Məhkəmə qərarları › İş №2(102)-710/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-710/2022

28.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-710/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Suraxanı rayon İcra və probasiya şöbəsinə, ARƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbinə dair iş üzrə QƏRARİ 2(102)-710/2022 (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Bakı şəhəri 28.02.2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8659/2021 nömrəli iş üzr ə 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 16.05.2016-cı il tarixli, 2(010)-252/2016 saylı qətnaməsi ilə Cavabdeh2-nin iddia tələbi qismən təmin edilərək ondan Bankın xeyrinə ümumilikdə 116095 ABŞ dolları məbləğində kredit borcunun tutulması, tutulacaq məbləğin tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin hərracda ilkin satı ş qiyməti 160.000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti ilə təmin edilmiş iddia tələbi həcmində manat məzənnəsinə uyğun olaraq iddiaçıya ödənilməsi, iddiaçıya ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ona qaytarılması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hərracda satıldıqdan 1 ay sonra onun həmin evi məcburi qaydada boşaltması barədə qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, ”Nikoyl” İKB ASC ("xxxx"), Suraxanı rayon İcra və Probasiya Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli, 2(103)-3714/2018 saylı icra vərəqəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 19.08.2019-cu il tarixli, 18- 78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hərraca dair 23.10.2019-cu il tarixli, № Y-240/1 saylı hərracın nəticələri haqqında protokolun, onun əsasında "xxxx" MMC ilə Nikoyl İKB ASC arasında bağlanmış 23.10.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı- satqısına dair müqavilənin etibarsız sayılması və hərracın yenidən keçirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)-3714/2018 saylı icra vərəqəsinə əsasən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin 19.08.2019-cu il tarixli, 18-78045 saylı sifariş məktubu əsasında onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Cavabdehlərdən "xxxx" MMC ilə digər Cavabdeh2 arasında bağlanmış 23.10.2019-cu il alğı-satqı müqaviləsinə əsasən ilkin satış qiyməti 165.000 manat qiymətləndirilən əmlak 105.188 manata Banka təklif edilmişdir. "xxxx" MMC “İpoteka haqqında” AR Qanunun tələblərini pozmuş, belə ki, hərrac keçirərəkən ipoteka qoyan tərəf kimi ona hərracın keçirilməsinə dair bildirişlər göndərməmişdir. Buna görə də həmin hərracın keçirilməsindən xəbəri olmamışdır. O, rəsmi olaraq ünvan 3 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ipoteka ilə yüklü etdiyi ünvan 2 ünvanında yaşayır. Ancaq buna baxmayaraq hərracın vaxtı və yeri barədə bildiriş daxil olmamışdır. Onun hərracda iştirak edərək mülkiyyətini əldə etmək imkanını məhdudlaşdırmışlar. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinə dair qanunla nəzərdə tutulmuş verilməsini təsdiqetmə üsulu ilə bildirişin ipoteka qoyana göndərilməməsi “İpoteka haqqında” AR Qanunun tələblərinə ziddir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 İKB ("xxxx") ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İKB ("xxxx" ASC)-nin nümayəndəsi mübahisəli mənzilin iddiaçı tərəf indən yenidən bankdan alğı-satqı yolu ilə almaq üçün razılıq verilməsini və buna görə onlara vaxt verilməsinə və iddiaçı tərəfindən mənzilin hərracın satış qiymətinə uyğun olaraq istənilən vaxt alınmasına bankın heç bir etirazının olmamasını bildirdi. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-1124/2020 saylı 05.11.2020-ci il tarixli qətnaməsi (hakim X2) ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçıya məxsus olmuş əmlak bilavasitə məhkəmə qətnaməsi əsasında müəyyənləşdirilmiş ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmışdır və bu səbəblə də əmlakın hərraca çıxarıldığı qiymətlə bağlı araşdırma aparılmasına ümumiyyətlə zərurət yoxdur. Keçirilmiş hərracın və bunun nəticəsində mənzilinin banka satılmasının qanunsuzluğu ilə əlaqədar iddiaçının irəl i sürdüyü arqumentlərlə bağlı isə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Suraxanı rayon İcra və Probasiya şöbəsinin 19.08.2019-cu il tarixli 18-78045 saylı sifariş məktubu əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.10.2019-cu il tarixli 2(103)-3714/2018 saylı icra vərəqəsinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 165000 manat müəyyənləşdirilmiş mənzil 105188 manata tələbkara (Cavabdeh2-yə) satılmışdır. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı ilkin və təkrar hərrac barədə xəbərdar olunmuşdur. İddiaçı tərəf hərracın keçirilməsi ilə bağlı ona bildirişlər göndərilməməsi səbəbindən mənzilin özü tərəfindən əldə etmək imkanın məhdudlaşdırılmasını əsas gətirərək, hərracın nəticələrinə dair yekun protokolunun etibarsız hesab edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə prosesi zamanı iddiaçı tərəfin mübahisəli mənzili yenidən bankdan alğı-satqı yolu ilə almaq ücün təklifini cavabdeh tərəfin nümayəndəsi qəbul edərək iddaçının mənzili əldə etməsinə şərait yaradılacağını bildirmiş, iddiaçı bunun üçün bankdan onlara 1 ay vaxt verilməsini və bununla bağlı məhkəmədən evin alğı- satqısını həyata kerimək üçün məhkəmə iclasının 1 ay təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilərək, işin baxılması bir ay təxirə alınsa da, iddaçı tərəf maddi imkanları olmadığı üçün bankla alğı-satqı müqaviləsi bağlaya bilmədiklərini göstərmişdir. Lakin bankın nümayəndəsi bundan sonra da iddiaçı ilə mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin bağlanmasına hazır old uqlarını bildirmişdir. Göründüyü kimi, iddiaçı hərrac protokolunun etibarsız hesab edilməsini mənzili hərracda almaq üçün tələb etdiyini bildirsə də, cavabdeh tərəfindən buna şərait yaradılmasına baxmayaraq, o mənzilin alınması üçün heç bir cəhd etməmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən MPM-nin 14, 77, 119, 217, MM-nin 319, 415, 416, “İpoteka Haqqında” Qanunun 43-cü maddələrinə istinad etmişdir. Suraxanı rayon məhkəməsinin 2(010)-1124/2020 saylı 05.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8659/2021 saylı 13.09.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər-X1 (sədrlik edən və məruzəçi), X4 və X5) Suraxanı Rayon Məhkəməsinin 2(010)-1124/2020 saylı iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 30.08.2019-cu il tarixli bildirişin surətindən görünür ki, açıq auksion formasında hərracın keçirilməsi 18.09.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin 30.08.2019-cu il tarixli 11 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 165000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Müvafiq poçt qəbzinin surətindən görünür ki, qeyd edilən bildiriş iddiaçının ünvanı üzrə göndərilmiş, 31.08.2019-cu il tarixdə Eldarov Elnur adlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Bundan başqa, "xxxx " MMC-nin açıq hərracın keçirilməsinə dair 20.09.2019-cu il tarixli bildirişin surətindən görünür ki, açıq auksion formasında təkrar hərracın keçirilməsi 02.10.2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin 20.09.2019-cu il tarixli 12 nömrəli buraxılışının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin təkrar hərracda 140250 manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi ilə bağlı elan dərc edilmişdir. Müvafiq poçt qəbzlərinin surətindən görünür ki, qeyd edilən bildiriş iddiaçının hər iki ünvanı üzrə göndərilmiş, 21.09.2019-cu il tarixdə “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Hərracın yekunlarının etibarsız hesab edilməsi ilə bağlı iddiaçının qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, hərrac keçirilərkən h ərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Sözügedən hərracın nəticələri haqqında protokolu etibarsız hesab etmək üçün əsas yoxdur. İş materiallarında olan 143122, 143423, 143424 nömrəli qəbzlərdən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər iddiaçının ünvanına “Mega Ekspress” sürətli poçt vasitəsi ilə göndərilmiş və 30.08.2019-cu il tarixli bildiriş xəbərnaməyə imza olunmaqla Eldarov Elnur adlı şəxs tərəfindən qəbul edilmiş, digər bildiriş isə hər iki ünvan üzrə göndərilsə də, “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və o özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırarkən “İpoteka Haqqında” qanunun 42, 43, MMnin 415, MPM-nin 14, 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Kassator kassasiya şikayətinin dəlillərini əsaslandırar aq qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 -ci və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.011 ci maddələrinin tələblərini pozaraq mülki işə tətbiq etdikləri maddələri səhv əsaslandıraraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən, Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə dair ən geci otuz gün qalmış bildirməlidir. Bildirişə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, h cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti ha qqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 -ci maddəsinə əsasən, Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.011 -ci maddəsinə əsasən, Lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi ü çün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəd; İcazəmüvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün icazə verən orqan tərəfindən verilən rəsmi sənəd (icazə, razılıq, sertifikat, şəhadətnamə, akkreditasiya və s) ərizəçi ilə bağlanılan müqavilə və ərizəşiyəmünasibətdə edilən hər hansı digər hərəkətdir. Yuxarıda yazılan maddələri əsas götürərək "xxxx" MMC tərəfindən mülkiyyətimdə olan və ipoteka predmeti olan fərdi yaşayış evimə dair hərrac keçirdiyi zaman ipoteka qoyana, yəni mənə verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməməsi irəli sürülmüşdür. Apellyasiya şikayətinin əsasa uyğun olaraq araşdırılması apellyasiya şikayətində önəmlə qeyd edilmişdi r. Ancaq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, "xxxx" MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərracın keçirilməsinin vaxtı, yeri və forması barədə qanunauyğun olaraq məni məlumatlandırmışdır. Bunu isə onunla əsaslandırmışdır ki, iş materialında olan 143122, 143423, 143424 nömrəli qəbzlərdən görünür ki, "xxxx" MMC mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər iddiaçının ünvavnına “Meqa Ekspress” sürətli poçt vasitəsilə göndərilmiş və 30.08.2019-cu il tarixli bildiriş xəbərnaməyə imza olunmaqla Eldarov Emin adlı şəxs tərəfindən qəbul edilmiş, digər bildiriş isə hər iki ünvana üzrə göndərilsə də, “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının məhz bu əsasını yalnış hesab edərək “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 1.011 ci maddələrinin tələbinə uyğun olaraq qeyd edirəm ki, yüksək araşdırma məhkəməsi “Meqa Ekspress” adlı xidmətin poçt rabitəsi xidməti ilə məşğul olma sələhiyyətinin olubolmamasını yoxlamamışdır. Sözügedən qanuna uyğun olaraq lisenziya verilmiş hüquqi və fiziki şəxslər tərəfindən sürətli poçt xidməti ilə məşğul ola bilər. Yüksək araşdırma məhkəməsi “Meqa Ekspress” adlı sürətli poçtun xidmətini qanuni sayaraq hərracın keçirilməsinə dair bildirişin ünvana çatdırılmasını qəbul edirsə, hesab edirik ki, “Meqa Ekspress” adlı xidmətin poçt fəaliyyəti ilə məşğul olma lisenziyasının ol ub-olmamasını, “Lisenziyalar və icazələr” portalında olub-olmama hissəsini də araşdırmalı idi. Belə bir məsuliyyət tələb edən sahə ilə məşğul olan xitmətin bu sahədə qanunauyğun olaraq fəaliyyət göstərmə hüququ yoxsa, o zaman, hansı hüquqi əsasla onun tərəfindən çatdırılması iddia edilən bildirişin mənim ünvanıma çatmasına inanılmalıdır. Hansı hüquqi əsasla inanılmalıdır ki, fəaliyyətinin qanuni olub-olmaması bilinməyən “Meqa Ekspress” adlı şirkət mənim ünvanıma doğurdan da hərracın keçirilməsini əks etdirən bildiriş gətirib ya yox. Hesab edirəm ki, mülki iş iddia tələbimin təmin edilməsinə uyğun olaraq hər iki araşdırma instansiya məhkəməsində araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Tərəflər arasında mülki hüquq münastbətləri yarandığı vax qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsi: Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ip oteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının iddiasının əsası kimi isti nad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi n əticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına u yğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8659/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar