Məhkəmə qərarları › İş №2(102)-7027/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7027/2019

18.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7027/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh3-nin vəkili V1 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(103)3484/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim N.Bağırov) 22.11.2018-ci il tarixl i, 2(009)-2615/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər «xxxx» MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və Ləğv prosesində olan Cavabdeh3-yə qarşı “hərracın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Sadıqov, A.Hüseynov, A.İmanov) 11.03.2019-cu il tarixli, 2(103)-3484/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.11.2018-ci il tarixli, 2(009)-2615/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh lər «xxxx» MMC-yə, Bakı şəhəri Cavabdeh2nə və Ləğv prosesində olan Cavabdeh3-yə qarşı “hərracın etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin 36 saylı mənzilinə dair qiymətləndirmə rəyinin, hərracın yekunlarına dair protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab olunması, bank qarşısında olan öhdəlik icra olunmaqla, ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Cabbarlı Kənan Qurban oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının xüsusi mülkiyyət ində olan mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 saylı evin 36 saylı mənzilinin qiymətləndirilməsi barədə məlumatı olmamış və buna dair səlahiyyətli təşkilatlar ona heç bir rəsmi və qeyri-rəsmi məlumat verməmişlər. Nəticədə əmlakın mülkiyyətçisi kimi onun qanunla qorunan hüquqlarına qəsd edilmişdir. Hərracın təşkilatçısı olan “xxxx” qanunun tələbinə əsasən hərracın keçirilmə tarixinə 1 ay qalmış ona bu barədə rəsmi məlumat verməli idi. Lakin məqsədli şəkildə iddiaçıya məxsus mənzil bazar qiymətindən dəfələrlə aşağı qiymətə satışa çıxarılmışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, bütün keçiriləcək hərraclar barədə əmlakın sahibinə rəsmi məlumat verilməli idi. Lakin hərrac keçirilən zaman əmlakın sahibinə rəsmi məlumat verilməmiş və onun hərracın keçirilməsindən xəbəri olmamışdır. Bundan başqa, iddiaçıya nə qiymətləndirmə aktının surəti, nə də hərracın nəticəsinə dair Protokolun surəti, nə də mübahisəli obyektin Cavabdeh3-yə təklif edilməsinə dair rəsmi məlumat verilməmişdir. Əlavə olaraq bildirilməlidir ki, iddiaçıya məhkəmə iclasının keçirilmə vaxtı barədə rəsmi şəkildə məlumat verilməmiş, işə iddiaçının iştirakı olmadan baxılaraq hərtərəfli araşdırma aparılmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(103)-3484/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Cabb arlı Kənan Qurban oğlu, cavabdehlər «xxxx» MMC-nin və Bakı şəhəri Cavabdeh2 səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Ləğv prosesində olan Cavabdeh3-nin vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.03.2019-cu il tarixli, 2(103)-3484/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli 2(006)762/2013 saylı qətnaməsi ilə X4 və X1 müştərək qaydada 08 dekabr 2011-ci il tarixli 496/6 AZN saylı kredit müqaviləsi üzrə 65.863,15 manat qəpik məbləğində əsas, 8.380,05 manat qəpik faiz, 416,82 manat cərimə, cəmi 74.660,20 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, Cavabdeh3-yə ödənilməsi, 08 dekabr 2011-ci il tarixli 496/6 AZN saylı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun əvəzinin ödənilməsi ipoteka qoyulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sahi b Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin İddiaçı qaytarılması, mənzil açıq hərrac vasitəsilə satıldıqdan sonra İddiaçı, X2 və X3 ən geci 1 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 saylı evin, 36 saylı mənzilindən çıxarılmaları, X4 və X1 müştərək qaydada 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyərinin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2013-cü il tarixli 2(103)-4914/2013 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 15 sayl ı evin, 36 saylı mənzilinin ilkin satış qiyməti 92.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27.12.2013-cü il tarixli 2(103)-4914/2013 saylı qətnaməsi 10.06.2014-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. “xxxx’’ MMC-nin hazırki işin tərəflərinə ünvanladığı 26 sentyabr 2014-cü il tarixli 2127 saylı və 03 noyabr 2014-cü il tarixli 2391 saylı bildirişlərin surətindən görünür ki, Cavabdeh2 17/70 № 4063/17 saylı 16.09.2014-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsindəki 1 saylı evin 36 saylı mənzili açıq hərracdan satışa çıxarılmışdır. İlkin hərrac 30.10.2014-cü il tarixə 92.000 manat ilkin satış qiyməti i lə, təkrar harrac isə 05.12.2014cü il tarixə 78.200 manat satış qiymətinə təyin edilmişdir. Həmin mənzil 92.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarıldıqdan sonra «İpoteka haqqında» Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, 58.650 manata ipoteka saxlayan Cavabdeh3-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 01 avqust 2017-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 15, mənzil 36 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3-yə məxsusdur. Tərəflər arasında mülki-hüquq münasibətlər inin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələ ri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğ u və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Apellyasiya kollegiyası hesab etmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və iddiaçının mübahisələndirdiyi hərracın nəticələri haqqında protokolda məhz ilkin olaraq həmin qətnamədə göstərilən qiymətlə eyni olduğundan, həmin hal preyudisial əhəmiyyətə malikdir və belə olan halda ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti hazırkı işdə mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrində müəyy ən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmiş, hüquqi mövqeyini düzgün olar aq izah etmişdir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən və iddiaçının mübahisələndirdiyi hərracın nəticələri haqqında protokolda məhz ilkin olaraq həmin qətnamədə göstərilən qiymətlə eyni olduğundan, həmin hal preyudisial əhəmiyyətə malikdir və belə olan halda ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti hazırkı işdə mübahisələndirilə bilməz. Kassasiya şikayətinin digər dəlili olan “məhkəmə iclası haqqında iddiaçıya rəsmi məlumat verilməməsi” barədə qeyd edilməlidir ki, bu dəlil isə iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan poçt xəbərnaməsi və SMS bildirişlərindən görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona məlumat verilmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri formal dəl il kimi müəyyən edilir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11. 03.2019-cu il tarixli, 2(103)-3484/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar