Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7091/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 14 mart 2019-cu il tаrixli, 2(075)-390/2019 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, DƏD RX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 183.3 kvadrat metr olan qeyri-yaşayış binasından və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən 94.0 kvadrat metr olan qeyri-yaşayış sahəsindən cavabdehlər X2 və Cavabdeh2 onlara məxsus mal-qara ilə birlikdə çıxarılmaları, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədikləri 10 manat məbləğində dövlət rüsumu xərcinin onların özlərinə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən-məruzəçi), A.Mahmudov v ə V.Məlikov, İş № 2(107)1962/2019) cavabdehlərin apelyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 14 mart 2019-cu il tаrixli 2(075)-390/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus mal-qara ilə birlikdə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) X3 sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən 183.3 kvadr at metr olan qeyri-yaşayış binasından və İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən RX seriyalı, ******* nömrəli Dövlət reyestrindən çıxarışa əsasən 94.0 kvadrat metr olan qeyri-yaşayış sahəsindən cavabdehlər X2 və Cavabdeh2 onlara məxsus mal-qara ilə birlikdə mülkiyyətçilərə məxsus qeyri yaşayış sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, birinci və apellyasiya instansiyası məhkəmələri yalnız iş üzrə iddiaçıların çıxarışının mövcudluğuna istinad etmiş, lakin həmin çıxarışın verildiyi tövlənin harada və kimin ərazis ində yerləşməsi barədə hər hansı araşdırma aparmamış və bununla da sübutlara tam hüquqi qiymət verməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, onlar üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü mad dəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ver mir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********22-06301 reyestr nömrəli çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən 0,0205 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 183,3 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası İddiaçı2 mülkiyyətindədir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmi ş RX seriyalı ******* nömrəli, **********21-06301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0,0118 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94,0 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası İddiaçı1 mülkiyyətindədir. Şəki şəhər İHB-nin Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 19 fevral 2019-cu il tarixli, ********* nömrəli arayışdan görünür ki, RX ******* nömrəli dövlət reyestri ilə Orta Zəyzid kənd sakini İddiaçı1 və RX ******* nömrəli dövlət reyestri ilə Orta Zəyzid kənd sakini İddiaçı2 na məxsus olan əmlakda mülkiyyətçilərin icazəsi olmadan Orta Zəyzid kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 özlərinə məxsus olan iri və xırda buynuzlu mal-qara saxlayırlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmçinin müəyyən edilmişdir ki, ƏMDK yanında DƏDRX- nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********22-06301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,0205 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 183,3 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası İddiaçı2 mülkiyyətində, ƏMDK yanında DƏDRXnin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, **********2106301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0,0118 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 94,0 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası İddiaçı1 mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan həmin qeyriyaşayış sahələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilməklə, yəni mal-qara saxlamaqla zəb t edildiyindən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qeyri-yaşayış sahələrindən iddialarının istifadələrinə maneə yaratdığından iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin edərək, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 183.3 kvadrat metr olan qeyri-yaşayış binasından və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən 94.0 kvadrat metr olan qeyri-yaşayış sahəsindən cavabdehlər X2 və Cavabdeh2 onlara məxsus malqara ilə birlikdə çıxarılmala rı nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiq hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ-subyektin onа mənsub əmlаkа (əşyаyа) öz ist ədiyi kimi sаhibi olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdirlər ki, apellyasiya instan siyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillər apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərin təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq nor malarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7091/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7091/2019
06.11.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver