Məhkəmə qərarları › İş №2(102)-7041/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7041/2019

18.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7041/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9954/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxa raq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim Leyla Talıbova) 30 aprel 2019-cu il tarixli, 2(010)-1764/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06 aprel 2014-cü ildə vəfat etmiş X20 tərəfindən miras qalmış ünvan, küçəsi, 59/2 saylı fərdi yaşayış evi miras əmlak kimi X15 tərəfindən qəbul edilmiş hesab edilmiş, X3, X4 və Maraqlı şəxs adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2014-cü il tarixli Şəhadətnamə” və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Maraqlı şəxs adına verilmiş RX seriyalı ******* saylı Çıxarış ləğv edilmiş, iddia ərizəsi qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 30 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı Bakı Cavabdehndə notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qoyan X8 miras qalmış ünvan, küçəsi, 59/2 saylı evə və X5 və İstismarı Birliyi tərəfindən verilmiş 34921 saylı, 10 may 2005-ci il tarixli müqavilə üzrə Hövsan qəsəbəsi ərazində yerləşən 0,06 ha. torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsinə aid miras əmlaklarla bağlı notariat kontorunda sənədləşdirmə işlərinin aparılması ilə əlaqədar olaraq tərəflərindən miras payı qəbul etmək üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi, vərəsəliyin qəbulu müddətinin 3 ayadək uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, miras qoyan X8 miras qalmış ünvan, küçəsi, 59/2 saylı evə və X5 və İstismarı Birliyi tərəfindən verilmiş 34921 saylı, 10 may 2005-ci il tarixli müqavilə üzrə Hövsan qəsəbəsi ərazində yerləşən 0,06 ha. torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsinə aid miras əmlakların ataları X15 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, notariat kontoru tərəfindən ünvan, küçəsi, 59/2 saylı evə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 21 oktyabr 2014-cü il tarixli şəhadətnamənin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan, küçəsi, 59/2 saylı iddiaçıların ev babaları X10 adına olmuşdur. Bundan başqa babaların adına X5 və İstismarı Birliyi tərəfindən verilmiş 34921 saylı 10 may 2005-ci il tarixli müqavilə ilə Hövsan qəsəbəsi ərazisində 0,06 ha. torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsi vardır. Babaları 04 iyun 2014-cü il tarixdə vəfat etmiş və onun adına yuxarıda göstərilən əmlaklar qalmışdır. İddiaçıların ataları X15 babalarının vəfatından sonra vərəsəliyi qəbul edə bilməmiş və 21 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçılar vərəsəlik qaydasında babalarından miras qalmış həmin əmlakı öz adlarına sənədləşdirmək istəyirlər. Miras əmlakın qəbul edilməsi ilə bağlı Bakı 2 saylı Cavabdehndə yerləşən notariat kontoruna ərizə ilə müraciət etmişlər. Lakin oradan onlara imtina edilərək bildirilmişdir ki, mirasın qəbul üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ona görə də onlara vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Üzrlü səbəblərə görə vaxtında vərəsəliyi qəbul edə bilməmişlər. Belə ki, atalarının vəfatından sonra onlar uzun müddət sarsıntı keçirmiş, atalarının qəflətən ölümü onlara çox pis təsir göstərmiş, başları atalarının dəfninə qarışmışdır. Ona görə də vaxtında notaria t kontoruna müraciət edə bilməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmişdir. Qanunvericilik torpaq sahəsinə olan istifadə hüququnun vərəsəlik qaydasında başqa şəxsə keçməsini qadağan etməmişdir. Lakin məhkəmələr göstərilən qanunların tələblərinə zidd olaraq belə nəticəyə gəlmişlər ki, bağ sahəsi miras k ütləsinə daxil deyil və bu səbəbdən vərəsəlik qaydasında başqa şəxslərə keçə bilməz.Bundan əlavə, məhkəmələr belə nəticəyə gəlmişlər ki, miras qoyan vəfat etdikdən sonra mübahisəli bağ sahəsindən iddiaçıların atası Nizami Paşayev istifadə etmişdir. Həmin bağ sahəsində mərhuma məxsus ev, materiallar və digər əşyalar olmuşdur, deməli həmin miras əşyaları faktiki surətdə Nizami Paşayev qəbul etmişdir. Bu halda Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən hesab edilir ki, o, mirası tamamilə qəbul etmişdir.Mərhumun bağ sahəsinə olan istifadə hüququnun onun vərəsələrinə keçməsinin başqa qaydası da qanunda nəzərdə tutulmamışdır. Belə ki, “Yerli icra hakimiyyəti orqanların nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixl i Sərancamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərkən, onların arxiv sənədlərinin AR DƏDRX-yə verilməsi qərara alınmışdır. Lakin ləğv olunmuş X5 və İstismarı Birliyinin arxiv sənədləri DƏDRX-yə verilmiş olsa belə, həmin dövlət orqanı bağ sahələrinə dair istər əvvəlki icarəçi ilə, istər başqa şəxslə hər hansı icarə müqaviləsi bağlamaqdan imtina edir və bunu belə əsaslandırır ki, DƏDRX-nə belə səlahiyyət verilməmişdir. (DƏDRX-nm Bakı İdarəsinin 03 10.2008-ci il tarixli məktubu).Göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilib düzgün nəticə çıxarılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə iddiaçıların qanuni hüquqları pozulmuşdur. M übahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X11və X14 məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9954/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tərəflərin izahatları: İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lmasını xahiş etdi. Cavabdeh 2 saylı Bakı Cavabdehndə notariat kontoru məhkəməyə məktub göndərərək işə notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili X6, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aş ağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,ünvan, küçəsində yerləşən 59/2 saylı fərdi yaşayış evi X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlyəsə Paşayev 06 aprel 2014-cü il tarixdə vəfat etmiş və ölümündən sonra 21 oktyabr 2014-cü il tarixli “Qanun üzə vərəsəlik hüququ haqqında şəhadətnamə”də X10 vərəsələri kimi arvadı X11, qızı X14 və oğlu Maraqlı şəxs göstərilmişlər. Hazırki iş üzrə iddiaçılar İddiaçı1 və Könül X1 əvvəlki nikahından olan oğlu X9 qızlarıdırlar. Nizami Paşayev özü 21 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X15 ailəsindən ayrıldıqdan sonra atasına məxsus ünvan, küçəsi, 59/2 saylı fərdi yaşayış evində yaşamış və həmçinin Hövsan qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsində fərdi yaşayış evi tikdirmişdir. İddiaçıların atası Nizami Paşayev 21 dekabr 2018-ci il tarixdə ölənə kimi həm atasına məxsus ünvan, küçəsi, 59/2 saylı fərdi yaşayış evində, həm də bağ sahəsində yerləşən evdə yaşamışdir. Məhkəmə hesab etmişdir ki, 06 aprel 2014-cü ildə vəfat etmiş X8 qalmış miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir və X15 faktiki olaraq atasından miras qalmış əmlakda yaşamaqla həmin əmlakı faktiki olaraq qəbul etmişdir. Vərəsəlik haqqında şəhadətnamə verilərkə n digər vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borclu olsalar da, X15 və digər vərəsələr barəsində notariat kontoruna məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 06 aprel 2014-cü il tarixində vəfat etmiş miras qoyan X10 vərəsələri X11, X14 və Maraqlı şəxs həm faktiki olaraq, həm də mirası qəbul etməsi mənasına gələn ərizə ilə müraciət etməklə, iradə ifadələrini ortaya qoymaqla mirası qəbul etdiklərini bəyan etmişlər. Qanun üzrə digər vərəsələrə, o cümlədən X12 münasibətdə isə bu qənaətə gəlmək mümkün deyildir. Apellyasiya instansiyası məhkəməs qeyd etmişdir ki, alınmış izahatlardan da aydın olur ki, X18 06 aprel 2014-cü il tarixində vəfat etmiş atası X10 dəfn və yas mərasimlərində işt irak etmiş, yas mərasiminin keçirildiyi evə ilin müxtəlif vaxtlarında gəlsə də özünün vəfat etdiyi günə kimi, yəni 21 dekabr 2018-ci ilə kimi təxminən 3 il 6 ay müddəti ərzində mübahisəsi gedən miras əmlakı faktiki qəbul etməmişdir. Həmçinin o, qanunla müəyyən olunmuş müddət ərzində notariat orqanına müraciət edərək, mirası qəbul etməmişdir. Birinci instansiya məhkəməsi X7 faktiki olaraq atasından miras qalmış ünvan, küçəsində yerləşən 59/2 saylı fərdi yaşayış evində yaşamaqla həmin əmlakı faktiki olaraq qəbul etməsi qətnaətinə gəlsə də, iş üzrə buna dəlalət edən hər hansı sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi bu nəticəyə yalnız iddiaçıların izahatlarına əsasən gəlmişdir. Halbuki işdə olan, X7 şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, onun yaşayış yeri ünvan 3 ünvan ı olmuşdur. Həmçinin iş üzrə dindirilmiş şahidlərdən hər hansısı biri Nizami Paşayevin yuxarıda qeyd olunan evdə daimi yaşamasını göstərməmiş və bunu təsdiq edən digər sübutlar iddiaçılar tərəfindən təqdim olunmamışdır. İş üzrə iddiaçılar tərəfindən təqdim olunmuş şahidlərdən X19 və X2 Paşayevin Hövsan qəsəbəsində bağ evi tikdirməsini və orada yaşamasını göstərmişlər. Həmin ifadələrlə əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin şahidlər Nizami Paşayevin xalaları olmaqla, faktiki olaraq işdə iddiaçılar tərəfindən maraqlı şəxslərdilər. Belə ki, X24 Paşayev ata tərəfdən qardaşları olsalar da, anaları bir deyildir. Digər tərəfdən həmin şahidlərin ifadələri hər hansı başqa sübutla təsdiq olunmamışdır. Həmçinin həmin ifadələrdə göstərilənləri əsas kimi götürülsə də, şahid lər iddiaçıların atasının miras kütləsinə daxil olmayan əmlakda yaşamasını təsdiq etmişlər. Belə ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi belə qətnaətə gəlmişdir ki, Hövsan qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsindən ibarət olan 7/565 saylı bağ sahəsinin yalnız istifadəyə verilməsi nəzərdə tutulmuş, mövcud vəziyyətdə X10 mülkiyyətində olmamış, miras əmlak kütləsinə daxil olmamış və buna görə də vərəsələri tərəfindən miras əmlak kimi qəbul edilə bilməz. Qətnamə həmin hissədə maraqlarına toxunan şəxslər, o cümlədən iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 8 8-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 1300-cü maddəsinə istinad etməklə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv etməklə qanun normasını düzgün təfsir etməmişdir. Belə ki, Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Göründüyü kimi, qanunvericil iklə vərəsələrin olduğu yer məlum olmayan digər vərəsələrin vərəsəliyə çağırılması üçün tədbir görmək öhdəliyi müəyyən olunmuşdur. Lakin hazırki iş üzrə müəyyən olunmuşdur ki, Nizami Paşayevin olduğu yer məlum olmuş, sonuncunun atasının ölümündən xəbəri olmuş və şüurlu olaraq mirasın qəbul edilməsi üçün tədbirlər görməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıların atası olan Nizami Paşayev sağlığında mirası qəbul etməkdən imtina etdiyi və öz mülkiyyətinə keçirmədiyi halda, onun özünün vərəsələri olan İddiaçı1 və İddiaçı2 Maraqlı şəxs adına olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etmək tələbini irəli sürməyə subyektiv hüquqları olmamışdır. Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 1159.1.3 və 1159.1.4-cü maddələrinə əsasən birinci növbədə olan vərəsələrin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç ele mentin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan, küçəsində yerləşən 59/2 saylı fərdi yaşayış evinə münasibətdə X15 tərəfindən vərəsəlik faktiki olaraq qəbul edilmədiyindən, bu xüsusatı təkzib edəcək məhkəməyə hər hansı bir sübut təqdim edilmə diyindən X7 qızları İddiaçı1 və İddiaçı2 “miras qəbulu üçün buraxılmış müddətin bərpa edilməsi. Miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsılik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğvi” tələbində haqlı olmamışlar. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.Kassasiya şikayətində qətnamənin ləğ v edilməsi və ya dəyişdirilməsi üçün maddi və ya prosessual hüqiq normalarını pozulmasına əsas olacaq hər hansı bir hal müəyyən edilməmişdir. Şikayətdə göstərilən arqumentlər iddia ərizəsində qeyd olunmuş, o cümlədən apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma apararaq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Nizami Paşayevin mərhum atası Əlyəsə Paşayevin istifadəsindəki bağ evində yaşaması müəyyən edilsə də, iş materiallarına görə bu mirasın qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddət çərçivəsində deyil, həmin müddətdən sonra olmuşdur ki, bu da onun tərəfindən mirasın qəbul olu nmasını istisna edir. Qanunvericiliyə görə, (Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələri) həm notariat kontoruna ərizə verməklə, həm də sahiblik etməyə faktiki başlamaqla mirasın qəbulu üçün eyni müddət müəyyən edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9954/2019 nömrəli iş üzrə 01 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar