Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7117/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Müabriz qızının katibliyi ilə, İddiaçı Ağa oğlunun nümayəndəsi X1 və vəkili Həşimova Zülfiyyə Vəli qızının, Cavabdeh1 vəkili Qocayev Orxan Ələddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(103)-6727/2019 nömrəli qətnaməsindən İddiaçı Ağa oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ağa oğlu məhkəmə yə iddia ərizəsi ilə müraciət edərək daha sonra iddia tələbini dəqiqləşdirərək, mərhum əmisi X2 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evdən onun tərəfindən mirası qəbul etməsi faktının müəyyən edilməsi, həmin evə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması, onun həmin evə köçürülməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.X.Əkbərov) 27 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) 19 iyun 2019-cu il tarixli, 2(103)-6727/2019 saylı qətnaməsi ilə cavabdeh in apelyasiyaşikayətitəminedilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı Ağa oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ağa oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6727/2019 saylı 19.06.2019-cu il tarixl i qətnaməsindən məlum olur ki, iddiaçı həmin evə aid olan torpaq və əmlak vergisini ödəyibdir. İş materiallarında olan evin şəklindən də məlum olur ki, cavabdehin evi ilə iddiaçının evi yanaşı olsa da, lakin iddiaçıya məxsus olan ev daha köhnə və təmirsiz hissədir. İddiaçının iddia etdiyi hissədə mənzilin pəncərəsi qapısı köhnə qapı pəncərədir. Bu ev baba mülkü olmuş, daha sonra isə iddiaçının atası Qəmbərov X23 ilə X7 arasında bölünmüşdür. İddiaçının 1973-cü ildə ailə quraraq, əmisi X4 məxsus olan hissəyə köçməsini iddiaçının özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə tam təsdiq olunmuşdur. İddiaçının qardaşı Akif ölənədək tərəflər arasında hər hansı mübahisə olmamışdır, İddiaçı və onun ailə üzvləri həmin həyətə tez tez gəlib getmiş və özlərinə məxsus olan hissə ilə maraqlanmışlar. Akif Qəmbərov 18.02.2018-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh1 iddiaçının ailə üzvlərini həyətə buraxmırlar. Bütün həyətin evin onlara qaldığını bildirmişdir. Bu illər ərzində X4 aid olan 21 “A” saylı hissənin torpaq və əmlak vergisi də məhz İddiaçı tərəfindən ödənilibdir. İddiaçı özünə məxsus olan sahəni təmir elətdirmək istəyərkən tərəflərin arasında mübahisə başlayıbdır. Xəzər Rayon Məhkəməsində şahid qismində dindirilmiş X5 da mərhum X3 gəlini olduğunu mübahisəli evin 21 “A” saylı hissəsinin toyunda İddiaçı bağışladığını və həmin hissəyə cavabdehin İddiaçı həmin hissəyə buraxmadığını öz ifadəsində qeyd etsə də, Bakı Apellyasiya Məhkəməsi həmin halları araşdırmamışdır.Ümumiyyətlə digər şahidlərin ifadələri də, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Faktiki olara q miras əmlak vərəsələr tərəfindən qəbul olunmamışdır. Lakin iş üzrə 1958-ci il tarixdə aparılmış bölgü ilə bağlı qətnamə vardır. O qətnaməyə əsasən bölünmüş 21 və 21 A saylı hissələrdən 21 A saylı hissə iddiaçıya əmisi X27 tərəfindən hədiyyə şəklində verilmiş və o toyundan sonra həmin hissəyə 1973cü ildən istifadəsində olmuşdur. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini əsassızdır və ləğv olunmalıdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində iddiaçının torpaq sahəsinin və əmlaka görə vergi ödəyicisi olmasını da iddiaçının miras əmlakı faktiki qəbul etməsi üçün əsas olmadığını əsaslandırılmamışdır. Yəni iddiaçı faktiki olaraq əmlak və torpaq vergisini ödəyən şəxs kimi qeydiyyatdadır, iddiaçının həmin mülkü sahibliyini həyata keçirib, orada ayaqyolu tikilib və b u neçə illər ərzində öz evinə gəlib evi ilə maarqlanıb. Lakin məhkəmə nə şahid ifadəsini nə də iş üzrə əhəmiyyət kəsb edən digər hallara yəni iddiaçının həmin torpaq və əmlak vergisini ödəməsini nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında işrirak edən İddiaçı Ağa oğlunun nümayəndəsi X6 və vəkili Həşimova Zülfiyyə Vəli qızı kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Qocayev Orxan Ələddin oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dİgər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbl əri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 19.06.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hall arından göründüyü kimi, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şahidlər Ə.Məmmədov, Z.Əkbərov və V.Lukaşeva iddiaçının əmisi X19 1973-cü ildə miras əmlakın özünə məxsus hissəsini iddiaçıya bağışlamasını, əmisinin vəfatından sonra, Cavabdeh1 iddiaçını evə buraxmamasını, evin bir darvazası olmasını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərmişdir ki, iddiaçının və Cavabdeh1 həyat yoldaşı Akifin qardaşıdır. Qardaşı İddiaçı 1973-cü ildən etibarən 2-3 il müddətində mübahisəli evdə yaşamışdır, 1982-ci ildə isə evdən qedyiyyatdan çıxmışdır, cavabdeh Tamara Qəmbərova həmin evə 1984-cü ildə köçüb indiyədək orada yaşayır. X28 vəfat etdikdən sonra İddiaçı və onun ailə üzvləri həmin evə qaytımamışlar və orada yaşamamışlar. Mübahisələndirilən ərazilər qar daşı Akifə məxsusdur. İddiaçı tərəfindən təqdim olunmuş 12.04.2019-cu il tarixli 21 saylı Şüvəlan Bələdiyyəsinin arayışında qeyd edilir ki, İddiaçı Şüvəlan qəsəbəsi Y.Qasımov küçəsi. 21”a”-nın torpaq sahəsi və əmlaka görə vergi ödəyicisi kimi qeydiyyata alınmış və vergi borcu yoxdur. Xəzər Rayon İcra Hakimiyyəti Mərdəkan Ərazi üzrə nümayəndəliyinin 01.08.2018-ci il tarixli arayışından görünür ki, Qəmbərov X8 qəsəbəsi, 28 May küçəsi, 1/34 nömrəli evdə qeydiyyatdadır. Fotoşəkillərdən görünür ki, mübahisəli evin bir girişi var, darvazanın yan divarında 21 nömrə ilə qeyd olunub. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən dörd otaqlı ev və bir mal tövləsindən ibarət mülk iddiçaçıın babası İddiaçı Heydər oğluna məxsus olmuşdur. Onun 1944-cü ildə vəfatından sonra birinci növbəli vərəsələr kimi Ağa Əli, Bala Əli və Yaxşıxanım Həmiq uşaqları Qəmbərovlar olmuşlar. X9 özünə aid miras əmlakda olan payından digər vərəsə X19 xeyrinə imtina etmişdir. Mübahisəli evin iki otağında iddiaçının atası Ağa Əli ailəsi ilə, digər iki otaqda isə X28 yaşamışdır. Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin 1958-ci il qətnaməsi ilə miras əmlak iki qardaş arasında bərabər şəkildə bölünməklə, iddiaçının atasına iki otaq və tövlənin yarı hissəsi verilmiş, digər iki otaqla tövlənin yarı hissəsi və həyətyanı torpaq sahəsi Bala Əliyə verilməsi, evin mərkəzi tinindən küçə qapısınadək iki hissəyə bölünüb tərəflərin istifadəsinə verilməsi qət edilmişdir. 1991-ci ildə iddiaçının atası Ağa Əli vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri Akif, Nəzakət, Vagi f və İddiaçılar olmuşlar. Vərəslərdən mübahisəlli evdə yalnız Qəmbərov Akif ailəsi ilə yaşamış, sonuncu 2018-ci ilin fevral ayında vəfat etdikdən sonra, cavabdeh Cavabdeh1 və digər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən aşağıdakıları qeyd etmişdir. Məhkəmə iddiaçının miras əmlakın Bala Əli və X16 arasında iki hissəyə bölünməsi və hər bir hissəyə nömrə verilməsi barədə göstərdikləri ilə bağlı qeyd etmişdir ki, məhkəmə qətnaməsi əsasında miras əmlakın iki qardaş arasında bölünməsi qət edilsə də, mülk faktik olaraq bölünməmişdir. Bu hal işə əlavə olunmuş fotoşəkillər və yuxarıda göstərilən şahidlər Ə.Məmmədov, Z.Əkbərov və V.Lukaşeva təsdiq etmişlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, ünvan 2 ünvanda y erləşən ev vahid əmlak kimi Cavabdeh1 mərhum əri Akif Qəmbərov, onun ölümündən sonra isə özü tərəfindən idarə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı miras əmlakı faktik qəbul edib idarə etdiyini bəyan etsə də, mirası faktiki və ya rəsmi qəbul etmiş olduğuna dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının atası X22 vəfat etdiyi dövrdə (yəni onun mirasının açıldığı vaxt) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsində, mirası əldə etmək üçün vərəsənin onu qəbul etməli old uğu, vərəsənin, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab edildiyi, bu maddədə göstərilən hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməli olduğu təsbit edilmişdir. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 yerləşən yaşayış evə münasibətdə atasının vərəsəsi kimi və əmisi X19 miras əmlakda olan hissəsinin ona bağışlanması ilə bağlı hüququnun tanınması üçün iddiaçı yuxarıda qeyd olunan qaydada mirası qəbul etməli idi, hazırkı iş üzrə isə bu hal müəyyən olunmamışdır. Məhkəmə iddiaçının torpaq sahəsi və əmlaka görə vergi ödəyicisi kimi Şüvəlan Bələdiyyəsində qeydiyyatda olmasına münasibət bildirərək qeyd edir ki, bu hal iddiaçının miras əmlakı faktik qəbul edilməsi üçün əsas deyildir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı fak tiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllə) də bu məsələləri eyni prinsiplə tənzimləyir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.1-ci maddəsinin tələbinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə uyğun olaraq, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab etmişdir ki, İddiaçı vərəsə olaraq miras mülkdə yaşamamaqla miras əmlakı qəbul etməmiş və buna cəhd belə göstərməmişdir. İşin faktiki ha llarını və qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbulu faktının müəyyən edilməsi, iddiaçının mübahisəli evə köçürülməsi və cavabdehlərin həmin evdən çıxarılmaları barədə iddia ərizəsi təmin edilməməlidir. Kassasiya kollegiyası ilk növbədə qeyd edir ki, vərəsəlik mübahisələrinin həlli zamanı ilk növbədə mirasın mövcudluğu məsələsinə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak daxil odluğundan vərəsəlik mübahisəsinin həlli üçün ilk növbədə istinad ed ilən tikilinin qanunvericiliyin tələbləriunə uyğun olaraq miras əmlak hesab edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Buna baxmayaraq, apellyasiya instanisyası məhkəməsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Y.Qasımov küçəsi 21 “A” saylı evin hüquqi statusunu müəyyən etməməklə onun miras əmlak hesab edilib-edilməməsinə qiymət vermədən ona münasibətdə tərəflərin vərəsəlik hüququnu tanımışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli zamanı maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, istinad edilən müddəaların tələblərinə uyğun olaraq aydınlaşdırılmalı məsələləri həll etmədən iş üzrə nəticəyə gəlməklə səhvə yol vermişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən hall arın araşdırılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ağa oğlunun kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.06.2019-cu il tarixli, 2(103)6727/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7117/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7117/2019
06.11.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver