Məhkəmə qərarları › İş №2(102)-71/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-71/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-71/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi ziyanın ödənilməsi 17.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(103)653/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İşin hallarına görə, iddiaçı cavab dehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurduqları maddi zərərə görə 290.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırıb ki, Cavabdeh1 X-nin Binəqədi rayon əməkdaşlarından bir qrup şəxslə birgə öz səlahiyyətlərindən istifadə edərək ona qarşı qanunsuz hərəkətlər həyata keçirmişlər. Belə ki, o, 2014-cü ildən Xadlı şəxslə birlikdə siqaret satışı ilə məşğul olmuş, mütəmadi olaraq siqaretlərin satışı iləəlaqədar ona kömək etmişdir. 2015-ci ilin fevral ayında Xona zəng edərək “X” markalı avtomobillə 100 qutu siqaretin “Elit” ticarət mərkəzinin yaxınlığında X adlı şəxsə satılacağını, X siqaretlərin dəyəri o laraq 100.000 ABŞ dolları məbləğində pulu verəcəyini, X“XX” restoranında görüşəcəyini demişdir. Yolda olarkən “Qazel” markalı avtomobilin sürücüsü Xəməkdaşları tərəfindən yaxalandığını demiş, “X” restoranından çıxan zaman bir zamanlar işçisi olmuş X rastlaşmış, öz avtomobilinin açarlarını Xverərək evə aparmasını xahiş etmiş, özü isə X avtomobilinə minərək oradan aralanmışdır. Xonun avtomobilini idarə edən zaman Xəməkdaşları tərəfindən saxlanılmış və Binəqədi rayon idarəsinə gətirilmiş, lakin onun olmadığı müəyyənləşdirildikdən sonra sərbəst buraxılmışdır. Daha sonra, X adlı şəxs işə bilavasitə Cavabdeh2 nəzarət etdiyini, Xonun işinin 120.000 manat pula həll ediləcəyini, əks təqdirdə qanunsuz ticarətlə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəyini, barəsində rüsvayedici məlum atların yayılacağı ilə hədələmiş və nəticədə 120.000 manatı x vasitəsi ilə MTN-nin əməkdaşlarına vermişdir. Ümumilikdə ondan 100.000 ABŞ dolları məbləğində siqaret məhsulları və 120.000 manat məbləğində pul vəsaiti alınmışdır. Bu işlərlə əlaqədar İddiaçı barəsində dələduzluq və etibardan suiistifadə etmə yolu ilə bir sıra şəxslərin əmlaklarını əldə etmə şübhəsi ilə cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 mart 2019-cu il tarixli hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarına rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tari xli hökmü ilə Cavabdeh1 Cinayət Məcəlləsinin 125, 145, 179, 182, 302, 311 və 341 -ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bütün edilən qanunsuz hərəkətlər və mənəvi təzyiqlər iddiaçının daimi olaraq əsəb, gərginlik, stress keçirməsinə səbəb olmuş və ona xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Ona görə də, hazırkı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddianı n təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Həmçinin, iddiaçının özünün fəaliyyəti qanunsuz olub və iddiaçı öz tələbini sübuta yetirə bilməyib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1-21.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.C. Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi qismən- Cavabdeh1 vurulmuş maddi ziyana görə 120.000 manat pulun tutulması hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilib, Cavabdeh1 maddi ziyana görə 120.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 münasibətdə rədd etməklə səhv nəticəyə gəlib. Belə ki, Cavabdeh1 təqsiri üzündən iddiaçıya 120.000 manat maddi ziyan vurulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə tam təsdiq olunur. Bu səbəbdən də həmin zi yan Cavabdeh1 tutulub iddiaçıya verilməlidir. Həmçinin, iddiaçı məhkum Cavabdeh1 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınıb və həmin hökmlə ona mülki mühakimə icaatı qaydasında vurulmuş zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1-21.3, 385.1, 386.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilmə sini xahiş edib. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasə n, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən edilmiş hallarına görə, İşin hallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmünə əsasən Cavabdeh1 Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci və sair maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçının tələbi cavabdehlərdən 100.000 ABŞ dolları dəyərində 100 qutu İsveçrə istehsalı olan “Kent” siqaretinin və ya onların dəyərinin, hədə-qorxu yolu ilə alınmış 120.000 manat pul məbləğinin və dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulması barədədir. İddiaçı tələbinin əsası kimi siqaret satışı ilə məşğul olarkən cavabdehlər tərəfindən hədə-qorxuya məruz qalması və cavabdehlərin vəzifə səlahiyyətlərindən istifadə etməklə onun 100 qutu İs veçrə istehsalı olan “X” siqaretini və 120.000 manat pulunu mənimsəmələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman iddia tələbinin əsası kimi istinad olunan halların sübuta yetirilməməsinə, eləcə də iddiaçının özünün fəaliyyətinin qanunsuz olmasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 120.000 manat pul tələbi istisna olmaqla qalan hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, həmin hissələrdə məhkəmə işin hallarını düzgün müəyyən etmiş və işin hallarına uyğun gələn maddi və prosessual hüquq normalarını tətbiq edib iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddianın Cavabdeh1 120.000 manat pul tələbinə dair hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab e tmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun deyil və bu baxımdan həmin hissədə maddi və prosessual hüquq normaları həmin hissədə düzgün tətbiq olunmamışdır. Belə ki, işin müəyyən edilmiş hallarından, o cümlədən Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmündən göründüyü kimi, Cavabdeh1 məhkum olunmasının əsaslarından biri də onun 2015-ci ilin fevral ayında, Bakı şəhərində mütəşəkkil dəstə tərkibində barələrində cinayət təqibi davam etdirilən digərləri ilə birlikdə vəzifə səlahiyyətlərindən özü və üçüncü şəxslər üçün qanunsuz üstünlükəldə etmək, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş siqaret məhsullarının satışı ilə məşğul olan İddiaçı və X1 miqdarda pul vəsaitlərini ələ keçirmək məqsədilə hakimiyətdən və öz qulluq mövqeyindən müntəzəm surətdə tamah məqsədi ilə sui istifadə edib rəsmi surətdə qeydə alınmış hər hansı araşdırma materialı, əməliyyat məlumatı ərizə və ya siqnal işi olmadığı halda, İddiaçı və XX-nin Binəqədi rayon idarəsinə gətirilməsinə nail olmuş, qaçaqmalçılıq yolu ilə ölkəərazisinə gətirilmiş siqaret məhsullarının qanunsuz ticarəti ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb ediləcəkləri, barələrində həbs qətimkan tədbiri seçiləcəyi, rüsvayedici məlumatların yayılacağı ilə hədələyərək İddiaçı 120.000 manat pul vəsaitini, X isə 55.000 manat dəyərində 55 qutu “Kent” markalı siqaretləri hədə-qorxu ilə tələb edib mütəşəkkil təstə tərkibində təkrarən özgənin külli miqdarda əmlakını ələ keçirməklə, fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin cəmiyyə tin və dövlətin qanunla qorunan mənafeyinə ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Həmin hökmdən verilən apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin edilməmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, İddiaçı 120.000 manat pul vəsaitinin Cavabdeh1 və digərləri tərəfindən hədə-qorxu ilə tələb olunub ələ keçirilməsi və bununla da ona zərər vurulması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır və bu faktın (hadisənin) yenidən araşdırılmasına və sübut olunmasına ehtiyac yoxdur. İddiaçı da qeyd olunan hissədə tələbini əsaslandırarkən məhz bu hala, yəni 120.000 manat pul vəsaitinin Cavabdeh1 və digərləri tərəfindən hədə-qorxu ilə tələb olunub ələ keçirilməsinə istinad etmişdir. Azərbaycan Respub likası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, İddiaçı hazırkı işdə cavabdehlərdən tələb etdiyi 120.000 manat pul vəsaitinin cinayət yolu ilə, yaxud digər qanunsuz fəaliyyət nəticəsində əldə olunmasına dair hər hansı sübut yoxdur. Ona görə də, iddiaçının fəaliyyətinin qanunsuz olmasına istinad edib iddianı göstərilən hissədə rədd etməklə birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya 120.000 manat ziyan vurulması adı çək ilən hökmlə tam təsdiq olunur və bu ziyan Cavabdeh1 tutulub iddiaçıya verilməlidir. İddiaçı Cavabdeh1 barəsində cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və hökmlə ona mülki mühakimə icaatında qaydasında vurulmuş zərərin ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq hüququ olduğu izah edilmişdir. Bakı Hərbi Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmündə digərləri barəsində cinayət təqibinin davam etdirilməsi qeyd olunsa da, iş üzrə digər cavabdeh olan Cavabdeh2 haqqında cinayət təqibi orqanının müvafiq qərarı, yaxud qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığından, eləcə də iddiaçı tərəfindən ona aid hissədə mötəbər sübutlar təqdim olunmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 120.000 manat pul tələbini Cavabdeh2 aid hissədə rədd etməkdə haqlı olmuş dur. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, gələcəkdə cinayət mühakimə icraatı qaydasında Cavabdeh2, yaxud digərlərinin iddiaçıya məxsus 120.000 manat pulun hədə-qorxu iləələ keçirilməsində iştirakının sübut olunacağı təqdirdə, Cavabdeh1 həmin şəxslərə qarşı müvafiq iddia qaldırmaq hüququ da yaranacaqdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan idd ia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1 -ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübut ları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən göstərilən hissədə ona vurulan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də qətnamə qeyd olunan hissədə ləğv olunmalı və iddia təmin edilməlidir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassas iya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan arqumentlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 fevral 2022-ci il tarixli, 2(103)-653/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişd irilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar