Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-701/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMMC-in cavabdeh X4 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:kommunal xərclərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)5864/2024 saylı qətnaməsindən İddiaçı MMMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 7 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15 iyu l 2014-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-nə məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 44 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m. olan mənzil Cavabdeh4 tərəfindən alınmışdır. 2. 19 mart 2016-cı il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-nə məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m olan mənzil Cavabdeh1 tərəfindən alınmışdır. 3. 15 noyabr 2014-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən "xxxx" MTK-nə məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 57 saylı, 1 otaqdan ibarət, sahəsi 42.7 kv.m olan mənzil X9 tərəfindən alınmışdır. 4. 12 avqust 2021-ci il tarixli ilkin müqaviləyə əsasən "xxxx" MTK-nə məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhə llə 3202, 57 saylı, 1 otaqdan ibarət, sahəsi 42.7 kv.m. olan mənzil Cavabdeh2 tərəfindən alınmışdır. 5. 23 iyun 2017-ci il tarixli mənzil tikintisinə dair müqavilələrinə əsasən "xxxx" MTK-nə məxsus olan Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 61 saylı, 2 otaqdan ibarət, sahəsi 72.3 kv.m. olan mənzil və Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 64 saylı, 3 otaqdan ibarət, sahəsi 112.2 kv.m. olan mənzil Cavabdeh2 tərəfindən alınmışdır.
6. Nizamnamədən görünür ki, İddiaçı MMMC 02 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfındən 1122-MM9-0267 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır.
7. İddiaçı MMMC-nin 18 dekabr 2022-ci il tarixli iclasının 1 saylı protokolundan çıxarışa əsasən 01 yanvar 2023-cü il tarixdən 1 otaqlı 42.7 kv. m. sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 13 manat, 2 otaqlı 72.3 kv.m. sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 22 manat, 2 otaqlı 76.5 kv.m sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 23 manat və 3 otaqlı 112.2 kv.m. sahəsi olan mənzilin kommunal ödəmə haqqı 0.30 qəpikdən hesablanmaqla 34 manat müəyyən edilmişdir. 8. 11 mart 2023-cü il tarixli, 1 nömrəli İddiaçı MMMC-nin binada görülən işlər üzrə tariflərin müəyyən olunmasına dair keçirilən iclasın protokolundan görünür ki, binaya suyun çəkilişi üçün 150 manat, binaya işıq çəkilişi üçün 350 manat, binaya qazın çəkilişi üçün 750 manat, liftlərin alınıb quraşdırılması üçün 2000 manat, binanın müayinə aktı üçün 150 manat, binaya mühafizə kameraları və domo fon quraşdırılması üçün 110 manat, binaya giriş qapısının və mühafizə köçkünün alınıb quraşdırılması üçün 40 manat, binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması və binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi və asfaltlanması üçün 400 manat müəyyən edilmişdir.
9. İddiaçı MMMC tərəfindən tərtib edilmiş xəbərdarlıq məktublarından görünür ki, 20 yanvar 2024 – 22 yanvar 2024-cü il tarixlərdə X6, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 yaranmış borcun ödənilməsinə dair müraciətlər edilmişdir.
10. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e2(001)6174/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 X7 və İddiaçı MMMC-yə qarşı “elektrik enerjisinin verilməsi, sayğacdan istifadəyə məhdudiyyətin qadağan edilməsi, maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 məxsus Bakı şəhəri, C.Xəndan küçəsi, məhəllə 3202, 8 saylı mənzilin elektrik enerjisi ilə təmin edilməsinə hər hansı formada dayandırılması (kəsilməsi) və digər formada məhdudiyyətin yaradılması, həmin mənzilin elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün quraşdırılmış sayğacın yerləşdiyi sahəyə (otağa) iddiaçı Cavabdeh1 sərbəst və məhdudiyyət qoyulmadan giriş-çıxışına (sayğaca baxış keçirilməsinə) maneçiliyin və məhdudiyyətin yaradılmasının cavabdeh İddiaçı MMMC-yə qadağan edilməsi qət edilmişdir.
11. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışa əsasən Cavabdeh3 02 may 2020-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı MMMC (bundan sonra- iddiaçı) ca vabdehlər X6, X5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 3177 manat, X1 3769 manat, Cavabdeh4 4842 manat, Cavabdeh3 4552 manat və Cavabdeh2 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, 2 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən binanın sakini və Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvləridirlər. Cavabdehlərin 1 fevral 2024-cü il tarixinə kommunal xidmətlərə, o cümlədən binanın zibilxanasının tikilməsi, zibil konteynerlərini n alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə Cəmiyyətə ödənilməyən borcları qalmışdır. Kommunal və digər xidmətlərə görə xərclər Cəmiyyətin ümumi yığıncağının 18 dekabr 2022-ci il tarixli, 11 mart 2023-cü il tarixli və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir. Sözügedən iclas protokollarından cəmiyyətin iclasda iştirak edə bilməyən bütün üzvlərinin xəbəri və məlumatı vardır. Belə ki, iclasların nəticələri barədə məlumat Cəmiyyətin mesajlaşma mübadilə sistemi ola n “WhatsApp” qrupu vasitəsi ilə paylaşılmışdır. Buna baxmayaraq kommunal ödənişləri ödəməyən cavabdehlərin hər birinə öz öhdəliklərinin icra olunması ilə bağlı, yəni borcların ödənilməsi ilə bağlı müvafiq xəbərdarlıq (pretenziya) göndərilmiş və binanın ofisindən şəxsən qəbul edərək götürmüşlər. Lakin buna baxmayaraq cavabdehlər öz öhdəliklərini icra etməmişlər. Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh X3 etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təsis sənədlərindən və işin hallarından tam aydındır ki, tələb qanunsuzdur. Belə ki, iddiaçı hüquqi şəxs kimi xx.xx.2022-ci ildə dövlət qeydiyyatına alınaraq fəaiyyətə başlamışdır. İddia tələbində göstərilən 2021-ci ilin avqust ayından, 2022-ci ilin dekabr ayınadək olan borc, binanın betonlanması, zibil qutularının alınması və s. İddiaçı qeydiyyata alınmamışdan öncəki dövr, yəni mövcud olmadığı dövrə aiddir. Belə olan halda heç bir tələb irəli sürülə bilməz, bunun üçün subyektiv hüququ yoxdur. Kommunal borclar və su nasosunun təmiri ilə bağlı iddianı sübut edən heç bir sənəd yoxdur. Ümumiyyətlə o, mülkiyyətçi kimi hər hansı ümumi yığancağa dəvət edilməmiş, bununla bağlı bildiriş verilməmiş və ya həmin yığıncaqların qərarları təqdim edilməmişdir. Belə olan halda onun barəsində məsuliyyət yarana bilməz.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(001)3095/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə icraata Cavabdeh3 aid hissədə xitam verilmişdir.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim L.Məmmədova) 23 iyul 2024-cü il tarixli, e-2(001)-3095/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, X2 471,24 manat, Cavabdeh4 471,24 manat və Cavabdeh2 954,24 manat məbləğində kommunal xidmətə görə pul tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
17. Məhkəmə bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsullarından biri də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. Məhkəmə hesab etmişdir ki, cavabdehlər yaşayış sahəsinin mülkiyyətçiləri olmaqla, iddiaçının xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
18. Məhkəmə qeyd etmişdir ki, müzakirə edilən tələb tam həcmdə təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, kommunal xidmətlərə görə cavabdehlərin borcu (iddiaçı MMMC-nin özünün də bildirdiyinə görə) 2021-ci ilin avqust ayından xx.xx.2024-cü il tarixədək olan müddət üçün hesablanmışdır. Nizamnamədən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 1122-MM9-0267 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Belə olan halda iddiaçı yalnız xx.xx.2022-ci il tarixdən xidmət haqqına görə ödəniş tələb edə bilər.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini 2021-ci ilin avqust ayından xx.xx.2022- ci il tarixədək irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki iş üzrə onun xidmət haqqına görə ödəniş tə ləb etmək hüququnu təsdiq edən heç bir sübut mövcud deyil.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh1 ilə 8 saylı, Cavabdeh4 ilə 44 saylı, eləcə də Cavabdeh2 ilə 57, 61, 64 saylı mənzillərə dair müqavilələr təqdim etsə də sonuncu ilə 63 saylı mənzilə dair müqavilə təqdim edə bilməmişdir ki, iddia tələbi də həmin mənzilə münasibətdə təmin edilə bilməz.
21. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən məlum olur ki, iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ yalnız kommunal xərc deyil, o cümlədən binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, b inaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə iddiaçıya ödənilməyən vəsaitdən ibarətdir ki, məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən hazırda iddia ərizəsində qeyd edilən, yəni görülmüş işlər bina təhvil verilərkən MTK tərəfindən görülməli idi. Sonradan iddiaçının yaradılması və görülmüş işlərə görə pul tələb edilməsi qanunsuzdur, belə ki, "xxxx" MTK iddiaçının hüquqi varisi deyildir. Eləcə də görülmüş işlərə görə hazırda heç bir smeta təqdim edilməyib. İddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
22. Məhkəmə cavabde hin etirazındakı dəlilləri əsassız hesab edərək, qeyd etmişdir ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən binanın saxlanılması və s. xərclərin ödənilməsi zəruridir
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.3, 442-ci maddələrinə, habelə Mənzil Məcəlləsinin 29.3, 39.2, 119.1, 119.2, 120.5, 122.3, 122.4, 136.2, 140.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə tələb olunan bütün vəsaitlər (kommunal xidmət lər və digər, yəni binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə) iddiaçının ümumi yığıncağının 18 dekabr 2022-ci il tarixli, 11 mart 2023-cü il və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir. Yəni həmin məbləğlər cəmiyyətin sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir. Sahə mülkiyyətçiləri həmin məbləğləri birgəliklə, solidar qaydada iclas keçirərək, bəyənərək, öz iradələrini yekdil qərarla bəyan e tmişlər. Nəticə etibarı ilə görülmüş işlərə görə vəsaitlərin ödənilməsinin hüquqi əsası olan ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, geri çağrılmamış, ləğv və ya etibarsız hesab edilməmiş, öz qüvvəsini saxlamaqdadır. Belə olan halda həmin ümumi yığıncağın qərarı və protokolun hüquqi nəticəsi də tətbiq olunmalıdır. Bu mənada görülmüş işlərin bina təhvil verilərkən MTK tərəfindən görülməli olmasının, "xxxx" MTK-nın iddiaçının hüquqi varisi olmamasının, görülmüş işlərə görə smetanın təqdim edilməməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki, həmin işlərin MTK tərəfindən deyil, özləri, yəni iddiaçı tərəfindən görülməsini və dəyərini sahə mülkiyyətçiləri yekdil ümumi yığıncağın qərarı ilə təsdiq edərək bəyənmişlər. Əks təq dirdə, həmin hallarla bağlı hər bir sahə mülkiyyətçisinin həmin qərarla razılaşmamaq, qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququ var ki, belə bir hal mövcud deyildir. Oda qeyd edilməlidir ki, bina 64 mənzildən ibarətdir və əksər mənzil sahibləri lazımı qaydada və vaxtında öz öhdəliklərini icra edirlər. Nizam intizamsız davrananlar hazırkı cavabdehlərdir ki, iddia da məhz onlara qarşı qaldırılmışdır. Yəni əksəriyyət öz nümunəvi davranışları və ödənişləri ilə cəmiyyətin fəaliyyətilə onların maraq və mənafelərinin üst-üstə düşməsini bir daha təsdiq etmişlər. Bu mənada fərdlərin maraqları ilə cəmiyyətin marağı arasında ədalətli balans prinsipi gözlənilmişdir. Yəni sahə mülkiyyətçiləri heç bir məcburiyyət olmadan, müstəqil şəkildə, öz hüquqlarından istifadə edərək "xxxx" MTK-nın görmədi yi işləri görmək, başsız qalmış binanı birgə idarə etmək üçün məhz hazırkı Cəmiyyəti yaratmışlar. Bununla belə görülmüş işlərin bina təhvil verilərkən MTK tərəfindən görülməli olması, "xxxx" MTK-nin iddiaçının hüquqi varisi olmaması iddiaçının müvafiq subyektiv hüququna təsir etmir. "xxxx" MTK-nin sədri X8 25 iyul 2019-cu il tarixində vəfat etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 saylı hökmü ilə Elmira Şirinova Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası CPM-in 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Bundan sonra bina faktiki olaraq başsız qalmış, görülməli olan işlər görülməmiş və sahə mülkiyyətçiləri öz əmlak hüquqlarının maneəsiz həyata keçirilməsi, hü quqlarının dövlət qeydiyyatına alınması, mülki dövriyyənin sabitliyinin təmin ediməsi, ümumilikdə binanın idarə olunması, görülməmiş işlərin görülməsi binanın idarə olunması, görülməmiş işlərin görülməsi üçün hazırkı cəmiyyəti yaratmış və ümumi yığıncaq edərək cəmiyyət tərəfindən görülən işlərin həcmi, dairəsi, dəyəri barədə müvafiq qərara gəlmişlər. Yəni görülmüş işlər və xidmətlər sahə mülkiyyətçilərinin mənafeyinə, iradəsinə və ehtimal olunan istəyinə uyğun olmuşdur ki, ümumi yığıncaq etməklə həmin halları səs çoxluğu ilə rəsmi olaraq qərar qəbul edərək bəyan etmişlər. Belə olan halda isə iddiaçının müvafiq subyektiv hüquqa, tələbetmə hüququna malik olması üçün "xxxx" MTK-nin iddiaçının hüquqi varisi olmasına zərurət yoxdur. Məhkəmə hazırkı münasibətlərə özgə işlərini tapşırıqsız aparma haqqında müddəalara istinad edərək iddianı həmin hissədə təmin etməli idi. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, e- 2(001)-4425/2024 saylı qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xandan küçəsi, 3202-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə "xxxx" MTK idarəçilikdən kənarlaşdırılmış, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı bütün səlahiyyətlər iddiaçıya verilmişdir. Buradan da göründüyü kimi subyektiv hüquq qanundan, yəni elə mənzil qanunvericiliyinin sözügedən normalarından irəli gəlir. İddia tələbinin hüquqi və qanuni əsası olan cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli yekdil (protokolu) qərarının öz qüvvəsində olmasın a, heç şəkildə mübahisələndirilməməsinə baxmayaraq məhkəmə iddiaçının üzərinə bir sıra (görülmüş işlərə görə hazırda heç bir smetanın təqdim edilməməsi, iddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, Cavabdeh2 ilə 63 saylı mənzilə dair müqavilənin təqdim edilməməsi və.s.) əlavə sübutetmə yükü qoymuşdur. Halbuki iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli yekdil (protokolu) qərar bütün sahə mülkiyyətçilərinin hamısına bəlli olmuş, onların nəzərinə çatdırılmışdır. Həmçinin cavabdehlərin hər birinə edilən xəbərdarlıq məktubları göndərilmişdir ki, həmin məktublarda ümumi yığıncağın qərarına istinad olunmuşdur. Həmin xəbərdarlıq məktubları cavabdehlər tərəfindən qəbu l edilmiş və bunlarla bağlı iddiaçıya hər hansı etiraz və ya irad daxil olmamışdır.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), G.Axundova və X.Sarıyev) 2(103)-5864/2024 nömrəli mülki iş üzrə 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e2(001)- 3095/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunur ki, iddia tələbi üzrə tələb olunan bütün vəsaitlər (kommunal xidmətlər və digər, yəni binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının aba dlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə) cəmiyyətin ümumi yığıncağının 18 dekabr 2022-ci il, 11 mart 2023-cü il və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir, həmin məbləğlər iddiaçının sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, geri çağrılmamış, ləğv və ya etibarsız hesab edilməmiş, öz qüvvəsini saxlamaqdadır, belə olan həmin ümumi yığıncağın qərarı və protok olun hüquqi nəticəsi də tətbiq olunmalıdır.
28. Apellyasiya instansiyası məhkəməsi bu dəlillə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, iddiaçının 02 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başladığından, yalnız 02 dekabr 2022-ci il tarixdən xidmət haqqına görə ödəniş tələb edə bilər, binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə pulun tələb edilməsi də qanunsuzdur.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalnız bu ödənişlərin tutulması ilə bağlı ümumi yığıncağın qərarının mövcud olması əsas deyildir. “R.Məhərrəmovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarında vurğulanmışdır ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət e dilib-edilməməsinə hüquqi qiymət verməmişdir.”
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə də iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə çəkilən xərclərin smetası ilə bağlı heç bir sənəd təqdim olunmamışdır.
31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 442-ci maddələrinə, Mənzil Məcəlləsinin 135.1, 135.2, 136.2, 137.5, 137.7, 137.8, 137.9, 137.10, 138.5, 140.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və və iddia tələbinin təmin edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, yalnız bu ödənişlərin tutulması ilə bağlı ümumi yığıncağın qərarının mövcud olması əsas deyildir. Belə ki, “R.Məhərrəmovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenmunun 22 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onl arın təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir”.
34. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə çəkilən xərclərin smetası ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarına istinad edərkən, digər Konstitusiya Məhkəməsinin Plenmunun qərarına məhəl belə qoymamış, orada göstərilən hüquqi mövqeləri nəzərə almamışdır.
35. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddia tələbinin hüquqi və qanuni əsası olan iddiaçının ümumi yığıncağının xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli yekdil (protokolu) qərarının öz qüvvəsində olmas ına, heç şəkildə mübahisələndirilməməsinə baxmayaraq məhkəmə iddiaçının üzərinə bir sıra (görülmüş işlərə görə hazırda heç bir smetanın təqdim edilməməsi, iddia edilən borcla bağlı cavabdehlərin öhdəliyini yaradan hər hansı sənədin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi, 63 saylı mənzilə dair Cavabdeh2 ilə müqavilənin təqdim edilməməsi və.s.) əlavə sübutetmə yükü qoymuşdur. Halbuki, iddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli yekdil (protokolu) qərar bütün sahə mülkiyyətçilərinin hamısına bəlli olmuş, onların nəzərinə çatdırılmışdır. Həmçinin cavabdehlərin hər birinə edilən xəbərdarlıq məktubları göndərilmişdir ki, həmin məktublarda ümumi yığıncağın qərarına istinad olunmuşdur. Həmin xəbərdarlıq məktubları cavabdehlər tərəfindən q əbul edilmiş və bunlarla bağlı iddiaçıya hər hansı etiraz və ya irad daxil olmamışdır. Həmçinin iclasların nəticələri barədə məlumat iddiaçının “whatsapp qrupu” vasitəsi ilə paylaşılmışdır. İddianın hüquqi əsası olan ümumi yığıncağın qərarı iddiaçını tələbetmə baxımından digər sübut etmə vasitələrindən, yükündən azad etmişdir. Yekunda işə baxan məhkəmələr sübutların mötəbərliyi, qiymətləndirilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
38. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəll ədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
39. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
40. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.
41. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.
42. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.
43. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.
44. Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir.
45. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qe yri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
46. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
47. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.
48. Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər.
49. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənil məsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
50. Maddə 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
51. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
52. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 53. 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tik inti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 54. 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan;
55. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 56. 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 57. 136.2.2. kommunal xidmətlərə görə haqq;
58. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış is tehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.
59. Maddə 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativ inin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
60. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər.
61. Maddə 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər.
62. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.
63. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.
64. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülki yyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.
65. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli Qərarı:
66. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarı:
67. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.
68. Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012- 2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə t utulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
78. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
79. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.
80. Belə ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddia tələbi üzrə tələb olunan bütün vəsaitlər (kommunal xidmətlər və digər, yəni binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, lift in alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə) iddiaçının ümumi yığıncağının 18 dekabr 2022-ci il, 11 mart 2023-cü il və 26 noyabr 2023-cü il tarixli yekdil (protokolu) qərarı ilə müəyyən edilmişdir, həmin məbləğlər iddiaçının sahə mülkiyyətçilərinin ümumi iradə ifadəsini təşkil edir, ümumi yığıncağın qərarı və protokolu hər hansı sahə mülkiyyətçisi tərəfindən mübahisələndirilməmiş, təkzib edilməmiş, geri çağrılmamış, ləğv və ya etibarsız hesab edilməmiş, öz qüvvəsini saxlamaqdadır, belə olan həmin ümumi yığıncağın qərarı və protokolun hüquqi nəticəsi də tətbiq olunmalıdır.
81. Apellyasiya in stansiyası məhkəməsi, bu dəlillərlə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının 02 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başladığından, yalnız 02 dekabr 2022-ci il tarixdən xidmət haqqına görə ödəniş tələb edə bilər, binanın zibilxanasının tikilməsi, zibil konteynerlərinin alınması, binanın ətrafının abadlaşdırılması, betonlanması, tametlənməsi, asfaltlanması, liftin alınıb quraşdırılması, binanın müayinə aktı üçün, mühafizə kameraları və domofonun quraşdırılması, su nasosxanalarının təmiri, binaya giriş qapısının və mühafizə köşkünün alınıb quraşdırılması, qaz, işıq və su çəkilişinin təmin olunmasına görə pulun tələb edilməsi də qanunsuzdur.
82. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yalnız bu ödənişlərin tutulması ilə bağlı ümumi yığıncağın qərarının mövcud olması əsas deyildir. “R.Məhərrəmovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməm işdir.”
83. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə də iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə çəkilən xərclərin smetası ilə bağlı heç bir sənəd təqdim olunmamışdır.
84. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilm ədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı MMMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-5864/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.