Məhkəmə qərarları › İş №2(102)-7028/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7028/2019

13.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7028/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi vəkili X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı Şəhəri Nəsimi Rayon Мəhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(006)1703/2019 nömrəli qərardadı ilə (sədrlik edən hakim R.Xəlilov) iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin “xxxx” MMC və LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “icra məmurunun qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu tarixli qərardadı ilə (hakimlər: V.Sadıqov (sədrlik edən və məruzəçi),İ.Xəlilov və A.İmanov; (2(103)-10900/2019) iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(006)-1703/19 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Cavabdehnə qarşı “xxxx” MMC və ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “icra məmurunun qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17.12.2018-ci il tarixli “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2019-cuil tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin həmin məhkəməyə q aytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli 2(006)1703/2019 saylı qərardadı ilə “icra məmurunun qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2019-cu tarixli qərardadı ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(006)1703/19 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli qərardadının ləğv edilməsini və Bakı Şəhər Cavabdeh 17.12.2018-ci il tarixli qərarının ləğv edi lməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci, 8-ci, 23-cü, “İcra haqqında Azərbaycan Respublikası qanununun 28.4-cü, 43.1.1-ci və 45.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205-ci və 337.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 9.1-ci maddələrinin tələbləri pozulmaqla əsassız və qanunsuz qərardad qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi vəkili X1 məhkəmə kollegiyasından kasassiya şikayətinin təmin olunmasını, Bakı Apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və Bakı Şəhər Cavabdeh qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 məhkəmə kollegiyasından kasassiya şikayətinin təmin olunmamasını, Bakı Apelyasiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən digər 3cü şəxs “xxxx” MMC heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən cavabdeh və 3-cü şəxsin işt irakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiya sı məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbinin mahiyyəti tərəflər arasında yaranmış mülki-hüquq münasibətlərindən irəli gələn mübahisə ilə deyil, həmin mübahisənin həlli ilə bağlı yekun məhkəmə qərarının icra mərhələsində icra məmurunun qərarından yaranmış narazılıqla bağlıdır. Belə olan halda iddiaçının tələbinin bu hissəsinə məhkəmə qaydasında, lakin idd ia ərizəsi əsasında yeni mülki iş kimi deyil, icra mərhələsində yaranmış məsələ ilə bağlı verilmiş ərizə şəklində baxıla bilər. Ona görə də məhkəmə, iş məhkəmədə baxılmalı olmaması əsası ilə mülki işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materiallarını araşdıraraq haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülk i iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, icra məmurunun qərarının mübahisələndirilməsi qətnamənin icrası qaydasında, qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət verməklə həyata keçirilməlidir, bunun üçün iddia qaldırmağa ehtiyac yoxdur və belə iddia qaldırmağa yol verilmir. Ona görə də şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar