Məhkəmə qərarları › İş №2(102)-709/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-709/2022

12.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-709/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4126/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: Hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı oğlu N kollec müdiri vəzifəsinə təyin etdirmək üçün 80.000 manat məbləğində pul almış və həmin hərəkətinə görə onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barələrində CM-nin 70-ci maddəsi tətbiq olunaraq cəzaları müvafiq olaraq 1 il və 2 il müddətinə şərti hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, istintaq orqanına verdiyi ifadələrdə cavabdehlərə 80.000 manat məbləğində pulu oğlunun işə düzəldilməsi üçün verməsini göstərsə də, əslində həmin pulu meyvə-tərəvəz məhsullarının satışının təşkili üçün verməsini, lakin cavabdehlərdən həmin işin təşkilini təmin etməsələr də, ondan aldıqları pulun 60.000 manatını qaytarmamalarını əsas göstərməklə həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4845/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilərək cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə 60.000 manatın tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti ver ərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə onlara münasibətdə ləğv edilib iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4126/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayətləri təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4845/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassa siya şikayəti verərək 80.000 manat məbləğində pul vəsaitinin cavabdehlərə əsl həqiqətdə meyvə-tərəvəz məhsullarının satışının təşkili məqsədi ilə verməsini, həmin işi təşkil edə bilmədikləri üçün cavabdehlərin onun oğlunu işə düzəldəcəklərini bildirmələrini, həmin məbləğin 60.000 manatının ona qaytarılmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, işin həqiqi hallarının nəzərə alınmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən k assasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddiaçının 80.000 manat məbləğində pul vəsaitini cavabdehlərə oğlunun işə düzəldilməsi məqsədi ilə verməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 iyul 2019-cu il tarixli hökmü ilə müəyyən olunmuş və cavabdehlər həmin hərəkətlərinə görə dələduzluq cinayətini etməkdə təqsirli bilinərək məhkum olunmuş və cinayət yolu ilə əldə edilmiş 65.000 manat məbləğində vəsaiti dövlət nəfinə müsadirə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarına əsaslanaraq həmin pul məbləğinin cavabdehlərdən alınaraq iddiaçıya verilməsinin mümkün olmaması nəticəsinə gəlmişdir. Plenumun həmin qərarına görə təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur. CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alını r. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirillir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. İddiaçı həmin iş üzrə zərərçəkmiş qismində tanınmamış və eləcə də mülki iddiaçı qismində çıxış etməmişd ir. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün hüquqi əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4126/2021 nömrəli iş üzrə 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar