valideyinlərindən qalmış miras əmlakı faktiki qəbul edərək ona yiyələnmiş və həmin əmlakı idarə etmişdir. E6 ölümündən sonra isə onun birinci növbə vərəsəsi kimi İddiaçı mirası faktiki qəbul edərək onu id arə etmişdir. Ona qarşı edilən təziqlərə görə ərinin yas mərasimini verdikdən sonra öz atası evinə qayıtmağa məcbur olmuşdur. Ona qarşı olan təziq sonralar da davam etmiş, E6 ikinci növbə vərəsəsi olan F6 X10dan qalan miras əmlakı ələ keçirmək üçün İddiaçı notariat kontoruna apararaq ondan ərindən qalmış əmlakı nə faktiki, nə də rəsmi qaydada qəbul etməməsi barədə ərizə almışdır. Bunun müqabilində İddiaçı 3000 manat pul və 1.06 ha torpaq sahəsi verəcəyini vəd etmişdir. O, vəd etdiyi puldan 2000 manatı məhkəmənin gedişində İddiaçı vermişdir. Qalan bir min manat pulu və torpaq sahəsini yeddi aydan sonra verəcəyinə söz versə də, hətta bu barədə İsmayıllı Rayon Məhkəməsinə yazdığı ərizəsində göstərsə də, ancaq İddiaçı münasibətdə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh F6 məhkəmə kol legiyasının iclasında verdiyi izahatında göstərmişdir ki, mülki işə əlavə edilmiş və onun adından yazılmış ərizəni həqiqətən özü yazmışdır. Ərizənin əsli İsmayıllı Rayon Məhkəməsində onun iddia ərizəsi ilə baxılmış miras əmlakın qəbulu ilə bağlı mülki işdədir. Həmin ərizədə İddiaçı 2000 manat pul verdiyini, qalan min manat pulu və torpaq sahəsini yeddi aydan sonra verəcəyini göstərmişdir. Ancaq həmin ərizəni könüllü deyil, iddiaçının qardaşı Qismət Babayevin təziqi ilə yazdığını, iddiaçıya 2000 man pulu halallıq üçün verdiyini göstərmişdir. Cavabdehin nümayəndəsi Qismət Babayev məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh Faiq Kazımovun ona təziq göstərilməsi barədə izahatı doğru deyildir. Əksinə cavabdeh onun bacısı Vüsaləyə təziq edərək ərindən qalan mira sdan imtina etməsi barədə ərizəsini almış, vəd etdiyi pulun 2000 manatını ödəsə də, bir min manat pulu və torpaq sahəsi verəcəyi ilə bağlı öhdəliyinə əməl etməmişdir. Cavabdeh F6 izahatına tənqidi yanaşaraq məhkəməyə yazdığı ərizəni Q6 təziqi ilə yazmasını inandırıcı hesab etmir. Ona görə ki, iş materiallarından görünür ki, cavabdeh F6 iddiaçıya təziq edərək ərindən qalan mirasdan imtina etməyə onu məcbur etmişdir. Azərbaycan Respublikaslı Mülki Məcəlləsinin: - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən i rəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1 maddəsində deyilir ki öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mа ddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnа məsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İsmayıllı Rayon Məhkəməsi iddianın təmin edilməməsini qət edərkən düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını düzgün müəyyən etmədiyindən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticəni işin faktiki hallarına uyğun gəlmədiyindən iddiаçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixliqətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı Cavabdeh qarşı 1000 (bir min) manat pul və 1.06 hektar pay torp aq sahəsinin, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 (üç min) manat məbləğinin alınıb ona verilməsi tələbinə dаir iddiası təmin edilməli, Cavabdeh ndan 1000 (bir min) manat pul və 1.06 hektar pay torpaq sahəsi, torpaq sahəsi olmadıqda onun dəyəri olan 3000 (üç min) manat alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edilərək yuxarıda göstərilən qa nuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 24 iyun 2019-cu il tari xli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7003/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7003/2019
04.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver