Məhkəmə qərarları › İş №2(102)-710/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-710/2019

05.02.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-710/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 05 fevral 2018-ci il İŞ № 2(102)-710/ 2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(107)-1347/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Süleymanov Səfəralı Bayramalı oğlunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(025)-274/201 6 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.N.Abbasov) İddiaçı cavabdehlər “Cavabdeh1” MMC, Qəbələ rayon İcra Şöbəsi, üçüncü şəxslər X8 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli, 2(107)-161/2017 saylı qətnaməsi ilə (hakimlər İ.F.Quliyev sədrlik edən, məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Xavər İsmayılova qətnamədən kassasiya şikayət i vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2018-ci il tarixli, 2(102)-1413/2018 saylı qərarı ilə (hakimlər M.T.Əhmədova sədrlik edən, məruzəçi, Ə.M.Rüstəmov və Ə.G.Nurməmmədov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(107)-1347/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Əliyev sədrlik edən, məruzəçi, M.M.Hüseynov və İ.H.Şükürov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ rayon məhkəməsinin 05 aprel 2016-cı il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı “keçirilmiş hərracın etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, 21 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən X4 borcunun müqabilində Qəbələ rayonu, Nic qəsəbəsi, 0,46 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24,0 kv.metr fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Bundan sonra borc ödənilmədiyindən, X2in tələbinə əsasən məhkəmənin qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli icra vərəqəsi üzrə müəyyən icra hərəkətləri həyata keçirilmiş və onun xəbəri olmaqdan ipoteka predmeti satılmışdır. Halbuki, evin qiymətləndirilməsi həyata keçirilərkən, onun evinə baxış keçirilməmişdir. Eləcə də evə dair hərraclar keçirilərkən hərracın keçirilməsi qaydalarına riayət olunmamış və hərrac düzgün keçirilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili X, cavabdehlər “Cavabdeh1” MMC, Qəbələ rayon İcra Şöbəsi, üçüncü şəxslər X2 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, pros essual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, mübahisəli evin X6 Vəliyev arasında bağlamış borc müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoyulmasına, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tutmanın həmin evə yönəldilməsinə, icra məmurunun sifarişinə əsasən qiymətləndirici tərəfindən ipoteka predmetinin qiymətləndirilməsinə, ipoteka predmet inin ilkin satış qiyməti və hərracın keçirilmə vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə, ipoteka predmeti hərracda satılmadığına görə onun tələbkar X2ə təklif edilməsinə, sonuncu təklifi qəbul etdiyi üçün onunla icra məmuru və hərracın təşkilatçısı arasında “hərracın yekunlarına dair” alqı-satqı müqaviləsi və hərracın nəticələri ilə bağlı müvafiq protokol tərtib edilməsinə, hərracın qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmamaqla keçirilməsinə və beləliklə də iddia tələblərini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5, 416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəm əsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosesssual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Nic qəsəbəsi, 0,46 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24 kv.metr olan fərdi yaşayış evi X6 Vəliyev arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsülü kimi ipoteka ilə yüklü edilmişdir. Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi ilə iddiaçıya məxsus olan sözügedən evin və evin yerləşdiyi 0,46 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq satılması, ipoteka ilə yük lü edilmiş həmin əmlakın satışından əldə edilən vəsait hesabına X1 cəmi 18.036,44 manat borcunun ödənilməsi qət edilmişdir. Sonradan qətnamə qanuni qüvvəsini alaraq müvafiq icra vərəqəsi verilmişdir. Bundan sonra icra məmurunun sifarişi ilə “xxxx” MMC-nin 27 avqust 2011-ci il tarixli hesabatına əsasən ipoteka predmeti 17.000 manat məbləğində qiymətləndirmiş və ipoteka predmetinin ilkin satış qiyməti ilə birinci hərrac 06 dekabr 2011-ci il tarixdə keçirmiş, lakin alıcı olmadığına görə hərrac baş tutmamışdır. 10 yanvar 2012-ci il tarixdə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərrac keçirilmiş, lakin yenə də alıcı olmadığına görə hərrac baş tutmamışdır. 26 yanvar 2012-ci il tarixdə “hərracın yekunları haqqında” protokola və “hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair” müqaviləyə əsasən ipoteka predmeti ilkin satış qiymətindən 25 faiz az olmayan son satış qiymətlə, yəni 10.838 manata X2ə satılmış və sonuncu həmin qiymətlə ipoteka predmetini almışdır. Daha sonra işdən görünür ki, İddiaçı məhkəmədə Qəbələ rayon İcra Şöbəsinə və “xxxx” MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair iddia qaldırdığından, Qəbələ rayon məhkəməsinin 30 avqust 2016-cı il tarixli qərardadı ilə qeyd olunan mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır (iş vərəq 91, 92). Eləcə də işə əlavə edilmiş Qəbələ rayon məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Qəbələ rayon İcra Şöbəsinə, “xxxx” MMC-nə və X2ə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsinə dair” iddiası təmin edilərək, “xxxx” MMC-nin 27 avqust 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilərək, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24,0 kv.metr olan fərdi yaşayış evinin qiymətinin 42.000 manat olduğu əsas götürülməklə Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, ipoteka predmetinə dair hərracın “xxxx” MMC-nin “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” 27 avqust 2011-ci il tarixli hesabında gö stərilən qiymətə əsasən aparılmasına, həmin hesabatda fərdi yaşayış evinin yerləşdiyi 0,46 ha torpaq sahəsinə ümumiyyətlə qiymət qoyulmamasına, fərdi yaşayış evinə qoyulmuş 17.000 manat ilkin satış qiymətinin isə açıqaşkar ipoteka predmetinin real bazar qiymətinə tərs mütənasib olmasına, qeyd olunan faktların qanuni qüvvəyə minmiş Qəbələ rayon məhkəməsinin 14 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilməsinə əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki is üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azər baycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların nəzərə alınmaması hüququ müəyyənlik prinsipi baxımından da yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Rusiya Konservativ Sahibkarlar Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarında xatırladır ki, “hüquqi müəyyənlik tələbi “res judicata” prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyəti işə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirilməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkar olunmaz hallarından irəli gəlsin. Həmin Məhkəmənin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarında isə qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkə mə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Apellyasiya instansiyası məhkəməsi qeyd olunan prosessual normanın tələblərini pozaraq, ipoteka predmetinin real bazar qiymətinə açıq-aşkar uyğun olmayan qiymətlə, yəni 10.838 manata tələbkar X2ə satılmasına, Qə bələ rayonu, Nic qəsəbəsində yerləşən 0,46 ha torpaq sahəsinin və onun üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24,0 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinə dair biri-birindən kəskin şəkildə fərqlənən rəylərin olmasına diqqət yetirmədən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hərracın keçirilməsinə əsas olmuş “xxxx” MMC-nin 27 avqust 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilərək, sözügedən ipoteka predmetinin qiymətinin 42.000 manat olması əsas götürülməklə Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsinin qət edilməsini nəzərə almadan, hərracın Mülki Məcəllədə müəyyənləşdərilmiş qaydaları pozmamaql a keçirildyi qənaətinə gəlmişdir. Halbu ki, həmin Məcəllənin 416-cı maddəsinin mənasına görə, hərracın nəticələri, o cümlədən hərracın nəticələrinə dair bağlanmış müqavilə o, vaxt etibarlı sayıla bilər ki, hərrac Mülki Məcəllədə müəyyənləşdərilmiş qaydaları pozmamaqla keçirilmiş olsun. Eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə görə, bu qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 39, 39.3.3-cü maddələrində isə göstərilir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini və sair göstərməyə borcludur. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxla yanın qarşılıqlı razılaşmaları əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddənin mənasına görə, məhkəmənin qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməməsi, eləcə də ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməməsi və ya onlar arasında mübahisə olduqda ipoteka predmetinin ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən təyin edilməməsi, həmçinin ilkin satış qiymətinin ipoteka predmetinin real bazar qiymətindən kəskin şəkildə fərqlənməsi və sair hallar hərracın qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilməsi qənaətinə gəlməyə əsas verir və qanunda bütün bunlar harracın mühüm elementləri və keçirilməsinin zəruri ş ərtləri kimi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Qəbələ rayon məhkəməsinin 03 mart 2011-ci il tarixli qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətinin ümumiyyətlə göstərilməməsinə, sonradan ipoteka predmetinə müstəqil qiymətləndiriclərin, yəni “xxxx” MMC-nin 27 avqust 2011-ci il tarixli rəyi ilə 17.000 manat, “xxxx” MMC-nin 23 dekabr 2016-cı il tarixli rəyi ilə 45.000 manat, həmin Cəmiyyətin 02 iyun 2017-ci il tarixli rəyi ilə 42.000 manat qiymət qoyulmasına əhəmiyyət vermədən, həmin rəyləri məhkəmədə tədqiq edib digər sübutlarla yanaşı qiymətləndirmədən, eləcə də bu barədə kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki 05 mart 2018-ci il tarixli qərarında şərh edilən məcburi göstərişləri nəzərə almadan Azərbaycan Respublikası MPM-nin 101.3, 103.1 və 420-ci ma ddələrinin tələblərini pozaraq iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qay dalara əməl etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı və vəkili Süleymanov Səfəralı Bayramalı oğlunun kassasiya şikayəti təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(107)-1347/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar