Məhkəmə qərarları › İş №2(102)-7038/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-7038/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7038/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Ələsgər Əliabbas oğlu Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 2(107)-1065/2021 saylı, 16.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim V. Məlikov) İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 5.438,1 manat pulun vəsaitinin cavabdehdən tutulması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.08.2021-ci il tarixli, 2(107)1065/2021 saylı qətnaməsi ilə (hakim V.İ.Məlikov), birinci instansiya m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəməyə daxil olmuşdur. Bundan sonra Şəki Apelyasiya Məhkəməsi 25.10.2021-ci il tarixli, 2(107)-1065/21 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə İddiaçı tərəfindən kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş kassasiya icraatına qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azər baycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin MK-nın 05.08.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya icraatına qəbul edilmədən mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar