Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7067/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh2 ASC-nin vəkili Vəkil iştirakı ilə. İddiaçı BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2019-cu tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim:Ş.Z.Abdullayev; 2(009)-364/2019) İddiaçı cavabdeh lər “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh2 ASC və Cavabdeh3nə qarşı hərracın nəticələri haqqında Y-283 saylı 12.07.2018-ci il tarixli protokolun ləğv edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov,(sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və E.Y.Şamayev 2(103)-4408/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Hərrac Mərkəzinin “Açıq hərracın nəticələri haqqında” Y-238 nömrəli, 12.07.2018-ci tarixli protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Bank arasından bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya kredit verilmişdir. “Kredit müqaviləsi” üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı özünə məxsus və Bakı şəhəri, ****************** küçəsində yerləşən ******** nömrəli fərdi yaşayış evini (bundan sonra - mübahisəli ev) Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında “İpoteka müqaviləsi” bağlanmışdır. İddiaçı, qeyd edilən “Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edə bilməmiş və onun Banka borcu yaranmışdır. Bu səbəbdən Bank “borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məh kəməsinin 25.04.2017-ci il tarixli qətnaməsi (iş № 2(003)2330/2017) ilə Bankın iddiası qismən təmin olunaraq X1, X2 və (hazırki iş üzrə iddiaçı) İddiaçı əsas kredit borcu olaraq 84.238,25 manat, faiz borcu olaraq 28.780,67 manat, cərimə borcu olaraq 500 manat, ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 40 manat məbləğində pulun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair qət olumuşdur. Həmin qətnamə icra olunması üçün Xəzər Rayon İPŞ-yə göndərilmişdir. İPŞ evi hərraca çıxarmışdır. Cavabdeh Hərrac Mərkəzinin Y-238 nömrəli, 12.07.2018-ci il tarixli protokolundan görünür ki, mübahisəli ev 108.375 manat cavabdeh Banka satılmışdır. Lakin hərrac düzgün keçirilməmişdir. Belə ki, iddiaçıya hərracın keçirilməsi yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməmiş, iddiaçı ona məxsus əmlakın hansı qaydada satılmasından xəbərdar olmamışdır.Ona görə də, cavabdeh Hərrac Mərkəzinin sözügedən protokolunun ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələblərinin pozulmuş, apellyasiya şikayətinə baxış zamanı iddiaçının iştirakı təmin edilməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları İddiaçı Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ASC-nin vəkili Vəkil kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət ed ilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli qətnaməsindən (İş № 2(003)-2330/2017) görünür ki, cavabdehlər X1, X2 və (hazırki iş üzrə iddiaçı) İddiaçı ümumilikdə 113.518,92 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan mübahisəli evə yönəldilməsi, evin açıq hərracdan satışa çıxarılması və sair qət edilmişdir. Cavabdeh Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 12.07.2018-ci il tarixli Y-238 nömrəli “Hərracın yekunları haqqında protokolundan” görünür ki, Xəzər Rayon Məhkəməsinin 25.04.2017-ci il tarixli qətnaməsinin icras ı ilə əlaqədar İPŞ-nin 04.04.2018- ci il tarixli, 26/2R nömrəli sifariş məktubuna əsasən, İddiaçı mülkiyyətində olan mübahisəli ev ilkin satış qiyməti 170.000 manat olmaqla açıq hərracdan satışa çıxarılmış və evin alıcısı olmadığı üçün təkrar hərracda 108.375 manata Banka təklif olunmuşdur. 12.07.2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı” barədə müqavilədən görünür ki, iddiaçının mülkiyyətində olan mübahisəli ev 108.375 manata cavabdeh banka satılmışdır. Hərrac Mərkəzi tərəfindən yuxarıda qeyd edilən 2(003)-2330/2017 saylı iş üzrə cavabdehlərə (o cümlədən hazırki iş üzrə iddiaçıya) göndərilmiş 27.04.2018-ci il və 01.06.2018-ci il tarixli bildirişlərdən görünür ki, onlara İPŞ-nin 04.04.2018-ci il tarixli, 26/2R nömrəli sifarişli məktubuna əsasən mübahisəli evin açıq h ərracdan satışa çıxarılması barədə məlumat verilmişdir. 90 saylı Poçt Şöbəsi tərəfindən verilmiş 13.12.2018-ci il tarixli teleqramından görünür ki,MMC tərəfindən göndərilən bildiriş məktubları İddiaçı şəxsən təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. - 416.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; - 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. - 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavil ənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməs inə bərabər tutulur. - 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı cavabdeh Bank qarşısında olan öhdəliklərinin icrasının təminatı olaraq mübahisəli ev ipoteka ilə yüklü edilmişdir. Bank qarşısında yaranan borc öhdəliyi icra edilmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bankın tələbi ipoteka predmetinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişdir. Qətnamə əsasında verilmiş İcra vərəqəsi icra edilməsi üçün İPŞ-yə göndərilmiş və İPŞ-nin icra məmuru İcra vərəqəsi əsasında qətnamənin icrasını həyata keçirmək, yəni ilkin satış qiyməti 170.000 manat məbləğində müəyyən edilən evin açıq hərracdan satışını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görmüşdür. Hərracın təşkili cavabdeh MMC-yə həvalə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, mübahisələndirilən hərracın nəticələrinin, mübahisəli evlə bağlı hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Apellyasiya şikayətinin hərracın keçirilməsi barədə iddiaçıya lazımi qaydada məl umat verilməməsi ilə bağlı dəlili iş materialları ilə tam təkzib olunduğundan əsassız hesab edilməlidir. Səbail Rayon Məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin Bakı Apellyasiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş bildirişlərin məhkəmə prosesi qurtardıqdan sonra ona çatması məhkəmə prosesinin keçrilmə vaxtından xəbərsiz olması barədə dəlilini məhkəmə kollegiyası əsassız hesab edir ona görə ki, iş materiallarından görünür ki, İddiaçı onun apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin barədə məhkəməyə məlumat vermədiyinə görə apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə müvafiq olaraq o nun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin rədd olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şi kayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 12 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7067/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7067/2019
18.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver