Məhkəmə qərarları › İş №2(102)-701/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-701/2023

27.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-701/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobil yolunun ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı avtomobil yolunun ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və gələcəkdə belə halların baş verməsinin qarşısı alınması məqsədilə cavadehlərə həmi n hərəkətlərinin təkrarlanmasına qadağa qoyulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2510/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 162.5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüquqi ilə İddiaçı2 adına, Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən ümumi sahəsi 0.2595 ha olan torpaq sahəsi isə İddiaçı1 adına qeydə alınmışdır.

2. Hazırkı iş üzrə Cavabdeh2 hazırkı iş üzrə İddiaçı2 qarşı “avtomobil yolunun bərpa olunması və təzminat” tələbinə dair iddia ərizəsinə əsasən əvvəllər baxılmış mülki iş üzrə alınmış mütəxəssis rəyinə görə iddia olunan ərazidə kompleks yerquruluşu xəritəsində yol kimi yol tutulmadığı müəyyən edilmiş və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-465/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 iddiası rədd edilmişdir. 3. 06 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, 24 dekabr 2021-ci il tarixdə Gədəbəy rayon prokurorluğundan Gədəbəy rayonu, Qurudərə kənd sakini İddiaçı2 qonşusu Cavabdeh1 və onun arvadı Cavabdeh2 qanunsuz olaraq onun torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının pozulması barədə müraciəti Gədəbəy rayon Polis şöbəsinə daxil olmuş, müraciət araşdırılmış, İddiaçı2 ərizəsi əsasında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı2 mübahisə ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mülkiyyətində olan 0,2595 ha torpaq sahəsindən 5 metr eni 30 metr uzunluğu olan məsafədə cavabdehlərin özbaşına açdıqları avtomobil yolun ləğv edilməsi, əraziinin əvvəlki vəziyyətinə qaytarılması və gələcəkdə belə halların törədilməsinin cavabdehlərə qadağa qoyulması, eləcə də dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləği ndə pulun cavabdehlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar işin yuxarıda qeyd edilmiş faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər guya əvvəllər mövcud olmuş avtomobil yolunun bir hissəsi onların xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsindən keçməsini əsas gətirərək, bu barədə iddianın rədd olunması barədə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi olmasına baxmayaraq, onların evdə olmamalarından istifadə edib traktorla həyətyanı torpaq sahələrinin ətrafını bağladıqları çəpəri və daşları dağıtmış, onlara məxsus həytyanı sahədən yol açmış, xüsusi mülkiyyətlərində olan həyətyanı sahənin bir qismini qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlərə bu hərəkətlərinin qanunsuz olmasını, onların həyətyan ı torpaq sahələrini zəbt etdiklərini bildirsələr də, cavabdehlər buna məhəl qoymamışlar. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşlar.

6. Cavabdeh2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, iddiaçılar onun qonşusudur. Mübahisəli avtomobil yolu uzun müddətdir mövcuddur. Həmin avtomobil yolu iddiaçıların torpaq sahəsinin kənarından keçir və yolun iddiaçılara heç bir aidiyyatı yoxdur. İddianın rədd olunmasını xahiş edir.

7. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçıların ləğv edilməsini tələb etdikləri və cavabdehlərin avtomobil yolu olduğunu iddia edikləri torpaq sahəsi ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 17 fevral 2021-ci il qeydiyyat tarixli, ********* * qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı1 məxsus 0,2595 ha torpaq sahəsi ilə üst-üstə düşür.

8. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(042)-418/2022 nömrəli, 06 iyun 2022-ci il tаrixli qətnaməsi ilə (hakim M.Kazımov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdə olan sübutlarla və mütəxəssis rəyi ilə, iddiaçılara məxsus torpaq sahəsindən cavabdehlərə məxsus fərdi yaşayış evinə hər hansı yolun olması nəzərdə tutulmadığı və iddiaçılara məxsus torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz olaraq avtomobil yolunun açılması öz təsdiqini tapır. Həmçinin cavabdehlərin qanunsuz olaraq iddiaçılara məxsus torpaq sahəsində avtomobil yolu kimi istifadə etmələri iddiaçıları mülkiyyət hüququnun pozulmas ı ilə nəticələnir.

10. Ona görə mülkiyyət hüququnun müdafiəsi baxımından iddiaçılar onlara məxsus həyətyanı torpaq sahəsindən cavabdehlər tərəfindən açılmış avtomobil yolunun ləğv edilməsini, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasını və gələcəkdə eyni hadisənin təkrar edilməsinə cavabdehlərə qadağa qoyulmasını tələb etməkdə haqlıdır.

11. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyətçi öz torpaq sahəsini başqalarının istifadəsindən geri ala bilər. Lakin məhkəmə qətnaməsi ilə bağlanması nəzərdə tutulan avtomobil yolu ona məxsusdur və o, həmin yolu bağlamamışdır. Bu hal onun təqdim etdiyi arayışlarla da təsdiq olunur. Birinci instansiya məhkəməsi mütəxəssis tərəfindən təqdim edilmiş rəyi sübut kimi qəbul edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iş üzrə ədalətli qərar qəbul etmək üçün iş üzrə ekspertiza təyin etməli, ekspert rəyinə əsasən nəticəyə gəlməli idi.

14. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, həmin yol əvvəllər mövcud olmayıb, əvvəlki yolu hazırda bağlayıblar. Mübahisəli yol çəkilən vaxt o, Rusiya Federasiyasında olmuşdur, cavabdehlər bundan istifadə edərək mövcud yolu bağlamış, onun həyətyanı sahəsindən özlərinə yol açmışlar.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2510/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov və A.Hüseynzadə) apellyasiya şikayətli təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin yolun ona məxsus olması barədə dəlilləri əsaslı deyil. Belə ki, cavabdeh avtomobil yolunun ona məxsus olmasını və onun həmin yolu bağlamamasını göstərsə də, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahələrinin yerquruluşu sxemi və situasiya planından görünür ki, yol kimi iddia edilən torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir.

17. Göründüyü kimi, mübahisəli yolun iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində yerləşməsi öz təsdiqini tapır. Cavabdehlərin qanunsuz olaraq iddiaçılara məxsus torpaq sahəsindən avtomobil yolu kimi istifadə etmələri iddiaçıların mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ekspertiza keçirilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş üzrə əldə edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinə naturada baxış keçi rilmiş və koordinatları müəyyən edilərək çöl geodeziya ölçmə işləri aparılmış, çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun aparılmış və həmin rəyin həqiqiliyi heç bir şübhə doğurmur. Ona görə də, ekspertiza keçirilməsinə zərurət olmamışdır.

19. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin lə ğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli yolun ləğv olunması barədə qənaətə gəlməklə onun öz mülkiyyətindən yaşayış evindən və həyətyanı torpaq sahəsindən rahat və maneəsiz şəkildə istifadə etməni qeyri-mümkün etmiş, qətnamə ilə onun mülkiyyət hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərə findən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

27. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşı na tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi, cavabdeh avtomobil yolunun ona məxsus olduğunu və o, həmin yolu bağlamadığını göstərsə də, bu halları təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

39. Əksi nə, tərəflər arasında olmuş başqa məhkəmə mübahisəsi üzrə qəbul edilən və qanuni qüvvəsini alan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-465/2020 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, iddia olunan ərazidə yol nəzərdə tutulmamış, həmin ərazi hazırkı iş üzrə Cavabdeh2 mülkiyyətində olan həyətyanı torpaq sahəsinə aiddir. Belə olan halda cavabdehlərin İddiaçı1 müəyyən haqq ödəmədən özgəsinin torpaq sahəsindən özbaşına avtomobil yolu açmaları, həmçinin avtomobil yolunun verilməsini tələb etmələri qanunsuzdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2510/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar