Məhkəmə qərarları › İş №2(102)-711/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-711/2020

29.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-711/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-10681/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova, iş № 2(005)-823/2019) İddiaçı Cavabdeh-yə qarşı maddi və mənəvi ziyanın ödənil məsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh-dən İddiaçı xeyrinə ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla 190,09 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh-nin İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, İddiaçı banka olan borcunu tam ödəməklə kredit müqaviləsi üzrə icra edilməmiş heç bir öhdəliyi qalmamış, əksinə borclu tərəfindən banka 184,71 ABŞ dolları məbləğində artıq ödəniş edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş həmin hala əsaslanan İddiaçı artıq ödədiyi 184,71 ABŞ dollarının və mənəvi ziyana görə 2000 manatın bankdan onun xeyrinə tutulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh tələb olunan pul məbləğinin İddiaçı öz istəyi ilə hesabdan hesaba köçürülməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qayda da məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi onun tərəfindən banka 184,71 ABŞ dolları məbləğində artıq ödəniş etməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Normanın məzmununa görə qiyməti 2000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə, yuxarıda qeyd olunduğu kimi, əmlak xarakterli iddianın qiyməti cəmi 184,71 ABŞ dolları təşkil edir ki, bu da əmlak xarakterli iddialar üçün qanunda müəyyən olunmuş 2000 manatdan azdır. Lakin işdən göründüyü kimi iddiaçı tərəfindən banka qarşı eyni zamanda əmlak xarakteri daşımayan, yəni 2000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qeyri-əmlak xarakterli tələb irəli sürülmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini baxılması üçün göndərərkən işin həmin hallarını araşdırmamış və onlara müvafiq qiymət verməmişdir. Belə olduqda, əsas iddia ilə birlikdə irəli sürülmüş qeyri-əmlak xarakterli iddianın (törəmə iddia) qiymətinin 2000 manat təşkil etdiyi vəziyyətdə qətnamədən kassasiya şikayətinin verilməsinin qanuniliyinə qiymət verilməli və bundan sonra işin kassasiya instansiya məhkəməsinə göndərilməsi məsələsi həll edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh-nin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. İddiaç ı Cavabdeh-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş kassasiya baxışından çıxarılsın və kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 404.1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar